Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
160 
 
Tamaha, nəfisə çox da aldanma
Nahaqq tərəfində heç vaxt dayanma. 
 
Çox kəsərli olur haqqın qərarı, 
Əzəl, axır sən görəcən bunları. 
 
Sındırma özünü dar ayaqda da, 
Şax dur, nikbin dayan hər bir çağda da. 
 
Hökümlü olanda hökmə güvənmə, 
Aqillər yanında əvvəldən dinmə. 
 
Hər kini, küdrəti at ürəyindən, 
Onlar qoy verməsin çat ürəyindən. 
 
Düz ol, düz həmişə əyrini kəsir, 
Həyat hikmətləri bax belə deyir: 
 
Bacar düşmənini dostuna çevir, 
Düşmənə çevirmə oğul, dostunu. 
Bütün dostlarından gərəkdir sənə, 
Buraxma əlindən ağıl dostunu. 
 
İgidin, igidlik tacı dəyişməz, 
Yüz calaq vursan da acı dəyişməz, 
Çölü dəyişsə də, içi dəyişməz, 
Tez eylə başından paxıl dostunu. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
161 
Demə ataların gümanı yalan, 
Şöhrətə uyanın imanı yalan. 
Dost sayma ilqarı, peymanı yalan, 
Əfsanə dostunu, nağıl dostunu. 
 
Atanın oğluna bu son dərsiydi, 
Onun dada çatan nəsihətiydi. 
 
İlham da xoş bilib o nəsihəti, 
Fikrində, işində qətidi, qəti. 
 
Atdığı addımı inamlı atır, 
Zəhmətdən yapışıb, arzuya çatır. 
 
Gah Bakıda olur, gah Türkiyədə, 
Nəsihəti unutmayır heç vədə. 


Sərraf Şiruyə             
                           
                          
 
 
162 
EPİLOQ 
İlahiyə sitayiş 
 
Şükür kərəminə, ey Uca Tanrı, 
Məni nəzərindən salmadın ayrı. 
 
Sən mənə güc verdin Ulu Yaradan, 
Sənin köməyinlə mən çıxdım dardan. 
 
Uzaq mənzilimi mən vurdum başa, 
Hər an mənim ilə sən oldun qoşa. 
 
Gözümə nur verdin, sözümə qüvvət, 
Bu gözəl arzuya yetdim nəhayət. 
 
Sənin fəzilətin ucaltdı məni, 
Yatmışdım qəflətdən oyatdı məni. 
 
Sənət meydanına atdı yenidən, 
Aldım təb-ilhamı ancaq ki, səndən. 
 
Salavat xətm olsun əhli-beytinə, 
Mühəmməd-Əl Mustafanın dininə. 
 
Əziz Allah, bu qüvvəti sən verdin, 
Bu tələbi, bu cürəti sən verdin. 
 
Zəka verdin, xoş təb verdin sən mənə, 
Susdayanda gülab verdin sən mənə. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
163 
Ey dünyanı altı gündə yaradan, 
Beş gözəli xoş bir gündə yaradan. 
 
İlham verdin tamamladım əsəri, 
Ürəyimin səndən idi hünəri. 
 
O hünərlə mən keçmişə əl atdım, 
Çox illəri, əsrləri oyatdım. 
 
Niftalını əsirlikdən gətirdim, 
Nəvələri nəvələrə yetirdim. 
 
Söhbət açdım, ərənlərdən, ərlərdən, 
Xəbər verdim neçə-neçə yerlərdən. 
 
Əzizdən, Əlidən söhbətlər açdım, 
Neçə-neçə el-obalar dolaşdım. 
 
Tanıtdırdım xalqa qəhrəmanımı, 
Sən firavan etdin hər bir anımı. 
 
Ancaq pənahdarım sən oldun, Allah, 
Məni müşküllərdən sən aldın Allah. 
 
Əlini anaya sən yetirdin, sən! 
İlhamı Lenaya sən yetirdin, sən! 
 
Axirət evinə gedənləri də, 
Axır mənzillərə yetənləri də. 


Sərraf Şiruyə             
                           
                          
 
 
164 
 
Sənin məsləhətin apardı, getdi, 
Günah dünyasından qopardı, getdi. 
 
Şükür olsun sənin məsləhətinə, 
Şükür olsun sənin hər qüdrətinə. 
 
Sən mənim Allahım, mən sənin bəndən, 
Nicat diləyirəm yenə də səndən. 
 
Ya Səyidəs Sədat, mühibbət dəvat, 
Rafiəl dərəcat, Qabilət təvbat. 
Vəliyyəl Həsənat, Mütüil Məsəllat, 
Bir haqqı-ədalət səndən istərəm.  
 
Qafiyəl, Səfiat, Səmiyəl, Əsvat, 
Aliməl, Xəfiyyat, Dafil bəliyyat. 
Sirdi yaratdığın yer, göy, kainat, 
Haqq yola hidayət səndən istərəm. 
 
Yamən Ləhül izzəti vəl cəmalü
Yamən Ləhül qüdrəti vəl kəmalü. 
Yamən Ləhül ey Mülki vəl cəlalü, 
Şan-şöhrət, şərafət səndən istərəm. 
 
Ya mən hüvə ey Sariül Hisabi, 
Ya mən hüvə ey Şədidil İqabi. 
Ya Hüsnüs Səvabi, İmmül kitabı, 
Sözümə bəlağət səndən istərəm. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
165 
 
Ya zəlmənni vəl bəyani ya Rizvan, 
Ya Əllahi, ya Səmiyu, ya Furqan. 
Ya Hənnani, ya Fufranı, ya Sultan, 
Pak ismət, ləyaqət səndən istərəm. 
Kərəm həm fəzilət səndən istərəm. 
5 iyul 2014-cü il 
  
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə