Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- 96 - 
aləminin  özündəki  daxili  çarpışma  və  təbəddülatları  işıq-
landırmalı olur ki, bu da sonrakı, yüksək qatdır. 
 
* * * 
 
          Bədii  ədəbiyyatın  mövzu  dairəsi  çox  genişdir.  Həm 
üfüqi,  həm  də  şaquli  müstəvidə.  Üfüqi  müstəvi  dedikdə, 
coğrafi məkan və hadisələrin müxtəlifliyini nəzərdə tuturuq. 
Şaquli  müstəvidə  isə  hissi-mənəvi  dərinlik  dərəcəsi  öz  ək-
sini  tapır.  Bəzən  bir  otağın,  bir  insanın,  hətta  bir  çiçəyin 
həndəsi-coğrafi məkanından kənara çıxmadan da, çox geniş 
mövzu diapozonunu əhatə etmək olar.  
        İnsanın  keçirdiyi  ən  adi  hiss  və  həyəcanlardan  ən 
mürəkkəb fikirlərə qədər, adi bir təbiət mənzərəsindən tut-
muş  insan  taleyinə  və  hətta  bəşəriyyətin  böyük  problem-
lərinə qədər, bir sözlə,  insanı duyğulandıran və düşündürən 
nə varsa –  hamısı bədiiləşərək ədəbiyyatın mövzusuna çev-
rilə  bilər.  Burada  duyğu  və  düşüncələrin  özü  ilə  bərabər, 
onları doğuran hadisələr, gerçək durumlar, proseslər də qə-
ləmə alınır... Hadisələrdən  yenə ideyaya qayıdılması, bədii 
əsərin ideya  məzmununun açılması isə çox vaxt oxucunun 
öhdəsinə  düşür,  lakin  oxucu  tam  sərbəst  buraxılmayıb, 
müəyyən  emosional-psixoloji  hala  yönəldilir  ki,  bu  da 
hadisədən  mahiyyətə,  ideyaya  keçid  üçün  bir  növ  hazırlıq 
mərhələsidir. İdeya hamı üçün əsasən eyni yönümdə, lakin 
hər  bir  oxucunun  səviyyəsinə  uyğun  dərəcədə  hadisələrin 
gedişindən, təhkiyənin özündən intixab olunur. 
        Ədəbiyyatın əhatə  dairəsinin böyük  bir zolağı  fəlsəfə-


 
- 97 - 
nin  problematikası  ilə  üst-üstə  düşür.  Ədəbiyyat  üçün  bu 
zolaqdan  kənarda  da  kifayət  qədər  böyük  meydan  var  və 
sənətkarlar  çox  vaxt  məhz  sənət  üçün  spesifik  sahələri 
(duyğulandırma zonası) qələmə almağı üstün tuturlar... Fəl-
səfi zonaya çox az-az sənətkar daxil olur. Necə ki, dənizin 
dayaz  yerində  üzə  bilənlərin  heç  də  hamısı  dərin  sahələrə 
baş vurmur. Çünki bu, təhlükəlidir. Bu dərinliyə girmək ra-
hat, oradan çıxmaq isə çətindir. Ona görə də, bir çox hallar-
da fəlsəfi mövzulara girişən yazıçılar qoyduğu problemlərin 
içində  itib-batır,  ideya  aydınlığı  olmadığından  oxucunu  da 
özü  ilə  bərabər  burulğana  salır,  çıxışsız  qoyurlar.  Halbuki, 
əsas vəzifə məhz çıxış yolunu  göstərməkdir.       
          Azərbaycan  ədəbiyyatında  fəlsəfiliyə  meyl  həmişə 
olub.  Lakin  iki  sənətkarın  yaradıcılığında  fəlsəfi  zona  əsas 
yaradıcılıq sahəsidir. Cavid və Cabbarlı, demək olar ki, bü-
tün  yaradıcılıqlarını  fəlsəfi  problemlər  üzərində  qurublar. 
Başqa  sözlə,  bədii  forma  açıq-aşkar  fəlsəfi  təfəkkür  səviy-
yəsində qoyulan problemlərin təsvir üsulu kimi ortaya çıxır. 
Bu problemlər bir qayda olaraq  maddiliyin (altun, var-döv-
lət,  vəzifə,  hakimiyyət,  güc,  zor)  və  mənəvinin  (haqq-əda-
lət, gözəlliyə pərəstiş, ülvi duyğular, ləyaqət, sevgi) konkret 
təzahürləri  arasında  mücadilə  formasında  ortaya  çıxır.  La-
kin  maddi-mənəvi  qarşıdurması  ancaq  şəxsi  münasibətlər 
miqyasında qalmır, ictimai prizmadan keçərək sosial qarşı-
durmalara  gətirir.  İnsanların  problemləri  cəmiyyətin  prob-
lemləri  səviyyəsinə  qaldırılır  və  fərdi  müstəvidəki  müna-
sibətlərə  həm  mənəvi,  həm  də  ictimai-siyasi  ziddiyyət  sə-


 
- 98 - 
viyyələrindən nəzər salınır...        
           Cavid də, Cabbarlı da tərəddüd etmədən sosial fəlsə-
fənin ən aktual problemlərinə birbaşa müdaxilə edir və çox 
vaxt  problemin  olduqca  dərin  qatlarına  enirlər.  Lakin  adi 
oxucu  nəzərləri  üçün  bu  dərin  qatlardan  müəllif  tərəfindən 
kəsik  xətlərlə  cızılmış  çıxış  konturlarını  görmək  çətindir. 
Təəssüf ki, çox vaxt tənqidçilər də bu məqamlardan sükutla 
keçirlər. Cabbarlı dühası bəzən adi bir hadisənin təsvirində 
elə dərinliklərə və ənginliklərə girir, şaquli ox boyunca elə 
vüsətlə manevr edir ki, onu izləmək çox vaxt peşəkar tənqid 
üçün də çətin olur.        
 
* * * 
 
        Cavidin «İblis»ində kapitalizm cəmiyyətinin çatışmaz-
lıqları, naqis ictimai mühitin mahiyyəti konkret hadisələrlə 
yanaşı, ümumiləşmiş İblis obrazı ilə təqdim olunur. Bu, bir 
tərəfdən, insanların hesablaşmalı olduğu reallıqdır (acı, sərt, 
lakin real bir dünya), digər tərəfdən, insanın qəbul etmədiyi 
bir  reallıqdır.  İnsan naqis cəmiyyətdə gedən  prosesləri  mə-
nən qəbul etmir, lakin gerçəkliklə hesablaşmamaq da müm-
kün deyil... 
       Şekspirin  Hamleti  belə  reallıqla  barışmadığından,  öl-
məyi üstün tutur. Lakin ölüm yolunu seçməzdən qabaq tə-
rəddüdlər keçirir, çıxış yolu axtarır... Böyük filosof-tənqidçi 
Lev Şestov «olum, ya ölüm» dilemmasının əsər boyu ancaq 
tərəddüdlər,  çaşqınlıq  və  daxili  mübarizə  kontekstində  da-
vam  etməsi,  real  həyat  müstəvisində  isə  tam  bir  fəaliy-


 
- 99 - 
yətsizlik və qətiyyətsizliyin hökm sürməsini bir çatışmazlıq 
kimi  qeyd  edir.  Bəli,  Hamlet  əlində  qılınc  vuruşur.  Lakin 
kiminlə,  nə  üçün?  Və  nəhayət,  zəmanənin  haqsızlıqlarına 
qarşı  mübarizə  meydanında  deyil,  ədalətsiz bir dueldə  ölü-
mə  çatır...  Əlbəttə,  ölümün  əsl  səbəbi  bu  dueldən  çox-çox 
əvvəl,  daha  dərin  qatlarda  baş  qaldırmışdır.  Lakin  fikirdə, 
mənəviyyatda  gedən  dramatik  proseslərlə  ictimai  həyatın 
reallıqları arasında heç bir uyğunluq yoxdur.  
         Bütün  böyük  dramaturqlar  əslində  həmişə  eyni  sual-
ları qoyurlar. Lakin öz dövrlərinin dilində. Şekspirin «olum, 
ya  ölüm?»  kimi  qoyduğu  sual  fəlsəfənin  həmişə  aktual 
problemlərindən  birinin  konkret  bədii  ifadə  forması  idi. 
Problem  isə  bundan  ibarətdir:  mühitə,  cəmiyyətə,  bəşəriy-
yətə uyğunlaşmaq («palaza bürünüb elnən sürünmək», təs-
lim  olmaq),  yoxsa  mühiti,  cəmiyyəti  özünə,  öz  sosial  və 
mənəvi  ideallarına  uyğunlaşdırmaq?!  Birinci  variantı  seçib 
yaşamaq, «olmaq», əlbəttə, asandır. İkinci yol çox çətindir. 
Burada «olmaq» üçün dövrün nəbzinə uyğun üsul, ideya və 
iradə  tapılmadıqda,  o,  həmişə  «ölüm»  yolu  olur.  (Düzdür, 
bu iki variantın keçidində üçüncü – aralıq variantlar da var. 
Naqis  mühiti  qəbul  etməmək,  lakin  ona  qarşı  aktiv  mövqe 
tutmadan,  özünü  «kənara  çəkmək»,  «çıxdaş  olmaq»  va-
riantı.  Məsələn,  kefli  İskəndərin  sərxoşluq  yolu.  Lakin  bu 
yol öz təkamülündə istər-istəməz ikinciyə keçidlə nəticələn-
məlidir.  Zira  sərxoşluq  da  həyatı  inkarın,  «ölüm»  yolunun 
bir formasıdır. Yaxud L.Tolstoyun  «Canlı meyit» pyesində 
Protasov cismən sağ olsa da, yaşadığı mühit üçün, onu vax-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə