Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 
- 56 - 
təbiət, kainat miqyasında, Allahın yaratdıqlarının sonsuzlu-
ğu və əzəməti ilə təqdim edir:    
 
Böyük dağlar qucağında mürgüləyən qayalar, 
Ondan işıq alan kimi əlvan rəngə boyanar. 
Parlaq günəş qapısında, gözətçidir, keşikdir, 
Bil ki, onun qarşısında zərrədən də kiçikdir.
1
 
 
Bu,  Allahın  qüdrətini  ifadə  etmək  üçün  gətirilən  təş-
behlərdir.  Allaha  olan  sevgi  də  O-nun  böyüklüyü  və  əzə-
məti  qarşısında  pərəstiş  duyğusunun  sevgiyə  transformasi-
yasıdır.  Görünür,  Şərqdə  elmi-fəlsəfi  anlayışlar  hələ  tam 
formalaşmadığından, yaxud bədii təfəkkürün amorf, sinkre-
tik  ifadə  ənənəsi  daha  güclü  olduğundan  konkret  təfəkkür 
müstəvisində  fərqli  olan  müxtəlif  mənəvi  təzahürlər,  hissi 
yaşantılar eyni bir obrazda, baxılan halda eşq metaforasında 
ümumiləşdirilir.  Bəli,  söhbət  məhz  müstəqim  mənada  eşq-
dən  yox,  daha  çox  mətləbləri,  mənaları  ehtiva  edən  rəmz-
ləşmiş eşqdən gedir. Hətta Qurani-Kərimdən və  ondan əv-
vəlki dini kitablardan məlum olan insanın əvvəl gildən dü-
zəldilməsi, sonra isə ona ilahi ruh üfürülməsi haqqında bil-
gini Cəlaləddin Rumi «sonra Allah bu gilə məhəbbət nəfəsi 
üfürdü»
2
, – kimi qələmə alır. Yəni ruh da məhəbbət obrazı-
na girir. 
Şərqdə məhəbbətin universal anlamına gətirən dünya-
nın  vəhdəti,  hər  şeyin  vahid  Allahla  bağlı  olması  ideyası 
                                                 
1
  Яссар Тябризи, йеня орада. 
2
  Бах:  Гегель.  Энциклопедия  философских  наук,  Том  3, 
Философия духа, М., «Мысль», 1977, с. 401. 


 
- 57 - 
Hegel  tərəfindən  bir  qədər  başqa  formada  təqdim  olunur: 
«Mütləq,  elə  bil  ki,  xeyirxahlıqla  təkcələri  özündən  ayırır 
və  onların  öz  varlığından  həzz  almalarına  imkan  verir;  elə 
bu  həzz  özü  də  onları  yenidən  mütləq  birliyə  dəvət  edir».
1
 
Hegel  Mütləqə  (Allaha)  aid  etdiyi  birləşdirmə  gücünü 
«Mən»ə də aid edir. Əvvəlcə bir-birinə münasibəti olmayan 
tərəflər «Mən»in mənəvi enercisi ilə (Şərq anlamında eşqin 
gücü ilə) cəzb olunurlar. «Mən», elə bil ki, yanar soba, atəş 
olaraq  bir-birinə  etinasız  olan  müxtəlifliyi  ağuşuna  alır  və 
birləşdirir».
2
 
Şərq  şairləri  gözəllik  qarşısında da  pərəstiş etdiklə-
rindən  onların  gözəllərə  ithafı  ilə  Allaha  ithaflarını  fərq-
ləndirmək çox çətindir. 
İbn Ərəbinin poeziyasında şairin nə vaxt ilahi eşqdən, 
nə  vaxt  gözəl  qadından  bəhs  etdiyini  müəyyənləşdirmək 
xeyli dərəcədə çətin olur. O, bir tərəfdən eşqi vəcdlə müqa-
yisə edir, insanın ilahidən yaradılışı ilə bağlayır, digər tərəf-
dən  də,  qadın  gözəlliyinin  təfərrüatlarına  enir.  «Onlar  mə-
nim qafamın içində doğulub, könlümdə batmırlarmı?»
3
, ya-
xud  «Alnımızda  yazılı  bir  nizama  görə,  daim  artır  gözəl-
lik»
4
,  –  deyərkən,  təbii  ki,  söhbətin  insanın  mahiyyəti  ilə, 
yaradılışı  ilə  bağlılıq  şübhə  doğurmur.  «Müşk  qoxusun-
                                                 
1
  Гегель. Энциклопедия философских наук, Том 1,  Наука логи-
ки, М., «Мысль», 1974, с. 158. 
2
  Йеня орада.  
3
 Ибн Араби. Фена рисаляси, Арзуларын тержцманы, Истанбул, 
Из йайынжылыг, 2002, с. 139. 
4
 Йеня орада, с.150. 


 
- 58 - 
dan»,  «ceyran  gözlərdən»,  «gül  camaldan»,  «qara  saçlar-
dan», «bəyaz nərgizdən» bəhs edəndə söhbətin məhz qadın 
gözəlliyindən getdiyi güman olunur.   
H.Caviddə  isə  sevgi  spektrinin  bütün  rəngləri  ehtiva 
olunur.  Burada  eşq  dünyasının  heyvani  hisslərlə  yaşayan, 
eşq  görüntüsündən  sui-istifadə  edən  Qarataydan  tutmuş, 
real insani eşq duyğusunu yaşamağa çalışan Afətə qədər və 
Afətdən özünü monastıra hazırlayan Xumara, Xumardan isə 
ilahi  eşq  zirvəsinə  yüksələn  Şeyx  Sənana  qədər  bütün  sa-
kinlərinə rast gəlmək mümkündür.   
H.Cavidin eşqlə bağlı irəli sürdüyü tezis əslində onun 
tərəfdar çıxdığı və yüksək poetik səviyyədə tərənnüm etdiyi 
daha  geniş  bir  konsepsiyanın  tərkib  hissəsidir.  Bu  –  vahid 
din konsepsiyasıdır.  
 
Din bir olsaydı yer üzündə əgər, 
Daha məsud olardı cinsi-bəşər.
 1
 
 
 «Şeyx Sənan»da Şeyxin guya islamdan uzaqlaşdığını 
göstərən hadisələr əslində onun dini mərasimçilikdən, təfər-
rüatlardan  və  etiqadın  özünü  yox,  zahiri  tərəflərini  təmsil 
edən  cəhətlərdən  imtina  etməsidir.  Dinlərin  birləşməsi  ən 
ali  ideal  naminə,  vahid  Allah  ideyası  naminə,  dünyanın 
vəhdəti  naminə  ayırıcı  təfərrüatların  arxa  plana  keçirilmə-
sini, dini ehkam kimi, mövhümat kimi, mərasimlər və ayin-
lər toplusu kimi başa düşənlərdən fərqli olaraq,  onun daha 
                                                 
1
 Щ. Жавид
 
Сечилмиш ясярляри, Бакы, Чашыоьлу, 2004, с. 
287. 


 
- 59 - 
yüksək bir məqamda dərk edilməsini tələb edir.   
Birləşdirici amil eşqdir, gözəllikdir. Bu, əslində, Xey-
rin,  Haqqın-Ədalətin,  Gözəlliyin,  Həqiqətin  eyniyyət  mə-
qamıdır. Təsadüfi deyil ki, Cavid digər əsərlərində Həqiqət 
tanrıçılığını da tərənnüm edir.  
Cavid  insanın  mənəvi  aləminə,  iç  dünyasına  böyük 
önəm verməsinə baxmayaraq, mistik yanaşma ilə məhdud-
laşmır  və  sanki  mistika  ilə  rasionalizmin  sintezindən  çıxış 
edir.  O,  bir  çox  hallarda  təsəvvüf  fəlsəfəsinin  prinsiplərin-
dən çıxış etsə də, müəyyən məsələlərdə ictimai amilləri nə-
zərə almaqla daha realist mövqe tutur;  qəlb dünyası ilə ic-
timai  həyatı  bir  küll  halında,  qarşılıqlı  əlaqə  və  vəhdətdə 
nəzərdən keçirir.
                       
Caviddən çox-çox əvvəl Şərq fəlsəfi ənənələrində yer 
almış müddəaların ünvanını, ilk mənbəyi göstərmədən onun 
adına  yazmaqdansa,  məhz  Cavidə  məxsus  olan,  ilk  dəfə 
onun özünün irəli sürdüyü ideyaları  üzə çıxarmağa və təhlil 
etməyə böyük ehtiyac vardır. Birinci halda biz şairin hansı 
məlum  fəlsəfi  təlimləri, hansı  prinsipləri  tərənnüm  etdiyini 
göstərmiş  oluruq.  Bu  da  vacibdir.  Lakin  onun  bir  filosof 
kimi təqdimatı üçün dövrün fəlsəfi fikirinə hansı şəxsi möv-
qe  ilə  müdaxilə  etdiyini  və  hansı  ideyaların  bilavasitə 
müəllifi  olduğunu  aşkar  etmək  lazımdır.  Bunun  üçün  isə 
öncə  Cavid  yaradıcılığının  ideya  mənbələri  üzə  çıxarıl-
malıdır. Belə mənbələrdən biri kimi böyük haqla İbn Ərəbi-
nin  poeziyasını  və  fəlsəfi  təlimini  götürmək  olar.  Məhz 
onun  təlimində  Eşq  tanrıçılığı,  vahid  din  ideyasına  gətirib 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə