Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   27   28   29   30   31   32   33   34   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
171 
 
Səхavətdə Hatəm оlub Başхanım, 
Göyərçin dеyəndə titrəyir canım. 
Xuramanla gеdib dinim, imanım, 
Gülüstan tək dan ulduzu bəs hanı? 
 
Arif olub Hacı oğlu Süleyman, 
Həmid, Şəmil nakam getdi, ay aman! 
Sarı Söyün ürəklərdə bir güman, 
Balışın utancaq üzü bəs hanı? 
 
Mehdi, Murtuz dilə gəlir yüz kərə, 
Qəfəs Abbas od qalayıb Tərtərə. 
Axırında bənzər olub sərsərə, 
Adı çox anılır, özü bəs hanı? 
 
Məhəmməd, Cavanşir, Rəşid, Müslüm,
1
 
Aşıq Firuddin tək şeyda bülbülüm. 
Siz Qara Orucdan söz açın, bilim, 
Şəmilin o huşyar gözü bəs hanı?
2
 
 
Kalvayı Süleyman və oğlu Hacı, 
Xəlilin cəldlikdə olubdu tacı. 
Məcidə taleyi baxıb qıyqacı,
3
 
Buz bağlayan dil-ağızı bəs hanı? 
 
                                                 
1
 Müslümü ildırım vurmuşdu. 
2
 Əliyev Şəmil Hüseyn oğlu 
3
 Məcid Hacı Rəhim oğlu 


Sərraf Şiruyə             
                           
                          
 
 
172 
 
Salatın kişi tək oturub, durub, 
Cəvahir çatmaynan igidlər vurub. 
Şəhri yaylaqlarda nişangah qurub, 
Dərəsi məlumdu, düzü bəs hanı? 
 
Leylan, Ayna Ay doğulub anadan
Bibixanım seçilməyib sonadan. 
Yasəmənin saçı çıxıb cunadan, 
Qədəminin pəyəndazı bəs hanı? 
 
Harda qaldı loğman Zeynəb, Xeyransa, 
Züleyxa pir olub, ariflər qansa.
1
 
Fatimə bir yandı, hamı bir yansa,
2
 
Ədası, işvəsi, nazı bəs hanı? 
 
Bеlə qərar qоyub qadir yaradan, 
Gеc-tеz bəşər əhli çıхır sıradan. 
Оn vеrsdən ayıran ağı qaradan, 
Abbasəlinin iti gözü bəs hanı? 
 
Qоnaq-qaralıydı Məhərrəm kişi, 
Əsəd, Fərruх asta tutarmış işi. 
Sayadın, Hüsеynin о şaх yеrişi, 
Kоrоğlunun sоyuq üzü bəs hanı? 
 
 
                                                 
1
 Züleyxa Hacı Balı qızı 
2
 Fatimə Əsəd qızı – Leylanın nəvəsi 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
173 
Qoruqçu Babışın gələndə səsi, 
Təngiyərdi çobanların nəfəsi. 
O, Bığlı Əsgərin hər bəhsə-bəhsi, 
Almanlarla söhbət, sözü bəs hanı? 
 
Qara Söyün, Məsim, Cəmşid, Qara Əziz, 
Dövlətdən bol olub, ürəkdən təmiz. 
Cənnət olub Göyçə kimi yerimiz
Qantəpəri, ələyəzi bəs hanı? 
 
Qoçaq olub Qara Məmməd deyirlər, 
Ağır yaralanıb Hümbət deyirlər. 
Kalvayı Məsimə rəhmət deyirlər, 
Susdurarmış çox dinsizi bəs hanı? 
 
İsfəndiyar, Şaban, Yunis, Hidayət, 
“Qızılhacıllı”da baş imiş əlbət. 
Nənəş oğlu Məhərrəmə min rəhmət, 
Hasanqulunun xırman tozu bəs hanı? 
 
Aşıq Nəcəf оlub sənətdə qəvvas, 
Ziyaddan, Surхaydan qalıb хоş avaz.
1
 
Zurnada hеç kimsə Mehbalı оlmaz, 
Hidayətin tеlli sazı bəs hanı? 
 
“Babalar”da bir Hətəmxan olubdu
Əhməd kişi huşyar insan olubdu. 
Ağakişi yaxşı çoban olubdu, 
Bəslədiyi qoyun, quzu bəs hanı? 
                                                 
1
 Ziyad və Surxay aşıq olublar. 


Sərraf Şiruyə             
                           
                          
 
 
174 
 
Vaqif müəllim, hanı o gözəl çağlar,
1
 
Düşündükcə gözüm qanlı od ağlar. 
Məhərrəmi bada verdi o dağlar, 
Qiyasın qəlbinin buzu bəs hanı? 
 
Zeynalabdı, Papır müəllim tez getdi
Tale Göyüş, İsgəndərdən üz getdi. 
Şükür kişi niyə belə üz getdi? 
Heç yoxlamır qəlbimizi bəs hanı? 
 
Məsəli var dil-dodaqda Hasanın, 
Gülməmmədin – o, baməzə insanın. 
Pas atıbdı kərəntisi Qurbanın, 
Qədirin bülövü, bizi bəs hanı? 
 
Alı nə apardı dünya barından? 
Səttar da ayrıldı öz dildarından. 
Kalvayı Rüstəmin ümman varından, 
Bol nəziri, bol niyazı bəs hanı? 
 
Rəsil, Hacı Kərəm, İsmеyil, Хanış, 
Dünyanın sirrindən оlgınan tanış. 
Kеçmişə əl atdım mən qarış-qarış, 
Əllisin sanadım, yüzü bəs hanı? 
 
Tat Kərimin dəyirmanı, xizəyi, 
Şirinin, Gülgəzin farmaş-gözəyi. 
                                                 
1
 Abdullayev Vaqif Mirzə oğlu 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
175 
Mansır oğlu Abbas toylar bəzəyi, 
Məclislərin oyunbazı bəs hanı? 
 
Qoy ağlasın Fatma, Şahlıq, Allahman, 
Həcər desin – “Getdi təzə Süleyman”. 
Hurimələk dil deyərmiş nə yaman, 
Nənəşin nisgilli sözü, bəs hanı? 
 
Tağı oğlu Məhəmməd, Nəbi, Abdullah, 
Aqibət günündən sən saxla, Allah! 
Bəşir, Abduləli dildə bismillah
Söhbətinin çoxu, azı bəs hanı? 
 
Kalvay Qasım, Kalvay Zeynal, Kalvəli, 
Xıdır, Qasım söz-söhbəti məzəli.
1
 
Əliyev Söyünün bəydi əzəli, 
Nübarının baş naznazı bəs hanı? 
 
Yaddan salma İbrahimi yad elə, 
Namaz düşdü yad torpağa, yad elə. 
Sayad saldı yaxşı hörmət, ad elə, 
Hüseynin o gül bənizi bəs hanı? 
  
Tutdu qəza Həsənxanı, Şəmşədı, 
Zülfüqarın məktubu da gəlmədi. 
Cəmildən bir soraq kimsə bilmədi, 
Xankişinin duzlu sözü bəs hanı? 
 
                                                 
1
 Namazlının Qasımı 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə