Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 
- 72 - 
qarşı müharibə apardığı döyüş meydanını xatırladır».
1
  
Cavidin İblisi də müəyyən mənada inteqrativ xarakter 
daşıyır.  Həyatda  Şərin,  pisliyin  bir  zərurət  olması  və  onun 
sanki  Xeyir,  Haqq-Ədalət  ideyasını  canlandırmağa  xidmət 
etməsi  əsas xətlərdən biri kimi  çıxış  edir. Şər-Xeyir cütlü-
yündə tərəflərdən biri o birisiz mümkündürmü. Yəni Şər ol-
masa Xeyir ideyası  özü  mövcud ola bilərdimi. Atəşin  yan-
dırıcı-yaxıcı təbiəti məlum olmasa idi, nurun məsum siqləti 
üzə çıxa bilərdimi? 
Cavid İblisin dili ilə yazır:  
 
Atəşsiz, inan, nur olamaz sabitü qaim
Atəş, günəş, atəş, bəşəriyyət, bütün atəş. 
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş... 
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
2
 
 
Yandırmasa idi, atəşi daha parlaq nur zənn edərdilər.  
Cübranın İblisi də özündən razıdır. O da bu fikirdədir 
ki, İblissiz dünyada İblisin düşmənlərinə də, ədalət carçıla-
rına,  çörəyi  İblisə  qarşı  mübarizədən  çıxanlara  da  ehtiyac 
yoxdur: “Məgər sənə, müdrik din xadiminə, məlum deyilmi 
ki,  məhz iblisin varlığı keşişlərin peyda olmasına səbəb ol-
muşdur və bu köhnəlmiş ədavət səbəbinədir ki, qızıl və gü-
müşlər dindarların cibindən siz vaizlərin və ruhani ustadla-
rın cibinə axmaqda davam edir? Məgər sənin kimi bir ülə-
                                                 
1
 Дж. Х.Джебрaн. Избранное, пер.: с араб. и англ. – Л.: Худож. 
литер., 1986, с. 363. 
2
 H. Cavid. Əsərləri 5 cilddə, III cild, Bakı, “Lider”, 2005, s. 13.  


 
- 73 - 
ma bilmirmi ki, səbəbin aradan qalxması ilə nəticə də yoxa 
çıxacaq?”
1
  Cübranın  İblisi  özünü  Allah  kimi  əzəli-əbədi 
göstərmək üçün onunla bağlı olduğunu iddia edir. İblis in-
san təsəvvüründə necə dərin kök saldığını izah etmək üçün 
belə bir hekayət danışır: «İnsan ilk dəfə günəşi görəndə əl-
lərini uzadaraq söylədi: “Bu göy qübbəsinin arxasında bö-
yük Allah vardır, xeyrin yaradıcısı!” Sonra isə kürəyini işı-
ğa çevirdi və yerdəki  kölgəsini görüb dedi: “Torpağın  də-
rinliyində qorxulu iblis yaşayır, şər törədicisi”». İşıq varsa, 
deməli, kölgə də olmalıdır. Lakin İblisin həm kölgə, həm də 
atəş  ola  bilməsi  onun  ikili  təbiətini,  riyakarlığını  da  ifadə 
edir.  
Bunu da qeyd etmək yerinə düşər ki, Cübran daha çox 
İblisin  “kölgə”  xislətinə,  Cavid  isə  “atəş”  xislətinə  istinad 
edir.  
Caviddə  də,  Cübranda  da  İblis  çevik,  dinamik  hərə-
kətverici  qüvvə  kimi  təqdim  olunur.  O  insanı  daim  fəaliy-
yətə səsləyir. “Mənim ürəyimin dayanması ilə bəşərdə hər 
hansı  hərəkət  də  dayanacaq”.  Lakin  Cübranın  İblisi  daha 
səmimidir.  O  öz  məqsədini  gizlətmir:  “Mən  ölümsüz  və 
əbədi  İblisəm.  Mən  yalanın,  riyanın,  məkrin  və  alçaqlığın 
ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edə-
si olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız 
xeyir  kollarının  tikanları  bitəcək”.  Lakin  Cavidin  İblisi 
daha  iblisanədir.  O  öz  fəna  işlərini  fəzilət  kimi,  yıxıcılığı 
                                                 
1
  Ж.Х.Жцбран.  Иблис.  //  Фялсяфя  вя  сосиал-сийаси  елмляр 
ъурналı, №3, 2007, с. 49.  


 
- 74 - 
quruculuq  kimi  təqdim  edir.  Daha  doğrusu,  sanki  o    bun-
ların vəhdətini ifadə edirmiş: 
 
Əvət, İblis, o böyük sənətkar 
Həm yapar, həm də yıkar, qüdrəti var.
1
 
 
Cübranın İblisi Allahla qarşılaşdırılır, O-na alternativ 
kimi verilir. Ona görə də İblis daha çox Allaha qulluq edən 
insanların, yəni keşişlərin, rahiblərin çevrəsindədir – onlarla 
sıx  surətdə  bağlıdır.  Cavidin  İblisi  ümumiyyətlə  insanla 
bağlıdır.  Sanki  insan  qəlbində  əbədi  lövbər  salmışdır.  Ona 
görə  də  bütün  şər  hadisələr  insanın  öz  ayağına  yazılmalı 
imiş!  
Siz nə qədər məndən uzaqlaşsanız, 
Yer deyil, əflakə uçub qaçsanız, 
Qarşılaşıb birləşəriz daima, 
Ayrı deyil, çünki biriz daima.
2
 
 
Təəssüf ki, Azərbaycan ədəbi tənqidində bir çox müəl-
liflər  İblisin  versiyasına  uyaraq  Şərin  mənbəyini  insanın  tə-
biətində görmək mövqeyini tuturlar. Əslində isə insan iblis-
ləşdikcə, öz təbiətindən uzaqlaşır. Daha doğrusu, özünü dərk 
etdikcə, öz təbiətinə, missiyasına uyğun yaşadıqca, İblis üçün 
əlçatmaz olur.  
 
                                                 
1
 H.Cavid. Əsərləri 5 cilddə, III cild, Bakı, “Lider”, 2005, s. 32. 
2
 Йеня орада, s. 68. 


 
- 75 - 
 
 
 
 
 
Cavid və İqbal  
 
«Cavidnamə» yazan İqbaldan fərqli olaraq Cavid «İq-
balnamə» yazmamışdı; görünür, ona görə ki, Azərbaycanda 
«İqbalnamə»  hələ  8  əsr  öncə  yazılmışdı.  Heç  nə  təsadüfi 
olmadığı kimi, bu adlardakı səsləşmə də tam təsadüfi deyil.  
Təxminən eyni dövrdə yaşamış bu iki böyük mütəfək-
kir  şair  başqa  məkanlarda  yazıb  yaratsalar  da,  tarixin  qar-
şıya qoyduğu eyni bir vəzifənin həllinə təşəbbüs göstərmiş 
və  bu  məsələnin  həllində  çox  yaxın  mövqelərdən  çıxış 
etmişlər.  XIX  əsrin  axırları  –  XX  əsrin  əvvəllərində  Qərb 
sivilizasiyası müqabilində geri qalmış Şərq dünyasının qar-
şısında  bu  geriliyin  səbəblərini  üzə  çıxarmaq  və  əvvəlki 
möhtəşəm inkişaf potensialına yenidən yiyələnmək vəzifəsi 
dururdu. Bu – indi də qarşıda duran ən böyük vəzifədir. La-
kin  bu  problemin  həlli  istiqamətində  ən  dəyərli  fikirlər 
məhz XX əsrin əvvəllərində deyilmişdir. İslamın yeni dövr-
də,  yeni  təfəkkür  mövqeyindən  dəyərləndirilməsi  və  onun 
neçə yüz illər ərzində aşınaraq öz inkişaf potensialını tükət-
məsi, bu aşınmanın səbəbləri və ideya gücünün ilkin halına 
qayıdış yolları və ya tərsinə, ideyanın yeni dövrə uyğunlaş-
dırılması məsələləri Məhəmməd  İqbal fəlsəfəsinin mərkəzi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə