Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 
- 88 - 
 Cavid  isə  millətin  öz  keçmişini  yada  salır;  düşdüyü 
vəziyyətdən çıxmaq, özündə bir güc tapa bilmək üçün məz-
lumlaşmış türk əhlinə öz keçmişinə baxıb, ondan ibrət gö-
türməyi  tövsiyə  edir  və  sanki  C.Əfqaninin  qoyduğu  sualı 
təkrarlayaraq yazır:  
 
Kimlərin oğlusan? Nəsən? Kimsən? 
Sürünüb durma böylə, bir yüksəl! 
Bir düşün, gör beş-altı əsr əvvəl  
Nə idin? Şimdi nerdəsən? Bu nə yəs?
 
 
Əcəba, yoxmu səndə izzəti-nəfs? 
1
  
 
Ərləri  hərəkətə  gətirmək  üçün  izzəti-nəfsə  müraciət 
olunması türk mentalitetindən çıxış etməkdir. Bəs «bir dü-
şün»,  –  çağırışı  necə?  Bizcə,  düşünməyə  çağırış  çox  mü-
hüm bir məqamdır.   
 
Dona qalmaqda varmı bir məna? 
Bunca zillət yetişmiyormu sana!? 
Çox əzildin, yetər, ər oğlu ər ol! 
Çırpınıb çareyi-xilas ara, bul! 
2
  
 
        Düşünməyə çağırış M.F.Axundovdan başlayan maarif-
çilik ideyalarının sadəcə davamı olmayıb, həm də yeni döv-
rün  ruhunu  ifadə  edən  bir  himndir.  Mənəvi  kamilləşmə  te-
zisindən  rasional  düşüncə  və  ictimai  təkamül  tezisinə  ke-
çidin və ya, daha doğrusu, sintetik bir həyat düsturunun ax-
tarışı az qala bir əsr davam etmiş və XX əsrin əvvəllərində 
                                                 
1
 Щ.Жавид. Сечилмиш ясярляри, Бакы, Чашоьлу, 2004, с. 11. 
2
 Йеня орада. 


 
- 89 - 
ictimai əhval-ruhiyyəyə də təsir göstərmişdir. Bu keçid fəl-
səfəsinin  ən  böyük  nümayəndələrindən  biri  Cəmaləddin 
Əfqani olmuşdur.  
M.F.Axundovdan  Cəmaləddin  Əfqaniyə,  Əfqanidən 
Sabirə və Cavidə gedən ideya yolu, özünütənqid və vəhdətə 
çağırış yolu!  
Məhz fikir tənbəlliyinin və ətalətin nəticəsidir ki, Av-
ropa yeni-yeni texniki nailiyyətlər əldə etdiyi bir vaxtda, bi-
zimkilər  ərəb  əlifbası  və  ərəb  sözlərinin  təfərrüatları  sahə-
sində  baş  sındırmaqla  məşğul  idilər.  C.Əfqani  elə  bil  ki, 
M.F.Axundovun  əlifba  islahatı  uğrunda  mübarizəsinə  səs 
verərək yazırdı: «Müsəlmanlar təlim-tərbiyədən heç bir xe-
yir görmürlər. Məsələn, onlar nəhv elmini öyrənməklə məş-
ğul  olurlar.  Nəhv  elmində  məqsəd  də  budur  ki,  ərəb  söz-
lərini  düzgün  yazıb-oxumağı  öyrənsinlər.  Halbuki,  bizim 
zəmanəmizdə  müsəlman  alimləri,  nəhv  elmini  son  məqsəd 
və  qayə  kimi  qarşılarına  məqsəd  qoymuşlar…».
1
  Bəli,  dil 
məqsəd  yox, vasitə olmalıdır. Hansı dildə oxumaq və  yaz-
maq deyil, nə barədə oxuyub, yazmaq önəmlidir. Düşüncə-
nin  səhv  istiqamətdə  yönəldilməsi,  vasitəni  özünə  məqsəd 
etməsi,  hətta,  elmi  dini  dəyərlərlə  əvəz  etmək  təşəbbüsləri 
Şərqin  tənəzzül  səbəblərindəndir.  «Qəribə  burasıdır  ki,  bi-
zim  alimlər  elmi  iki  yerə  bölmüşlər:  müsəlman  elmləri  və 
Avropa  elmləri.  Buna  görə  də,  onlar  camaatı  xeyirli  elm-
lərin  mənimsənilməsindən  çəkindirirlər.  Onlar  başa  düş-
mürlər ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona 
                                                 
1
 Ж.Яфгани. Эюстярилян ясяр, сящ. 30. 


 
- 90 - 
yiyələnsə, onundur…»
1
         
Şərq  və  Qərb  düşüncə  tərzlərini,  qarşılıqlı  maraqları 
üzvi  surətdə  birləşdirən  sintetik  təfəkkür  siyasət  sahəsində, 
beynəlxalq  münasibətlər  sahəsində  həqiqətən  yeni  hadi-
sədir... 
Lakin  daha  geniş  miqyasda  götürdükdə,  həyatımızın 
bütün  sahələrini  məhz  bu  yeni  təfəkkür  işığında  nəzərdən 
keçirmək  istədikdə  məlum  olur  ki,  o  heç  də  boş  yerdə  ya-
ranmamış, min illərdən bəri dərin kök atmış dialektik təfək-
kürün bəhrəsi kimi meydana gəlmişdir.  
Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffə-
qiyyətlərin rəhni olan dialektik təfəkkür tərzinin praktik tət-
biqinə nail olmaqdan, fəaliyyət proqramını bu təfəkkür əsa-
sında  qurmaqdan,  dialektikanı  “xalis  zəka”  sahəsindən 
“praktik zəka” sahəsinə keçirməkdən ibarətdir.  
Sintetik  siyasi  təfəkkür  dialektik  idrak  metodunun 
dövlət  siyasətinə  tətbiqi  deməkdir.  Miqyaslar  arasındakı 
uçurumun  aradan  götürülməsi,  tam  ilə  hissənin  əlaqələndi-
rilməsi, fərdi problemlərin qlobal hadisələr kontekstində nə-
zərdən keçirilməsi və əksinə, qlobal hadisələrin həllində hər 
bir adamın mənafeyinin nəzərə alınması sintetik təfəkkürün 
mühüm tərkib hissəsidir.  
Dialektik  təfəkkürün  əsasında  hərtərəflilik  prinsipi, 
sintetiklik  dayanır.  Əksliklər  müəyyən  olunur,  ancaq  onlar 
mütləqləşdirilmir, vəhdətdə nəzərdən keçirilir. 
Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini 
                                                 
1
 Йеня орада, сящ. 32. 


 
- 91 - 
qarşılıqlı  surətdə  tamamlayır.  Sintetik  təfəkkür  müxtəlif 
konseptual  sistemlərin  dialektik  sintezi  olmaqla  yanaşı, 
müxtəlif  təfəkkür  tərzlərini  də  özündə  birləşdirir.  O,  Şərq 
və  Qərb  təfəkkür  tərzlərinin,  milli  şüarların  bir-birini  zən-
ginləşdirməsini  nəzərdə  tutduğu  kimi,  elmi  və  bədii  təfək-
kürün vəhdəti üçün də meydan açır.  
Ya yalnız sosial-mənəvi həyatın anlayışlarla inikasın-
dan çıxış edərək bədii ədəbiyyatdan, obrazlı təsvirdən imti-
na  etmək,  ya  da  yalnız  bədii  ədəbiyyat  və  təxəyyül  hüdu-
dunda qalaraq real həyatın məntiqi inikasına biganə qalmaq 
–  hər  ikisi  birtərəfli  və  metafizik  yaxınlaşmadır.  Sintetik 
təfəkkür bunların vəhdətini tələb edir.  
İnsan, onun mənəvi yüksəlişi, fərdi mənəvi dünya ilə 
ictimai həyat  arasında  qarşılıqlı əlaqə  və  ziddiyyət  məsələ-
ləri  əsrlər  boyu  yalnız  fəlsəfənin  deyil,  həm  də  bədii  ədə-
biyyatın, incəsənətin predmetinə daxil olmuşdur. Lakin fəl-
səfənin  məğzini,  əsas  məsələsini  təşkil  edən  bu  problem 
bədii  ədəbiyyatda  bir  növ  dolayısı  ilə,  daha  doğrusu,  təza-
hürlər vasitəsilə işıqlandırılmışdır. 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə