66
Elçin Məhəmmədin tələsik verdiyi cavabdan yapışa-
raq özünü qalib elan etmiş kimi göstərdi və qalibanə şə-
kildə dedi: – Buyurun... İndi Babəkin apardığı mücadiləyə
bu pəncərədən qiymət verin, onun kim və nə üçün döyüş-
düyünü görün. Mən indi müsəlman olsam da, əslində
müsəlman deyiləm, bax mənim kimi müsəlmanlardır si-
zin sayınızı çox edən. Mən genetik baxımdan saf, təmiz
qanlı türkəm. Mənim atam-anam müsəlman olduğu üçün
mən müsəlmanam, bu, demokratiyanın boğulması de-
məkdir, qardaşlar. Sizin haqq din dediyiniz bu dindir?
Mən bir balaca suallar verəndə, dərk etmədən nəyisə qə-
bul etməyəndə məni özünüzdən saymırsınız. Amma mən
sizi millətimin nümayəndəsi olaraq sevir, hətta uğru-
nuzda ölümə belə gedərəm. Elə siz də eləsiniz. Sizin bey-
ninizə virus salıblar, xəbəriniz yoxdur. Elçin birdən sanki
öz-özünə danışdığını hiss etdi. Məhəmmədin xarakterinə
uyğun olmayan şəkildə dinləməsi, arada rabitəsiz “yoox“,
“düz demirsən” kimi yarımçıq cümlələr işlətməsi onu na-
rahat edirdi. Danışdıqca-danışır, öz fikrini onlara yeritmə-
yə çalışırdı. Sanki müəllim olub dərs deyirdi. Birdən o
hiss etdi ki, yoldaşlarının başı onun çiyninə söykənib.
Sən demə, onları yuxu aparmışdı. Elçin oyaq olduğu üçün
hər iki ərin başı onun çiyninə düşmüşdü. Hətta Məhəm-
məd şirin-şirin xoruldayırdı da.
Bunu hiss edəndə bir az da pərt oldu. Səssizcə gözü-
nü yumub yatmaq istəsə də, dostlarının halına öz qəlbin-
də acıyırdı. Bu bəşəriyyəti parçalayan amilin, doğrudan
da, din olduğunu düşünürdü. Əgər onların təfəkkürün-
dəki bu cür ayrılıq olmasa idi, nələrin olacağını götür-qoy
edirdi.
67
8
Elçin hələ hərbi hissədə olarkən hərdən yığışıb söhbət
etdiyi günləri yadına saldı.
O, dostlarına məsləhət xarakterli fikir söylədikdən
sonra başlamışdı axırıncı mübahisələri: – Qardaş, bizi bir-
ləşdirən din deyil, bizi birləşdirən milli genimizdir. Bu
yola çıxmağa bizi vadar edən də budur; millət yolu, xalq
yolu. Əsil haqq yolu budur.
Komandir Elçinin bu fikrinə səbir və təmkinlə cavab
vermişdi: – Baxın, biz beş dostuq, elə deyilmi? Müxtəlif
fəlsəfi görüşlərimiz, həyata baxış tərzimiz var, amma
uzun müddətdir ki, bir yerdəyik.
– Qardaşım, mənim də demək istədiyim elə budur
da. Görürsənmi, bizi din birləşdirmir, bizi birləşdirən baş-
qa şeydir. Sən qatı İslamçı, mən isə dünyanı dərk etməkdə
yola çıxan, hər şeyə şübhə ilə baxan bir insan. Beyin pən-
cərələri bütün fikirlərə açıq olan bir adam...
Məhəmməd həmişəki kimi söhbətə yenə sərt reaksiya
verdi: – Bir sözlə,“kafir”.
– Qoy sən deyən olsun, olum kafir. Amma, cənab,
sən bu işləri daha yaxşı bilərsən, de görək bizi ayıran dini
görüşlərimiz olsa da, birləşdirən nəsə var, bu nədir? Hə-
mişə müzakirələrində Məhəmməddəki radikallığı bir az
da artıran Elçinin bu cür ironiyalı çıxışları olurdu. Amma
komandir adətinə uyğun təmkinini pozmayaraq: – Əslin-
də bizi dini baxışlarımız fərqləndirmir. Çünki din yaşam
tərzidir. Sən də mənim inandığım yaşam tərzini yaşayır-
san. Deməli, bizim baxışımızda elə də ciddi bir fərq yox-
dur, – dedi.
68
İslamın qoyduğu qaydaları, sadəcə, özünün başa
düşdüyü və hiss etdiyi kimi yaşayan Ayxan mübahisələrə
çox nadir hallarda qoşulardı. Adətən də, söhbətin ortasın-
da mübahisəni tərk edərdi. Heç zaman mübahisə ortağı
olmağı sevməzdi. Amma bəzən dözə bilmirdi. Bu dəfə də
söhbətin bu yerində dözə bilməmiş, sakit təbiətə malik ol-
masına baxmayaraq, bir az da uca səslə demişdi:
– O nə deməkdi, axı hər bir müsəlman vacib olan 5
şərti yerinə yetirməlidir. Belə çıxır ki, bunları etmədən
müsəlman olmaq mümkündür?
Məhəmməd özünə və dünyagörüşünə məxsus tərzdə:
“Əlbəttə, mümkün deyil” – deyərək, sonra da Elçinə: “bi-
zim həyata baxışımız tamam fərqlidir. Sən bu dinin nü-
mayəndəsi ola bilməzsən, qardaş”, – demişdi.
Komandir: – Yox, mən səninlə razı deyiləm, – deyib
söhbətə müdaxilə etmişdi. Bu adam əxlaqsız deyil, ailə
mədəniyyətinə hörmət edir, ata-ana sevgisi var, vicdan-
sızlıq etmir, zəkatını verir (onun dəfələrlə kasıblara əl tut-
duğunu bildiyi üçün belə dedi), deməli, bunda İslam əxla-
qı var. Sizin dediyiniz nəzəriyyəni bu adam öz əməli ilə
həyata keçirir.
– Alıyev qəbul etdiyi əxlaqı İslam əxlaqı kimi qəbul
etmir axı. Bu, onun öz əxlaqıdır. Ona görə də bunu İslam-
la qarışdırmayın. Bu, müsəlman ola bilər, anadangəlmə,
dədəsindən, babasından ona keçə bilər. “Yəni dədəsi mü-
səlmandırsa, bu da müsəlmandır” prizmasından yanaş-
saq, hə, sən deyən kimidir. Amma bu, İslamın heç bir tələ-
binə əməl etmir, – deyərək Ayxan fikrini bildirmişdi.
Kapitan missionerlik fəaliyyəti göstərirmiş kimi: “O,
fərqində deyil, İslamı yaşayır. Nəzəriyyə ilə praktikanı
qarışıq salıb, fərziyyatı bura qarışdırmayın”.
69
Elçin kapitanın bu fikrindən sonra yenə ironiyalı səs-
lə dedi:
– Ayxan bəy, yadında saxla ki, İslam əxlaqı deyilən
bir şey yoxdur. Unutma ki, milli əxlaq olar, İslam hansı
xalqın dinidirsə, onun əxlaqı ilə qarışır. Bir də mən bu
dinçiləri buna görə sevirəm də. Demişəm də, əgər bir gün
namaz qılıb, oruc tutmalı olsam, bu nurçular kimi edəcə-
yəm. İnsanları bax belə yığırlar ətraflarına. Görürsən, Mə-
həmməd, dünyada bu İslama hörmət gətirsə-gətirsə, mo-
dern İslamçılar gətirəcək. Yoxsa sənin tutduğun yol? Çox
sərtdir, radikaldır. Mən heç bu adamın nə vaxt namaz qıl-
dığını belə görməmişəm. İncimə, komandirin yaşadığı İs-
lam daha cazib görünür. Amma sən nə edirsən? Orda qır-
ğındır, deyirsən, mənim namazımın vaxtıdır. Bu zaman
din sənə və işinə mane olur. İnsanlar da ona yük olacaq
heç nəyi istəmirlər. Görürsən, Türkiyədən gələn din necə
yayılır Azərbaycanda? Və hay-küy salmadan, cəmiyyəti
açıq-açığına narahat etmədən öz işlərini görürlər. Düz-
dür, bunların da məqsədi başqadır. Özlərinə məxsus təh-
sil müəssisələrində savadlı və bacarıqlı müridlərini yeti-
rirlər. Bir müddət sonra onlar da Türkiyədəki kimi Azər-
baycanda bütün yüksək postlara sahib olacaq və bu təri-
qətin rüşeyimindəki niyyətlərini həyata keçirəcəklər. Am-
ma yenə də xoş niyyətlə, xoş görüylə, Allah rizası ilə...
Məhəmməd artıq özündən çıxırdı: – Necə olur ki, bu,
sağlam ola-ola səcdəyə durmur, əyilib qalxmır, amma na-
maz qılır və məndən də sadiq ibadət edir?
Kapitan Elçinin xoş sözlərindən sonra bir az yumşal-
mışdı. Bütün insanlar belədir, nə qədər ağır söz deyirsən
de, onun başlanğıcını təriflə və qarşı tərəfin xoşuna gələ-
cək sözlərlə, onun uğurları ilə başladınsa, sonra öz fikrini
Dostları ilə paylaş: |