- 64 -
Cavid və Cübran
Cavidi də, Cübranı da əgər bir yığcam fikirlə səciyyə-
ləndirmək istəsək, ən yaxşı sözlər Cabbarlının söylədiyi
«Günbatan fikirli, gündoğan duyğulu bir sima…» ifadəsi
olardı.
Zahiri əlamətlərə görə Cavid və Cübran xeyli dərəcə-
də müxtəlif şəxsiyyətlərdir. Biri – türk, o biri – ərəb, biri –
müsəlman, o biri – xristian. Lakin onlar mahiyyət müstəvi-
sində çox yaxındırlar. Hər ikisi Qərb mədəniyyətinə yüksək
dərəcədə bələd olan, amma öz şərqli təbiətini dəyişməyən,
hətta müasirlik axtarışında da Şərq ruhundan çıxış edən mü-
təfəkkir-şairdir. Eyni zamanın məzmununu və pafosunu ey-
ni janrlarda ifadə edirlər. İkisinin də səcdəgahı gözəllikdir.
(Cavid: «Mənim Tanrım gözəllikdir, sevgidir», Cübran:
«Gözəlliyin hüdudlarından kənarda nə din var, nə elm»).
Cavid və Cübranın yaradıcılığını, onların həyat və
fəaliyyətini daha ətraflı öyrəndikdə gözlərimiz önündə fəl-
səfədən də, poeziyadan da, publisistikadan və bütün digər
vasitələrdən də məhz öz xalqının, millətinin, habelə bütün
- 65 -
bəşəriyyətin tərəqqisi naminə bir vasitə kimi istifadə edən
böyük ziyalı, əsl humanist insanlar canlanır.
Cavid üçün də, Cübran üçün də əsas məqsəd ideyanı
çatdırmaqdır. Bədii üsul və təhkiyə ola bilsin ki, hətta tə-
sadüfi seçilmiş vasitələrdir. Yəni əsas inkişaf xətti ideya ilə
bağlı olduğundan hadisələr sonradan seçilir və bu ideyanın
təkamülünə uyğunlaşdırılır. Hər ikisi irəlicədən qoyduğu bir
fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək
hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə mü-
raciət edirlər. Bu mövzular ümumbəşəri mövzulardır. Kon-
kret zaman və məkanla bağlı deyildir. Hətta tarixdə həqiqə-
tən məlum olan hadisələr də konkret zaman-məkan müəy-
yənliyindən, dövrün spesifik xüsusiyyətlərindən, milli etno-
qrafik mündəricədən azad olunur, bütün bunlar ancaq rəmz-
lərlə təqdim edilir və təhkiyə ancaq ideyanın açılışına xid-
mət edir. Sanki bədii xarakter də, milli kolorit də arxa plana
keçir və ideyanın inkişaf yolunu kölgədə qoymamaq üçün
bir fon rolunu oynamaqla kifayətlənir. Yəni hər ikisində ha-
disələr ikinci plandadır, fokusdan kənardadır və burada hər
hansı detalın elə bir əhəmiyyəti yoxdur.
Cavid də, Cübran da ənənəvi Şərq fəlsəfəsinə dərin-
dən bələd olan, daha doğrusu bütün ruhu Şərq hikmətindən
yoğrulmuş, lakin eyni zamanda Yeni dövrün rasional dü-
şüncə ənənələrini də gözəl mənimsəmiş olan mütəfəkkirlər-
dir. Başqa sözlə desək, onların yaradıcılığı bir sintezdir;
min illərin keşməkeşlərindən keçib gələn və bir dağ çayını
- 66 -
xatırladan qəlb çırpıntıları dənizin lal sularına qatılaraq sa-
kit və möhtəşəm Qərb düşüncəsini dalğalandırır.
Emosional-mənəvi pafos, çılğın zəka məntiqi təfəkkü-
rün sürəkli və geniş fəzasında rahatlıq tapır.
C.X.Cübranın yazdıqları forma etibarilə də hədisləri,
hekayətləri, aforizmləri xatırladır və ilk baxışda ənənəvi
Şərq hikmətindən heç nə ilə fərqlənmir. Diqqətlə araşdır-
dıqda isə Cübranın ənənəvi Şərq fəlsəfi fikrini Qərb oxucu-
suna daha yaxşı çatdıra bilmək üçün epik və lirik ifadə
formalarının vəhdətindən çıxış etdiyinin şahidi oluruq.
Məsələn, Şərq düşüncəsində dərin kök atmış belə bir
ifadəni yada salaq: “Allah insanın qəlbindədir”. Bu obrazlı
deyilişə düzəliş vermək heç kimin ağlına da gəlmir. Cübran
isə Peyğəmbərin adı ilə yazır: “Əgər sevirsinizsə deməyin
ki, “Allah mənim qəlbimdədir”; daha düzgün olar ki, deyə-
siniz: “Mən Allahın qəlbindəyəm”. Yəni burada söhbət in-
sanın Allahı ehtiva etməsindən deyil, onun Allah tərəfindən
ehtiva olunmasından gedir. Sufizmdə geniş yayılmış “haqqa
çatmaq”, “haqq məndədir” fikri düzgün təfsir olunmadıqda
insanın ən ali məqam kimi başa düşülməsinə gətirir. Halbu-
ki, insan Allah məqamına çata bilməz, sadəcə O-nda itə bi-
lər. Məqsəd – özünü itirərkən Haqqı tapmaqdır. Cübran bu
ideyanı ən ümumi şəkildə ifadə etməklə yanaşı, onu əyani
obrazlarla da konkretləşdirir: “Ərimək və gecəyə öz nəğmə-
sini oxuyan çay kimi axıb getmək!”.
Ənənəvi Şərq fəlsəfəsində, o cümlədən, daosizmdə və
sufizmdə, dərin kök atmış “könül rahatlığı” ideyası da Cüb-
- 67 -
ran tərəfindən bir növ təftiş edilir və ona daha realistik
mövqedən yanaşılır. Mütləq rahatlıq və ya mütləq tarazlıq
mümkün deyil. Onların öz daxili strukturu var və ancaq di-
namik tarazlıqdan danışmaq mümkündür. Sadəcə heç nə is-
təməmək, heç nə duymamaq mümkün deyil. Amma bütün
duyğular əksliklərə bölünə və bir-birini kompensasiya edə
bilər. Biz əks duyğulardan birini yaşayırıqsa onun qarşılı-
ğını heç olmazsa rasional idrak səviyyəsində nəzərə almaq-
la tarazlıq yarada bilərik. Ancaq bununla sevinc eyforiya-
sından və kədər yükündən xilas olmaq mümkündür. “Bəzi-
ləri deyəcək: – sevinc kədərdən artıqdı; diğərlərimiz isə –
yox, kədər daha böyükdür, deyəcək. Lakin onları ayırmaq
olmaz, onlar birlikdə gəlir”. Cübran insan qəlbini bir tərə-
finə kədər, o biri tərəfinə sevinc doldurulmuş tərəzi ilə mü-
qayisə edir və göstərir ki, onlar ancaq bir-birinə bərabər
olarkən tarazlıq yaranır. Bu ideya obrazlı ifadələrlə daha
konkret surətdə açılır: “İçinə şərab süzdüyünüz piyalə hə-
min o piyalə deyilmi ki, əvvəlcə dulusçu sobasında bişiri-
lib”. Yaxud: “Məgər ruhunuzu oxşayan bu ud həmin o
ağac deyilmi ki, əvvəlcə bıçaqla oyulub?” Sonra ümumiləş-
dirmə aparır: “Sevinəndə ürəyinizin dərinliyinə boylanın və
onda görərsiniz ki, sizə indi sevinc gətirən əvvəl sizi kə-
dərləndirirdi”.
Beləliklə, Cübran məlum Şərq hikmətini strukturlaş-
dırır və ənənəvi qəlb rahatlığını dinamik tarazlıq kimi təq-
dim etməklə reallığın əslində bundan kənaraçıxmalar şək-
lində mövcud olduğunu vurğulayır. Reallıq lal bir göl deyil.
Dostları ilə paylaş: |