Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
137 
 
Könlünü bağlar Şiruyə, 
Sinəsin dağlar Şiruyə, 
Dil deyib ağlar Şiruyə, 
Ey ağam laylay, sərvərim laylay. 
 
Ələm gəzdirərdi o, Qərib Abbas, 
Pəhləvan cürətli, səsi xoş avaz. 
 
Qəsidə deyərdi, ələm coşardı,
1
 
Bəzən Abbas qayalıqlar aşardı. 
 
Qoyulan nəziri tapardı ələm, 
Bu sirri qüdrətə baxardı aləm. 
 
Nohə deyilərdi qırx gün, qırx evdə, 
Olsalar da bir qorxulu hədəfdə. 
 
Dörd yanı xaçpərəst olan ölkədə, 
Faciə yoluydu bunlar bəlkə də. 
 
Verilərdi İmam Hüseyn ehsanı, 
Haqqa çağırardı hər müsəlmanı. 
 
Haqdan nicat diləyərdi hər insan, 
Demişdim oxucum, sənə bir zaman. 
 
                                                 
1
 Sehirli beşbarmaq yoğun əl ağacına bağlanar, onu da Qərib Abbas 
götürərdi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
138 
Bu müşkül düyünü bir Allah açar
Bağlı yolumuza o işıq saçar. 
 
Ancaq sarsılmazdır onun qüdrəti, 
Gəldi üstümüzə bax mərhəməti. 
 
Güclü dövlət öz-özünə dağıldı, 
Dediyimdən bu çox böyük nağıldı. 
 
Tarixə yazılıb bu böyük nağıl, 
Sovet dövlətini yıxdı kəm ağıl.
1
 
 
Yox, mən səhv eylədim, İlahi yıxdı, 
Millətin heyfini onlardan çıxdı. 
 
Məndə şükür edib ulu Tanrıya, 
Bir dastan yazıram bu haqqı-saya. 
 
Yetmiş il qış gördük, bahar görmədik, 
Şükür İlahiyə, qışı çıxardıq. 
Ağır daş atmışdı zaman quyuya, 
Hökm təzələndi, daşı çıxardıq. 
 
Açdıq başımıza keçən cilovu, 
Yaxamızı buraxmayan tilovu. 
Nankora vermişdik aşı, plovu, 
Nankorun ağzından aşı çıxardıq. 
 
                                                 
1
 Mixail Qorbaçov nəzərdə tutulur. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
139 
 
Çəpər çəkilmişdi tamam dörd yana, 
Yad olmuşduq haqq deyilən imana. 
Yaş odun qoymurdu ocaqlar yana, 
Qurunun içindən yaşı çıxardıq. 
 
Özündə deyildi bir kəsin huşu, 
Hamı hey güdürdü qəpik-quruşu
Qəfəsdə qalmışdı azadlıq quşu, 
Axır ki, qəfəsdən quşu çıxardıq. 
 
Çıxdı əsarətdən indi hər ölkə, 
Nuri pak salavat biz çəkə-çəkə. 
 
Haqqın qüdrətinə şükür eyləyək, 
Yenə İlahidən nicat diləyək. 
 
Olan müşkülləri o, açsın yenə, 
İşıq saçsın “Allah-Əkbər” deyənə. 
 
– Bəli ziyarətgah yollar açıldı, 
Yenə mömünlüyə işıq saçıldı. 
 
Açıldı Həcc yolu, Kərbala yolu, 
Olduq iman dolu, məhəbbət dolu. 
 
Üz tutmaq istəyən ziyarətgaha, 
Bir qorxu, bir təşviş duymadı daha. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
140 
Çoxdan arzusuydu Əli kişinin, 
Bəlkə əfsəliydi hər bir işinin. 
 
Gedib Kərbəlanı ziyarət etsin, 
Bu müqəddəs arzu, diləyə yetsin. 
 
Öpsün Hüseynin məzar daşını, 
Axıtsın gözündən qanlı yaşını. 
 
Bax budur bu arzu yerinə yetir
Əli ziyarətə üz tutub gedir. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
141 
XX 
ƏLİ KİŞİ ZİYARƏTƏ GEDİR 
 
Əli ziyarətə gedənə qədər
Deyim, ziyarətdə olubdu kimlər: 
 
Əli kök-soyundan Məşədi Məmməd, 
Hacı Dünyamalı, Hacı Məhəmməd. 
 
Kərbalayı Camal, Məşədi Oruc, 
Hər vaxt namaz qılıb, tutarmış oruc. 
 
Yetmiş nəfər vardı ziyarətçilər
Rəğbət bəsləyibdi bütün kəndçilər. 
 
Onlara hər hörmət bəsləyibdilər, 
Onları mömüntək səsləyibdilər. 
 
İndi ziyarətə gedir nəvələr, 
Bir vaxt yəhərlənib atlar, dəvələr. 
 
Bu yolu bir aya gedərdi onlar, 
Öndə sərkərdətək zəvvar olanlar. 
 
İndisə bir günə tamamlanır yol, 
Minik maşınında çox rahat ol. 
 
Əli kişi hazırladı sənədi, 
Xəbər çatdı, gediləcək vədədi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
142 
 
Yollandı İraqa ziyarətçilər, 
Onlarla birlikdə həm bələdçilər. 
 
Məşhəd şəhərində rahatlandılar, 
Ziyarət hal üçün təlim aldılar. 
 
Sabahı başlandı ziyarət anı, 
Ziyarət eyləyib İmam Rzanı. 
 
Xanım Məsuməni yad eylədilər, 
Məscid Cəmkaranı yad eylədilər. 
 
Cəmi müşdeyidi Qum şəhərində, 
Ziyarət etdilər gedən hər bəndə. 
 
İndi Kərbəlaya rəvan oldular, 
Burda rahatlanıb, bir gün qaldılar. 
 
Yenə təlimçilər təlim verdilər, 
Sabah üçün bir hazırlıq gördülər. 
 
Ziyarət başlandı sabah tezdəndən, 
İlahi xoş qismət dilərəm səndən. 
 
Bax bu Hüseynin ziyarətgahı, 
Bax bu da İmamın o qətligahı. 
 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə