76
axır? Çünki bunu onlar yaratdı. Heç diqqətini çəkibmi ki,
“Quran”ın bir çox ayələrində İsrail oğullarından danışı-
lır? Hətta “Əl-isra” adlı surə də var. Yadına bir ayəni sal-
maq istəyirəm:
Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və
sizi (vaxtilə əcdadınızı) aləmdə xəlq olunmuşların (başqa insan-
lardan) üstün tutduğumu yadınıza salın! (“Əl – bəqərə” 47).
Səncə, niyə Quranda dəfələrlə İsrail oğullarını insanların
seçilmişləri deyə təqdim edirlər? Necə oldu ki, bu qədər
rəngarəng xalqlara sahib olan dünyada Tanrı yalnız İsrail
oğullarına bu müqəddəs kitabda yer ayırdı? Bunların ha-
mısı ora düşünülmüş, məqsədli şəkildə yerləşdirilib ki,
Tanrının belə onlarla bacarmadığını insanlara təlqin etsin-
lər. Bunu çox mükəmməl şəkildə bacarıblar da. Bu gün
dünyada nə baş verirsə, hamı yəhudilərin etdiyini düşü-
nür. Onların iradəsi olmadan heç nəyin baş verə bilməyə-
cəyini fikirləşirlər. Çünki insan düşünməyi, beyninin qat-
larını araşdırmağı çoxdan unudub, manqurtlaşıb, yaddaşı
əlindən alınıb.
Təəssüflər olsun ki, seçilmiş Məhəmmədə türklər sa-
hib çıxa bilmədilər. Şamanların bir qismini gizləyib saxla-
dılar, Dədə Qorqudu qorudular, amma Məhəmmədə sa-
hib çıxa bilmədilər. Hə, görürəm, Məhəmməd haqqında-
kı bu fikrimə şübhə ilə baxırsan. Bunun da zamanı gələ-
cək. Amma hələ insanlar bunu eşitməyə hazır deyil, oğul.
Heç sən də hazır deyilsən həqiqətləri eşitməyə. Ona görə
də səbir etməli və öyrənməlisən. Özümüzlə insanlığın ta-
rixini daşımalıyıq, əsilsizlərin kəşfiyyatı artıq gizlədilmiş
kitablar haqqında məlumata malikdirlər. Onlar yerini bil-
mədən, üzə çıxarmadan sən onları bura gətirməlisən. Nə-
yin bahasına olursa, olsun. Sən özünü qorumalısan, əgər