- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə gələndən heç bir azərbaycanlıya rast
gəlməmişəm, cənab general. İcazənizlə soruşum, kimdi
belə yüksək təltifata layiq
görülən?
- Nijeqorod draqun alayının rotmistri Teymur bəy Novruzovun igidliyi
haqqında qəzetlər bar-bar bağırır. Sən isə burdan-buraya eşitməmisən. Eloğlumuz
Teymur bəy özünün eskadronu ilə bir ay əvvəl düşmənin süvarilərinə hücum
edərək onların hamısını qılıncdan keçirib. Hələ üstəlik də iki gün sonra üç ağır
topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra həmyerlimiz
Teymur bəy Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə təltif olunub. Bu çox
böyük fəxrdir. O, artıq kavalerdir.
Tərlan bəy bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilməyib.
Onlar bir də on səkkizinci ildə Bakıda görüşdülər.
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından
Rumıniya sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib
düşmənin müdafiə xəttini yardı. Ağır şəraitdə vuruşan
qoşunlar güclü düşməni
xeyli geriyə qovdu. Tərlan bəy Əlyarbəyov bu döyüşlərdə sinəsindən ağır
yaralandı. Bu, mühribə başlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. Ştabs-
kapitan bir müddət Brest şəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya
göndərildi.
1918-ci ilin avqustunda müsavat ordusuna Tərlan bəy Əlyarbəyov ikinci
alayın komandir köməkçisi təyin edildi. Rusiyada qızıl Ordu tərəfindən dağıdılmış
Denikin ordusu pərənpərən düşüb ölkənin hər yerinə dağılmışdı. Dərbəndi tutan
ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Qusarda yerləşən ikinci
Azərbaycan alayı gecə-gündüz vuruşaraq düşməni Azərbaycana buraxmadı.
Iyirminci ilin baharında Tərlan bəy Əlyarbəyov Bakı hərbi idarə rəisinin
müavini idi. Ö, heç vaxt əvvəllər Bakını belə qayrıar, belə təlatümlü görməmişdi.
Komandanlıq Tərlan bəy Əlyarbəyovu hansı sahəyə göndərirdisə, o,
namuslu bir zabit kimi çalışır, verilən tapşırığı ləyaqətlə yerinə yetirirdi. 1927-ci
ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali komanda heyəti kursunu
bitirdikdən sonra Bakıya qayıdan Əlyarbəyov hərbi istedadını milli hərbi kadrların
yetişdirilməsinə sərf edib. O, ikinci dəfə (1941-ci il) bu Ali hərbi Akademiyanı
bitirəndə Böyük vətən müharibəsi başlandı.
Cəbhəyə
səfərbər
olunan polkovnik Tərlan bəy
Əlyarbəyov
azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandir müavini, üç ay sonra isə
komandiri təyin edilib.
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düşmənlə ilk
dəfə döyüşə girib. İki günlük döyüşdən sonra İşşorsk rayonunda faşistlərin müdafiə
xətti yarılıb, Novo-Lednev və Kapustino yaşayış məntəqələri azad edilib.
Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dekabrın altısında
inamla vuruşaraq düşmənin möhkəmləndirilmiş daha bir atəş nöqtəsini məhv edib.
Hücumu müvəffəqiyyətlə genişləndirən polkovnik Tərlan bəy Əlyarbəyov həmişə
ön cəbhədə olub, döyüşçülərdə qələbəyə sarsılmaz inam yaradıb.
Qırx dördüncü ordunun tərkibində olan bu diviziya 1942-ci ilin qışında
Şimali Qafqazda 350
kilometrlik döyüş yolu keçərək, onlarla şəhər və kəndi
düşməndən azad edib. Dəfələrlə ordu komandanlığının təşəkkürünə layiq görülüb.
Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya başçılıq edən və 58-ci
korpusun komandir müavini kimi məsul vəzifələrdə çalışan Tərlan bəy Əlyarbəyov
özünün komandirlik bacarığını parlaq şəkildə nümayiş etdirib. O, xidmət etdiyi
bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub.
Müharibə illərində Tərlan bəy Əlyarbəyov döyüş xidmətlərini yüksək
qiymətləndirən komandanlıq 1944-cü il fevralın
doqquzunda ona general-mayor
rütbəsini vermişdir.
Peşəkar hərbçi, igid general Tərlan bəy Əlyarbəyov 1892-ci il noyabrın
iyirmi səkkizində qədim Şamaxıda anadan olmuşdur. Əsl mənada eli, obası və
doğma xalqı üçün əvəzsiz xidmətlər göstərən Tərlan bəy Əlyarbəyovun yetişdirdiyi
milli hərbi kadrlar respublikada böyük nüfuza malikdirlər.
Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə şöhrəti qazanan general
Tərlan bəy Əlyarbəyovun sinəsini Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz
ordenləri və çoxlu medallar bəzəyirdi.
1956-cı il fevralın on beşində vəfat edən general-mayor Tərlan bəy
Əlyarbəyovun adına dünyaya gəldiyi Şamaxıda və Bakıda abad küçələr qoyulub.
Polkovnik Əbülfət ağa Şaxtaxtinski
1896-cı fevralın 26-da 77-ci Tengin süvari alayında xidmət edən Əbülfət ağa
Nəcəf oğlu Şaxtaxtinski podpolkovnik rütbəsi alıb. Əbülfət ağa 1858-ci ilin
oktyabr ayında Şərür-Dərələyəz qəzasının Şahtaxtı kəndində zadəgan ailəsində
anadan olmuşdur. Onun nufuzlu nəsli Azərbaycan tarixinə Məhəmməd ağa,
Behbud ağa, İsasultan ağa, Həmid ağa Şaxtaxtinski kimi görkəmli şəxsiyyətlər
bəxş edib.
İlk təhsilini Tiflis realnı məktəbində alan Əbülfət ağa Şaxtaxtinski 1877-ci
ildə Peterburq Texnologiya Universitetinə daxil olub. Tələbə yoldaşı, ilk marksist
Q.V.Plexanovla birgə tələbələri qadağan olunmuş yığıncaqlara
təhrik etdiyinə görə
bir il sonra - dekabr ayında universitetdən xaric edilib. Mənzilində aparılan axtarış
zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan
qafqazlı tələbələrin “İmdadiyyə” adlı gizli təşkilatın üzvüdür. O, Moskvada təhsil
alan həmyerlisi Nəcəf bəy Vəzirova məktubunda yazırdı ki, qaranlıq və cəhalətdən
qurtarmaq üçün laxlamış imperiya zülmünü kökündən kəsmək, məhv etmək
lazımdır. “İmdadiyə”nin nizamnaməsini aldım. Yaxınlaşan yay “İmdadiyə”nin əsas
müddəalarının müzakirəsini təxirəsalınmaz vəzifəmizə çevirir.
Müzakirə ona görə
lazimdır ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd uğrunda hərəkət
edə bilək biz öz məqsədimizə nail olmaq üçün bütün vasitələri nəzərdən
keçirməliyik. Həmin məqsəd kifayət qədər aydın və dəqiq şəkildə
müəyyənləşdirilməlidir. Məqsədimiz sakitliyimizi pozan vicdan əzabının burjua
rahatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökünü yerli-dibli
kəsmək üçün mümkün qədər çox işlək əl hazırlamaqdır.
Biz vasitə və vəsait
axtarırıq, deməli onda işçi əllər, ağırlığı öz üzərinə götürən qüvvələr tərbiyə
etməliyik. Biz tərəqqipərvər adamlar kimi nəzərlərimizi yalnız cəmiyyətin aşağı
təbəqələrinə yönəltməliyik.” Ələ keçən məktubdan sonra Əbülfət ağa