Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 
- 68 - 
Reallıq sakit və möhtəşəm dənizin hər an dalğalana biləcək 
təzahürləridir. Yəni sükut, sakitlik içərisində fırtınalar şək-
lindədir. 
Cübran  Qərb  gerçəkliyinə,  rasional  idrakın  və  əməli 
fəaliyyətin  nasiranə  görkəminə  bir  lirizm,  şeiriyyət  gətirir. 
Ənənəvi  Şərq ancaq formaca deyil, məzmunca  da Şərqdir. 
Yəni o, əməldən yox, ruhdan bəhs edir. Yerləri deyil, göy-
ləri  vəsf  edir.  Lakin  əməli  fəaliyyətin,  rasional  biliyin  və 
hətta texnologiyaların da öz ruhu və şeiriyyəti ola bilərmiş. 
Bu  kontekstdə  Cübranın  peyğəmbərin  dili  ilə  zəhmət  haq-
qında  dediklərini  misal  gətirmək  yerinə  düşər.  Cübran  sa-
dəcə torpaqdan deyil,  «torpağın qəlbindən» danışır, sadəcə 
fiziki əməkdən deyil, sevgi ilə yoğrulmuş əməkdən danışır. 
«Lakin  mən  sizə  deyirəm  ki,  siz  işləyəndə  torpağın  ən  ali 
istəyini həyata keçirmiş olursunuz». Daha sonra Cübran ya-
zır: «Zəhmət dolayısı ilə sevmək – həyatın ən gizli sirlərinə 
varmaq deməkdir». Torpağa canlı kimi baxanda, onun nəfə-
sini, pıçıltısını  duyanda,  zəhmətə sevgi  qatanda bəzən mö-
cüzə  də  baş  verir.  Daha  doğrusu,  möcüzə  ancaq  sevgidən 
yarana bilər. Lakin Şərq poeziyasında vəsf olunan mücərrəd 
sevgidən  fərqli  olaraq,  burada  söhbət  məqsədyönlü  əməli 
fəaliyyətdən – zəhmətdən gedir. «Alın yazısını da məhz alın 
təri ilə yumaq mümkündür».  
Cübran  yaradıcılığında  məhəbbət  mövzusu  mərkəzi 
yer  tutur.  Bu  bir  Şərq  şairi  və  mütəfəkkiri  üçün  tamamilə 
təbiidir. Lakin onun Şərq və Qərbin vəhdətində dayanan bir 
mütəfəkkir  olması  onun  məhəbbət  ideyasına  gətirdiyi  yeni 


 
- 69 - 
çalarlarda görünür. Çörəyə dad verən də sadəcə fiziki əmək 
yox,  ona  qatılan  sevgidir.  Sevgisiz  bişən  çörəyin  dadı  ol-
maz.  Və  burada  cismani  dünyanın  ruhani  mahiyyəti  yad 
edilir. Cübran insanları «yaratdıqları hər bir əşyanı öz ruh-
ları ilə canlandırmağa» çağırır. 
Biz bədii ədəbiyyatda mövhumatın və xurafatın tənqi-
dinə ən çox islam kontekstində rast gəlirik. Cübranın yaradı-
cılığı belə bir cəhətdən də əlamətdardır ki, o özü bir xristian 
olmaqla yanaşı, Şərq mühitini, o dövrün ictimai gerçəkliyin-
dəki eybəcərlikləri qələmə alır. Və məlum olur ki, dini mən-
subiyyətdən  asılı  olmadan  Şərq  elə  Şərqdir.  Mövhumat  və 
dini fanatizm də əslində dinin özü ilə deyil, bütövlükdə Şər-
qin, Şərq düşüncə tərzinin tənəzzülü və cırlaşması ilə bağlı-
dır. «Qırılmış qanadlar» əsərində süjet sanki XIX əsrin sonu 
XX  əsrin  əvvəllərində  Azərbaycan  yazıçılarının  yaradıcılı-
ğında tez-tez qələmə alınan bir mövzunun təkrarıdır. Profes-
sor  Aida  İmanquliyevanın  qısa  şəkildə  nəql  etdiyi  məzmun 
belə səslənir: «Səlma varlı və nüfuzlu atanın yeganə qızıdır. 
O, başqa adamı sevməsinə baxmayaraq, öz iradəsi əleyhinə 
arxiyepiskopun qardaşı oğlu Mənsur bəyə ərə verilir. Səlma 
ilə evlənmək istəyən Mənsur bəyi qızın gözəlliyi və nəcabəti 
deyil,  atanın  ona  verəcəyi  zəngin  cehiz  maraqlandırır…»
1
 
Epizod bizə çox tanışdır. Sadəcə olaraq iştirakçılar molla və 
ya bəy əvəzinə arxiyepiskop, avam müsəlman əvəzinə isə fa-
natik  xristian  olan  Faris  Kəramidir.  Aida  İmanquliyevanın 
yazdığı kimi, «Mənsur bəyin amansızlığına, tamahkarlığına, 
                                                 
1
 A.İmanгуliyеva. Жцбran Хəlil Жцбran, Бakı, Еlm, 2002, s. 51. 


 
- 70 - 
bütün eybəcərliklərinə yaxşı bələd olan Faris Kərami yeganə 
qızının ona ərə getməsinin əleyhdarı olsa da, arxiyepiskopun 
təklifinə  etiraz  etməyə,  ona  rədd  cavabı  verməyə  heç  cür 
cürət  edə  bilmir».
1 
F.Kəraminin  dini  avtoritet  qarşısında  öz 
sevimli qızını belə qurban verməyə razılaşması əslində xris-
tian fanatizminin bariz ifadəsidir. Deməli, fanatizm bu və ya 
digər  dinin  təbiətindən  yox,  düşüncə  və  seçim  azadlığının 
yetərli olmamasından irəli gəlir.    
Cübran  yaradıcılığı  sadəcə  hikmətli  müdrik  sözlər, 
hikmətli  hekayətlər,  lirik  deyimlər  olmayıb,  həm  də  ciddi 
sosial  məzmun  daşıyır.  «İctimai  ədalətsizliyə  qarşı  müba-
rizə Cübran yaradıcılığının  ən səciyyəvi  cəhətlərindən biri 
idi… O, ən  ədalətli insan cəmiyyəti, zülmün və zalımların, 
köləliyin  və  əsarətin,  müstəmləkəçiliyin  və  müstəmləkəçi-
lərin olmadığı möhkəm, güclü, azad ərəb ölkəsi görmək is-
təyir».
2
 Lakin təəssüf ki, Cübran da, digər böyük Şərq mü-
təfəkkirləri kimi, arzudan, utopiyadan o tərəfə gedə bilmir. 
Onun azad Ərəbistan ideyası da Qərb rasionalizmindən da-
ha çox, Şərq müdrikliyi  ilə tərənnüm  olunur. Bununla belə 
Cübranın şərhində lirizm və rasionallıq sıx vəhdətdədir.   
«Həqiqət  və  güc»,  «peyğəmbər»  və  «iblis»  mövzusu 
Cübran  və  Cavid  üçün  bir  növ  ümumi  mövzu  olmuşdur. 
Aida  İmanquliyevanın  Cübranın  «Şeytan»  hekayəsinə  işarə 
ilə yazdığı kimi, «iki mütləq başlanğıcın – xeyir və şərin əbə-
di  birgə  mövcudluğu  və  mübarizəsinin  labüdlüyü»  demək 
                                                 
1
 Yеnə orada, s. 55. 
2
 Yеnə orada, s. 58. 


 
- 71 - 
olar ki, bu şəxsiyyətlərin hamısı üçün əsas yaradıcılıq prob-
lemi  idi.»
1
  Cübranda  da,  Caviddə  də  «İblis»  («Şeytan»)  əs-
lində dövrün naqis cəhətlərinin ümumiləşmiş obrazı idi. Hər 
ikisinin  yaratdığı  «Peyğəmbər»  obrazı  isə  haqqın,  ədalətin 
ifadəsinə xidmət edirdi. Cavid konkret tarixi gerçəkliyi daha 
çox  saxlamış  və  ümumbəşəri  problemləri  tarix  kontekstində 
şərh etmiş, Cübran isə tarixi və coğrafi konkretlikdən, habelə 
hətta  milli  və  dini  müəyyənlikdən  azad,  ümumiləşmiş  pey-
ğəmbər  obrazı  yaratmışdır.  Cübranda  bu  obraz  əslində  şəx-
siyyətdən  daha  çox  ideyadır,  müəyyən  bir  idealdır.  Burada 
böyük dini idealların XIX əsr konkretliyində həm Şərqi, həm 
də Qərbi ehtiva etmək əzmi ifadə olunur, ümumiyyətlə, insan 
idealının mənzərəsini çəkmək təşəbbüsü göstərilir. 
Peyğəmbər və İblis mövzusu, haqqa, düz yola çağıran 
və düz yoldan azdıran qüvvələrin ümumiləşmiş obrazlarının 
neçə əsr keçdikdən sonra, onların yenidən gündəmə gəlməsi 
təsadüfi deyil. Xeyir və Şər, İşıq və Qaranlıq, Əql və Nəfs, 
Zəka və Ehtiras əsrlər boyu ancaq qarşı-qarşıya duran, mü-
barizə aparan tərəflər kimi təqdim və təsvir edilmişdi. Vəh-
dət  məqamı  hələ  çatmamışdı.  Bu  mübarizə  XIX  əsrdə  də 
davam edirdi. C.X.Cübran «Peyğəmbər» əsərinin «Zəka və 
Ehtiras» bölməsində Peyğəmbərin dili ilə deyir: «Sizin qəl-
biniz  çox  vaxt  zəka  və  düşüncənin  ehtiras  və  aludəçiliyə 
                                                 
1
 A.İmanгуliyеva. Yеni ərəб ədəбiyyatı korifеyləri, Б., «Еlm», 2003, 
səщ. 116. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə