HÜSEYN XAN NAXÇIVANSKİ
Peterburq zadəganlarının say-seçmə
üzvlərindən ibarət qvardiya süvarilərinə general
Hüseyn xan Naxçıvanski komandanlıq edirdi.
A.SOLCENİTSİN,
“14 avqust” romanından.
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir
general kimi təsvir edirlər. İlk dəfə mən onun şəklinə 1916-cı ildə çap olunmuş
“Niva” jurnalının yeddinci nömrəsində rast gəldim. Doqquz nəfər ali rütbəli
hərbçinin təsvir olunduğu şəklin altında belə yazı yazılıb:
Qafqaz cəbhəsinin
Georgi duması, Qafqaz ordusunun baş komandanı, canişin əlahəzrət böyük knyaz
Nikolay Nikolayeviç Romanov
7
, korpus komandiri, süvari generalı Kalitin, knyaz
Qalitsin, general Xan Naxçıvanski, general Lanuşkeviç. Ayaq üstə duranlar:
general Vatin, Çirkov, polkovnik knyaz Niceradze və polkovnik Naqorski.
Onun rus-yapon və Birinci Dünya müharibəsindəki fəaliyyətini müxtəlif
arxiv sənədlərindən öyrəndim. General Hüseyn xan Naxçıvanski 1863-cü
il iyunun
iyirmi səkkizində anadan olub. Atası on beş yaşlı Hüseyn xanı Peterburqdakı Pac
korpusu məktəbinə oxumağa göndərir. O vaxtlar Peterburqda çoxlu naxçıvanlı
ziyalılar yaşayırdı. Onların da arasında xan nəslinin nümayəndələri çoxluq təşkil
edirdi. İmperatorun şəxsi himayəsində olan korpus məktəbini Hüseyn xan 1881-ci
ildə əla qiymətlərlə bitirir. Çarın xususi süvari qoşununda xidmət edən kornet
Naxçıvanski beş il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur.
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan
Hüseyn xan Naxçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür.
Rus-yapon müharibəsi başlayana qədər o, İranın “Şire-Xurşid”
ordeninin ikinci və
dördüncü dərəcəsi ilə /bahalı almazla bəzədilmiş/, zabitlərə məxsus “Rumın
ulduzu” ilə, Avstriyanın “Dəmir xaç”, ikinci dərəcəli “Stanislav”, dördüncü
dərəcəli “Müqəddəs Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın “Döyüş
xidmətlərinə görə” ordenləri ilə təltif olunur.
Nizami orduda sərkərdəlik qabiliyyətinə görə Hüseyn xan 1903-cü il aprelin
altısında polkovnik rütbəsi alır.
İnqilabdan əvvəlki qəzetlər, müxtəlif arxiv sənədləri öz səhifələrində Hüseyn
xan haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda
istər-istəməz belə
qənaətə gəlirsən ki, Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov artilleriya
sahəsində hansı zirvəni fəth etmişdisə, Hüseyn xan Naxçıvanski da süvari
birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı.
1904-cü ildə Rus-Yapon müharibəsi başlananda Naxçıvanski əksəriyyəti
qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi.
7
Çаr 1 Nikоlаyın
dоğmа əmisi
Polkovnik Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Lan-Lun-Qou kəndi
uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər
mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə onları
kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam
Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə alay
döüşçülərinin qızğın həmləsi və polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı
ustalıqla işlənmişdir.
Məşhur rus jurnalisti A.Kvitka Port Arturda müharibə başlayanda könüllü
cəbhəyə getmiş və döyüşlərdə jurnalist zabit kimi iştirak etmişdir. Müharibə gedə-
gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-
ci ildə Sankt Peterburqda nəşr etdirdiyi həmin kitabda
igid eloğlumuz polkovnik
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var:
Səhifə 181-də: “Axşam üstü Bensixuda süvari-qvardiyaçı Xan
Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan
və süvari qvardiyasında xidmət edən zabitlərdən təşkil olunmuşdu.
...Avanqard taqımının ardınca yüzlərlə adam polk komandiri, onların da
ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı
aypara nişanlı dalğalanan dəstə göründü.
Alay cərgələnmiş taqımlarla kalon boyu uzanırdı. Biz isə Xanın zabitlərindəki
atlara həsədlə baxırdıq. Mən axşam saat 10-a yaxın Xanı general Lyubavinin
yanına ötürüb, evimə qayıtdım”.
Səhifə 245-də: “Dağıstanlıların komandiri Xan Naxçıvanski, podpolkovnik
Byuntiq və knyaz Tumakov həyətimə daxil olanda səhər saat 11 olardı. Onlar
mənimlə nahar etməyə qaldılar... Dağıstanlıların əsgər
və komandirləri döyüşlərdə
hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddəindən artıq cəsur
olmalarında...”.
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının
cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...”.
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı
apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı,
üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif
olunmuşdur.
Birinci Dünya müharibəsinə qədər imperatorun xüsusi qoşununda xidmət
edən Hüseynxan Naxçıvanskiyə 1907-ci il martın
otuz birində general-mayor
rütbəsi verilmişdir.
Müasir rus tədqiqatçısı Fyodor Nesterov “İllərin əlaqəsi” /1984-cü il/ tarixi
publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı
N.İ.İvanovun general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə
çəkir. O, yazır ki, çar II Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə
belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz
həmişə sənə və rus imperiyasına sadiq qalacağıq. İmperator uzun illər boyu bu
əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi.
Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi. O,
bütün rütbə və
təltiflərə məhz cəbhələrdəki xidmətlərinə görə layiq görülmüşdü. O, nə buyruq, nə
də məiyyət generalı deyildi. Hərbçilər daha yaxşı bilirlər ki, süvari qoşunu üzrə