Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 
- 52 - 
sanki barışmaz uçurum görərək, Sənanın tamamilə yeni fəl-
səfi mövqeyə keçdiyini gözləyir.
1
  
Halbuki,  Cavid  eşqin  din  üzərində  deyil,  dinlə  bir-
likdə qələbəsinə nail olmasına çalışır; sadəcə dinin ilahiyyat 
çərçivəsindəki anlamından kənara çıxaraq, onun fəlsəfi ma-
hiyyətini üzə çıxarmağa çalışır.  
Cavid «Maral»da yazır: 
 
Bir könülə iki sevgi yaraşmaz, 
Könül bir, sevgi bir, böyük Tanrı bir…
2
   
 
Şair  burada  da  sevginin  ülviyyətini,  ilahi  mənasını, 
Tanrıya  gedən  yolun  da  məhz  könüldən  keçdiyini  bir  daha 
təsdiqləyir.  Yəni  söhbət  hər  hansı  bir  sevgidən  deyil,  ilahi 
eşqdən gedir. Bu eşqin isə aparıb çıxara biləcəyi ancaq bir 
yüksək məqam var – o da Tanrıdır.  
 
Parlamış hər kimdə ənvari-dəha, 
Aləmi-əsrara olmuş aşina.
3
 
 
Biz burada təsəvvüfdən gələn, xüsusən İbn Ərəbi fəl-
səfəsində və poeziyasında yüksək səviyyədə tərənnüm olu-
nan  bir  xəttin  davamını  görürük.  Bu  xətt  Nəsimi  poeziya-
sında da ifadə olunmuşdur: 
 
Səni bu hüsni-camal ilə, kamal ilə görüb 
Qorxdular Həqq deməyə, döndülər insan dedilər. 
                                                 
1
 Фялсяфя вя сосиал-сийаси елмляр ъурналы. 2007, № 4, с. 34. 
2
  Щ.  Жавид.  Ясярляри  3  жилддя,  Ы  жилд,  Бакы,  Азярбайжан 
Мядяниййят Фонду, 2003, с. 301. 
3
 Щ. Жавид. Ясярляри 5 жилддя, Ы жилд, 2005, с. 110. 


 
- 53 - 
Cavid  də  insan  gözəlliyini  «hüsnü-eşqlə»  müqayisə 
edir:  
Hüsnü-eşq eyləsə təcəssüm əgər, 
Böylə bir qız qiyafətində gəzər.
1
 
 
Burada biz  İbn Ərəbi və Nəsimi poeziyasında tez-tez 
rast gəlinən Haqqın eşqlə, eşqin gözəlliklə, Gözəlliyin məhz 
insan gözəlliyi ilə əlaqələndirilməsinin daha bir nümunəsini 
görürük. Səbəb isə budur ki, burada  «qız»,  «insan» əslində 
bütövlükdə  cismani  aləmin  bir  parçası  kimi  götürülməklə 
bərabər, ilahi ruhun daşıyıcıları kimi də götürülür. Bir dün-
yadakı  gözəllik  başqa  dünyadakı  daha  yüksək  gözəlliyin 
proyeksiyası, güzgü əksi kimi üzə çıxır.      
Görünür,  burada  yenə  də  Əbu  Turxanın «qütblər  zir-
vədə  birləşir»  fikri  nəzərə  alınmalıdır.  Belə  ki,  eşq  və  din 
aşağı səviyyədə əks qütblər olsa da, hər ikisinin ən yüksək 
məqamda eyni bir mahiyyəti ifadə etdiyi ortaya çıxır. Dini 
duyğunun eşq məqamı və eşqin müqəddəslik zirvəsi! 
Əlbəttə, böyük fəlsəfi təlimlərdən çıxış edib, əksliklə-
rin vəhdəti ideyasını nəzəri səviyyədə də izah etmək müm-
kündür. Lakin Cavid təkcə filosoflar üçün  yox, hamı üçün, 
hətta  gənclər  və  uşaqlar  üçün  yazdığına  görə,  bu  dərin  və 
mürəkkəb ideyanı da olduqca sadə və anlaşıqlı şəkildə ifadə 
etməklə  bütün  tərəddüdlərə  son  qoyur.  «Qız  məktəbində» 
adlı şeirində sevginin zirvəsinin məhz Allah sevgisi olduğu 
uşağın dili ilə çox gözəl ifadə olunur.  
 
                                                 
1
 Йеня орада, с. 127. 


 
- 54 - 
– Bu dünyada sənin ən çox sevdiyin 
Kimdir, quzum, söylərmisən? 
– Ən çox sevdiyim ilkin 
O Allah ki, Yeri, Göyü, insanları xəlq eylər.
1
  
 
Sevməyən  insan  xoşbəxt  ola  bilməz.  Heç  nəyə  inan-
mayan,  müqəddəslik  duyğusundan  məhrum  olan  insan  da 
xoşbəxt  ola  bilməz.  Caviddə  bu  amillər  xoşbəxtliyin  iki 
fərqli  şərti  kimi  deyil,  eyni  bir  şərtin  iki  fərqli  görünüşü 
kimi təqdim olunur. Belə ki, Cavid sevgi ilə dini hissin ey-
niyyət məqamından çıxış edir:  
 
Sevgidədir ancaq Allah rizası, 
Sevgisiz bir könül, şeytan yuvası.
 2
  
 
Düzdür,  Şərqin  qızıl  dövründə,  mənəvi  yüksəliş  zə-
manəsində  intişar  tapmış  sufi  fəlsəfəsi  millət  və  ya  vətən  
mərhələsində  dayanmadan,  birbaşa  ilahi  eşq  mərhələsini 
vəsf edir. Allaha ünvanlanan sevginin isə reallıqdan qorxu-
su yoxdur, çünki o, maddi dünyanın, reallığın fövqündədir. 
Lakin təəssüf ki, Şərq  poeziyasında çox vaxt eşq dini hissin 
gücləndirilməsi  və  təlqini  üçün  bir  vasitə  olmaqdansa,  Al-
lah  ideyası  eşqin  böyüklüyünü  ifadə  etmək  üçün  bir  vasitə 
kimi istifadə olunur. Miskin aşiqin dini hissi də vüsal həsrə-
tindən qaynaqlanır və burada  yenə nazlı yar, nigar obrazla-
rından istifadə olunur:   
 
                                                 
1
 Йеня орада, с. 66. 
2
  Щ.  Жавид.  Ясярляри  3  жилддя,  Ы  жилд,  Бакы,  Азярбайжан 
Мядяниййят Фонду, 2003, с. 302. 


 
- 55 - 
Canımı yandırdı şövqün, ey nigarım, qandasan? 
Gözlərim nuri, iki aləmdə varım, qandasan? 
1
 
 
Yaxud: 
 
Ağıl onun yollarında heyran gəzir hər zaman, 
Ürək isə ayağına baş qoyaraq verir can. 
 
Hüsnün tərif etmək üçün sözü çatmaz hikmətin, 
Aşiq özü, məşuq özü, budur sirri qüdrətin.
2
 
 
Yaxud: 
Eşidirəm sözünü, 
Görəmmirəm üzünü, 
Üzünü görmək üçün 
Canım verməyim gəlir.
3
 
 
Göründüyü kimi, Nəsimi də, Əssar Təbrizi də, Yunus 
İmrə  də  ilahi  obrazı  insanlar  üçün  nəzərdə  tutulan  epitet-
lərlə təqdim edir, Allahı insan qiyafəsində təsəvvür edirlər. 
Bu, bir növ yunanların gözəllik allahına münasibətini xatır-
ladır.   
Lakin  yunan  mifologiyasından  və  panteizmdən  fərqli 
olaraq, Allahı insan və ya təbiət simasında deyil, belə möh-
təşəm  varlıqların,  əsrarəngiz  gözəlliyin  yaradıcısı  olmaqla 
onlardan yüksəkdə dayanan və daha möhtəşəm olan bir var-
lıq  kimi  təsvir  etmək  təşəbbüsləri  də  vardır.  Əssar  Təbrizi 
poemasının girişində, məhz Allaha ithaf bölməsində bu eşqi 
                                                 
1
 Нясими. Сечилмиш ясярляри, Бакы, Азярняшр, 1973, с. 149. 
2
  Яссар  Тябризи.  Мещр  вя  Мцштяри,  Б.,  «Йазычы»,  1988,  сящ. 
8-9. 
3
  Йунус Имря. Эцлдястя, Б., «Йазычы», 1992, сящ. 67.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə