Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- 92 - 
 
 
 
 
 
Cavid və Cabbarlı   
 
Cavid və Cabbarlı. Biri ideyalar, mahiyyətlər dünya-
sında qərar tutur və yerdəkilərə sadə bir təzahür kimi baxır, 
o biri yerdə olanların zahiri pərdəsini götürməklə mahiyyəti 
də,  ideyanı  da  gerçək  həyatın  özündən  intixab  etməyə  ça-
lışır. 
Əslində hər iki dahi eyni bir  yolu qət edir. Biri  sə-
madan  enir,  o  biri  səmaya  yüksəlir.  Biri  həyatın  ali  məna 
zirvəsindən həyatın dibinə işıq salır, o biri həyatın dibindən 
onun  ali  mənasına  doğru  insanlarla  birlikdə  çox  çətin  bir 
yüksəliş yolu keçməyə çalışır. Yollar eyni olsa da, səmtlər 
bir-birinin  əksinədir.  Əvvəlcə  özü  nura  çatıb,  insanlara 
nurdan  pay  verməklə,  insanlarla  birlikdə  nura  doğru  yürüş 
etmək  fərqli  hadisələrdir.  Lakin  istiqamətlər  fərqli  olsa  da, 
məqsədlər, məramlar eynidir.  
Bəli,  hər  iki  ədib  həm  böyük  mütəfəkkir,  filosof, 
həm  də  gözəl  sənətkardır.  Lakin  kim  əvvəlcə  filosofdur, 
kim əvvəlcə sənətkar? Bax, əsas fərq də burada üzə çıxır. 
Cabbarlı xüsusi fəlsəfi təhsil görməmişdir. Onu hə-
yatın  özü  yetişdirmişdir.  O,  həyatdan,  gerçəklikdən  çıxış 
edir. Onun böyük rəssamlıq istedadı ətrafda baş verən pro-


 
- 93 - 
sesləri  bütün  incəlikləri  ilə  təsvir  etməyə  imkan  verir. 
Təsadüfi  deyil  ki,  Cabbarlı  özü  ədəbiyyatı  təsviri  sənətlə 
müqayisə edir: «Zatən ədəbi əsərlər də fırçası qələm olmuş 
rəsmlər deyillərmi?» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).  
         Cabbarlı  hadisələrdən  çıxış  edir  və  onları  ümumiləş-
dirməklə  mahiyyətə  doğru  addımlayırdı.  Bədii  ümumiləş-
dirmə  elə  güclü  idi  ki,  real  hadisələrin  təsviri  arxasında 
mahiyyətlər  və  onlar  arasındakı  münasibətlər  də  üzə 
çıxırdı... 
        Bəli,  Cabbarlı  əvvəlcədən  filosof  deyildi.  O,  əvvəlcə-
dən rəssam idi. Sosial və mənəvi proseslərin rəssamı. Lakin 
onun  getdiyi  yol  sadə  həyat  həqiqətlərinin  arxasındakı  bö-
yük  mənalara  doğru  aparırdı.  O  hadisədən  mahiyyətə,  tək-
cədən  ümumiyə,  sənətkarlıqdan  filosofluğa  doğru  gedirdi. 
Fəlsəfə  Cabbarlı  yaradıcılığında  təməl  yox,  son  mərtəbə 
idi...  
        Cavid  isə  əvvəlcədən  filosof  idi.  O  yüksək  təhsil  gör-
müş, bir sıra fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi 
konsepsiyası, ideyaları olan və bu ideyaları bədii yolla, sə-
nət vasitəsilə çatdırmaq istəyən bir sənətkar idi. Cavid bir-
başa yüksək mərtəbədən başlayır. İdeyalardan başlayıb hə-
yatın özünə doğru gəlir.  
       Cabbarlı bir təbiətşünas alim, eksperimentator səyi, en-
tuziazmı ilə yaşadığı maddi dünyanın iç üzünü axtarır; qırır, 
dağıdır,  sökür,  yenidən  qurur,  yenidən  sökür,  bütün  daxili 
qatları  alt-üst  edir,  açıb  bizə  göstərir,  lakin  yenə  əsl  ma-
hiyyət deyil, yeni bir pərdə, yeni bir illüziya, yeni bir riya, 


 
- 94 - 
yeni  bir  saxtakarlıq,  haqsızlıq  üzə  çıxır...      Bəs  haradadır 
həqiqət? Bəs mahiyyətə necə  çatmaq olar? Bax, bu suallar 
bütün aydınlığı ilə gözlərimiz önündə canlanır, lakin elə bil 
ki, cavab tapılmır. «Sevil»də çadranın atılması və guya ma-
hiyyətin, həqiqətin üzə çıxarılması, «Oqtay Eloğlu»nda pər-
dənin sökülməsi, divarların iç üzünün göstərilməsi, «Od gə-
lini»ndə  hətta  paltardan  da  xilas  olmaq,  adət-ənənənin  də 
buxovlarından  azad  olmaq,  islamın  da  ehkamlarına  qarşı 
çıxmaq cəhdləri – mütləq azadlıq axtarışları... Bütün bunlar, 
təbii ki, uğurla nəticələnmir. Onda nədir bu axtarışların mə-
nası?  Məna  elə  axtarışın  uğursuzluğundadır.  «Mənfi  cavab 
da bir cavabdır».  
        Cavid isə lap əvvəlcədən mahiyyət qatında əyləşib bi-
zim  bu  fani  (maddi)  dünyada  kölgələrin  oyununu  izləyir. 
Lakin  oxucu  həmin  bu  fani  dünyanın  içində  olduğundan 
onu  mahiyyət  qatına  qaldırmaq,  ideyalar  aləminə  yüksəlt-
mək və buradakı mətləbləri ona çatdırmaq o qədər də asan 
iş deyil.  
        Cavid  üçün  əsas  məqsəd  ideyanı  çatdırmaqdır.  Bədii 
üsul  və  təhkiyə ola  bilsin  ki,  hətta  təsadüfi seçilmiş  vasitə-
lərdir.  Yəni  əsas  inkişaf  xətti  ideya  ilə  bağlı  olduğundan 
hadisələr  sonradan  seçilir  və  bu  ideyanın  təkamülünə  uy-
ğunlaşdırılır. Cavid irəlicədən qoyduğu bir fəlsəfi ideyanın 
bədii  yolla  açılışına  çalışarkən  cari,  gerçək  hadisələrdən 
daha çox tarixi mövzulara və rəvayətlərə müraciət edir. Bu 
mövzular ümumbəşəri mövzulardır. Konkret zaman və mə-
kanla  bağlı  deyildir.  Hətta  tarixdə  həqiqətən  məlum  olan 


 
- 95 - 
hadisələr  də  konkret  zaman-məkan  müəyyənliyindən,  döv-
rün  spesifik  xüsusiyyətlərindən,  milli  etnoqrafik  mündəri-
cədən  azad  olunur,  bütün  bunlar  ancaq  rəmzlərlə  təqdim 
edilir və təhkiyə ancaq ideyanın açılışına xidmət edir. Sanki 
bədii  xarakter  də,  milli  kolorit  də  arxa  plana  keçir  və  ide-
yanın  inkişaf  yolunu  kölgədə  qoymamaq  üçün  bir  fon  ro-
lunu oynamaqla kifayətlənir. Yəni Caviddə hadisələr ikinci 
plandadır, fokusdan kənardadır və burada hər hansı detalın 
elə  bir  əhəmiyyəti  yoxdur.  Məhz  ona  görədir  ki,  maddi 
realizm  müstəvisində,  konkretlik  prizmasında  Cavid  yara-
dıcılığı tənqidə tab gətirmir.  
         Cabbarlı  isə  konkretdir.  Çünki  ilkin  olaraq  ideyadan 
deyil, gerçək hadisələrdən çıxış edir. Burada zaman da, mə-
kan da müəyyəndir. Burada həm milli müəyyənlik, həm ta-
rixi müəyyənlik,  həm  də  sosial müəyyənlik o  dərəcədə  qa-
barıqdır ki, hadisələrin gedişindən dövrün tək rəngini deyil, 
ruhunu da  sezmək  mümkün olur.  Cabbarlı rənglərdən  ruha 
doğru gedir. Cavid isə ruhu şəffaf götürür. Cavid dünyasın-
da  ruhun  rəngi,  yeri,  ölçüsü  olmur.  Ruh  məkan  və  zaman 
xaricindədir. Lakin o hadisələrdə təzahür edir. 
        Cabbarlı dünyası çoxmərtəbəli dünyadır. Birinci qatda 
təsvir  olunanlar  yerli-yataqlı  hadisələrdir.  Ruh  hadisələrin 
fövqündə, arxa planda təzahür edir. Lakin Cabbarlı gerçək-
likdə cərəyan edən hadisələrin bədii ümumiləşmə səviyyə-
sində real təsvirini verməklə yanaşı, bu hadisələrin alt qatla-
rını, onların daxilindəki təzadları da qələmə alır. Və nəticə 
etibarı ilə həm də bu hadisələrin əsasında dayanan ideyalar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə