Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
131 
XIX 
DİN İÇİNDƏ DİN BƏSLƏNDİ 
 
Yenə zülüm, sitəm gəldi, 
Dəyişdi hallar, ay Allah! 
Tutuldu bərələr, bəndlər, 
Bağlandı yollar, ay Allah! 
 
Xaçpərəst vurdu düyünü, 
Qəm çulğadı ömrü-günü. 
Yasaq oldu İslam dini, 
Çatıldı qollar, ay Allah! 
 
Nə varsa məscid, məqbərə, 
Sökülüb, töküldü yerə. 
Ziyarətgah sərhədlərə, 
Çatmadı əllər, ay Allah! 
 
Çıxdı Allahsız bileti, 
Yox etdi hər bir adəti. 
Din əhli dinmədi qəti, 
Lal oldu dillər, ay Allah! 
 
Oxucum, – bir anlıq dönək keçmişə, 
Keçmiş bizə dərs veribdi həmişə. 
 
Yada salaq sovet sədri Zeynəbi, 
Yada salaq o zamankı tələbi. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
132 
Şimala, cənuba bölünən ölkə, 
Əsarət halında sürünən ölkə. 
 
Qırmızı İmperiya zəncirindəydi, 
Hökümlər, qərarlar çox dərindəydi. 
 
“Kulak”lıq, sürgünlük baş alıb, gedir, 
Səbəblər, günahlar bilmirsən nədir? 
 
Harda səbəb soran bir nəfər varsa
Döyülür, söyülür salınır qarsa.
1
 
 
Hakimlik eyləyir komsomolçular, 
Talayır hər yanı bu soyğunçular. 
 
Əlindən alınıb hər kəsin varı, 
Yoxdur özündə də öz ixtiyarı. 
 
Yaşaya da bilməz öz adətincə, 
Quldarlıq, qulluqdu bu hallar məncə... 
 
Yasaq olunubdu adət, ənənə, 
Cəzalar verilir Allah deyənə. 
 
– Allahsız bileti paylanır xalqa, 
Haqsız qılınc tutur İlahi, haqqa. 
 
 
                                                 
1
 O vaxtkı türmə nəzərdə tutulur. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
133 
Yaratdığın bəndə gör nələr edir
Sənin qüdrətinə tənələr edir... 
 
Sən şahidsən ya Rəhman, ya Rəhim, 
Qadağan olunub “Qurani-Kərim”. 
 
Gizlənib qalıbdı axund, mollalar, 
Gedir ortalıqda bir özgə hallar. 
 
Quran da oxunmur ölüb, gedənə, 
Musiqi səslənir hey dönə-dönə. 
 
Xaçpərəst adəti düşübdü dəbə, 
Müsəlmanlıq qoyulubdu hədəfə. 
 
Deyənməzsən Allah, imam, peyğəmbər, 
Desən gör başına gələcək nələr... 
 
Hətta yaz gəlişi “Novruz” bayramı, 
Ehtiyatla dolanardı el hamı. 
 
Yasaq etmişdilər bu bayramı da, 
Bir ehtiyat gərək idi hamıda. 
 
Gizlin eyləməli nə var adəti, 
Ancaq adətlərə el məhəbbəti – 
 
Qoymurdu adətlər silinə, itə, 
Millət yad vərdişə, adətə yetə. 


Sərraf Şiruyə             
                           
                          
 
 
134 
 
Əzəldən demişdim Göyçə mahalı. 
Cavanı, qocası, əhli-əyalı. 
 
Hamı sadiq qaldı öz keçmişinə, 
Əsla uymadılar yad vərdişinə. 
 
Daşkənd bu mahalda dindar kənd idi
Hətta açılmayan bənd, bərə idi. 
 
İranlı Ağ Axund bu kənddə idi, 
Alim səviyyəli bir həddə idi. 
 
Burda Axund Şəfi, – Qareyi-Quran,
1
 
Burda Hacı Rəhim, Mehdi həm Şaban. 
 
Molla Avdıhüseyn, Abuzər, Həsən, 
Neçəsini yaddan saldım deyəsən. 
 
Bunlar müəllim idi İslam dininə, 
Hər an durardılar qiblə yönünə. 
 
Oruc tutub, qılardılar namazı, 
Əzimlinin Bayramının avazı. 
 
Hüseyn matəmində hey səslənərdi, 
Bu matəmə el yığılıb gələrdi. 
 
                                                 
1
 Qareyi-Quran – Quranı tərcümə edən. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
135 
Sonradan Daşkənddə Molla Əmirxan, 
Onun ilə birgə neçə nohəxan. 
 
Şəhidlər şahına yas saxlayardı,
1
 
Qırx gün nohə deyib, hey ağlayardı. 
 
Yazılıbdı bir mötəbər hədisdə
Söylənsə vacibdir hədis bu yerdə. 
 
Şəhid olmasaydı İmam Hüseyn, 
Yox olub gedərdi yəqin ki, bu din. 
 
Hüseynə borcludur cümlə müsəlman, 
Hüseyn deyib: – Mənə gətirən iman –  
 
Qoy məni yad etsin, məni ağlasın, 
Bütün əhli-beytə ümid bağlasın. 
 
Məni ağlasalar şad olar babam, 
Həsəni Müştəba, həm anam, atam. 
 
Hüseyn üçün gözdən axan bir damla, 
Məhşər günü yetişəcək vüsala. 
 
Şərifi hədisi deyib Əmirxan, 
Bir nohə başladı Hacıyla, Fərman. 
 
 
                                                 
1
 Şəhidlər şahı – İmam Hüseyn 


Sərraf Şiruyə             
                           
                          
 
 
136 
Ey qundağı qanla dоlan, 
Əsğərim laylay, Əsğərim laylay. 
Ey ciyəri şan-şan оlan
Əkbərim laylay, Əkbərim laylay. 
 
Qönçə-qönçə gülü sоlan, 
Xeyməsinə kafər dоlan. 
Тоy hənası qandan оlan, 
Qasimim laylay, şakərim laylay. 
 
Yоl axtarıb yоlsuz qalan, 
Qılınc çalıb halsız qalan, 
Ey cəsədi qоlsuz qalan, 
Abbasım laylay, sərdarım laylay. 
 
İbni Ziyad girib qəsdə, 
Qоşun gəlir dəstə-dəstə. 
Yataqda bimari-xəstə, 
Səccadım laylay, müstərim laylay. 
 
Yıxdılar sərdar оğlunu, 
Hüseyni sərvər оğlunu, 
Mahı-münəvvər оğlunu, 
Ey babam laylay, Heydərim laylay. 
 
Quruyubdu, dönmür dilim, 
Başlar оldu dilim-dilim, 
Hansının göz yaşın silim, 
Fatiməm laylay, madərim laylay. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə