Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

58 
 
Mən bu həqiqətləri ulu babam Musa ağanın öz oğullarına 
verdiyi  bilikdən  almışam.  Bu  elm  türklərin  uzaq  keçmişi  – 
OdƏr adlandıqları zamanla və gələcəyi ilə bağlıdır.  Xristianla-
rın “Boq Oteç”i də Bağ Atanın təhrifidir.  
 

 
Heyvalı  kəndi...  Bir  yanda  göy  suları  ilə  insana  gəl-
gəl  deyən  Sərsəng  su  ambarı,  o  biri  yanda  isə  arxası  gö-
rünməyən ağaclarla örtülmüş sıx meşə. 
 Komandir  üstündə  işlədiyi  xəritəni  çıxarıb  diqqətlə 
baxdı.  Kompasa  nəzər  yetirib  istiqamətin  düz  olduğunu 
dəqiqləşdirəndən sonra  istirahət etmək üçün uyğun yerin 
seçilməsini işarə etdi.  
Arslanın  təklifi  ilə  dəstənin  adını  OdƏrlər  qoymuş-
dular. Dəstənin bəzi üzvləri bu ifadənin, sadəcə, Od Ərlə-
ri, Azərlər kimi qəbul etsəydilər də, Arslan bunu məqsəd-
li şəkildə təklif etmişdi. Çünki o, bu ifadəni ilk dəfə “İde-
al”  əsərində  oxumuş  və  bəyənmişdi.  “İdeal”  romanında 
“Od”un həqiqət, “Ər”in isə işıq olduğu kimi təqdim edil-
mişdi. “Həqiqət İşığı” anlamına gələn bu ad həm də onla-
rı ifadə edən ən mükəmməl söz idi. Axı onlar da dünyada 
HƏQİQƏT  İŞIĞININ  parlamasını  istəyir,  bunun  üçün 
onu yandırmağa gedirdilər. 
Bu  əraziləri  dəfələrlə  araşdıran  komandir  hətta  bir 
dəfə  birbaşa  Müdafiə  nazirinə  geniş  bir  hesabat  da  yaz-
mış,  ərazilərin  boş  olduğunu,  kəşfiyyatın  gücü  ilə  nəinki 
düşmən  postları,  hərbi  hissələrin  belə  rahatlıqla  zərərsiz-
ləşdirilə biləcəyini qeyd etmişdi. 


59 
 
Bir tərəfi sıldırım qayalıqlar olan meşənin ən hündür 
yerində mövqe tutdular.  
Gündüz idi... Havanın qaralmasını gözləməli idilər.  
Komandir  binoklu  çıxarıb  qaya  parçasının  üstünə 
qalxaraq görə biləcək yerləri müşahidə etdi.  Ətrafda təh-
lükə  yox  idi,  təkcə  elə  də  çox  uzaqda  olmayan  Heyvalı 
kəndinin xarabalıqları gözə dəyirdi.  
İki günə çox böyük məsafə qət edən OdƏrlərə elə gə-
lirdi  ki,  heç  yorulmayıblar.  Onlar  bu  cür  düşünsəydilər 
də,  ən  çətin  aşırımları,  sıx  meşələri  dayanmadan,  yemək 
belə  yemədən  keçən  kəşfiyyatçılarda  yorğunluq  duyul-
maqdaydı.  Komandir  gördüyü  mənzərəyə  dalmış,  təbiə-
tin  gözəlliyi  ilə  Heyvalının  dağıdılmış  evlərinin  təzadına 
heyrətlənirdi.  Birinci  Qarabağ  müharibəsini  xatırlayan 
komandir sanki bir anlıq zamanın kələfini itirmiş, müha-
ribənin qanlı-qadalı, odlu-alovlu günlərinin içində hiss et-
mişdi özünü. Bu ərazilərdən necə geri çəkildiklərini, o za-
man itirdikləri oğullar gözünün önündə canlanırdı. 
Komandir  Ayxana  onlardan  25-30  addım  öndə  post 
qurmasını, Arslana isə təqribən eyni məsafədə arxada gö-
zətçilik etməsini tapşırdı. 
–  Uşaqlar,  gün  batana  qədər  burda  qalacağıq.  20:00-
dan  sonra  hərəkət  olacaq.  Vaxtımız  çoxdur.  Heyvalı  ilə 
Dəvədaşını  birləşdirən  yolu  keçməyimiz  üçün  ancaq  ha-
vanın  qaralmasını  gözləməliyik.  Üç  saatdan  bir  postları 
dəyişirik. Arslanla Ayxanı isə mən qoruyacağam. Zərurət 
olmadan  silahdan  istifadə  etməyəcəyimizi  bilirsiniz.  Qa-
baqda az qala yarım günümüz var. Onun üçün də ilk ola-
raq  kəndirləri  dairəvi  qaydada  bağlayın.  Özünüz  də  hə-
min kəndirlərdən 7-8 addım aralıda post qurun.  


60 
 
Ayxan hərbi hissədən götürdükləri quru ərzaq payın-
dan birini götürüb onlardan uzaqlaşdı. Arslan isə əlini ci-
binə  salaraq  öncədən  götürdüyü  şokoladın  qalıb-qalma-
masını  yoxladı.  Hər  şey  qaydasında  idi.  O,  kəşfiyyat  za-
manı yeməkdən maksimum uzaq olmağı bilir və buna hə-
mişə  əməl  edirdi.  Çünki  adam  yemək  yeyəndən  sonra 
yorğunluq  hiss  edərək  yatmaq  istəyir.  Postda  duracağını 
düşünərək yemək götürməməyi daha düzgün hesab etdi. 
Məhəmməd isə fürsətdən istifadə edib qayanın dibin-
dən  axan  zəif,  amma  sərin  bulaqda  dəstamazını  alaraq, 
namazına başlamışdı.  
Komandir  də  Elçinə  gözdə-qulaqda  olmağı  tapşıra-
raq, Məhəmmədlə çiyin-çiyinə durub namazını qıldı.  
Rəhman  və  Rəhim  Allahın  adı  ilə.  Həmd-səna  və  tərif 
aləmlərin  Rəbbi  olan  Allaha  məxsusdur.  Rəhm  edənlərin  rəhm 
edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət 
edir  və  yalnız  Səndən  kömək  diləyirik.  Bizi  doğru  yola  hidayət 
et. O kəslərin yoluna ki, onlara nemət vermisən... 
“Fatihə” surəsinin tərcüməsi təqribən belə idi. Amma 
onlar Uca Tanrıya kitabların təklifinə əsasən Rəbbin tövsi-
yə etdiyi dildə – ərəb dilində ibadət edirdilər. 
Bu mənzərə çox maraqlı idi. İki türk oğlunun biri şiə, 
biri isə sünni namazı qılırdı. İkisinin də damarlarında tə-
miz türk qanı axırdı. İkisinin də Allahı, peyğəmbəri, inan-
dığı  kitab,  qibləsi  eyni  idi.  Gözlərini  səcdədən  çəkmirdi-
lər.  Səhih  hədislərdən  birində  deyildiyi  kimi,  namazda 
xoruz kimi dənləməyi, it kimi çömbəlməyi və tülkü kimi 
ətrafa boylanmağı rədd edərək (Əhməd və Əbu Yəla) bir 
olan Tanrıya sidq ilə ibadət edir, ruhlarının paklanmasını 
Onda tapırdılar.  


61 
 
Amma biri cibindəki möhürü yerə qoyaraq alnını ona 
vurduğu halda, digəri  möhürsüz namaz qılırdı. Biri qol-
ları bağlı, o biri isə qolları açıq və yanına salınmış vəziy-
yətdə qılırdı namazını. Səcdəyə də demək olar ki, eyni an-
da gedirdilər. Hər ikisinin də niyyəti eyni –  Tanrıya iba-
dət  etmək  idi.  Tanrının  yaratdığı  bu  füsunkar  təbiətlə 
vəhdətdə  olaraq  özlərini  daha  yaxın  hiss  edirdilər  Ona. 
Bu zaman sanki düşüncələri belə Tanrının qarşısında səc-
dəyə  əyilmiş,  Onun  rəhmli  hüzurunda  rəhm  diləyirdi. 
Sanki  Tanrı  ilə  üz-üzə  durmuşdular,  alınlarının  dəydiyi 
torpaq  fərqli  olsa  da,  qolları  fərqli  formada  bükülsə  də, 
hər ikisi bir Tanrıya, bir haqqa tapınmışdılar.  
Silahını başının altına qoyaraq onları seyr edən Elçin 
insanoğlunun  bu  cür  əməllərinə  qəlbində  gülümsəyirdi. 
Lazım  gələndə  eyni  amal  uğrunda  ölümə  belə  gedən  bu 
iki  İslam  aşiqləri  necə  olurdu  ki,  bir-birilərinə  təriqətlər 
adı altında silah çəkir, fərqli fikirlərə sahib olduqları üçün 
bir-birilərini  öldürürdülər?  Bütün  bunları  heç  cür  qəbul 
edə  bilmirdi.  Onun  üçün  də  bütün  dinlərə  az  qala  nifrət 
edirdi. İnsanları parçalayan dinlərdən tamamilə uzaq idi. 
Onun üçün sadəcə Yaradan vardı. Bir də damarında axan 
təmiz qanın ona söylədikləri. Şüurların dəyişkən olduğu-
nu  qəbul  etmişdi.  Uzun  müddət  ateist  olan  bir  insanın, 
birdən-birə dindar, müsəlmanın birdən-birə xristian, xris-
tianın  birdən-birə  dönüb  müsəlman  olmasını  çox  eşidib, 
çox oxumuşdu. Onun üçün də kimin nitqi güclüdürsə, zə-
if  iradəli  insanı  təsir  altına  salması  qaçılmaz  idi.  Bu  da 
dinlərin – dünyagörüşlərin dəyişkən olması fikrini təsdiq-
ləyirdi. Kim öz oxuduğunu yaxşı mənimsəyirsə və qəlbən 
inanırsa,  özündən  biliksizi  asanlıqla  tora  salıb,  dinindən 
döndərə bilir. Öz dinini mükəmməl bilən bir şəxs heç bir 



Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə