Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 
- 60 - 
çıxarır:   
Bütlər məbədi, ya  zəvvar Kəbəsi, 
Tövrat lövhəsi, ya Quran ayəsi. 
Ya istər olsun rahib hücrəsi, 
Həpsi qəlbdən gələn ilhamımdır,  
Dini-eşq mənim tək inamımdır. 
Hansı səmtə üz tutsa da karvanı, 
Sevgi – həm dinim, həm  imanımdır.
 1
 
 
Məlumdur ki, ədəbi tənqiddə Hüseyn Cavidin Eşq və 
Gözəllik tanrıçılığına istinadən onu ümumiyyətlə dinə qarşı 
çıxış  edirmiş  kimi  göstərməyə  çalışıblar.  Sovet  dövründə 
belə  münasibət  «Cavidə  bəraət  qazandırmaq»  mənasında 
bəlkə  də  başa  düşüləndir.  Lakin  bu  münasibət  təəssüf  ki, 
çoxları  tərəfindən  indi  də  davam  etdirilir.  Digər  tərəfdən, 
İbn  Ərəbini  də  məhz  həmin  tezisinə  görə  tənqid  edən  və 
onun  mövqeyini  islamdan  uzaqlaşmaq  kimi  dəyərləndirən-
lər çox olmuşdur. Maraqlıdır ki, islam kəlamçılarını narahat 
edən bu təlim xristianlıq dünyasında məmnuniyyətlə qəbul 
edilmişdir. Belə ki, sevgiyə istinad edilməsi guya xristianlı-
ğın  mərhəmət  və  sevgi  konsepsiyasına  üstünlük  verilməsi 
kimi qəbul edilmişdir.  
Əslində  isə  nə  Cavid,  nə  də  İbn  Ərəbi  islama  qarşı 
çıxmır.  Sadəcə  olaraq,  islamın  əsas  müddəalarını  daha  də-
rindən  mənimsəməyə  çalışırlar  ki,  bu  da  əslində  bütün 
dinlər üçün ümumi olan prinsiplərin tərənnümündən başqa 
bir şey deyil. Əvvəla, «hamını sevmək» çağırışı təkcə xris-
                                                 
1
 См.: Ибн ал-Араби. Мекканские откровения, С-Пб., 1995, с. 31. 


 
- 61 - 
tianlıqda yox, islamda da vardır. 
İkincisi, Quranda dinləri bir-birinə qarşı qoymaq yox, 
ehtiva  etmək,  ümumi  cəhətlərdən  çıxış  etmək  tövsiyə  olu-
nur. (Belə birləşdirici amillərdən biri də universal sevgi, ila-
hi eşq prinsipidir ki, o, təsəvvüf fəlsəfəsində islami dəyərlər 
kontekstində  inkişaf  etdirilmişdir.)  Dini  vəhdət  ideyası  da 
əslində Qurandan gəlir.  
Qurani-Kərimdə  dinlərin  ümumi  cəhətlərindən  deyil, 
fərqli  cəhətlərindən  çıxış  edərək  ayrı-seçkilik  edilməsi  dö-
nə-dönə  pislənir.  Məsələn,  «Ayrı-ayrı  firqələrə  ayrıldılar. 
Dinlərini bir-birindən ayırdılar» (23-53).   
Cavid də elə bunu deyir: 
 
Pek tuhaf!.. Bir firqə digər firqənin  
Xaliqindən diksinib olmaz əmin.
1
    
 
Yaxud:  «Allah:  «Dini  doğru-dürüst  tutun  (qoruyub 
saxlayın), ona düzgün riayət edin, dində ayrılığa düşməyin! 
– deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbra-
himə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də 
qanuni etdi…» (42-13), «…Allah bizim də Rəbbimizdir, si-
zin  də  Rəbbiniz.  Bizim  əməllərimiz  bizə,  sizin  də  əməl-
ləriniz sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə 
yoxdur. Allah hamımızı bir  yerə toplayacaqdır. Axır dönüş 
də yalnız Onadır!» (42-15) və s. 
Cavid isə belə deyir: 
                                                 
1
 Щ. Жавид.  Ясярляри 5 жилддя, 1-жи жилд, Бакы, Елм, 2005, 
с.111. 


 
- 62 - 
Birsə həqq, cümlə din də bir... naçar, 
Xəlqi yalnız ayırmış azğınlar...
 1
 
 
Yəni eynən Qurandakı kimi.  Əsas olan Haqqın vahidliyini 
qəbul  etməkdir.  Haqq  isə  başqa  rakurslarda  ya  Xeyir,  ya 
Gözəllik, ya Həqiqətdir. Bunlara çatmaq üçün isə insan yer-
dən, fani dünyadan ayrılaraq yüksəlməli, uca səmalara qoş-
malıdır  ki,  bu  da  ancaq  ilahi  vəcdin,  eşqin  gücü  ilə  müm-
kündür.  
Eşqin səma ölçüsü! Qəlbin ən dərin guşələrindən sə-
malara yüksələn və səmanın ənginliyindən keçərək yenidən 
qəlb evinə gəlib çatan eşq… Bütün dünyanı bürüyən eşq və 
bundan nəticə kimi hasil olan Eşq tanrıçılığı.  
Bütün  dinlərin  təlqin  etdiyi,  bütün  dini  duyğuların 
mərkəzində  dayanan  və  bu  baxımdan  da,  dinləri  yaxınlaş-
dıran, onların eyniyyət məqamı kimi çıxış edən eşq! Təsa-
düfi  deyildir  ki,  İbn  Ərəbi  təlimi  az  qala  bütün  dünya 
xalqları  tərəfindən  dinlər  arasında  körpü  kimi,  vahid  din 
ideyasının  təməli  kimi  qəbul  olunur.  Məhz  bu  məqsədlə 
beynəlxalq təşkilatlar yaradılır, tədqiqatlar aparılır. XX əs-
rin  70-ci  illərində  Oksfordda  yaradılmış  «Mühyiddin  İbn 
Ərəbi  cəmiyyəti»  də  məhz  bu  istiqamətdə  fəaliyyət  gös-
tərir.
2
  Həm  islam,  həm  də  xristianlıq  tərəfindən  qəbul  olu-
nan  universal  sevgi  prinsipi  bütün  insanlara  mərhəmət  və 
məhəbbət çağırışından keçərək vahid Allaha məhəbbət ide-
                                                 
1
 Щ. Жавид. Сечилмиш ясярляри, Бакы, Чашыоьлу, 2004, с. 
243. 
2
  А.Д.Кныш.  Введение.  //  Ибн  ал-Араби.  Мекканские  открове-
ния, С-Пб., 1995, с. 11. 


 
- 63 - 
yasına gətirir ki, bu da dinlərin eyniyyət məqamına çevrilir.  
Şərq fəlsəfəsində və poeziyasında dərin köklərə malik 
olan  bu  ideya  XVIII-XIX  əsrlərdə  Qərb  poeziyasında  da 
cücərti verməyə başlamışdır. F.Hölderlinin «din – gözəlliyə 
sevgidir»
1
 kəlamı Qərbdə qeyri-adi bir  yaxınlaşma, az qala 
bir inqilab kimi dəyərləndirilir. K.Yaspers Hölderlin poezi-
yasında bu  cür  tapıntıları  bir  tərəfdən  ilahi  təsirin gücü ilə, 
digər  tərəfdən  də  bir  psixi  xəstəlik  kimi,  şizofreniyanın 
yaratdığı görüntü kimi izah etməyə çalışır.
2
  
Şərq poeziyasında isə gözəlliklə həqiqətin eyniyyətin-
dən  çıxış  edildiyinə  görə,  Haqqa  çatmaq,  eyni  zamanda, 
Xeyrə, Gözəlliyə, Ədalətə qovuşmaq deməkdir. Dinin yük-
sək mənada dərk edilməsi dini hissin məhəbbətlə, sevgi ilə 
eyniyyətini də üzə çıxarır.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
1
 История эстетики. Памятники мировой эстетической мысли. В 
5 т., т. 3, М., «Искусство», 1967, с. 234.  
2
  К.Ясперс.  Стриндберг  и  Ван  Гог.  Опыт  сравнительного 
патографического анализа с привлечением случаев Сведенборга и 
Гельдерлина, С-Пб., 1999, с. 169-173.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə