Gözəl və fitri istedada malik olan Qönçəbəyim 1837-ci il martın
on beşində
atası Ehsan xanın Naxçıvanda açdığı qəza məktəbində oxumuşdur. İki yüzə qədər
azərbaycanlı uşağın təhsil aldığı bu məktəbin hamisi, əvvəlcə general-mayor Ehsan
xanın özü, sonralar isə onun iki oğlu-general-leytenant İsmayıl xan və general-
mayor Kəlbalı xan olmuşdur. Bu vətənpərvər, ziyalı oğullar ata-baba mülkünü on
iki il müddətinə məktəb üçün pulsuz istifadəyə verməklə yanaşı, hər il Naxçıvan
qəza məktəbinin nəfinə gümüş pulla iki yüz manat ianə də hədiyyə etmişlər.
Təəssüf ki, ailə səadətində Qönçəbəyimin bəxti üzünə gülməmişdir. Onu
1844-cü ildə sevmədiyi Şamil xana ərə vermişlər. O,
ömrünü sərxoşluqla keçirən
Şamil xana könül verməmiş, ondan boşanmışdır. Könül verib sevdiyi, lakin qovuşa
bilmədiyi mayor İbrahim xanın həsrətilə yaşamışdır.
Bizə sək rəqiblər deyirlər asi
6
,
Mövlayə bağladıq yəni ixlası.
Mən Bəyiməm, İbrahimin butası,
Gizlin deyil, var aşkarə, de gəlsin.
İSMAYIL XAN NAXÇIVANSKİ
Hüseyn xana qədər nəsildə üç
general olmuşdur - Ehsan xan, Kəlbalı xan və
İsmayıl xan. Sonuncu haqqında əlimizdə nisbətən az məlumat var. O, 1819-cü il
yanvarın beşində anadan olub, 1908-ci ildə səksən doqquz yaşında doğma vətəni
Naxçıvanda vəfat edib. Kəngərli tayfasındandır. Süvari general-mayoru Ehsan
xanın oğludur. İlk təhsilini Tiflis hərbi gimnaziyasında almışdır. 1839-cu il mayın
birində həmin gimnaziyanı bitirən yünker İsmayıl xan bir il sonra oktyabrın 28-də
poruçik rütbəsi almışdır.
Məşhur rus yazıçısı, tarixi romanlar müəllifi Valentin Pikul “Bəyazid”
romanında İsmayıl xan Naxçıvanskinin obrazına tez-tez müraciət etmişdir. Çox
zaman onun igidliyindən, əla komandirlik bacarığından dolğun səhnələr yaradan
yazıçı Valentin Pikul onun müsəlmanlırını da başına qaxınc etmişdir.
Görünür ki,
bu səbəbdən də İsmayıl xana hərbi rütbələr çox ləng verilmiş ve belə qoçaq hərbçi
az-az təltif olunmuşdur. Uzun müddət Qafqaz Əlahiddə ordusunda ləyaqətlə
xidmət edən İsmayıl 1844-cü il martın 20-də ştabs-kapitan rütbəsinə layiq görülür.
On bir il sonra /1855-ci il avqustun 4-də/ qvardiya rotmistri olan İsmayıl xan Krım
müharibəsində ağır yaralanır. 1860-cı il aprelin 3-də isə alay komandiri İsmayıl
xan Naxçıvanskiyə polkovnik rütbəsi verilir.
On yeddi il sonra - 1877-ci ildə rus-türk müharibəsində göstərdiyi
sərkərdəlik fəaliyyətinə görə İsmayıl xana həmin il dekabrın on doqquzunda süvari
qoşunu general-mayoru rütbəsi verilmişdir.
İgid sərkərdə kimi şöhrəti bütün Qafqazı dolaşan, tarixi əsərlərdə və
sənədlərdə təriflənən eloğlumuz İsmayıl xan Naxçıvanski hansı döyüş orden-
6
Аsi
- üsyаn еdən, itаət еtməyən
medalları ilə təltif olunmuşdur? Bəri başdan deyək ki, tarixi sənədlərlə və
raportlarla tanış olduqda belə qənaətə gəlirsən ki, bu təltiflər general-leytenant
İsmayıl xanın xidməti üçün çox azdır.
General-leytenant İsmayıl xan Naxçıvanski üçüncü dərəcəli “Müqəddəs
Stanislav” /1856/, hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə dördüncü
dərəcəli
“Müqəddəs Vladimir” /1867/, dördüncü dərəcəli “Müqədds Georgi” /1877/,
üçüncü dərəcəli “Müqəddəs Vladimir” /1883/ və birinci dərəcəli “Müqəddəs
Stanislav” /1888/ ordenləri ilə təltif olunmuşdur.
Altmış ilə yaxın döyüşən orduda ləyaqətlə xidmət edən İsmayıl xan
Naxçıvanski demək olar ki, imperiyanın ucuz ordenləri ilə təltif olunmuşdur.
Həmin ucuz ordenlərin taleyi haqqında “Kaspi” qəzeti 19 fevral 1885-ci il tarixli
nömrəsində “Naxçıvan xanının oğurlanmış əşyaları tapılıb” sərlövhəli belə bir
xəbər vermişdir:
“Bu günlərdə qəzetimizdə Ağstafadan Uzuntalaya gedən general-leytenant
İsmayıl xanın əşyalarının oğurlanması barədə məlumat vermişdik. Naməlum
quldurlar faytonun arxasına vurulmuş içi bir neçə min manatlıq
qiymətli əşyalarla
dolu sandıq və zənbili açıb aparmışlar.
Aldığımız məlumata görə, yerli hakimiyyət oğurlanmış əşyyaların tapılması
üçün qüvvəsini əsirgəməmişdir. Axtarışlar uğurlu olmuşdur. Fevralın 10-da Qazax
qəzası birinci ərazisinin pristavı Məlik Hüseynova general Naxçıvanskinin bütün
şeylərini tapmaq müyəssər olmuşdur. Onlar “Şoş” yolunun qırağında, zastavanın
altı verstliyində tapılmışdır. Sandıq və zənbilin üstü nə iləsə örtülübmüş, iki və ya
üç orden istisna olmaqla bütün əşyalar yerindədir. Ehtimal edilir ki, oğrular ələ
keçəcəklərindən qorxaraq şeyləri “Şoş” yolunun qırağına qoymuşlar”.
General-leytenant İsmayıl xan Naxçıvanski haqqında daha bir qısa
məlumata
hərbi Sovet Ensiklopediyasının birinci cildində rast gəldik. Orada yazılır ki,
Bəyazid şəhəri 1877-78-ci illrdə rus qoşunları tərəfindən mühasirəyə alınanda,
iyirmi üç gün ağır döyüşlər getdi. Bu döyüşlərə rəhbərlik polkovnik İsmyıl xan
Naxçıvanski edirdi. Onun köməkçiləri kapitan Ştokviç və poruçik Tomaşevski idi.
Ordudan general-leytenant rütbəsində tərxis olunan İsmayıl xan Ehsan xan
oğlu Naxçıvanski vətənində quruculuq, abadlıq işləri ilə məşğul olmuşdur. O,
Naxçıvan şəhərinə su çəkdirmiş, kəhrizlər qazdırmış və bu gün tarixi abidə kimi
qorunan günbəzli hamamı tikdirmişdir. Oğlu Əman xana məhşur şairə Xurşudbanu
Natəvanın qızı Xanbikə xanımı alıb Qarabağ xanlığı qohum olmuşdur.
Bu qısa məlumatlardan burda
ona görə istifadə etdik ki, bəzi tədqiqatçılar
Hüseyn xanla İsmayıl xanı qarışıq salırlar. Bu səhv ondan irəli gəlir ki, bir çox
mənbələrdə hər ikisinin adı “Xan Naxçıvanski” yazılır. Zadəgan nəslindən
olduqlarına görə sağlıqlarında da onlara hörmət əlaməti olaraq “Xan” - deyə
müraciət edirmişlər. Əliağa Şıxlinski “Xatirələrim”in yüz əlli beşinci səhifəsində
Hüseyn xanın Birinci Dünya müharibəsindəki fəaliyyətindən danışanda yazır:
“General Xan Naxçıvanskinin komandası altında
olan bizim süvarilərimiz
alman süvarilərini darmadağın etmişdilər”.
İsmayl xan Hüseyn xanın doğma əmisidir. Rus ordusunda əvəzedilməz
xidmətləri olan Hüseyn xana, sonralar Cəmşid xan Naxçıvanskiyə Hərb sənəti,
yüksək sərkərdəlik bacarığı irsən keçmişdir.