Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- 100 - 
tilə tanıyanlar üçün ölmüşdür. O, əvvəllər özünün də daxil 
olduğu naqis ictimai mühitdən təcrid olmuş halda qalmağı 
üstün  tutur.  Bu  da  «olum»  ilə  «ölüm»  arasında  bir  vəziy-
yətdir. Lakin əsərdən çıxan məntiqi nəticəyə görə, bu aralıq 
vəziyyət şərəfli ölümü əvəz edə bilmədiyinə görə, son nəti-
cədə yenə də fiziki ölüm labüd olur.) Ona görə də, bu prob-
lemin  qoyulduğu  pyeslər,  bir  qayda  olaraq,  faciə  janrında 
olur.  Dramaturqlar  çox  vaxt  bu  böyük  problemi  sadələşdi-
rərək, onu ''olum, ya ölüm'' formuluna salır və həyatda qal-
mağı  –  həyatla  barışmaq,  ölümü  isə  həyata,  mühitə  etiraz 
aktı,  üsyan  kimi  təqdim  edirlər.  Və  nə  qədər  paradoksal 
görünsə də, «olum» – fərdi mənin ölməsi, əksinə, «ölüm» – 
fərdi mənin özünü təsdiqi, yaşamaq uğrunda mübarizəsidir. 
Problemin  bu  cür  sadə  qoyuluşu:  yaşamağın  mütilik,  təs-
limçilik,  ölməyin  –  barışmazlıq,  üsyan  kimi  təqdim  edil-
məsi,  əslində  həyatın,  «olmağın»  həqiqi  böyük  mənasını 
açılmamış  qoyur.  Bu  böyük  məna  isə,  yuxarıda  qeyd  et-
diyimiz  kimi,  mühitin,  cəmiyyətin  dəyişdirilməsi  və  naqis 
həyata  deyil,  fərdi  mənin  böyük  ideallarına  cavab  verən 
yeni  bir  həyata  uyğunlaşmasıdır.  Daha  doğrusu,  bu  artıq 
«uyğunlaşma» deyil, yaradıcılıqdır, inqilabdır.  
Cavid  və  Cabbarlı  elə  bir  dövrdə  yaşayırdılar  ki,  on-
ların «inqilab» idealları bolşevik inqilabı ilə müqayisə olun-
maya bilməzdi. Cavid sonuncunu qəbul etmir, Cabbarlı isə 
özünəməxsus bir şəkildə qavrayır və təqdim edirdi. Bu ba-
xımdan, təkcə aydınların tragik inqilabçı ruhu deyil, almaz-
ların inqilabı da özünəməxsus bir «olum, ya ölüm» proble-


 
- 101 - 
mi  idi.  Bu,  elə  bir  zəmanə  idi  ki,  ''olum''  yolu  –  ''ölüm''ə, 
''ölüm'' yolu – ''olum''a çevrilmişdi. Qırmızı inqilab öz ölüm 
qismətini artıqlaması ilə yaşayaraq (sözün müstəqim məna-
sında  ''ölüm''  planını  dolduraraq)  zəfər  çalmış,  indi  daha 
qalib  mövqeyindən  ''olum''  yolçularına  ölüm  hökmü  oxu-
yurdu. Bir qütb başqa bir qütblə əvəz olunmuşdu. Ona görə 
də,  Cabbarlının  inqilabdan  sonrakı  əsərlərinə  daha  çox  də-
rəcədə məhz bu prizmadan baxmaq lazımdır. 
Cavid  isə  problemin  konkret  bir  dövr  üçün  bu  və  ya 
digər təzahürlərini deyil, ümumiləşmiş fəlsəfi həllini, düstu-
runu tapmağa cəhd edirdi. 
Arif  bir  növ  Hamleti  xatırladır.  O  da  fikir  müstəvi-
sindəki  pozitiv mövqeyə  baxmayaraq,  real  həyatda  passiv-
lik və çaşqınlıq nümayiş etdirir. Lakin son anda estafeti real 
həyatda daha qətiyyətli görünən Elxana verir. 
Aydın  da  mahiyyət  müstəvisində  bir  qədər  Hamleti 
xatırladır.  Lakin  cəngavərlik  dövrü,  duellər  dövrü  keçdi-
yindən,  ancaq  söz  qılıncı  ilə  kifayətlənməli  olur.  Dövrün 
faciəsini  yaşamaqla  bərabər,  həqiqətə  yol  açmağa  çalışır, 
uğursuzluğa uğrayınca kefli İsgəndərin yolunu tutur. Lakin 
diqqətlə yanaşıldıqda burada Protasovla paralel daha güclü-
dür.  Aydın  da  neçə  illərdən  sonra  qayıdıb,  tanınmaz  halda 
cəmiyyətdəkiləri  seyr  edir.  Lakin  bunu  Protasov  kimi  so-
yuqqanlılıqla edə bilmir, həyata İsgəndərsayağı müdaxilələr 
edir.  Zəmanəyə inamını  itirsə  də,  insanlara inamını  itirmir. 
Son anda Gültəkini hələ də sevdiyini göstərməklə, naqis cə-
miyyətin günahını onun qurbanı olmuş insanın ayağına yaz-


 
- 102 - 
madığını  sübut  edir.  Şərin  mənbəyini  insanların  xislətində 
deyil,  dövrün,  zəmanənin,  mühitin  xislətində  axtarmaq  tə-
şəbbüsü  göstərir.  Bu  baxımdan,  C.Cabbarlının  «Aydın»ı 
təkcə  «Hamlet»lə  deyil,  həm  də  «İblis»lə  böyük  ideya  ya-
xınlığına malikdir. 
 
***
 
 
Hadisələri  araşdırarkən  və  ilk  nəzərə  çarpan  cəhət-
lərdən çıxış  edərkən  eyni dövrdə  yazıb-yaratmış bu iki sə-
nətkar  arasında  xeyli  böyük  fərqlər  və  hətta  ziddiyyətlər 
görmək  mümkündür.  Lakin  bu  böyük  düha  sahiblərinin 
ideya dünyasına daxil olduqda, fərqlərin daha çox metod və 
təzahür fərqi olduğu, ideyaların dərinliyində isə ağlasığmaz 
bir yaxınlıq və hətta eyniyyət mövcudluğu aşkara çıxır. Ca-
vidin «Xəyyam»da dediyi kimi,  « Ayrı olsaq da, həqiqətdə 
birik.». 
          Cavidlə  Cabbarlı  arasındakı  fərq  ancaq  metod  fərqi 
deyil. Daha doğrusu, metod fərqi törəmədir və ən başlıcası, 
zamana görə nisbidir. Təsadüfi deyildir ki, bir əsərdən son-
ra kimin daha çox realist, kimin daha çox romantik olduğu-
nu  fərqləndirmək  çətinləşmişdir.  Keçən  əsrin  əvvəlində 
dünyanı,  həyatı  planetlər  miqyaslı,  qlobal  bir  proses  kimi 
götürən  Cavid  nə  qədər  mücərrəd  və  «səmavi»  görünürdü-
sə, yeni əsrin əvvəlində, qloballaşma artıq həyatın bütün sa-
hələrinə nüfuz etdiyi bir vaxtda, bir o qədər realist görünür.   
 Əsl fərq bədii metodlardan öncə insanların,  cəmiy-
yətin tərəqqi yoluna münasibətdə, «nədən başlamaq» məsə-


 
- 103 - 
ləsində üzə çıxır.    
          Hər  iki  sənətkar  yaxınlaşmaqda  olan  həşəmətli  bir 
kabusun, qorxunc  bir  qüvvənin, kapital dünyasının, Qərbin 
kütləvi mədəniyyətinin milli-mənəvi dəyərlərimizin sərhəd-
lərini  keçərək  cəmiyyətimizə,  ailəmizə,  şəxsi  həyatımıza 
necə daxil olduğunu və bu proseslərin daha nələrə apara bi-
ləcəyini anlayır və bütün bunlara qarşı mübarizə yolları ara-
yırdılar. Hər iki sənətkar bu böyük ümumbəşəri, fövqəlmilli 
proseslərin  qloballığını,  dönməzliyini  görür,  onlarla  üzləş-
məyin qaçılmazlığını dərk edir və özünü, öz milli varlığını, 
əsrlərdən, nəsillərdən bizə miras qalmış yüksək əxlaqi-mə-
nəvi keyfiyyətləri bu burulğanlar içərisindən çıxarmaq üçün 
yollar  axtarır,  bütün  mümkün  vasitələri  və  qüvvələri səfər-
bər etməyə çalışırdılar.  Azərbaycanda sosialist inqilabı de-
yilən  hadisə  baş  verdikdən  sonra  zəmanənin  bu  iki  böyük 
qələm  sahibinin  mübarizə  metodları  getdikcə  daha  çox 
dərəcədə fərqlənməyə başladı. Cavid yenə də milli məni ka-
pital  dünyasının  təsirlərindən  qorumaq  istiqamətindəki  bu 
mübarizəni davam etdirmək, Cabbarlı isə kapital kabusunun 
qarşısını  mahiyyətcə  guya  ona  qarşı  dayanan  yeni  ictimai 
reallığın – kommunizm kabusunun vasitəsilə kəsmək möv-
qeyindən çıxış etdi.   
          Cavid hətta sosializm mərhələsini də kapital dünyası-
nın  ümumi  meyllərindən  fərqli,  müvəqqəti  bir  hadisə  kimi 
«diqqətdən  kənarda»  qoyaraq,  məhz  ümumi  problemləri 
araşdırmaqda davam edirdi. Cari zamana olan bu etinasızlı-
ğı o, məkanı genişləndirmək, hadisələrin vaqe olduğu məm-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə