SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


REYHAN VƏ ƏTİR İKRAM EDİLDİKDƏ GERİ QAYTARMAQ



Yüklə 3,92 Mb.
səhifə33/42
tarix05.10.2017
ölçüsü3,92 Mb.
#3325
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

REYHAN VƏ ƏTİR İKRAM EDİLDİKDƏ GERİ QAYTARMAQ

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Hər kimə reyhan ikram edilərsə onu geri çevirməsin. Çəkidə yünkül olsada, qoxusu xoşdur»1407. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İkram edilən xoş ətiri geri qaytarmazdı (imtina etməzdi)”1408.


TAUN XƏSTƏLİYİ

Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir yerdə Taun (vəba) xəstəliyi yayıldığını eşitdikdə oraya getməyin. Əgər yaşadığınız yerdə (bu xəstəlik) yayılarsa oradan da çıxmayın»1409. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nə badə xətə bir kimsəni sağlam olan kəslə bir yerdə yerləşdirəsiniz»1410.



DURĞUN SUYA BÖVL ETMƏK

Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Durğun suya bövl etməyin»1411. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Heç biriniz durğun suya sidik ifraz etməsin və onunla yuyunmasın»1412.


HEYVANLARI VURUŞDURMAQ

Mücahid - radıyallahu anhu rəvayət edir ki, İbn Ömər - radıyallahu anhu heyvanları vuruşdurmağı yaxşı iş saymazdı»1413.


YEYİLMƏSİ VƏ ÖLDÜRÜLMƏSİ QADAĞAN OLUNAN HEYVANLAR

İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm azı dişli hər yırtıcı heyvanı və caynaqlı olan yırtıcı quşları yeməkdən nəhy etdi»1414. Əli - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər günü siğəni və eşşək ətini yeməkdən qadağan etdi (Başqa rəvayətdə: Qiyamətə qədər bunun haram olduğunu söyləmiş və hətta bişirilmiş eşşək ətini qablardan boşaldılmasını əmr etmişdir)»1415. İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dörd cür heyvanı öldürməyi qadağan etmişdir. Qarışqanı, arını, şanapipiyi və hörümçək quşu»1416. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm pislik yeyən heyvanların ətlərini və südlərini istifadə etməyi qadağan etdi»1417 Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bağlı olan heyvanı daşqalaq edərək öldürməyi qadağan etmişdir» 1418. Bəra b. Azim - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayağa qalxaraq buyurdu: «Dörd cür heyvandan qurban kəsmək olmaz: Bir gözü kor olan heyvanı, xəstə olan heyvanı, axsaq heyvanı, qoca olan heyvanı…»1419. Əli - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə onun qurbanlıq heyvanlarına baxmağımı və bu heyvanların ətlərini, dərilərini kasıblara paylamağı və qəssablara bu heyvandan heç bir şey verməməyi əmr etdi»1420.


SƏFƏRƏ TƏK ÇIXMAQ

İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar tək çıxma (təhlükəsi haqqında) mənim bildiklərimi bilsəydilər, heç kimsə gecə vaxtı tək başına yola çıxmazdı»1421. Amr b. Şuayb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Tək başına səfər çıxan şeytan (kimidir). İki nəfər də şeytan (kimidir). (Amma) üç nəfər isə artıq karvandır»1422. Əbu Səid və Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç nəfər səfərə çıxdıqda içərilərindən birini əmir seçsinlər»1423.


GECƏ VAXTI EVƏ GƏLMƏK

Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Biriniz uzun müddət evindən uzaq düşdükdən sonra gecə vaxtı evinə daxil olmasın (Başqa rəvayətdə: Səfərdən qayıdan kimsənin gecə vaxtı evinə girməsindən çəkindirdi. O, evinə səhər və ya axşam üstü daxil olardı)»1424.


NƏCİS YEYƏN DƏVƏYƏ MİNMƏYİN QADAĞAN EDİLMƏSİ

İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm pis (təmiz olmayan) bir şeyi yeyən dəvəyə minməyi qadağan etmişdir»1425.


SUYU GİZLƏTMƏK

«Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?» (əl-Vaqiə 63-70). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsə vardır ki, Allah Qiyamət günü onlara baxmaz, onları təmizə çıxarmaz, onları şiddətli bir əzab gözləyir. Suyu olduğu halda səfər yoldaşına verməyən kimsə…»1426. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Suyu verməməkdən ötrü gizlədən insana Allah Qiyamət günü buyuracaqdır: «Bu gün Mən öz rəhmətimi sənə verməkdən imtina edirəm necə ki, sən əlinlə yaratmadığın bir şeyi (suyu) başqalarına verməkdən imtina etdiyin kimi»1427.
VƏSİYƏT ETMƏDƏN GECƏLƏMƏK

İbn Ömər – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Vəsiyət etmək istədiyi bir şeyi olan müsəlman kimsəyə vəsəyyəti yanında yazılı olmadıqca iki (üç) gecə (vəsiyyətsiz) yatması caiz deyildir»1428.


AZAN VAXTI MƏSCİDDƏN ÇIXMAQ

Əbu Şuşa rəvayət edir ki, Əbu Hureyrə - radıyallahu anhu ilə birlikdə məsciddə oturmuşduq. Müəzzin azan oxudu. Adamın biri məsciddə durub getməyə başladı. Əbu Hureyrə - radıyallahu anhu o, kişini məsciddən çıxana qədər gözü ilə izlədi və: «Bu adam Əbul Qasıma üsyan etmişdir» dedi1429.


HEYVANLARI MƏLƏZ ETMƏK

İbn Ömər - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki)»1430.


QAPI DÖYÜLDÜKDƏ «MƏNƏM» DEMƏK

Cabir b. Abdullah - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ziyaət etmək üçü gəldim və (izn istəmək üçün çöldən onu çağırdım). Peyğəmbər: «Kimdir o?» deyə buyurdu. Mən: «Mən!» deyə cavab verdim. Peyğəmbər: «Mən! Mən!» deyərək çölə çıxdı1431.



BÖHTAN VƏ BORC

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allahın hökmü ilə cəzalandırılmağa layiq olan bir kimsənin tərəfini saxlasa o, kimsə Allahın əmrinə qarşı çıxmış olar. Kim borcunu ödəmədən ölərsə (Qiyamət günü) dinar və dirhəm əvəzinə öz (borcunu) yaxşı və pis əməlləri ilə ödəyəcəkdir. Kim yalan danışmaqdan əl çəkməzsə o, kimsə Allahın qəzəbi altında olar ta ki, bu əməlindən əl çəkənə qədər. Kim bir möminə böhtan atarsa Allah onu Cəhənnəmliklərin bədənindən çıxan çirkab suya atar və o, kimsə oradan çıxmaq istəsə də belə çıxa bilməz»1432. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Möminin ruhu borcu (üzündən) ödənincəyə qədər əsrdir»1433. Abdullah b. Amr b. əl-As – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Allah şəhidin bütün günahlarını bağışlayır borcdan başqa»1434. Abdullah b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah yolunda ölmək borcdan başqa hər şeyi örtər»1435. Əbu Qatadə - radıyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm ayağa qalxaraq bizlərə: «Şübhəsiz ki, Allah yolunda cihad və Allaha iman etmək əməllərin ən fəzilətlisidir» deyə buyurdu. Bir nəfər: «Ya Rəsulullah! Əgər mən Allah yolunda öldürülsəm günahlarım silinirmi?» deyə soruşdu. Peyğəmbər: «Əgər sən səbr edərək, geriyə çəkilmədən Allah yolunda döyüşərək öldürülürsənsə bütün günahların bağışlanır» deyə buyurdu. O, şəxs getmək istədikdə Peyğəmbər: «Sualını bir də təkrar et» deyə buyurdu. O: «Əgər mən Allah yolunda öldürülsəm günahlarım silinərmi?». Peyğəmbər: «Bəli, səbr edərək, geriyə çəkilmədən Allah yolunda döyüşərək öldürülürsənsə borcdan başqa bütün günahların silinəcəkdir. Çünki bunu mənə Cəbrail əleyhissəlam söylədi» deyə buyurdu1436. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah qaytarmaq məqsədilə borc götürənin borcunu qaytarmaq üçün ona kömək edər, xərcləmək və qaytarmamaq məqsədilə borc götürəni isə məhv edər»1437. 1438



GÜNDÜZ YATMAQ

Xəvvat b. Cubeyr demişdir: «Gündüzün əvvəlində yatmaq avamlıq, ortasında yatmaq ədəb, axırında yatmaq isə axmaqlıqdır»1439. Səib b. Yezid - radıyallahu anhu rəvayət edir ki, Ömər - radıyallahu anhu günorta, yaxud ona yaxın bir vaxtda bizim yanımıza gəlib deyərdi: «Qalxın, gedin yatmağa. Yerdə qalan şeytan üçündür»1440.



BÜTÜN GÜNÜ SUSMAQ

Əli - radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözləri dinlədim: «Həddi-buluğa çatdıqdan sonra yetimlik yoxdur. Bütün günü gəcəyə qədər susmaq da yoxdur»1441. Qeys b. Həzm deyir ki, bir gün Əbu Bəkr əs-Sıddıq - radiyallahu anhu Əhməs qəbiləsindən Zeynəb adında bir qadının yanına gəldi. Qadının danış-madığını görüncə: «Nə olub ki, danışmır?» deyə soruşdu. Oradakılar: «Danışmamağa niyyət etmişdir» dedilər. Əbu Bəkr: «Danış bu etdiyin əməl halal deyildir və həmçinin də cahiliyyə əməllərindəndir» dedikdən sonra qadın danışdı1442.


GÜN VƏ KÖLGƏ ARASINDA OTURMAQ (DURMAQ)

Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Şeytanın oturduğu yerlərdə oturmayın. Gün və kölgə arasında»1443.


TƏLƏSMƏK

Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Tələsmək şeytandan, tələsməmək isə Allahdandır»1444.


SİRR AÇMAQ

«Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (Qiyamət günü) cavabdehdir». (Əl-İsra 34). «Ey iman gətirənlər! Əhdlərə sadiq olun». (əl-Maidə 1). Hukeym b. Səd rəvayət edir ki, Əli - radıyallahu anhu dedi: «Dedi-qodu yayan və sirr açan olmayın. Yoxsa başınıza şiddətli, məyus edici bir bəla gələr və uzun sürən, böyük bir fitnəyə məruz qalarsınız»1445. İbn Abbas - radıyallahu anhu deyir ki: «Dostunun eyblərini yada salmaq istəsən öz eyblərini xatırla»1446. Əbu Səid əl-Xudri - radıyallahu anhu deyir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: Qiyamət günü Allah qarşısında dərəcə etibarı ilə insanların ən pisi o, kişidir ki, zövcəsi ilə yaxınlıq etdikdən sonra onun sirlərini açıb ifşa edər»1447.

SƏLƏFLƏRDƏN SİRRİ QORUMAQ HAQQINDA - Abdullah b. Ömər - radıyallahu anhu deyir ki, (atam) Ömər - radıyallahu anhu qızı Həfsə - radıyallahu anhu dul qalmasını belə anladır1448. (Ömər) deyir ki, Osman - radıyallahu anhu ilə qarşılaşdım və qızım Həfsə - radıyallahu anhə ni ona ərz edib dedim: «İstəyirsən Həfsə b. Ömər - radıyallahu anhə sənə nigahlayım». (Cavab olaraq) O, dedi: «Mən bu haqda fikirləşıb sənə deyərəm». Mən bir neçə gün gözlədikdən sonra o, mənimlə görüşüb dedi: «Bu günlərdə evlənmək qərarına gəlməmişəm». (Bir müddətdən sonra) Əbu Bəkr əs-Sıddık - radıyallahu anhu ilə qarşılaşdım. Ona da: «İstəyirsən qızım Həfsə b. Ömər - radıyallahu anhə ni sənə nigahlayım. Əbu Bəkr - radıyallahu anhu heç bir söz deməyib susdu. Ona, Osman - radıyallahu anhu dan da çox qəzəbləndim. Bir neçə gündə gözlədikdən sonra qızımı Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə niğahladım. Sonra Əbu Bəkr - radıyallahu anhu məni görüb dedi: «Yəqin Həfsə - radıyallahu anhə ni mənə nigahlamaq istədikdə mənim cavab vermədiyimi görüb qəzəbləndin». Mən dedim: «Bəli». Sənə cavab verməməyimə yalnız bir şey mane olurdu. Peyğəmbər - səllallahu aleyhi və səlləm - in onu andığını bildiyim üçün1449. Mən də Peyğəmbər - səllallahu aleyhi və səlləm in sirrini ifşa edib aça bilmərəm. Əgər Peyğəmbər - səllallahu aleyhi və səlləm - onunla evlənməkdən vaz kəçsəydi, əlbətdəki mən onunla evlənərdim»1450. Ömrünün son günləri və ya son günü Peyğəmbər sallallahu aleyhi və səlləm qızı Fatimə - radıyallahu anhə ni çağıraraq qulağına bir şeylər pıçıldadı. Aişə - radıyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu anhə gəldi. Yerişi Peyğəmbər sallallahu aleyhi və səlləm in yerişindən heç bir şey ilə fərqlənmirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba). Sonra onu sağına yaxutda soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən Fatimə - radıyallahu anhə yə dedim: «Peyğəmbər sallallahu aleyhi və səlləm bu qədər zövcələrinin içərsində yalnız sənə sir dedikdən sonra sən hələ də ağlayırsan!». Peyğəmbər sallallahu aleyhi və səlləm getdikdən sonra mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər sallallahu aleyhi və səlləm in sirrini ifşa etmərəm». Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişdikdən sonra mən Fatimə - radıyallahu anhə dən soruşdum: «Üzərindəki haqqım üçün1451 de görüm Peyğəmbər sallallahu aleyhi və səlləm sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər il Cəbrail əlehissəlam Quranı mənə bir və ya iki dəfə təkrarladırdı. Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını başa düşdüm. Allah qorx və səbr et. Mən sənin üçün necə də gözəl bir SƏLƏFƏM (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu1452. Sabit, Ənəs - radıyallahu anhu nun belə dediyini söyləyir. (Bir gün) Uşaqlarla oynayarkən Rəsulullah sallallahu aleyhi və səlləm mənə yaxınlaşdı. Bizə salam verdikdən sonra məni bir iş dalınca göndərdi. Bu səbəbdəndə mən evə, anamın yanına gec gəldim. Evə girdikdə anam: «Nə üçün gec gəldin?» deyə soruşdu. Mən: «Rəsulullah sallallahu aleyhi və səlləm bir iş üçün göndərmişdi» dedim. Anam: «O, nə iş idi elə?» deyə soruşdu. Mən: «Bu bir sirdir». Onda Rəsulullah sallallahu aleyhi və səlləm in sirrini heç kimə demə. Ənəs - radıyallahu anhu dedi: «Vallahi əgər mən bu sirri bir kəsə deməli olsaydım onu sənə deyərdim ey Sabit»1453.
XƏYANƏT

«Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin». (əl-Ənfal 27). «Yusuf dedi: Bu ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin». (Yusuf 52). «Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əmanətə riayət etməyənin imanı, sözündə durmayanın da dini olmaz»1454. Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mücahidləri (Allah yolunda vuruşanların) zövcələrinin toxunulmazlığı, döyüşə qatılmayanlar üçün onların öz analarının toxunulmazlığı kimidir. Döyüşə qatılmayan hər hansı bir kimsə mücahidin ailəsinə baxmağı öz üzərinə götürüb sonra da onlara xainlik edərsə Qiyamət günü onu mücahidin qarşısına gətirərlər. Mücahid də o, kimsənin yaxşılıqlarından dilədiyini istədiyi qədər alar. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Siz bu haqda nə fikirləşirsiniz? (Onun yaxşılıqlarını götürər, yoxsa yox)»1455.
NƏRD OYNAMAQ

Əbu Musa əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim nərd oynasa Allaha və Onun elçisinə asilik etmiş olar»1456. İbn Məsud - radıyallahu anhu deyir ki: «(İnsanı) ibadətdən təmamilə uzaqlaşdıran, işarələnmiş bu dördkünc daşlardan (nərd oynamaqdan) çəkinin. Çünki o, qumardır»1457. Əbu Bureydə atasından rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim nərd oynayarsa sanki əlini donuz ətinə və qanına bulamışdır»1458. Nəfi deyir ki, İbn Ömər - radıyallahu anhu ailəsində bir kimsənin nərd oynadığını gördükdə onu vurar və nərdi sındırardı»1459. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu deyir ki: «İki zərlə qumar oynayan donuz əti yeyən kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir»1460. Rəbiyə atasından rəvayət edir ki, İbn Zubeyr - radıyallahu anhu xütbə verib dedi: «Ey Məkkə əhli! Mənə gəlib xəbərlər çatıbdır ki, Qureyşin bəzi kişiləri bir oyun oynayırlar. Buna nərd deyilir. Sonra: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90) ayəsini oxudu. Mən Allaha and içirəm ki, hansı bir adamı nərd oynayan görsəm onu mütləq cazalandıracaq və əldə etdiyini onu tutub yanıma gətirən adama verəcəyəm»1461. Fudalə b. Ubeyd toplantılardan birində idi. Bu vaxt ona bir dəstə adamın nərd oynadıqlarını xəbər verdilər. O, qəzəbli halda ayağa qalxıb bunu sərt şəkildə inkar etdi. Sonra da: «Qumar məqsədilə nərd oynayan kimsə donuz əti yeyən, qanı ilə yuyunan adama bənzəyir»1462. Əli - radıyallahu anhu qəsrin qapısından çıxıb nərd oynayanları gördüyü zaman onları tutub aparar, gecəyədək həbs edərdi. Onlardan bəziləri günortayadək həbsdə qalardılar. Gecəyədək həbsdə qalanlar (nərdi) pulla oynayanlar idi. Günortayadək həbsdə qalanlar isə bunu əylənmək məqsədilə oynayanlar idi. Əli - radıyallahu anhu onlara salam verməyi qadağan edərdi»1463. Əbu Hureyrə - radıyallahu anhu nərd ilə qumar oynayan haqqında demişdir: «(Nərd ilə qumar oynayan) donuz əti yeyən kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir. Nərd oynayanın yanında oturub ona baxan donuz ətinə baxmış kimidir»1464.


QIZDIRMA XƏSTƏLİYİNİ SÖYMƏK

Cabir - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ummu Saib və ya Ummi Museyyibin yanına daxil oldu və: «Ya Ummu Saib sənə nə olub ki, titrəyirsən?» deyə buyurdu. O: «Allah ona bərəkət verməsin qızdırmadır» dedi. Peyğəmbər: «Qızdırmanı söyməyin. Çünki o, körükçü dəmirin pasını apardığı kimi Adəm oğullarının günahlarını silir» deyə buyurdu1465.


QƏNİMƏTDƏN OĞURLAMAQ

«Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, bir gün Peyğəbər - səllallahu aleyhi və səlləm bizlərə qənimətdən oğurluq etmək barəsində danışdı: Nə badə sizdən biriniz Qiyamət günü boynunda böyürən bir dəvə olduğu halda yanıma gəlib: «Ey Allahın Rəsulu! Mənə kömək et!» dediyini eşitməyim. Çünkü mən də ona: «Sənə heç bir köməklik edə bilmərəm. Çünkü mən sənə xəbərdarlıq etmişdim» deyə buyurdu. Yenə sizdən biriniz Qiyamət günü mənim yanıma boynunda kişnəyən at ilə gəlib: «Ey Allahın Rəsulu! Mənə kömək et!» dediyini eşitməyim. Çünkü mən də ona: «Sənə heç bir köməklik edə bilmərəm. Çünkü mən səni bu haqda xəbərdarlıq etmişdim» deyə buyurdu1466. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Xeybər günü qənimətdən bir paltar götürən bir kimsə haqqında Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, qənimətdən oğurladığı üçün həmən paltar onun üçün bir atəş olacaqdır»1467. Ömər - radıyallahu anhu rəvayət edir ki, Xeybər günü səhabələrdən bir qrupu Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Filankəs şəhid olmuş! Filankəs şəhid olmuş!» deyə söyləməyə başladılar. Peyğəmbər: «Xeyr, mən onu qənimətdən oğurladığı bir əbanın səbəbilə atəşdə olduğunu gördüm»1468. Abdullah b. Amr - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in yük daşıma işinə baxan Kirkirə adında bir kimsə vardı. Adam öldü və Peyğəmbər: «O, Cəhənnəmlikdir» deyə buyurdu. Cəmaat onun əşyalarına baxmağa başladılar. Bu vaxt onların arasından qənimət malından oğurladığı əba tapdılar»1469.
BEYTUL MALA VƏ ZƏKATA XƏYANƏT ETMƏK

«Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Humeyd əs-Səidi rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əzd qəbiləsinə mənsub İbnul Lutbiyyə adında bir nəfəri zəkat toplamaq üçün məmur təyin edir. Bu adam da öz işini bitirdikdən sonra: «Bu mallar sizindir, bunlarsa mənə hədiyyə edildi» dedi. Bunu eşidən Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə çıxaraq: «Zəkat yığan məmura nə olub ki, biz onu bir işə təyin etdiyimizdə dərhal: «Bu mal sizin, bu da mənim» deyir. Atasının, anasının evində oturub gözləsin görək ona hədiyyə gəlirdi, yoxsa yox? Nəfsim əlində olan Allaha and olsun ki, sizdən kim o, maldan bir şey götürsə Qiyamət günü boynunda daşıyacaq vəziyyətdə gələcəkdir (götürdüyünü). Götürdüyü şey dəvədisə böyürərək, qoyundursa mələyərək, inəkdirsə böyürərək boynunda gətriləcəkdir» deyə buyurdu1470.
Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə