Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 
- 80 - 
də  Cavidə  münasibətini  şərtləndirən  bir  mövqe  kimi  for-
malaşmışdır.  
Əlbəttə, bu mövqedə bir həqiqət də vardır. Amma biz 
diqqəti  gerçəyin  görünməyən  tərəfinə  yönəltmək  istəyirik. 
Bizcə,  o  bir  çox  rəsmi  realistlərdən  daha  çox  realist  idi. 
Belə ki, realizm heç də göz qabağında olanın surətini çək-
mək  deyil.  Cavid  min  illərin  dərinliyindən,  yad  ellərin 
uzaqlığından  məhz  öz  mühitini,  dövrünü,  günün  həqiqətlə-
rini daha sərrast nişan alır, hədəfə daha düz düşürdü. Lakin 
biz  indi  Cavidin  realizmindən,  onun  əsərlərinin  gerçək  hə-
yat  üçün,  bu  gün  və  gələcək  üçün  praktik  əhəmiyyətindən 
danışmaq fikrində deyilik. İndi biz «realizm» sözünü bir bə-
dii yaradıcılıq metodu kimi deyil, hadisələrin iç üzünü, ilkin 
və  gerçək  səbəblərini  aça  bilmək  mənasında  işlədəcəyik. 
Yəni  şairin  xəyal  dünyasına  «səyahəti»  məqsədyönlü  bir 
səyahətdir.  Gerçəyi,  real  problemləri  sadəcə  olaraq  təsvir 
etmək deyil, onları doğuran səbəbləri açmağa cəhd etməsin-
dəndir ki, o, bəzən çox uzaqlardan başlamalı olur.  
Gerçəyi  təsvir  edənlər,  hər  an  içərisində  bulunduğu-
muz  həyat  hadisələrini  qələmə  alanlar  bu  hadisələrin  ha-
radan  gəlib  haraya  getdiyini,  hansı  zəncirin  bir  halqası  ol-
duğunu çox vaxt görə bilmirlər. Hadisənin mahiyyəti ancaq 
kontekstdə açılır. Nəyin isə ümumi mənzərəsini onun daxi-
lində oturub təsəvvür etmək mümkün deyil; mütləq kənara 
çıxmaq, ona uzaqdan baxmaq lazımdır. Cavid də belə edir. 
Onun  nəzərləri  uzaqdan  bu  günə  tuşlandığından  gələcəyin 
də  konturlarını  görə  bilir.  Görkəmli  ədəbiyyatşünas  Yaşar 


 
- 81 - 
Qarayev  yazır:  «“Yerə  enməm  də,  səma  şairiyəm!”  –  bu 
məşhur  bəyanat  müasir  kontekstdə  tamamilə  başqa  cür 
səslənir və bir daha inandırır ki, bu sözlərlə şair öz ayağını 
torpaqdan  üzdüyünü  elan  etmir,  bəlkə  əksinə:  torpağı  da, 
insanı  da  səmaya  qaldırmağı  və  ona  yüksəkdə  –  zirvədə 
nəzər  salıb  qiymət  verməyi  bir  sənət  prinsipi  kimi  irəli 
sürür
1
  
Xəyalpərəstlik odur ki,  real dünyada baş verən hadi-
sələrə müdaxilə etmək, onları yönləndirmək əvəzinə, ancaq 
ideyanın gözəlliyinə vurulur, xülyanın təsir dairəsinə düşür, 
reallıqdan uzaqlaşırsan. Reallığı mahiyyətcə dərk etmək isə, 
zahirdə  görünən  hadisələrin  arxasında  əsas  hərəkətverici 
qüvvələri görmək, üzə çıxarmaqdır.  
«Mənim tanrım gözəllikdir, sevgidir», – deyən Cavid, 
eyni zamanda hərəkətverici qüvvələri unutmur, gözəlliyə və 
həqiqətə aparan yolun gücdən və qüvvətdən keçdiyini vur-
ğulayır:  
Yaşadan kainatı qüvvətdir, 
Gücsüzün hər nəsibi zillətdir.
2
 
 
Sadəcə güc  yox, gücə qarşı güc! Öz haqqını müdafiə 
etmək  üçün,  güclü  olmaqdan  başqa  çarə  yoxdur.  Məqsəd 
haqqa çatmaqdır. Lakin haqqa çatmağın yolu güclü olmaq-
dan keçir.  
                                                 
1
 Й.Гарайев. Тарих: йахындан вя узагдан, Бакы, «Сабащ» 1996, 
с. 320.  
2
 Щ. Жавид.  Ясярляри 5 жилддя, 1 жилд, Бакы, Елм, 2005, с. 
95. 


 
- 82 - 
«Kim  güclüdürsə,  o  da  haqlıdır»,  –  deyən  fəlsəfə  nə 
qədər  iblisanə  olsa  da,  reallığın  fəlsəfəsidir.  Çünki  bu  fani 
dünyanın,  cismani  həyatın  reallıqları  güc  üzərində  qərar 
tutur.  
Yaşamaq istəyirmisən, çarpış, 
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! 
Onsuz irmək murada çox müşkül.
1
 
 
«Cavidin  romantikası  insanla  zülmət,  zorla  şər  ara-
sında barışdırıcı mövqeyi rədd edir, zorun təbiiliyi, fitriliyi 
ideyası  ilə  barışmır.  Üstəlik,  Cavid  zora  «pisdir»  deməklə 
də  kifayətlənmir,  əksinə,  Cavidin  poeziyasında  ardıcıl  və 
sistemli bir şəkildə  «iki  zor»  anlayışına rast  gəlirik».
2
    Əl-
bəttə,  ümumən  uğurlu  olan  bu  deyimdə  «zor»  kəlməsi 
«güc»  kəlməsilə  əvəz  edilsəydi,  müəllif  mövqeyi  daha  ay-
dın  başa  düşülərdi.  Belə  ki,  «zor»  sözü  bir  qayda  olaraq 
mənfi mənada işlənir. «Güc» isə, həm mənfi, həm də müs-
bət mənaların daşıyıcısıdır. Cavid məhz  ağıllı gücü, haqqın 
gücünü kobud nadanlığa, zora qarşı qoyur. O, hikmətlə cila-
lanmamış, kobud qüvvəti deyil, əqllə idarə olunan və haqqa 
xidmət edən qüvvəti tərənnüm edir.  
“Azər” poemasında Cavid Azərin dili ilə deyir:    
 
Qüvvət üstə varsa əqli-səlim, 
                                                 
1
 Щ. Жавид. Ясярляри 4 жилддя, Ы жилд, Бакы, «Йазычы», 
1982, с. 262. 
2
 Й.Гарайев, йеня орада, с. 323-324. 


 
- 83 - 
Sana həp kainat olur təslim!
1
  
 
Y.Qarayev də yəqin məhz bu cəhəti nəzərə alaraq ya-
zır: «Məhz zora qarşı mübarizədə burada zor və ağıl, qılınc 
və kitab, İblis qəhqəhəsi və Mələk fəryadı həmişə bir yerdə, 
bir  vəhdətdədir».
2
  Lakin  Y.Qarayev  Cavid  ideyasını  «kim 
haqlıdırsa, o güclüdür» şəklində ümumiləşdirərkən
3
, bizcə, 
gerçəkdən daha irəli gedir. Yəni romantik Cavidi bir az da 
romantikləşdirir.  Halbuki,  Cavid  yuxarıda  qeyd  etdiyimiz 
kimi, realist romantikanın tərəfdarıdır. O, «kim güclüdürsə, 
o haqlıdır» mövqeyini tərənnüm etməsə də, hər halda məhz 
bu gerçəyi yada salır. Və haqqa uyğun gəlməyən bu gerçək-
lə  hesablaşmaq  və  ancaq  bundan  sonra  çıxış  yolu  aramaq 
mümkündür.  Gücü  yalnız  haqqın  özündə,  ədalətdə  axtar-
maq sadəcə idealizm deyil, həm də utopik idealizmdir. Ca-
viddə məqsəd gücün, var-dövlətin və rəyasətin naqis cəmiy-
yətdə çox şeylərə qadir olduğunu və sosial-siyasi müstəvidə 
«haqq  qazandığını»  –  öz  haqlılığını  zorla  qəbul  etdirdiyini 
göstərməkdir.  Və  ancaq  bundan  sonra  –  «hər  şeyə  qadir 
olan» gücə qarşı çıxmağın da yolları aranarkən, Haqqa söy-
kənən güc konsepsiyası irəli sürülür.   
Realizm  metodu  artıq  baş  tutmuş  bir  reallığı,  nəticə-
ləri təsvir etmək və ya bir addım da irəli gedərək onu tərən-
nüm etməkdir. Cavid isə qazanılmış uğurları və  ya konkret 
                                                 
1
 Щ. Жавид.  Ясярляри 5 жилддя, 1 жилд, Бакы, Елм, 2005, с. 
196. 
2
 Й.Гарайев, йеня орада, с. 324. 
3
 Йеня орада. с. 325. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə