Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

184 
 
 ġirkətin  verdiyi  pul  normal  iĢçinin  aldığı  əmək 
haqqıdan az olsa da nə eləsin məcbur razılaĢmıĢdı. Tələbə 
üçün bu pis pul deyildi. Arada elədiyi qürurla, əyilməyəyə 
çalıĢmaqla  özünün  atasına  oxĢadığın,  əsl  atasının  oğlu 
olduğun  düĢünürdü.  Sonra  isə  o,  da  bacısını  kor  edib 
sonra heçnə olmamıĢ kimi davranardımı deyə düĢünürdü. 
Görəsən  atasının  elədiyi  və  heç  kəsə  deyə  bilmədiyi  sirr 
olubmu?  Kiminsə  canını  bilmədən  ya  istəmədən 
yandırıbmı? Qorxub və gizlənibmi? Bəlkə, də. 
 Günü  –  gündən  atasına  daha  çox  oxĢadığın  görür  və 
özündə  atasını  tapırdı.  Günlər  keçməsinə  baxmayaraq 
yadından  çıxarta  bilmədiyi  bir  Ģey  vardı.  Həmən  o  gün. 
Bacısının dünyaya kor qaytardığı gün. Bəzən yuxularında 
həmən  anı  görürdü.  Gözünün  önünə  atası  gəlir,  sən 
mənim  oğlum  ola  bilməzsən  deyirdi.  Əsəbi  halda  ona 
baxırdı. Anası gözü yaĢlı halda bunu necə elədin deyirdi. 
Nərgiz isə hey ona baxırdı. Bir kəlmə söz belə demədən.  
 
*** 
 
RövĢən  avtovağzalın  içərsində  anasının  və  bacısının 
olduğu avtobusu  gözləyirdi. Harda olsa gəlib çatmalı  idi. 
BeĢ  dəqiqə  əvvəl  anasına  zəng  edəndə  yaxınlaĢdığların 
demiĢdi.  Yolda  gözünə  avtobus  toxunmayırdı.  Odur, 
avtobusları  gəlir.    Sarı  rəngdə,  hündür  avtobus.  Rayona 
gedəndə  bir  dəfə  minmiĢdi  bu  avtobusa.  Avtobusa 
yaxınlaĢaraq  düĢən  insanlar  arasından  anasını  axtarmağa 
baĢladı.  Qapıdan  anasının  düĢdüyün  görüb  yaxınlaĢaraq 
Nərgizin  düĢməsinə  yardım  elədi.  Nərgizi  yerə  düĢürüb 
anasını  qucaqladı.  Anasını  qucaqlayanda  ondan  ötrü  nə 
qədər darıxdığın fərqinə vardı. Anasının qolları arasından 
ayrılıb  onu  qucaqlamasını  gözləyən  bacısı  ilə  görüĢüb 
onuda qucaqladı.  
RövĢən  onlara  yaxınlaĢan  taksilərdən  biri  ilə  danıĢıb 
əĢyalarını  taksiyə  apardı.  Gülnaz  nə  qədər  gəl  avtobusla 
gedək desədə RövĢən yol – yorğunusunuz, həm Nərgiz bu 


185 
 
halda  gedə  bilməz  deyərək  anasını  taksiyə  oturtdu. 
Sürücüyə  evinin  ünvanın  deyərək  anası  ilə  danıĢmağa 
baĢladı.  Nərgiz  və  Gülnaz  maĢının  arxa  tərəfində 
əyləĢmiĢdilər.  RövĢən  isə  sürücünün  yanında  ön 
oturacaqda  əyləĢmiĢdi.  Aynadan  bacısının  üzün  izləyirdi. 
Necədə  təmiz  bənizi  vardı.  Bəzənmədən  təbii  gözəlliyə 
sahib  idi.  RövĢən  əmin  idi  ki,  universitetdə  oxusa  idi 
onunla  sevgili  olmaq  üçün  bütün  oğlanlar  sıra  ilə 
duracaqdı.  Universitetdə  gördüyü  qızların  hamısı  səhər 
duran  kimi  bəzənərək  özlərində  olmayan  gözəlliyi  pulla 
verib  aldığları  bəzək  əĢyalarından  istədiklərin  bilirdi. 
Düzdü,  Dənizdə  istifadə  edirdi.  Amma  onda  da  təbii 
gözəllik var idi.  
Gülnaz  RövĢəndən  necə  qaldığını,  dərslərinin  necə 
olduğunu  soruĢurdu.  Zarafat  edərək,  evdə  iĢ  görməyən 
oğlum  gəlib  burda  ev  saxlayır  deyə  ona  sataĢırdı.  Arada 
sevgilini çağır, gəlsin evə baxsın – deyədə söhbəti Dənizə 
gətirdi. – haradadı? – dedi.  
-Gələcəkdi  sizi  qarĢılamağa.  Musiqi  dərsi  vardı. 
ÇıxıĢda gələcək yanınıza.  
-Doğurdan?  Görəcik  desənə  gəlinmizi.  –  Nərgiz 
səssizliyin pozaraq gülüĢməyə baĢladı.  
Taksi  binaya  yaxınlaĢırdı.  RövĢən  cibindən  pul 
çıxartaraq sürücüyə  verdi. MaĢından düĢərək bacısı üçün 
qapını  açıb  onu  maĢından  düĢməsinə  yardım  elədi. 
Qoluna  girərək  binaya  apardı.  Liftə  minib  açarı  anasına 
uzatdı  ki,  qapını  o  açsın.  Gülnaz  içəri  keçərək  ətrafa 
boylanaraq evi gözdən keçirtməyə baĢladı.  
RövĢən  mətbəxə  keçib  çayın  altını  yandırıb  anasının 
yanına gəldi. Necədi? –dedi . 
-YaxĢı saxlamısan.  
-Keçin  oturun.  –  qonaq  otağın  göstərərək  anasını 
apardı. Nərgiz qardaĢının səsini eĢidib onu çağırdı. 
-Gəl səndə otur. Çoxdandı söhbətdə eləmirik.  
-Nə filmin deyirdiniz, telefonda? Filmə çəkiləcəksən? 


186 
 
-Hə,  rayonda  bir  uĢaq  bunun  yazdığın  oxuyub. 
Bəyənib.  Universitetin  oxuyub  həmdə.  Nərgizə  də  deyib 
ki, yazdığına film çəkmək istəyirəm. 
-Hmm,  maraqlı  gəldi.  Kimdi?  Tanıyıram,  mən?  –
RövĢən  düĢünməyə  baĢladı.  Rayonlarında  kim  oxuyurdu 
universitetdə?  Həmdə  film  üzrə.  DüĢünür  ağlına  heç  kəs 
gəlməyirdi.  
-Nə  yalan  deyim  məndə  tanımıram.  –  Gülnaz  qaĢların 
çataraq dedi. 
-Əslində  RövĢən  tanıyır.  Bir  dəfə  qarĢılaĢıblar.  – 
Nərgiz əlavə elədi. 
-Mən? Harda?  
-Yadındadı,  bir  dəfə  mən  qapıda  oturmuĢdum.  Sən 
dərsdən  gəlirdin.  Yanımda  bir  oğlan  vardı.  Gəlib  onunla 
dalaĢdın. Elə bildin ki, mənə sataĢır.  
-Həə, - fikirləĢib həmən günü yadına saldı. – o, oğlan? 
Gözüm ondan heçdə su içməmiĢdi.  
-YaxĢı adamdı.  
-TanıĢ olarıq. Birdə baxarıq hələ. 
-Səninki  harda  qaldı?  Gəlməyib  hələ.  –  Gülnaz  göz 
süzdürərək oğluna baxdı. 
-Gələr  indiyə.  –  telefonun  çıxartıb  Dənizdən  harada 
olduğun soruĢdu. 
Ġki dəqiqə sonra mesaj yazdıki beĢ dəqiqəyə çatıram.  
-Yoldadı çatır.  
-BeĢ  dəqiqədə  gözləyərik.  Görək  kimdi  bu  qız.  – 
Gülnaz dedi. 
-Məndə  görmək  istəyərdim.  Bunun  qədər  heçnəyi 
görmək  istəmirəm.   – ortalığa sükut çökür. Nərgiz bunu 
anlayıb elədiyi səhvi düzəltmək üçün  
-Yadındadı,  sən  həmiĢə  deyirdin  ki,  dünya  gözəli  bir 
qızla  evlənəcəm.  Məktəbdə  sənə  göstərdiyim  qızlara  lağ 
edərdin  ki,  bunları  nə  edirəm.  Mən  ən  gözəli  ilə 
evlənəcəm. Kim bilir gedib çirkin qız tapmısan.  
-Pis deyil. Verdiyim sözü tutmağa çalıĢmıĢam.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə