Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
125 
Bu böyük bir doğmalıq, 
Bu böyük bir həqiqət. 
Bu böyük bir sədaqət, 
Bu ən böyük bir hikmət. 
Türkiyə, Azərbaycan – 
Biri ürək, biri can. 
Türkiyə, Azərbaycan – 
Biri nəfəs, biri can. 
Türkiyə, Azərbaycan – 
Bir camaldı, iki göz. 
Türkiyə, Azərbaycan – 
İki ürəkdə bir söz. 
 
Oxucum, keçmişi bir sal yadına, 
Demişdim haqq çatar el imdadına. 
 
Tanrı qapı açar, bir loğman gələr, 
Ümid ilə dolu, xoş zaman gələr. 
 
Əliylə Niftalı görüşməsə də, 
Onlar qucaqlaşıb, öpüşməsə də. 
 
Övladlar bir-birini görə biləcək, 
Gələcək, belə bir zaman gələcək. 
 
Yetirdi İlahi həmən zamanı, 
Verdi hər tərəfə bir xoş gümanı. 
 
Əmisinə dəvət göndərdi İrfan, 
Atanın ruhu da şad oldu bu an. 


Sərraf Şiruyə             
                           
                          
 
 
126 
 
Hazırlaşdı yola Əli, Sumaya, 
Dost-qohum sevindi bu haqqı-saya. 
 
Hərə qəlbindəki diləyi dedi
Apar bizdən də bu ürəyi – dedi. 
 
Göyçə torpağını götürdü Əli, 
Tanrı dərgahına açıldı əli. 
 
Şükürlər eylədi Ulu Tanrıya, 
Təyyarə Bakıdan qalxdı səmaya. 
 
Ax necə uzandı bu iki saat, 
Ola bilməyirdi Əli heç rahat. 
 
Vüsal göz yaşları onu boğurdu, 
Sanki, gözlərindən leysan yağırdı. 
 
Bir-birini tanımayan doğmalar, 
Necə görüşəcək görəyin onlar. 
 
Cüt bacı, bir qardaş əldə dəstə gül, 
Təyyarə səmada görüncək qəfil. 
 
Reyhan, Ayhanın titrək səsləri, 
Ətrafda dayanan hər bir kəsləri. 
 
Həm də ki, İrfanı kövrəltdi yaman, 
İrfan dizi üstə çökdü bu zaman. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
127 
 
O da İlahiyə şükürlər etdi
Ata vəsiyyəti dedi ki, yetdi: 
 
Mənə tapşırardı əmini axtar, 
Ey Tanrı, xoş ana sən verdin qərar! 
 
Bu an təyyarədən gəliş başlandı, 
Əli pilləkəndə bir az dayandı. 
 
Boylandı hər yana, gözləri doldu, 
İlahi bu görüş nə yaman oldu. 
 
Sarıldı bir-birinə əmi balalar, 
Kaş belə olaydı həsrətli anlar. 
 
Ayrılmaq bilmirdi biri-birindən, 
Tamam dəhşət idi yerbəyerindən. 
 
Ay şair qələmi götür əlinə, 
Könlündən nə gəlir gətir dilinə. 
 
Həsrətləri tapışdırıb İlahi, 
Görüşə bax, görüşə bax, sən Allah. 
Bir-birinə sarmaşıq tək sarılıb, 
Öpüşə bax, öpüşə bax, sən Allah. 
 
Dillər laldı, baxışların içində, 
Arzular var alqışların içində. 


Sərraf Şiruyə             
                           
                          
 
 
128 
Bu sevincdən göz yaşların içində, 
Gülüşə bax, gülüşə bax, sən Allah. 
 
Ötən illər qar yağdırıb saçına, 
Son qoyubdu cavanlığın tacına. 
Vüsal elçi təpər verib qıçına, 
Yerişə bax, yerişə bax, sən Allah. 
 
Yol aldı şəhərə maşın limandan, 
Əli xahiş etdi, indi İrfandan. 
 
Əvvəl Niftalıyla görüşək, gedək, 
Sarmaşaq, doyunca öpüşək gedək. 
 
Lənət ötən günə, ötən zamana, 
Bizi yetirmədi ümid, gümana. 
  
Ankarada böyük bir məzarıstan, 
Daşlar xəbər verir qohumdan, dostdan. 
 
Bu da Niftalının nakam məzarı, 
Gülə büləyibdi öz övladları. 
 
İlahi, – nə dəhşət, daş qardaş olub, 
İndi Əli ilə başabaş olub. 
 
Əli sarmaşıq tək sarılıb daşa, 
Adi daş dönübdü qanbir qardaşa. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
129 
Daş tamaşa edir, Əli ağlayır, 
Dilsiz başdaşını hey qucaqlayır. 
 
Göyçə torpağını səpir məzara, 
Böyük təsəllidi bu uşaqlara. 
 
İndi doğma evə yetişir onlar
Dönür xatirəyə bütün olanlar. 
 
On gün qonaq qaldı Əli, Sumaya, 
Nə qədər yerlilər gəlir bu haya. 
 
Nə qədər süfrələr açılır bu an, 
Özünü yetirir yenə vaxt, zaman. 
 
Yenə də ayrılıq, yenə də həsrət, 
Əli qəbristana gəlir nəhayət. 
 
Gəlib Niftalıyla vidalaşır o, 
Bu cansız daş ilə hey baxışır o. 
 
Bu anda qəlbindən keçən fikirlər, 
Bizə də, sizə də gör deyir nələr. 
 
Qardaş, bu dünyada aralı düşdük, 
Görüşə biləydik o dünyada kaş! 
Qanbir qardaş kimi, dərdimənd kimi, 
Öpüşə biləydik o dünyada kaş! 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
130 
Xoş əməl çıxarar məhşər odundan, 
Dinib, danışaydı Tanrı adından. 
Ay qardaş dadaydıq cənnət dadından, 
Gülüşə biləydik o dünyada kaş! 
 
Öpür baş daşını gəlir limana, 
Deyir Reyhana, Ayhan, İrfana. 
 
Bakıda qohumlar gözləyir sizi
Gəlib, sevindirin siz qəlbimizi. 
 
Beləcə get-gəliş davam elədi, 
Doğmaları xoş sevincə bələdi.  
 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə