Bulud zülfündə Ceyran,
Gəzməsin mərdimazar.
Məclisin nə şamı var,
Nə Bağdad, nə Şamı var,
Salik, dəli Ceyranın,
Nə sübhi, nə şamı var.
14 fevral 1995-ci il.
ŞİRİN DİLLİ
MOLLA ZAL
Məşhur ədəbiyyatşünasımız Firidun bəy Köçərli Qıraq Kəsəmənli Mollazal
oğlu İsgəndərin ziyadə fəsih (
sözü aydın və düzgün deyən, söz ustası -Ş.N.),
dilavər və cəsur bir kişi olduğunu iftixarla yazıb, Molla Zalın müasiri və dostu şair
Mirzə Əfəndi Qayıbov (1810-1889) “Əhli- dövran” şerində çərxi-fələyi lənətləyir
ki, dünyadan Molla Zal kimi igidləri də apardı.
Gör necə məğşuşluq olubdur əhval -
Kim, güncü heyrətdə qalıb nitqi lal,
Fəsih sözlü, şirin dilli Molla Zal
Məgər üzün örtüb bel ilə kürək?
Məşhur Qaçaq Kərəmin babası Molla Zal oğlu İsgəndər XIX əsrin
əvvəllərində yaşamışdır. Elin yaddaşında bircə şeri və çoxlu müdrik
hazırcavablıqları qalıb. O, Bəhlul Danəndə, Molla Nəsrəddin sayağı lətifələri və
şerlərilə Qazax, Borçalı mahalında məşhur olmuşdur. Molla Zal deyərmiş:
Dindarlar deyir ki, cin “bismillah”dan qaçar, ancaq indi elə dövran gəlib ki, cin özü
“bismillah” deyir.
Molla Zal yenə deyib ki, südün üzlü olsun, ancaq qonağın üzlü
olmasın. Bir də deyib ki, dilini saxlaya bilən, başını da saxlaya bilər.
Bizə gəlib çatan yeganə “Yaxalanmamış” şerində Molla Zal dövrünün
haqsızlığını tənqid edir, ərşə çıxan harayında qadir Allahdan kömək diləyir.
Aman təbib, mənə bir əlac eylə,
Sinəm eşq oduna yaxalanmamış.
Ölüb bu dünyadan həsrət gedirəm,
Bir ağ buxaq öpüb yaxalanmamış.
* * *
Versə idin sən mürğinə təzə dən,
Dəxl olmazdım bu azara təzədən,
Yar da mənə yara vurdu təzədən
Köhnə yaralarım yaxalanmamış.
* * *
Molla Zalam, işim yetdi haraya?
Bayram ayı demək olmaz hər aya.
Qadir Allah, özün yetiş haraya
Canım Əzrayıla yaxalanmamış.
QAÇAQ KƏRƏMİ
DOĞAN ANA
“İgidi qılınc yox, qeyrət yaşadar”
Qaçaq Kərəm.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi bayram kimi imperiyanın hər
yerində qeyd olunur. Bu münasibətlə çar II Nikolay Rusiyanın mühüm şəhərlərinə
ziyarətə gedir. Tiflisə gələn çar şəhərin görkəmli yerlərini gəzir, məktəblərə gedir.
Bir aya yaxın bal-ziyafətlərdə eyş-işrət keçirən çar, Dərbənd yolu ilə Peterburqa
qayıtmalı olur. Qatar Gürcüstan ərazisini
keçəndə soruşur ki, indi hansı mahaldan,
hansı stansiyadan keçəcəyik.
- Əlahəzrət, Qazax mahalından və Ağstafa stansiyasından keçəcəyik.
İmperator duruxur və bir neçə dəfə:
- Kazaklar, yoxsa Qazaxıstan... demək istəyirsiniz - deyə soruşur.
- Çar sağ olsun, bura nə Kuban kazaklarının, nə də Orta Asiya qazaxlarının
yurdudur. Burada Qafqaz tatarları, azərbaycanlılar yaşayır. Bir azdan keçib
gedəcəyimiz yerin, mahalın adı Qazaxdır.
- Aha, xatırladım! Qafqaz igidi Qaçaq Kərəmin vətənidir?
- Bəli, bəli, əlahəzrət, özüdür ki, var...
- Maraqlıdır, görəsən Qaçaq Kərəmin nəslindən qalan varmı?
Məmnuniyyətlə, görüşüb kəlmə kəsərdim.
Qatar Ağstafada dayananda Kərəmin anasını ehtiramla ona təqdim edirlər.
Çar böyük bir səmimiyyətlə ananın əllərindən öpüb:
- Ana, - dedi, oğlun Kərəmin igidliyi, adı külli-aləmə bəllidi. Qəlbən etiraf
edirəm ki, onun adı gələndə yasavuldan tutmuş Qafqaz
canişininə kimi rütbəli
şəxslər qorxudan tir-tir əsirdilər. Bizim hökumətə qarşı vuruşdu. Heç kəsə boyun
əymədi. Təəssüf ki, Tehranda dünyasını tez dəyişdi.
62
Şəxsən mən onun
qorxmazlığını yüksək qiymətləndirirəm, Ana, möhtərəm ana, indi de görüm,
Kərəm kimi igidi yenidən doğa bilərsənmi?
İmperatorun oğlu haqqında dediyi tərifdən qürurlanan
ana qəddini daha da
şax tutub:
62
Qaşaq
Кərəm 1910-cu ildə Теhrаndа öz əcəlilə ölmüşdü - müəl
.
- Kərəm kimi oğulu yenə doğaram, dərdin alım, niyə doğmaram. Əgər ərim
Molla Zal oğlu İsgəndər kimi kişini mənə qaytara bilsən. Karvan getdi, igidlər
öldü, zaman dəyişdi, dərdin alım...
Sadə kəndli qadından bu müdrik cavabı gözləməyən çar heyrətlə geri
çəkilib:
- İnanıram, - dedi, - inanıram ki, belə hakimanə cavab
verən ana Qaçaq
Kərəm kimi igid doğa bilər.
8 oktyabr 1997-ci il
ŞAİR MƏHŞƏRİ
CƏNNƏTZADƏ
1931-ci ilin payızı sərt və acı gəldi. Təbiət isə gülürdü, onda nə duman vardı,
nə də çiskin, sazaqlı payız yağışları hələ başlamamışdı. Amma həyatda ağlayan,
ah-vay edən çox idi. İyirminci ilin aprelindən başlanan tuthatut yenə də davam
edirdi. Ölkədə musavat zabiti adı ilə tutulmağa, güllələnməyə adam qalmamışdı.
İndi də ziyalıları, molla və axundları həbs edib sürgünə göndərirdilər. Üç il əvvəl
(1928-ci il) yaranan “Tanrısızlar Cəmiyyəti” nə bolşevik rəhbərləri zor-xoş xeyli
üzv toplamışdılar. Onların əksəriyyəti savadsız rəiyyətdən,
keçmiş nökərdən və
çoban-çoluqdan ibarət idi. Bolşevik-daşnak göstərişi ilə məscidləri uçurdanlar,
bəy-xan bağlarını doğradanlar, ərəb əlifbasında yazılan kitabları yandırtdıranlar
yeni cəmiyyətin fəal nümayəndələri idilər.
Sədi Şirazinin ərəb əlifbasında kitabı evindən tapıldığı üçün Ömər əfəndi də
payi-piyada Ağstafa vağzalına aparılmış və ordan “xalq düşməni” adı ilə gedər-
gəlməzə göndərilmişdi.
Seminarist Mustafa Əfəndiyev bu xəbəri eşidən kimi saymazyana darvazaya
tərəf üz tutdu. İsrafil ağanın hamamının yanına çatanda qorxulu-qorxulu geriyə
boylandı. Heç kəsi görməyib sürətlə kəndə tərəf götürüldü.
Evə çatan kimi anası Nabatdan babası Hacı İmam Cənnətzadənin divanını
istədi.
- Neynirsən oğul, odey divan həmişəki yerində, kitab taxçasında.
Qazaxdan Dağkəsəmənə kimi yüyürə-yüyürə gələn Mustafa alnında
puçurlanmış təri silib:
- Ana, - dedi, - müəllimimizi dünən həbs edib aparıblar.
- Niyə, bala, neyləmişdi ki?
- Evindən ərəb əlifbası ilə yazılmış kitablar tapılıb. Kişinin abrını alıblar ki,
sən niyə İslam dinini təbliğ edirsən. Demək, sən gizli musavat təşkilatının
üzvüsən. Kim köhnə əlifbada
nə oxuyursa oxusun, onu sürgün edirlər. Unutma ki,
bizim nəslə də “Molla evi” deyirlər. Mütləq bizim evi də axtaracaqlar.
- İndi sən neyləmək fikrindəsən, oğul? Ağlını başına yığ, birdən kitabı oda-
zada atıb yandırarsan. - Gözləri hədəqəsindən çıxmış Nabatana heyrətlə: - Elə şey
eləmə, Allahın sənə qəzəbi keçər, bala. Əllərin quruyar, gözün tutular...