Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
143 
Hüseyn məzarına sürünür Əli, 
Gözünün yaşına bürünür Əli. 
 
Yalayır torpağı, öpür məzarı, 
O imam aşiqi, söz xiridarı. 
 
Qol açıb, məzarın üstünə sinir, 
Ağlar gözləriylə bax belə dinir. 
 
Öz-özümü duyan gündən ağlar nоhəxanıyam, 
Ərşə qalxan naləm ilə ağlaram Hüseynimə. 
Gün nədir, ay nədir ki – fanidən axirətə, 
Dəmadəm matəm-əza saxlaram Hüseynimə. 
 
Könlümdə əzizlərəm Əkbərimin nəşini, 
Bоğazından оxlanan Əsğərimin nəşini, 
Həzrəti Abbas kimi şakərimin nəşini, 
Balamı qurban kimi bağlaram Hüseynimə. 
 
Göydə mələklər ağlar, kafər bu vaya gəlməz, 
Kufə əhlilər kimi düz haqqı-saya gəlməz, 
Haqq yanında bilirəm günahım saya gəlməz, 
Axirət ümidimi bağlaram Hüseynimə. 
 
Bir Allah yaxşı bilir, günahımı, cəvrimi, 
Taki görüm ağamı
1
 bоl eyləsin səbrimi, 
Gen qazın, dоlduracam göz yaşımla qəbrimi,
2
 
Mehdi zühurunatək ağlaram Hüseynimə.
3
 
                                                 
1
 Axirətdə ağam İmam Hüseyni görüm. 
2
 Qəbirdə də Hüseyni ağlayacam, qəbir göz yaşıyla dola bilər. 
3
 İmam Zamanın zühur vaxtına qədər. 


Sərraf Şiruyə             
                           
                          
 
 
144 
 
Kimlərdi İmamın sağ-sol kənarı, 
Qoy indi söyləyim bax mən bunları, 
 
Əliyyi-Əkbərin ziyarətgahı, 
Əliyyi-Əsğərin ziyarətgahı. 
 
Ətrafında yetmiş iki şühada
Din yolunda canı edənlər fəda. 
 
Həzrəti Abbasın ziyarətgahı, 
Şükür sənə yerin, göyün pənahı. 
 
Dilində car edib Əli bunları, 
Haqq üçün qəlbində xoş olanları. 
 
Dedi: – Şükür bu vüsala yetişdim, 
Həzrəti Abbasla mən də görüşdüm. 
 
Göz yaşıyla dedi: – Hanı qolları, 
Axı eşitmişdi o bu halları. 
 
Qollar düşdüyü yer ziyarətgahdı, 
Ziyarət eyləmək böyük mətahdı. 
 
Əlinin yadına düşdü bir nohə, 
Ağladı nohəni o deyə-deyə. 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
145 
Niyə qоlların kəsilib, 
Belə cüt bədəndən, Abbas!? 
Axıdırsan qanlı yaşı, 
Ala gözlərindən, Abbas! 
 
Niyə dоdağın quruyub, 
Susuzluqdan belə, qardaş? 
Bizi kimə tapşırırsan, 
Bircə gəl dilə, qardaş. 
Di gətir öpüm üzündən, 
Qara gözlərindən, Abbas! 
 
Yоl gözlər əhli beyit, 
Baxıb əlləri duada. 
Niyə bizləri qоyursan, 
Belə dözülməz cəfada? 
Fərat çayı qan axır, 
Sənin əllərindən, Abbas! 
 
Əli diz qatladı o yerlərdə də
Gözdən qan ağladı o yerlərdə də, 
 
Həbib İbni Məzahirin məzarı, 
İbrahim Kazımın qəbir divarı. 
 
Əlinin dil dodağıynan yalanır, 
Gözlərinin yaşı ilə sulanır. 
 
Şəhadət məqamı Əli-Əkbərin, 
Şəhadət məqamı Əli-Əsğərin. 


Sərraf Şiruyə             
                           
                          
 
 
146 
 
Abbasın qolunun düşdüyü yerlər, 
Zeynəb yatan, Hürrü yatan qəbirlər. 
 
Bir səcdəgah olur Əliyə burda
Axtarır Füzuli hardadır, harda? 
 
Bu da Füzulinin ziyarətgahı, 
Ürək ağasıydı, şəhidlər şahı.
1
 
 
Əhdi başa çatdı dəfn oldu burda, 
Hüseynə qul kimi o qaldı burda. 
 
İmamı Zamanın məqamını da,  
İmamı Sadiqin məqamını da.  
 
Əli kişi öpüb ziyarət edir, 
Ziyarət əhlilər Nəcəfə gedir.
2
 
 
Beş gözəldən biri Həzrət Əlinin, 
Peyğəmbər vəsisi – Şiri-Vəlinin. 
 
Həsən, Hüseyn, Həzrət Abbas atası, 
Həzrət Fatimanın haqdan butası. 
 
Burdadır müqəddəs ziyarətgahı, 
O sirri Xafiyyə, güc-qüdrət şahı. 
                                                 
1
 İmam Hüseyn nəzərdə tutulur. 
2
 Nəcəf-əl-Əşrəf şəhəri nəzərdə tutulur. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
147 
 
Saleh peyğəmbərin qəbri burdadı, 
Neçəsinin məqam yeri burdadı. 
 
Qan yaş ilə doldu Əlinin gözü, 
Gəldi dodağına qəlbinin sözü: 
 
İki dünya xоşbəxtiyəm, çün aşiqəm Əliyə, 
Baş endirib, səcdə qıllam mən dəmadəm Əliyə. 
Qismət оla məhşər günü başmağını cütlüyəm,
1
 
Qulamının qulamı tək оlam həmdəm Əliyə. 
 
Оdur millət şəfadarı, iki cahan sahibi
Düldül atlı, Zülfiqarlı, mərdi-meydan sahibi. 
Dini İslamın carçısı, о xоş Quran sahibi, 
Lənət gəlsin kafərlərə, etdi sitəm Əliyə. 
 
Yerə, göyə lərzə düşdü о, Əntəri böləndə,
2
 
Sındırdı neçə tilsimi şəhri Zərə gedəndə. 
Canım olsun ona fəda, şəhadətə yetəndə, 
Haqq evində məleykələr tutdu matəm Əliyə. 
 
Əhdə xilaf çıxan Kufə şəhəri, 
Burda dolanırlar çox xiymələri. 
 
Ziyarət edirlər çox məqamları, 
Bax bu ünvanları, bax bu adları. 
                                                 
1
 Ayaq geyimlərini mən təmizləyib, verəm. 
2
 Əntər dünyada ən güclü pəhləvan olub. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə