Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- 108 - 
O bir əngin dəniz ki, çox qorxuncdur. 
İnsan gah inci bulur, gah boğulur.    
  
Qərb dünyasındakı əksilikləri, təzadları çox gözəl du-
yan,  gözəl  bilən  Cavid  bizim  Qərbə  birtərəfli  münasibəti-
mizdən çox narahat olur: «Avropadan – fəzilət, himmət, cid-
diyyət, vüqar dururkən – yalnız çürük bir züppəlik aldılar», 
–  deyən  şair,  elə  bil  ki,  gələcək  təhlükələri  görərək,  bizi 
«ayıq davranmağa» dəvət edirdi.   
O  vaxt  Cavidi  realizmdən  uzaqlaşmaqda  təqsirləndi-
rirdilər. Lakin Cavid mümkün gələcəyin mümkün fəsadları-
nı irəlicədən əks etdirir və belə bir gələcəyin heç vaxt real-
laşmaması üçün çalışırdı...  
        Lakin, heyhat! O zaman gəldi. Təhlükələr reallaşdı. Və 
çox təəssüflər olsun ki, bu gün Cavid daha yalnız səma şairi 
olaraq  qalmır,  həm  də  reallıqları  əks  etdirir.  Təəssüflər  ol-
sun  ki,  bu  gün  kapital  dünyasının  törətdiyi  zinalara  qarşı 
mənəvi müqavimət o dərəcədə zəifləmiş ki, onun qurbanları 
aydınların,  gültəkinlərin  böyük  dramatik  mübarizəsini,  fa-
ciəsini  yaşamadan,  Cabbarlının  heç  vaxt  ağlına  belə  gətir-
mədiyi bir halda, çox sadəcə – cəlallar və afətlərin taleyini 
yaşayırlar.  Cavidsə  hələ  o  vaxt  bunları  çox  sakit  yazırdı, 
sanki  olan  bir  şeyi  təsvir  edirdi.  Cabbarlı  üçün  bu  ağlasığ-
maz  bir  eniş,  «Uçurum»dakından  daha  dəhşətli  və  əslində 
qeyri-mümkün olan bir uçurumdur.  
Cabbarlı Cavidin hansı dövr üçün  yazdığını anlamaq 
üçün  gələcəyə  də  nəzər  salır  və  bunları  ən  bədbin  proqnoz 
halında  da  qəbul  etmir.  (Cabbarlı  türkü,  türklüyü  çox  uca 


 
- 109 - 
tutur, lakin çox ucada olanın düşərkən daha aşağı yuvarlan-
maq  «şansını» unudur). Cabbarlı bu proqnozu təhlil edərək 
yazır  ki,  bəzilərinə  görə  «...  şimdi  bizdə  Afət  həyatı  yoxsa 
da,  get-gedə  həyat  tərəqqi  edib  qadınlarımız  açılınca  əlli 
ildən sonra Afət həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa 
da, bəlkə Türkiyədə buluna bilər, – deyənlərə də cavab ola-
raq... biz deyirik ki, qırx il də, əlli il də bundan sonra Azər-
baycan,  ya  türklüyün  başqa  bir  ölkəsi,  həmçinin  Türkiyə 
Afət həyatı ilə yaşaya bilməyəcəkdir...» (C.Cabbarlı. «Ədəbi 
mübahisələr»).  
Necə  də  böyük  bir  inam!  Necə  də  böyük  bir  roman-
tika!  
Bax,  burada,  bu  günkü  həyatın  müstəvisində  rollar 
dəyişir, Cavid daha çox realist, Cabbarlı daha çox romantik 
təsiri bağışlayır.  
Ey böyük Cabbarlı! Biz sənə inanmaq istəyirik. Sənin 
kimi  inamlı  olmaq istəyirik.  Biz bu  günkü  halların  müvəq-
qəti bir çaşqınlıq olduğuna, ötəri, keçici olduğuna inanmaq 
istəyirik! İnanırıq da! İnanırıq, çünki səbəblərini bilirik. Bil-
diyimiz şeylə mübarizə etmək isə daha rahatdır.  
Ey böyük Cavid! Əsrin sonunda, qloballaşma dövrün-
də  bizi  gözləyən  bəlaları,  reallıqları  qələmə  aldığın  üçün, 
bizi irəlicədən xəbərdar etdiyin və Qərbə optimal münasibət 
düsturunu formalaşdırdığın üçün biz Sənə minnətdarıq! 
Əvvəla,  bilmək  lazımdır  ki,  müasir  Azərbaycan  ger-
çəkliyində cəlallar və afətlər heç də milli tərəqqinin aparıcı 
qüvvələrini deyil, yeni yaranmış və hələ dərin kök atmamış 


 
- 110 - 
müvəqqəti bir zümrənin timsalıdır. Cavid bu obrazları bədii 
ümumiləşdirmə səviyyəsində təqdim edə bilir, ona görə ki, 
onlar artıq tək-tək adamlar olmayıb, bütöv bir zümrə, təbə-
qədir.  Lakin  heç  də  elita  olmayıb,  mənən  yoxsul  nuvoriş-
lərin və onların həyat tərzinə həsəd aparan meşşanların tim-
sallarıdır. Qərbin «müasir» həyatı və «kütləvi mədəniyyəti-
nin»  təsiri  altına  düşmüş  zəif  iradəli  insanlardır.  «Uçu-
rum»da oxuyuruq: 
 
Yurdumuzu sardıqca, 
Düşgün Paris modası, 
Hər kəsə örnək oldu 
Sərsəm firəng ədası. 
 
Cabbarlı, əlbəttə, haqlıdır ki, afətlər və cəlallar türkün 
təmsilçisi ola bilməzlər. Lakin Cavid  də qarşısına belə bir 
məqsəd  qoymur.  O,  sadəcə  olaraq  nə  vaxtsa  cəmiyyətdə 
mümkün ola biləcək alternativ həyat tərzini təsvir edir. On-
lar da cəmiyyətin, ictimai mühitin reallıqlarıdır. Cəmiyyətin 
aparıcı  qüvvələrinin  əsas  vəzifələrindən  biri  də  elə  məhz 
bundan  ibarətdir  ki,  ictimai  tərəqqinin  daxili  məntiqindən, 
milli mentalitetdən irəli gəlməyən yabançı ictimai proseslə-
rin genişlənməsinə imkan verməsin. Onların qarşısını tama-
milə almaq isə ona görə mümkün deyil ki, hətta ən yüksək 
inkişaf səviyyəli cəmiyyətlərdə də milli özünüdərk həddinə 
çatmamış bəsit mənəviyyatlı və zəif iradəli insanlar vardır. 
Qloballaşma və insan hüquqları isə məhz mənəvi şikəstlərin 
də «hüququnu» müdafiə edir.  
Biz bu gün qapıları bütün dünyaya açılmış yeni, azad 


 
- 111 - 
bir cəmiyyət qurarkən, demokratikləşməni, fikir plüralizmi-
ni qəbul edərkən, həyat tərzlərinin də plüralizmini qəbul et-
mək  məcburiyyətindəyik.  Lakin  başqa  bir  əxlaqın  bizimlə 
paralel  mövcudluğuna  dözmək,  heç  də  bizim  özümüzü  hə-
min  yabancı  əxlaqı  qəbul  etmək  məcburiyyətində  qoymur. 
Biz, sadəcə olaraq, müxtəliflik və mədəni-mənəvi plüralizm 
şəraitində özəlliyimizi qorumağı və inkişaf etdirməyi öyrət-
məliyik.    
Bax,  həyatın  bu  yeni  dialektikasını,  qloballaşma  art-
dıqca milliləşmənin də onunla həmahəng olaraq artmalı ol-
duğunu  anlasaq  və  cəmiyyətdəki  milli  iradədən  məhrum 
tör-töküntü  ilə  milli  elitanın  yerini  dəyişik  salmasaq  təşviş 
üçün elə bir ciddi əsas yoxdur.  
Sadəcə olaraq, anlamalıyıq ki, milli mənəviyyatın öz 
ətaləti ilə yaşayacağına əminlik dövrü arxada qalmışdır. İn-
di  biz  öz  vətənimizdə  də  milli  mən-i  qorumaq,  yaşatmaq, 
inkişaf etdirmək üçün hər an mübarizəyə hazır olmaq, yaxşı 
düşünülmüş  vasitələrlə  mücadilə  aparmaq  məcburiyyətin-
dəyik.  Bu  mücadiləni  uduzmamaq  üçün  klassik  ədəbi-fəl-
səfi irsimizi yaşatmağı və müasir düşüncə ilə birləşdirməyi 
öyrənməliyik. 
Müasir  həyatın  dialektikası  ədəbiyyata  münasibətdə 
də müxtəlifliyin vəhdətini tələb edir. Bizə bu gün ayrılıqda 
Cavid və ya Cabbarlı deyil, həm Cavid, həm də Cabbarlının 
ideyalarından  bəhrələnən  vahid  mədəni-mənəvi  özünümü-
dafiə və inkişaf konsepsiyası lazımdır.  
Bu gün çox vaxt «milli birlik»dən danışılır, «biz niyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə