Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- 104 - 
ləkətləri mücərrədləşdirmək, planetar miqyas seçmək hesa-
bına  kompensasiya  edirdi.  Lakin  o  vaxt  Cavidin  nə  üçün 
məhz  belə  bir  yol  seçdiyini  başa  düşmək  çox  çətin  idi. 
Bunun əsl səbəblərini başa düşmək, məhz həmin dövrdə ya-
şanan həyati gerçəkliyin heç də əsl böyük həqiqət olmayıb, 
bu  böyük  həqiqətdən  müvəqqəti  bir  sapıntı  olduğunu  dərk 
etmək  üçün  zamana  ehtiyac  var  idi.  İndi  biz,  böyük  bir 
zaman  keçdikdən  sonra,  böyük  ictimai-iqtisadi  çevrilişlər, 
təbəddülatlar  epoxası  arxada  qaldıqdan  sonra,  yeni  əsrin 
zirvəsindən rahatca keçmişə nəzər salaraq, Cavidin cari hə-
yata, çağdaş proseslərin işıqlandırılmasına nə üçün bu qədər 
etinasızlıqla  yanaşdığını  daha  aydın  cavablandıra  bilərik. 
Cavidin  yerdə  baş  verən  proseslərin  içərisinə  nüfuz  etmək 
naminə, qərar tutduğu uca səmalardan nə üçün enmək istə-
mədiyini anlamaq o dövrün hətta ən böyük sənətkarı üçün 
də, görünür, çox çətin idi. O vaxtın bir sıra ədəbiyyatçıları 
Cavidin öz zəmanəsinə qatılmadığını, cari proseslərə biganə 
qaldığını  ideoloji  mövqedən,  soyuqqanlılıqla  tənqid  edir, 
onu  xalqın,  cəmiyyətin  problemlərindən  uzaq  bir  “burjua 
şairi”  kimi  təqdim  etməklə  guya  sualın  cavabını  tapmış 
olurdular.  Lakin  belə  izah C.Cabbarlını qane  etmirdi.  Cab-
barlı  üçün  istedadına,  böyüklüyünə  şübhə  etmədiyi  və 
ideyalarını  şəksiz  bölüşdürdüyü  Cavidin  təhkiyə  və  təsvir 
sərbəstliyi  və  real  cismani  həyatın  təfərrüatlarına  sayğısız 
münasibəti çox təəccüblü görünürdü.  
Cabbarlı suallarında israrlı idi. O, burada nə isə gizli 
bir səbəb olduğunu və bu səbəbin məhz fəlsəfə ilə bağlılığı-


 
- 105 - 
nı bir sövq-təbii ilə duysa da, konkret izah tapa bilmədiyin-
dən həyəcanlanır və bəzən çox kəskin tənqidi mövqe tutur-
du: «Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bü-
tün  əsərlərini  bir  fikir,  bir  fəlsəfə  xatirəsi  üçün  quraşdırı-
yor...» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).    
          Lakin  Cabbarlı  Cavidi  tənqid  edə-edə  əslində  onun 
mahiyyətinə hamıdan çox yaxınlaşır. O, Cavidi onu təriflə-
yənlərdən  daha  yaxşı  başa  düşür.  Tənqid  edə-edə  axtarır, 
axtara-axtara  mətləbin  lap  astanasına  gəlib  çıxır.  Bəli,  Ca-
vid  cismən  içərisində  olduğu  həyatı  təsvir  etmirdi.  Zaman 
və  məkan  müəyyənliyindən  kənara  çıxırdı.  Bu  isə  sənətin, 
xüsusən, realistik sənətin əsas prinsipləri ilə uzlaşmırdı. Zi-
ra, «ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bə-
yan  edənlərdir»  (C.Cabbarlı.  «Ədəbi  mübahisələr»).  Bəs 
zaman  və  məkanın  hüdudlarından  kənara  çıxan,  lokal  mü-
hitin, cari həyatın konkret rənglərinin, cizgilərinin fövqündə 
duran  əsərlər  nə  ilə  səciyyələnir?  Məhz  burada  Cabbarlı 
qoyduğu sualların cavabını özü verir: «... Bir əsər bir fikir 
ifadəsi üçün yazılırsa, o artıq sənət və ədəbiyyat deyil, bəlkə 
də fəlsəfədir.» (C.Cabbarlı. «Ədəbi mübahisələr»). 
Bəli, fəlsəfə! 
Cabbarlı  Cavidi  sənət  prinsiplərindən  uzaqlaşmaqda 
təqsirləndirir.  Lakin  Cavid  sənətdən  hansı  səmtə  doğru 
uzaqlaşır?  Aşağıyamı  enir,  «burjua  idealogiyasınamı»  qul-
luq edir? Yox, Cabbarlı belə mücərrəd və əsassız ittihamlar-
dan çox uzaqdır. O, əsl səbəbi axtarır və tapır da! Fəlsəfəyə 
doğru!?  Lakin  nə  kimi  bir  fəlsəfəyə?  Bax,  əsl  sual  da  elə 


 
- 106 - 
budur.  Sualın  düzgün  qoyulması  mahiyyətin  dərkinə 
açardır.     
 
* * * 
 
         Hələ XIX əsrdə böyük M.F.Axundovun qoyduğu sual: 
«Qərbdə  təhsil  almağa  gedən  gənclərimiz  oradan  bizə  nə 
gətirəcəklər?», – sualı XX əsrdə daha kəskin və daha ciddi 
şəkildə  qarşıya  çıxır  və  getdikcə  aktuallaşırdı.  Sovet  döv-
ründə  gənclərimizin  təhsil  almaq  üçün  daha  Parisə  deyil, 
Moskvaya  getməsi  «Qərb  kabusu»  problemini  aradan  gö-
türmürdü;  problem  aktuallığını  yenə  də  saxlayırdı.  Lakin 
Cavid də, Cabbarlı da bu mənada Moskvanın adını çəkmir, 
yenə Parisdən danışırdılar. Düzdür, Moskva kapital dünya-
sını  təmsil  etmirdi,  lakin  Qərb  əxlaqının  təmsilçisi  olaraq 
qalırdı.  Ona  görə  də,  «Aydın»da,  «Uçurum»da,  «Afət»də, 
«Sevil»də  qoyulan  problemlər  sovet  dövründə  də,  indinin 
özündə  də  həmin  böyük  milli-mənəvi  problemin  işıqlandı-
rılmasına xidmət edir. Sadəcə olaraq, bu gün həmin məsələ-
lər  daha  kütləvi  və  daha  kəskin  formalarda  təzahür  edir. 
Ona görə də Qərb dünyası qarşısında ucaldılmış ideoloji çə-
pərlər götürüldükdən sonra böyük sel halında hücum çəkən 
və bəzən də məqsədyönlü diversiya səciyyəsi daşıyan «küt-
ləvi mədəniyyətin» qarşısını almaq üçün yeni tipli çəpərlərə 
ehtiyac  vardır.  Lakin  hələ  bu  yeni  çəpərlər  çəkilənə  qədər 
böyük babalarımızın bizə bu günümüz üçün miras qoyduğu 
əsərlərin xidmətindən istifadə etməliyik. Ədəbiyyatımız hə-
min xətti günün rənglərinə uyğunlaşdıraraq davam etdirmə-


 
- 107 - 
li, elmi fikir, təbliğat, publisistika birləşərək bu istiqamətdə 
vahid  müdafiə  cəbhəsi  yaratmalıdır.  Lakin  çox  təəssüf  ki, 
əsrin əvvəllərində qadınları gözləyən bədbəxtliyin, faciənin 
timsalı kimi yaradılmış gültəkinlər əsrin sonunda həmin bu 
obrazı  yaradan  aktrisanın  dilindən  az  qala  qadınlarımızın 
idealı kimi təqdim edilir. Və əgər aktrisanın bu etirafı nor-
mal qarşılanırsa, deməli, mühit yaxşılığa deyil, pisliyə doğ-
ru dəyişilmişdir.  
         Bu gün «Aydın»ın yeni quruluşda tamaşası özü ilə bə-
rabər Qərb əxlaqı gətirən kapital hakimiyyətinin 70 illik fa-
silədən  sonra  cəmiyyətimiz  üçün  yenidən  böyük  təhlükə 
mənbəyinə  çevrildiyi  bir  şəraitə  təsadüf  edir.  Lakin  çox 
təəsüf ki, XX əsrin 20-ci illərindən bəri keçirdiyimiz mənə-
vi tənəzzül tamaşanın əvvəlki səviyyədə, orijinaldakı təmiz-
liklə  qoyuluşuna  da  mane  olur.  Ariflər,  aydınlar,  gültəkin-
lər, afətlər kapitalın qanadlarında gələn Qərb ab-havasından 
boğulanların parlaq nümunəsidir. Lakin bu gün bizim məq-
sədimiz bu qlobal proseslərin qurbanları üçün sadəcə ağla-
maq və ya hətta günahı mühitin üzərinə ataraq onlara bəraət 
qazandırmaq deyil, faciələrin qarşısını almaq üçün real va-
sitələr aramaqdır.        
           Cavid hələ o vaxt, bəlkə zamanı qabaqlayaraq, bəlkə 
də  İstanbulun  nümunəsini  görüb  onu  Bakıya  da  transfor-
masiya  etməklə  «Uçurum»da  Şərq-Qərb  münasibətlərinin 
müasir dövr üçün çox aktual məqamlarına toxunurdu: 
 
Avropada işıq da var, zülmət də.  
Orda səfahətdə var, fəzilət də. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə