ruxsarə nigah,
Qədr bilməz həmdəm ilə eylədim
ömrü təbah
58
;
Vaqifə, ya Rəbbanə, öz lütfünü
eylə pənah,
Səndən özgə kimsədə
lütfü-inayət görmədim.
Bəs, Molla Pənah Vaqifin birinci arvadı Mədinə xanımdan neçə, övladı
olmuşdurmu?
Tədqiqat göstərir ki, iki qızı, bir oğlu olmuşdur. Pəri Soltan, Mələk Cahan və
Əliağa. Vaqif hər iki qızını yaxın dostu Molla Vəli Vidadinin oğlanlarına ərə
vermişdir.
Vaqiflə Vidadi şer, sənət dostluğundan başqa iki dəfə quda olmuşlar.
Vidadinin böyük oğlu Məhəmməd ağa Vaqifin böyük qızı Pəri Soltanla, kiçik oğlu
Molla Osman isə Vaqifin kiçik qızı Mələk Cahanla ailə qurmuşdur.
XIX əsrin tanınmış ədəbiyyatşünası, məşhur maarif və din alimi Mirzə
Hüseyn Əfəndi Qayıbzadənin “Azərbaycanda məşhur olan şüaranın əşarına
məcmuədir” dörd cildlik toplusunda Yəhya bəy Qazaği adlı şairin bir neçə şeri
verilib.
Kimdir Yəhya bəy Qazaği? Ədəbiyyat tariximizdə çox az şerləri qalan bu
şair nədənsə unudulub, tədqiq olunmayıb.
Şair Yəhya
bəy Qazaği Vidadinin oğul, Vaqifin isə qız nəvəsidir. Onun atası
Məhəmməd ağa, anası isə Pəri Soltandır. Bu qohumluq haqqında Firudin bəy
Köçərli daha dəqiq məlumat verir. O “Azərbaycan ədəbiyyatı” kitabında yazır:
“Yəhya bəy mərhum Molla Vəli Vidadinin fərzəndi Məhəmməd ağanın oğludur ki,
əhli elm və sahibi-təb olduğu ilə belə, bir az zarafatcıl və hərzəku imiş... Mərhum
Yəhya bəy rövşənzəmin və xoştəb bir şair imiş və özü də iki böyük şairin nəvəsi
olduğu üçün babaları Vidadi və Vaqifin təbi-şeriyyəni irsən almışdır” (1-ci səh.
282,283-də). Yəhya bəy cavan yaşında, 1841-ci ildə vəfat etmişdir. Məzarı Birinci
Şıxlı kəndindəki qədim qəbristanlıqdadır. Yəhya bəyin müasiri, məşhur şair Kazım
ağa Salik Şıxlinski onun ölümündən ağır sarsıntı keçirmişdir.
Bunun əyaniliyi
Kazım ağa Salikin şairin qəbir daşına yazdırdığı altı misralıq şeridir.
Bu məzarın sahibi Yəhya bəki –
rövşənzəmir,
Şairi-kani-süxən hüsnü-kəlami
binəzir.
Ol Vidadi Xəstənin fərzədinin
fərzəndidir.
Vaqif ol kim, Vaqifin həm bintinin
peyvəndidir,
Çünki, getdi bu cəhandan, buldu
58
Тəbаh - puç, məhv, hеç, çürük
rəsmi-məğfirət,
Oldu tarixi-vəfatı, Salika,
no axirət.
Kazım ağa Salik Yəhya bəyin ölümünə təkcə şer-sənət dostu kimi yanmırdı.
Yəhya bəy həm də onun kürəkəni idi. Kazım ağanın qızı Xeyransa xanım Yəhya
bəyin həyat yoldaşı idi. Yəhya bəyin ölümünə dözməyən Xeyransa xanım düz bir
ildən sonra -1842-ci ildə dünyasını dəyişəndə dərdli Salik yazırdı:
Cahan, Salik, bizə çünki fədadır,
Duadır, xeyrimiz, ancaq fənadır.
Ağarmış saqqalım gər sürx
59
görsən,
Dü çeşmim qanıdır, sanma hənadır.
Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məcmuəsində Kazım ağa Salikin şair
dostu Yəhya bəy Qazağiyə ünvanlanmış beş nəsihət şeri var. Şerlərin
məzmunundan hiss olunur ki, Yəhya bəy ədalətsizliyə dözməyən, həmişə haqqın
tərəfini saxlayan kəskin ruhlu bir şair imiş. Mahalda dərəbəylik edənləri həcvə
tutduğuna görə onu ölümlə hədələyənlər də az olmamışdır. Salik ona nəsihət
edərək deyirdi:
Yəhya bəy, əl götür hərcayi sözdən,
Bir şey hasil eylə olmadan həlak,
Kedər cani pak.
Bir gün səndən oğul-uşaq yad olur,
Salıb gedər səni anda dərnak,
Yəni ziri xak.
Yəni ziri-xakə qoyarlar səni,
Mürdəşirlər tamam soyarlar səni,
Anda oyum-oyum oyarlar səni,
Olur qərargahın bir dərin məğak,
Görünməz əflak.
Cavan olmasına
baxmayaraq, Yəhya bəy Qəzaği dövrünün görkəmli şairləri
Dağkəsəmənli Mustafa ağa Nasirlə, Mirzə Məhəmməd ağa Qayıbovla, Kazım ağa
Saliklə, Şıxlı Əbdürrəhman ağa ilə, Kəmərli İbrahim ağa Qiyasbəyovla, Salahlı
Sədəfoğlu Süleyman koxa ilə sənət meydanında şerləşmişdir.
Araşdırmalar vasitəsilə öyrənə bildik ki, şair Yəhya bəy Qazağinin yeganə
qızı Fəxrənsə xanım şair Mirzə Nəbi əfəndi Qayıbzadənin (1810-1869) həyat
yoldaşı olmuşdur. Mirzə Nəbinin oğlu isə XIX əsrin məşhur şairi Abbasağa Nazir
Qayıbzadədir.
59 Sürx - qırmızı.
Respublika Əlyazmaları İnstitutunun elmi arxivində şair
Abbasağa Nazirin
çap üzü görməmiş “Bəyani halım” adlı qiymətli bir poeması saxlanılır. Nəsli-
nəcabətini, doğulduğu mahalın tərifini nəzmə çəkən şair yazır:
Min səkkiz yüz idi, qırx doqquz
Ki, vücudum ədəmdən etdi büruz.
Doqquzuncu günündə oktyabrın
Məskənim oldu səfhəsi dəhrin.
Adımı qoydular mənim Abbas,
Şöhrət etdim bu adla bəynünnas.
İsmi Mirzə Nəbi idi atamın,
Adı Fəxrünnisə idi anamın.
Əsrin əllaməsidi
60
desəm atam,
Zənn olunmaz mübaliğə bu kəlam.
Bir xirədmənd mərdi-danəmənd
Zirəkü durbinü qeyrətmənd
Sahibi elm, əhli fəzlü-kəmal
Nitqi şirin, çox fəsihməqal.
1993-cu il.
ŞİRVANLI
ŞAİR NASEH
1903-cü ildə Firidun bəy Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı”
kitabı Tiflisdə nəşr olundu. Kitabı ədəbi ictimaiyyət çox böyük maraqla qarşıladı.
“Tiflisskiy listok” qəzeti yazırdı: “Müasir
oxucunun böyük əksəriyyətinə
Azərbaycan ədəbiyyatı haqqında heç bir şey məlum deyildir. Onunla ancaq bəzi
mütəxəssislər tanışdırlar. Buna görə də bir neçə gün əvvəl haqqında müxtəsər
məlumat verdiyimiz Firidun bəy Köçərlinin yenicə çıxmış, azərbaycanlıların
ədəbiyyatına həsr olunan kitab xüsusi maraq doğurur”.
Araşdırmalar göstərir ki, Firidun bəyin “Azərbaycan türklərinin ədəbiyyatı”
kitabının nəşr olunması ziyalılar üçün tam bir sevinc olmuşdur. Kiyevdə təhsil alan
azərbaycanlı tələbələr, Bakı, Tiflis, İrəvan ziyalıları, Dərbəndin bir qrup din
xadimi, Novorossiya imperator Universitetinin tələbəsi Nəriman Nərimanov, Omsk
şəhərinin sakini Məhəmmədov və başqaları Firidun bəyin
bu zəhmətini millətimiz
və xalqımız üçün əvəzsiz töhfə kimi qiymətləndirirdilər.
Kitabı qəza mərkəzində yaşayan ziyalılar da maraqla qarşıladılar. Onlar
vaxtilə şairlik etmiş ata-babaları haqqında Firidun bəyə məlumat verir,
sandıqçalarda saxlanan əlyazmalarını, cünkləri ona göndərirdilər.
60
Dərin bilikli, аlim, bilici - müəl.