tam ali general rütbəsinə çatmaq nə qədər böyük istedad və sərkərdəlik bacarığı
tələb edir. Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı generalları ilə birgə
işləyirdi. Şöhrəti bütün Rusiyanı dolaşan, adına cəbhə olan A.Brusilov,
Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar
onun ordu heyətindəki,
müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirirdilər. Yəqin ki, Hüseynxan
Naxçıvanskinin Birinci Dünya müharibəsindəki xidmətlərini Dövlət mükafatı
laureatı, hərb elmləri doktoru, professor, general-mayor Yevgeni Barsukovun
yüksək qiymətləndirməsindən F.Nesterovun xəbəri olmamış deyil.
Müharibənin ilk
iyirmi gününü təsvir edən Barsukov, general Naxçıvanskinin müvəffəqiyyətli
hücumu haqqında yazır:
“Bir döyüşdə Xan Naxçıvanskinin süvariləri beş batalyonu, iki eskadronu,
on iki topu İnster çayının o tərəfinə ataraq, iki
top və dörd qutu mərmi ələ
keçirmişdilər. İnster çayında, Meşken, Kraupişken və Lauqaden yaxınlığındakı
bərələr tutulmuşdu”.
Bu müharibədə general Naxçıvanskinin düşmənə vurduğu zərbələr çox
müvəffqiyyətli olmuşdu. O, 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə
iştirak etmişdir. Onda general-leytenant Hüseyn xan rus süvarilərinin ən yaxşı
hissələrinə birinci və ikinci qvardiya süvari diviziyalarına komandanlıq edirdi.
Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien döyüşlərini qələbə ilə
başa çatdıran Naxçıvanski süvariləri, həm də birinci ordunun kəşfiyyat əməliyytını
aparmış və döyüşdə onlara kömək etmişlər. Az sonra Hüseyn xanın qvardiya
süvariləri Kraupişken şəhərinin ətrafında, səkkiz kilometr
məsafədə özünə müdafiə
mövqeyi tutmuş almanlarla döyüşə girdi. Bu, həlledici döyüş idi. Almanlar bir
addım belə geri çəkilmək istəmirdilər. Onlar ilk gündən hücümu şiddətləndirib
İnster çayının sahillərini tutmağa can atırdılar. Düşmən Naxçıvanski süvarilərinin
güclü hücumuna tab gətirmədi. İlk dəfə süvari qvardiya alayının
eskadronları almanların müdafiə xəttini yarıb, onların bir neçə topunu ələ keçirdi,
çoxlu zabit və əsgər itkisi verən düşmən tələsik geri çəkildi.
Sentyabr ayında isə düşmən cəhd edirdi ki, iki
rus korpusunu birləşdiyi
yerdə yaxalasın və onlara qəfil zərbə endirsin. Bu hiylədən onlar böyük üstünlük
qazana bilərdilər. Düşmənin bu cəhdlərini hiss edən general Hüseyn xan
Naxçıvanski Qordauen-Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli
döyüşləri dayandırmadı. Almanların birinci rus ordusu cəbhəsini yarmağa imkan
vermədi.
Birinci Dünya müharibəsi cəbhəlrində göstərdiyi misilsiz qələbələrə və
sərkərdəlik
məharətinə görə, Hüseyn xan Naxçıvanskiyə 1916-cı il yanvarın 23-də
tam süvari qoşun generalı rütbəsi verildi.
Bir çox ali mükafatlara layiq görülən və zabitlərə məxsus “Müqəddəs
Georgi” ordeninin dörd dərəcəsi ilə təltif olunan görkəmli hərbi xadim Hüseyn xan
Kəlbalı oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda vəfat etdi. Onun məzarı
Aleksandr Nevski monastırının qəbiristanlığındadır.
İLK
ADMİRALIMIZ
İnsanın ata-anası olmayanda ona yetim deyirlər.
Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim
millət kimə deyərlər? Öz tarixini bilməyən millətlər
yetimdir, öz dahilərindən, böyük adamlarından xabərsiz
yaşayanlar yetim hesab edilir.
Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında
şöhrət tapan adamlar yetirmişik, amma başqa
millətlər ona sahib olmaq istəyiblər.
Əkrəm CƏFƏR,
professor.
İlk dəfə onun adını 1976-cı ildə Sevastopol şəhər muzeyində eşitdim.
Bələdçi qız nəhəng bir kreyser şəklinin önündə dayanıb 1853-56-cı illər
müharibəsinin qəhrəmanları haqqında məlumat verirdi:
- 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyanın Balkanlarda
güclənməsindən bərk narahat olmuşdular. Onların məqsədi Qara dəniz boğazlarını
ələ keçirmək və Rusiyanın ticarət yollarını bağlamaq idi. Ona görə də hər iki ölkə
müharibəyə qoşulub Krıma qoşun çıxardı, Sevastopol mühasirəyə alındı. O
vaxtdan da Sevastopolun qəhrəmancasına müdafiəsi başlandı. Admiral İstomin,
Naximov, Aslanbəyov (axırıncı famili Aslambeqov kimi tələffüz edirdi) və rus
əsgərlərinin qəhrəmancasına vuruşmasına
baxmayaraq, ingilis və fransız qoşunları
şəhəri aldılar. Təhkimçi Rusiyanın gücsüzlüyü və çürüklüyü ölkəyə baha başa
gəldi. Bax, bu gördüyünüz şəkildəki vitse-admiral Aslambeqov 1871-ci ildə
üçüncü donanma ekipajının rəisi olanda Sevastopola dəmir yolu çəkilməsinə
rəhbərlik etmişdir. Bələdçi qız bir az düşünüb sözünə davam etdi. - İndi də o biri
salona keçək.
Tamaşaçıların bəzisi irəli durub admiralın portretinə baxıb keçirdilər. Mən
isə şəklin önündə xeyli dayandım... Onun üzündə, gözündə qafqazlıya, daha
doğrusu, azərbaycanlıya oxşarlıq axtarırdım. Etiraf edim ki, sövq-təbii bir hiss
onun bizim xalqın oğlu olmasına məndə heç şüphə yaratmırdı. Əzəmətli duruşu,
qafqazlılara məxsus burma bığları bəy nəsilli olmağından nişan verirdi.
Çərçivənin
aşağısındakı qısa məlumatı oxudum: “Vitseadmiral A.B.Aslanbeqov. 1820-1900-
cü illər”.
Bayaqkından daha geniş bir salona keçdiyimizdən hərə bir tərəfə çəkilib
eksponatlara baxırdı. Bir nəfər sualları ilə bələdçi qızı lap bezikdirmişdi. Mən isə
sual vermək üçün fürsət gözlyirdim. Bələdçi qız ondan canını qurtarmaq üçün
deyirdi:
- Ay yoldaşlar, bir az yaxın gəlin, eksponatlara əl vurmayın, belə olmaz.
Filosofluğunuzu sonraya saxlayın. Suallarınızı axırda verməyinizi xahiş edirəm...
Üçüncü, axırıncı salona keçməyimizi bildirəndə mən dözə bilməyib ona
yaxınlaşdım.
- Möhtərəm xanım, - dedim, - sizinlə bir məsələni aydınlaşdırmaq olarmı?
Qu quşu kimi zərif olan bu incə məxluq heysiz halda: