Şahtaxtinskinin üzərində gizli polis nəzarəti qoyulmuşdu.
Ekstren yolla Lazarev
adına Şərq dilləri institutuna daxil olmuş Əbülfət ağa oranı bitirdikdən sonra
Rusiyada ona nə diplom, nə iş verilməmişdi. O, Almaniyaya getmiş, Heydelberq
Universitetində diplom işi müdaflə edərək bakalavr dərəcəsi almışdı.
Demokratik baxışlarına və monarxiyaya qarşı çıxişlarına görə Rusiyaya
qayıdan Əbülfət ağa Şaxtaxtinskini heç bir qulluğa götürməmişdilər.
1880-ci ildə iyirmi iki yaşlı Əbülfət ağa Şaxtaxtinski Peterburqdakı yunker
məktəbinə daxil olub, qısa müddətdə oranı fərqlənmə diplomu ilə bitirib.
Bir
il sonra, avqust ayının səkkizində zabit rütbəsində yetmiş yeddinci
Tengin süvari alayında xidmətə başlayan Əbülfət ağa Şaxtaxtinski qısa müddətdə
divizion komandiri təyin olunub.
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə
məxsus şəxsi hərbi kitabçasında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə
Müqqədəs Stanislav
ordeninin üçüncü dərəcəsilə, 1900-ci ildə isə Müqəddəs Anna
ordeninin üçüncü dərəcəsilə təltif olunmuşdur.
Sənədlərdən məlum olur ki, podpolkovnik Əbülfət ağa Şahtaxtinski bir sıra
şərq dillərilə yanaşı, alman, fransız və ingilis dilini də mükəmməl bilirmiş. Ona
görə də İsveçrə ordusunun manevrlərinə müşahidəçi kimi ezam olunmuşdur.
Həmin ili nizami ordudakı xidmətlərinə görə Əbülfət ağaya polkovnik rütbəsi
verilib.
Polkovnik Əbülfət ağa Şaxtaxtinskinin şəxsi işinin təltifat “qrafasında”
aldığı xarici ölkə orden-medallarının da sayı göstərilir. O, İranın “Şire-Xorşid”
ordeninin dördüncü dərəcəsilə (1889-cu il), Buxara Omirtinin ikinci dərəcəli
“Ucalan ulduz” qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli “Şire-
Xorşid” ordenilə (1900-ci il) və “Fransa-Sudan xilasetmə cəmiyyəti”nin Yuxarı
Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.
1904-05-ci illərdə rus-yapon müharibəsində iştirak
edən Əbülfət ağa
Şaxtaxtinski batalyon komandiri kimi məsul vəzifədə xidməti borcunu ləyaqətlə
yerinə yetirib.
Əslzadə nəslindən olan polkovnik Əbülfət ağa istər ədəbi, istərsə də
maarifçüik sahəsində xalqımız üçün təmənnasız xidmətlər göstərib. O, Volfanq
Hötenin “Gənc Verterin iztirabları” əsərini almancadan
Azərbaycan dilinə tərcümə
edib.
Port-Artur döyüşlərindən sonra polkovnik Əbülfət ağa Şaxtaxtinskinin
komandir olduğu 202-ci Qori süvari alayı Qori şəhərində yerləşirdi. 1911-ci ilin
yayında vətəninə növbəti məzuniyyətə gələn polkovnik Əbülfət ağa iki
azərbaycanlı gəncin təhsil alması üçün xeyirxahlıq göstərib. Mərhum yazıçımız Əli
Səbri “Mühitim... təhsil illərim” xatirə qeydlərində yazır:
“Bir təsadüf mənim taleyimi əbədi həll etdi. O zaman polkovnik Əbülfət
ağanın komandir olduğu alay Gürcüstanın Qori şəhərində yerləşirdi. Əbülfət ağa
Naxçıvana məzuniyyətə gəlmişdi. Məzuniyyət müddəti bitdikdən sonra o öz
qohumu, mənimsə məktəb yoldaşım Xəlil ağa Hacılarovu
özü ilə Qoriyə -
Zaqafqaziya müəllimlər seminariyasına aparmışdı. Mən məramımı heç kəsə
bildirmədən qohum-qardaşdan pul yığmağa başladım. Xəlil ağa Qoriyə gedən
günün səhərisi mən də onun ardınca yolllandım. Sənədlərimi də özümlə
götürınüşdüm. Böyük bir çətinliklə Qoriyə gəlib çatdım. Seminariyanın həyətinə
gələndə Xəlili və polkovnik Əbülfət ağanı orada gördüm. Əbülfət ağanın
təəccübdən nitqi qurudu, bir az fikrə gedib sənədlərimi aldı.
Birlikdə seminariya
direktorunun yanına getdik Sabahı günü lövhədə - imtahan verəcək cavanların
adları siyahısında öz adımı görüb sevindim.
Imtahanlar başlandı. Əynimdə zolaqlı paltar içəri girdim. Birinci imtahandan
sonra direktor polkovnik Əbülfət ağaya dedi:
Etot polosatıy malçişka budet prinyat... (Əli Səbri “Ömürdən yarpaq düşür”
kitabı, 1983-cü il, səh. 129, 130-da).
Xalqımızın görkəmli ziyalısı, polkovnik Əbülfət ağa Şahtaxtinski 1913-cü il
martın 13-də Kutaisi şəhərində vəfat edib. Doğma kəndi Şahtaxtıda dəfn edilib. O,
XIX əsrin görkəmli jurnalisti İsasultan Şaxtaxtinskinin (1851-1894) kiçik qardaşı
idi.
* * *
1918-ci ildə fevralın 22-də Zaqatala dairəsinin camaatı adından Həmzət bəy
Xəlilov Zaqafqaziya komissarlığında çıxış edib. Natiq bildirib ki, onun yenicə
yaratdığı Ləzgi süvari alayı Gürcüstan
ordusuna yox, general Əliağa Şıxlinskinin
Müsəlman korpusu heyətinin sıralarına daxil olacaqdır. Lakin nə gürcülər, nə də
ermənilər Həmzət bəyin yaratdığı süvari alayını Tiflisdən çıxarılmasına razılıq
vermək istəmədilər. Ona görə ki, Tiflisdə yaşayan ermənilər şaiyə yaymışdılar ki,
yeni yaranan Ləzgi süvari alayı Müsəlman korpusu ilə birləşib Laqodexi-Balakən
ərazisində yaşayan gürcüləri qıracaqlar. Ermənilərin fitvası ilə Snoris-Sxali
stansiyasında bir qrup gürcü ziyalısı və səkkizinci gürcü alayı Ləzgi süvari alayının
qabağını kəsib. Həmzət bəy Xəlilov yazır ki, mənim şəxsi nüfuzumun hesabına
gürcü ziyalıları qarşıdurmaya yol vermədilər. Alayı sağ-salamat Laqodexi çölünə
gətirib, orada yerləşdirdik.
Alaya şahzadə polkovnik Xosrov Mirzə Qacar komandir təyin olundu.
Sonralar Zaqatala alayı adını daşıyan bu hərbi birləşmə Azərbaycan
ordusunun
sıralarında Qarabağda daşnaklara, Bakıda və başqa ərazilərimizdə bolşeviklərə
qarşı döyüşlərdə qəhrəmanlıqla vuruşdu.
Həmzət bəy Xəlilov (1860-1930) tanınmış mədəniyyət xadimi, 30 ilə yaxın
Üzeyir bəy Hacıbəyovun ev muzeyinin direktoru, professor mərhum Ramazan
Xəlilovun (1901-1999) atası idi.
Podpolkovnik Xasay xan Usmiyev Mehdiqulu xan Xasay xan oğlu Usmiyev
1895-ci il fevralın 26-da podpolkovnik rütbəsi alıb. O, məşhur şairə Xurşudbanu
Natəvanın böyük oğludur. 1855-ci ildə Şuşada anadan olub. 1874-cü ildə
Peterburqdakı zadəgan balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-
türk müharibəsi - (1877-78) illərində Dunay ordusunun sıralarında süvari alayının
komandiri olmuşdur. Onun ötən il Gürcüstan Dövlət
Mərkəzi arxivindən əldə
etdiyimiz fotoşəklinin altında da “1877-ci il, Dunay” yazılıb. İki il cəbhələrdə
böyük igidlik və şücaət göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə
ordenlə təltif olunub. O, Müqəddəs Anna ordeninin dördüncü dərəcəsinə (igidliyə
görə), üçüncü dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli