Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
119 
 
– Doğma yurd-yuvanı unutma deyir, 
O sönən sobanı unutma deyir. 
 
Daşdan heykəl yonsun bir heykəltaraş, 
Bənzəsin Ələsgər, Alıya o daş. 
 
Bir üzü Ələsgər, bir üzü Alı, 
Qoy burda anılsın Göyçə mahalı. 
 
Şair də nə gözəl təsvir eyləyib, 
O, ustad-şəyirddən belə söyləyib. 
 
Oxudum kəlməni inci, zər gördüm, 
Mənada həm kəsər, həm hünər gördüm. 
Hayandan boylandım Ələsgər gördüm, 
Alı zirvəsinin qucağında mən. 
 
Eh kimdi, tər töküb heykəli yonan, 
Keçmiş ərənləri, ərləri anan. 
 
Nəcəfin belində qaynar samovar,
1
 
Diri-diri basdırılan uşaqlar. 
 
Heykələ dönsəydi dünya baxardı, 
Onda duru sular bizə axardı. 
 
                                                 
1
 Ermənilər 1919-cu ildə Daşkəndli Aşıq Nəcəfin belinə odlu samovar 
bağlayaraq işgəncə ilə öldürüblər. 


Sərraf Şiruyə             
                           
                          
 
 
120 
Göyçəyə dağ çəkən o Selikovun
Yardımçısı olan o qovhaqovun. 
 
Başını gətirən Hacı Rəhimin,
1
 
Neçəsini deyim kimin və kimin... 
 
Heykəli nə vaxtdan yonulmalıydı, 
Hünər sahibi tək anılmalıydı. 
 
Ancaq ki, bizdəki bu biganəlik, 
Silinib, atılmır vallah hələlik. 
 
Həsrəti, hicranı olsa da ağır, 
Burda İlham üçün alqışlar yağır. 
 
Bu adicə daş da bir təsəllidi, 
Vətənə məhəbbət ondan bəllidi. 
 
Bir deyim yenə də gəlir yaddaşa, 
Məhəbbət bəslənir adi bir daşa. 
 
Bir addım geriyə çəkilmərəm mən, 
Bircə daş, bir ovuc torpaq vətəndi! 
O torpaq üstündə bitən hər kökün, 
Göyərtdiyi yarpaq, budaq vətəndi! 
 
Bax adicə bu daş sayılır Vətən, 
Biganə hallardan söz açacam mən. 
 
                                                 
1
 Hacı Rəhim Molla Şəfi oğlu (1860-1921) 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
121 
Bir addımda qaçdıq üç günlük yolu
Şamaxı bir qolu, Bakı bir qolu. 
 
Qaçqın, köçkün köçü yayıldı getdı, 
Yazıq, fağır kimi sayıldı getdi. 
 
Arxalı kişilər arxasız qaldı, 
Erməni Göyçəni davasız aldı. 
 
Gözəl deməyibmi şair bu haqda? 
Səslənsin bu deyim yaxın-uzaqda. 
 
Biz ölmədik, biz qovulduq, 
Qovulmaq ölümdən betər. 
Biz ölmədik, biz soyulduq, 
Soyulmaq ölümdən betər. 
Biz ölmədik öləydik kaş, 
Vətənin nə olduğunu. 
Köçkünün nə olduğunu, 
Qaçqının nə olduğunu. 
Elə o vaxt biləydik kaş
Axı bizə tanış idi. 
Bu qaçqınlıq, bu köçkünlük, 
Vətən eşqi, yurd həsrəti. 
Bir də, bir də didərginlik, 
Bu dərsləri neçə dəfə. 
Yedirtmişdi yağı bizə, 
Gülab deyə, şərbət deyə. 
İçirtmişdi ağı bizə, 
Göyçə kimi böyük mahal. 


Sərraf Şiruyə             
                           
                          
 
 
122 
İki dəfə qovulmuşdu, 
Qaçqın olub, köçkün olub. 
Ürəyindən ovulmuşdu. 
Yadımızdan niyə çıxmış. 
Bəs görəsən həmən çağlar, 
Qulağmızdan niyə düşmüş. 
Bəs görəsən o sırğalar?! 
Yağıyamı inandıq biz?! 
Göz açandan bizə qarşı 
Silah tutub kin bəsləyən. 
Dığayamı inandıq biz?! 
– Nə inanmaq sirdaş olduq, 
Quda olduq, qardaş olduq. 
Əzizləyə, əzizləyə 
Tərif yazdıq, mahnı qoşduq. 
 
Alnı açıq, qəlbi açıq Yerevan, 
Əzəl gündən biz qardaşıq Yerevan. 
 
Bu məkrli qardaşlarla, 
Uzaq yola yoldaş olduq. 
Tədbiri onlar tökdülər –  
Biz dinmədik, biz daş olduq. 
Hər səfərdə, hər mənzildə
Yuxu tutduq, yuxuladıq. 
Hər nə versə “dostlarımız” 
Mətah kimi qoxuladıq. 
Anlamadıq dostlarımız – 
Qəsdən bizi yuxuladıb. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
123 
Varımızı Yeravana, 
Hara, hara ulamladıb. 
– İndi guya ayılmışıq, 
Guya qoçaq sayılmışıq. 
Yaxa çöldən açılıbsa, 
Daraq teldən açılıbsa. 
Kəmər beldən açılıbsa, 
Ayılmaq ölümdən betər. 
 
Ölümdən betərdi belə ayılmaq, 
Ölümdən betərdi fağır sayılmaq. 
 
Qurbanı olmuşuq bu fağırlığın, 
İndi altındayıq bu ağırlığın. 
 
Güc çatmır, qaldırıb, ata bilmirik, 
Ümidə, gümana çata bilmirik. 
 
Onun-bunun ətəyindən tutmuşuq, 
Xaçpərəstin yedəyindən tutmuşuq. 
 
O ətək, o yedək bizə biganə, 
Eyləyib bu dərdlər bizi divanə. 
 
Ötüb gedib, yarım əsrin yarısı, 
Başlanmayıb hələ dərsin yarısı. 
 
Bu ATƏT, bu NATO heç nə verməyir, 
Yazıq millət hələ sonluq görməyir. 


Sərraf Şiruyə             
                           
                          
 
 
124 
XVIII 
ƏLİNİN TÜRKİYƏYƏ GEDİŞİ 
 
Sovet dövləti ki, tamamən çökdü, 
Sərhəd dirəyini hər tərəf sökdü. 
 
Qovuşdu bir-birinə uzanan əllər
Qovuşdu bir-birinə bu həsrət ellər. 
 
Araz gəl-gəl dedi o tay, bu taya, 
Əllər, qollar körpü oldu bu çaya. 
 
Vüsal göz yaşları çaya töküldü, 
Tikanlı sərhədlər tamam söküldü. 
 
İllərlə gülməyən Arazın üzü, 
Ötürdü zülməti, tapdı gündüzü. 
 
Ucaltdı səsini qardaş Türkiyə, 
Qanbir qardaşına can deyə-deyə. 
 
Anıldı Atatürk böyük atamız, 
Açdı qollarını Heydər babamız. 
 
Hər iki tərəfə tutdu üzünü, 
Belə aşkarladı o, haqq sözünü. 
 
“Bir millət, iki dövlət”, 
Bu böyük bir məhəbbət. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə