Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 
- 40 - 
və üçüncü halda – nəfs. Lakin o bunların birləşdirilməsin-
dən yüksəkdə dayanır». 
Cavid  də  Tanrını  dünya  ilə  eyniləşdirmir,  ondan  uca 
tutur: 
Tanrının hikmətidir cümlə cihan, 
Varmı təkzib edəcək bir insan!?
1
 
 
Bununla belə, islam dünyasında fəlsəfənin inkişafında 
özünəməxsus  yer  tutan  təsəvvüf  xeyli  dərəcədə  fərqli  bir 
sistem  olmaqla  daha  çox  subyektiv  idealizmin  müddəaları 
çərçivəsində təhlil oluna bilər.  
Dünyanın  dərk  olunmasını  Cavid  insanın  öz  «gizli» 
imkanlarının,  könül  qapısının  açılması  ilə  mümkün  hesab 
edir.  
Bir göz ver ki, haqq nurunu duysunlar 
Bir könül ver, doğru yola uysunlar
2

 
Bir  çoxları  da  təsəvvüf  təlimini,  xüsusən  vəhdət  əl-
vücud  ideyasını  panteizm  kimi  təfsir  etməyə  çalışırlar.  … 
Bütün bunlara baxmayaraq, təsəvvüf xeyli dərəcədə özünə-
məxsus bir təlim olmaqla ənənəvi Qərb təlimlərinin heç biri 
ilə  eyniləşdirilə  bilməz.  Cavidin  əsərlərində  rəhbər  tutulan 
ideyalar  isə  ənənəvi  təsəvvüfün  də  sərhədlərindən  kənara 
çıxır.  
Cavid  sufilərdən  ən  çox  İbn  Ərəbini  xatırladır.  Onun 
ilahi hüsnə, gözəlliyə, eşqə müraciətləri, ilahi gözəlliyi yer-
                                                 
1
 Йеня орада, с. 159. 
2
 Йеня орада, с. 151. 


 
- 41 - 
də axtarmaq və ya başqa sözlə, dünyəvi gözəlliklə ilahi gö-
zəlliyin vəhdətindən, eyniyyətindən çıxış etmək təşəbbüslə-
ri Caviddə də rast gəlinir.  
 
Harda parlarsa haqq, şərəf, vicdan, 
Eyilik, doğruluq, gözəllik, inan, 
Orda var sevgi, orda var iman: 
Orda var, şübhəsiz, böyük Yaradan!
1
 
 
Yaxud  daha  çox  İbn  Ərəbiyə  və  Mövlanaya  xas olan 
eşqin ancaq ilahi eşq səviyyəsində mənimsənilməsi və vəsf 
edilməsi ənənələri Cavid poeziyasında da davam etdirilir. 
 
Mən məhəbbət əsiriyəm… hər an, 
Hər zaman özlərəm bir öylə cahan 
Ki, bütün kainatı eşq olsun 
Könül uçduqca etila„ bulsun.
2
 
 
Yaxud: 
 
Çünki mən aşiqi-divanəsiyəm, 
Mən o hüsnün dəli pərvanəsiyəm.
3
 
 
Peyğəmbər təbiətin, maddi dünyanın Allaha aid oldu-
ğunu  vurğulamazdan  öncə,  könül  dünyasının,  əql-kamalın 
da ünvanını Allahda axtarır: 
Çünki həp mənliyim, kamalım Onun, 
Hər düşüncəm, bütün xəyalım Onun. 
                                                 
1
 Йеня орада, с. 162. 
2
 Йеня орада, с. 147. 
3
 Йеня орада, с. 162. 


 
- 42 - 
Məni həp cəzb edər o incə məal, 
Ah, O, yalnız O qayeyi-amal!...
1
 
 
Mənə ilham edər ancaq Tanrı, 
Onun eşqi ilə uçar duyğularım.
2
 
Yaxud: 
Bütün məbudların fevqində parlar 
Yalnız gözəgörünməz bir Tanrı var, 
Odur hər varlığın əvvəli, sonu, 
Bütün kainat təqdis edər onu.
3
 
 
Cavid  Mənsur  Həllac,  Nəsimi  kimi  sufi  filosoflarına 
xas olan  «Mənəm Haqq»,  «Haqq məndədir» tezisini eynilə 
təkrar etmir.  O, daha çox əlaqəni, vəhdəti göstərir və insan 
da  bu  vəhdətin,  Haqqın  təzahürlərindən  fərqli  məkanların-
dan biri kimi anılır. Şair hər dəfə insanın ilahi başlanğıcını 
yada salmağı da unutmur. 
Mələk deyir: 
 
Ayrı olsaq da iştə hər ikimiz 
Bir rübabın inildəyən səsiyiz.
4
 
 
Cavid  baş  rəisin  dili  ilə  peyğəmbərin  təlimini  belə 
izah edir: 
Onun ancaq yuca göylərdə yaşar, 
Əl vurulmaz yeni bir Tanrısı var. 
 
Öylə bir Tanrı ki, gözlər görməz, 
Cismi yoqmuş da, nə cevhər, nə ərəz.
1
 
                                                 
1
 Йеня орада, с. 148. 
2
 Йеня орада, с. 161. 
3
 Йеня орада, с. 151. 
4
 Йеня орада, с. 142 


 
- 43 - 
Bu  fikirlər  əsasən  Qurani  Kərimdən  –  İxlas  surəsin-
dən götürülmüşdür. Bircə  «göylərdə  yaşamaq»  əlavə olun-
muşdur.  Bu  artıq  baş  rəisin  təsəvvürüdür.  Çünki  bütpərəst 
qafalı rəis Tanrını yersiz, məkansız təsəvvür edə bilmir. İlk 
öncə  o,  Tanrını  yerdən  ayırır  –  göylərə  qaldırır.  Sonrakı 
misrada  isə  «Həm  də  məkansız…  nə  qədər  sərsəmlik?!»,  – 
deyir.  Hər  halda  bütpərəstlərdə  Allah  ideyasına  gedən  yol 
həm  dini  təfəkkürün  tarixi  təkamülü  baxımından,  həm  də 
bəsit  düşüncədən  –  sadəlövh  realizmdən  idealist  dünyagö-
rüşünə  yüksəliş  baxımından  əvvəlcə  göylərdən  keçir.  Yəni 
«göy» ən ali məqam və ya son məntəqə yox, təfəkkürün yo-
xuşda, yüksəliş yolunda nəfəsini dərib dincələ bilməsi üçün 
aralıq məntəqədir. Lakin təəssüf ki, hələ indi də Allahın ye-
rini  göylərdə  axtarmaq  adi  şüurda  çox  möhkəm  qərarlaş-
mışdır. Bu məqam, bu məntəqə əksəriyyətin düşüncə poten-
sialının tükəndiyi bir məqamdır. Bu məqamı keçib göylər-
dən o tərəfə boylanmaq və orada öz könül mülkünə rast gəl-
mək seçilmişlərin qismətidir. 
Bu,  «Allahı  görmək»  məqamıdır.  Lakin  təbii  ki,  adi 
cismani  gözlə  deyil,  batini,  yaxud  bəsirət  gözü  ilə.  Elə  hə-
min  əsərdə,  yenə  də  Cavidin  «Peyğəmbər»ində  baş  rəisin 
izahından  azca  sonra  biz  Əbu  Talib  oğlunun  dili  ilə  daha 
dərin və ilk baxışda paradoksal bir izahla qarşılaşırıq.  
«Nerdə gördün onu,  nerdə?» sorğusuna cavab olaraq 
Əbu Talib oğlu deyir: 
 
                                                                                                  
1
 Йеня орада, с. 178. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə