Müqəddəs Anna (qılınc və bantla birgə) və müqəddəs
Vladimir ordeninin
dördüncü dərəcəsinə layiq görülüb. Əlbəttə, qısa müddətdə belə yüksək kavaler
ordenlərinə qeyri-adi igidlik göstərmiş zabitlər təltif olunurdu. Şübhəsiz ki, knyaz
Mehdiqulu xana bu igidlik irsən keçmədi. Axı, onun atası general-mayor Xasay
xan Usmiyev (1808-1866) idi! Ötən əsrin məşhur tədqiqatçıları Firudin bəy
Köçərli, Mir Möhsün Nəvvab, Məhəmmədağa Müctəhidzadə və başqaları iftixarla
yazırlar ki, cənab knyaz Mehdiqulu xan alicah knyaz Xasay oğludur. O, əlahəzrət
qüdrətli Çingiz xanın nəslindəndir.
Qafqaz Əlahiddə ordusunun süvari qoşunlarında xidmət edən knyaz-
podpolkovnik Mehdiqulu xan Usmiyev ordudakı əla qulluğuna görə sonrakı illərdə
də təltif olunub. O, 1887-ci ildə müqəddəs
Stanislav ordeninin ikinci, 1891-ci ildə
Müqəddəs Anna ordeninin ikinci dərəcəsini və 1881-ci ildə İranın “Şire-Xorşid”
ordeninin üçüncü dərəcəsini ala bilib.
Klassik üslubda Vəfa təxəllüsü ilə Azərbaycan və fars dillərində şerlər yazan
knyaz-podpolkovnik Mehdiqulu xan Usmiyev 1900-ci il sentyaberın 5-də Tiflisdə
Mixaylovski küçəsindəki yüz qırx səkkiz saylı mülkündə vəfat edib. Öz
vəsiyyətinə görə Ağdamdakı İmarətdə ata-babalarının yanında dəfn olunub.
Haqqında nekroloq verən “Kaspi” qəzeti (1900-ci il, № 200) yazırdı: “Nadir
şərq kitablarını yığmaq və oxumaq onun ən sevimli məsğuliyyəti olmuşdu. Bu
kitabları toplamaq xatirinə knyaz Mehdiqulu xan heç bir vəsait əsirgəməzdi. Onun
şəxsi kitabxanasındakı ədəbiyyat az-az yerlərdə taplardı”.
Knyaz Mehdiqulu xanın müasiri, məşhur alim Mir Möhsün Nəvvab yazır ki,
biçarə knyaz Məhdiqulu xan son illər Şuşaya tez-tez gələrdi. Hər dəfə də
zəmanənin hərc-mərcliyini görüb əsəblik cəhətindən aşağıdakı fərdləri deyərdi:
Abad olan vətən axır xərab olub,
Bu dəşti-zülmdə min lalələr solub.
Dünyada məhv olub namünişanımız,
Yoxdur bu möhnətdə tabü-təvanımız.
Axır nə vaxtadək bu hala səbr edək,
Bunca sitəm görək, belə cəfa çəkək?
İcma edin, bu gün dərdə dəva edək,
Dinü-təriqətə canlar nisar edək.
Bəzi müasir yazarlarımız Mehdiqulu xan Usmiyevin general rütbəsi aldığını
qeyd edirlər. Lakin nə Tiflis, nə də Bakı arxivlərində Mehdiqulu xanın general
olması haqqında sənədə rast gəlmədik. Bütün sənədlərə onun son rütbəsi
podpolkovnik göstərilir. Şübhəsiz ki, tədqiqatçılar onu atası general-mayor Xasay
xan Usmiyevlə səhv salırlar.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin
elmi fondunda
Mehdiquluxan Usmiyevin 1877-ci ildə Dunay cəbhəsindən ailəsinə yazdığı
məktubları saxlanılır. Onların imlasına toxunmadan təqdim edirik:
Birinci məktub:
Bu gün ki, ibarət olsun aprelin 12-si padişah cəmi qoşunu bir yerə cəm edib davanı
elan etdi və bu gün axşamadək hər tərəfdən qoşun hərəkət edir. Amma biz, yəni
Nikolay Nikolayıçin hüzurunda onlar hənuz padşah Peterburqa gedənədək
Kişinyovda olarıq, ondan sonra biz həm hərəkət edirik. Amma hansı tərəfə hərəkət
olmağın yazmağa məzun degiləm. İnşallah, mümkün olduqca hər məkandan təbl
irsal olar. Xatircəm olun mənim üçün çəndən düşvar əmir yoxdur. Ağabikədən və
Bilqeyisdən
soruş ki, mənim şəklimi tanıyırlarmı!
Mehdiquluxan,
q. Kişinyov,
12 aprel 1877q.
*
* *
İkinci məktub:
Keçib Bulayeşt şəhərinə ki, Ruminiyanın şəhərlərindəndir varid olduq. Kim
bilərdi ki, mənim bu səfərim bu növ bəndülhəd olar. Bu gün beş gün izafədir ki,
qələdən
14
çıxıb müsafirət əzmin etmişəm. Bu əmr, o növ asan dəgilmiş ki,
təsəvvür
olurdu. Əlxüsus davanın ittifaqı məni çox müqəyyəd etdi. Xülasə qeydi nəkər-
dəyəm ki, moyəssər şəvəd... Ağbikə və Bilqeyis mənim şəklimi görəndə yəqin bir
şeyi zehinlərinə gəlmir ki çünki ki əslin bəndül-həd qeybəti surəti zehindən zayil
edir. Əlhəmdülillah hər növ salamatlıq və asudə xatırlıq vüsuldur. Nigranlıq həmin
sizlər tərə-fmdəndir. Kağız yazmaqda kütahlıq olmasın, mənə gələn kağızları
zakaznoy edin və əgər fırəng dilini bilən olsa ünvanı firəngcə yazdırın.
Mehdiquluxan,
12 may.
*
* *
Üçüncü məktub:
Bu haladək səndən kağız vüsul olmayıb, əgərçi til rəf e nigaranlıq etdi.
Amma təfsilən bilmirəm ki, necəsən və uşaqlar necədirlər.
Velikiy Knyaz Xaç suya
düşən zamanda inşallah məni məzun edər və mən qələyə azim olaram. Hər vəqt və
hər poçt ilə kağuz yazıb əhvalatdan müxəbbir et. Zəhranı və Ağabikəni, Rüstəm
bəyi əhval pürsan ol. Bu kağız vüsal olan kimi cəvab yaz. Çünki çox nigaranam.
Vəssalam.
Mehdiquluxan.
*
* *
Dördüncü məktub:
Bu şəhərdə varid ola...
14
Şuşa şəhəri nəzərdə tutulur. – Ş. N.
Ona-bəna bunca gəlməyə ektifa edüb əhval-pürsan pərişanlıq cəndan
yoxdur. Bir müddət Odessada olarıq, sonra sərhədə əzm
olar onlar sonra nə olar
bilmirəm. Oraya kağız təxir ilə çatır. Ancaq salamatlıq olsa kafıdir. Ağabikəni,
Bilqeyisi, Əzizəni didə busə ol.
Bu kağıza cavab göndər. Vəssalam. Əmanə xanım kağızı burada bənə vüsul
oldu.
Mehdiquluxan,
17 fevral.
*
* *
Şahnəzərov oraya varid olub, sənə irsal olan şeyləri yetirınəkdən xəbər yaz
və Əkbərə corab anamın və bacımın xoşuna gəlsə yazın irsal olsun.
Mehdiquluxan.
*
* *
Beşinci məktub:
Ruhum bu gün sübh vaxtı Ağstafaya varid oldum.
Yollar nəhayət
xarabdırlar. Amma bir vaqiə ariz olmayıb hər cəhətdə salamatlıq hasildir.
Uşaqlardan çox nigaranəm. Bu səfər uşaqları, ələlxüsus Ağabikəni müfariqəti çox
müəssirdir.
Xasayı, Ədil xanı, Əzizəni didə bus ol. Amma Ağabikənin sənə dəxli
yoxdur. Vəssalam.
Mehdiquluxan.
*
* *
Qubernator ilə Ərzi rahda mülaqat oldu. Müşarəleyh Gəncəyə azimdir.
Mehdiquluxan.
Qvardiya polkovniki şahzadə Xanbaba xan Qacar 1899-cu il fevralın 26-da
podpolkovnik rütbəsi alıb. 1877-78-ci illərdə rus-türk müharibəsinin fəal iştirakçısı
şahzadə Xanbaba xan Qacar qırx beşinci Şimal-draqun alayının komandiri kimi
döyüş qabiliyyətinə görə müqəddəs Stanislav ordeninin ikinci və üçüncü dərəcəsi
ilə (qılınc və bantla birgə), Müqəddəs anna ordeninin
üçüncü dərəcəsilə və
müqəddəs Vladimir ordeninin dördüncü dərəcəsi ilə təltif olub. O, 1907-ci ilin may
ayında polkovnik rütbəsi alıb.
İmperatorun yüksək dərəcəli əmrinə əsasən polkovnik Xanbaba xan və
böyük qardaşı general-mayor Rzaqulu Mirzə Qacar Əlahəzrət titulunu daşlyır,
üstəlik də şahzadə nəslindən olduğuna görə ildə altı yüz manat təminat alırdılar.