Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
113 
Aparardı əmisini Gəncəyə, 
Bir neçə gün orda dincəlsin deyə. 
 
Gələrdi Köçəri, həm daşkəndlilər, 
Göyçədən söhbətlər başlardı nələr... 
 
Aşıq məclisinə keçərdi söhbət, 
Sazı götürərdi Hacı
1
 nəhayət. 
 
Bəzən də olardı Aşıq Nuriddin, 
Aşığa qulaq as, nə danış, nə din. 
 
“Kərəmi” üstündə saz dillənərdi, 
Aşıq nalə çəkib, hey göynəyərdi. 
 
İstərəm bir dəfə görüb üzünü, 
A Göyçəm, dolanıb başına dönüm. 
Qoynunda qazdırıb məzar yerimi, 
Sənin torpağına, daşına dönüm. 
 
Şirin öpüş alım bulaqlarından, 
Sərin meh istəyim yaylaqlarından. 
Tökülüm sinənə yanaqlarından, 
Ağlar gözlərinin yaşına dönüm. 
 
Şiruyə, yaram var göynəmək üçün, 
Əlacım qalmayıb neynəmək üçün, 
Hüsnünə tamaşa eyləmək üçün, 
Uca qayaların qaşına dönüm. 
                                                 
1
 Aşıq Hacı Bayramov nəzərdə tutulur. 


Sərraf Şiruyə             
                           
                          
 
 
114 
 
İkram Səbuhiyə verərdi sazı, 
Olmasa da Səbuhinin avazı. 
 
Bütün havaları yaxşı çalardı, 
Dinləyənin qəlbinə od salardı. 
 
İkram Səbuhinin atası idi, 
Onun şöhrətinin sədası idi. 
 
Gəncədə bir böyük vəzifədəydi
Yol patrol alaya o bir dədəydi. 
 
Heyif, bir qəzaya tuş gəldi İkram, 
Rəhmət söylənilir ruhuna müdam. 
 
Bu haqda açacam sonra mən söhbət, 
Məqsədi mənzilə çəkim nəhayət. 
 
Belə çıxarırdı Əli hər qışı, 
Yoxlayaraq, oyadardı yatmışı. 
 
Kimin nə dərdi var, məlhəm edərdi, 
Kimin nə işi var ora gedərdi. 
 
Hörmətli dostları var idi onun, 
Dosta etibarı var idi onun. 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
115 
Yunis Rzayevtək sirdaşı vardı, 
İslam kimi dostu, “qardaşı” vardı. 
 
Ona deyirdilər “Səxalı Əli” 
Hər dosta, qohuma vəfalı Əli. 
 
Təsivin verməzdi o bir simsarın, 
Səhvini deyərdi hər günahkarın. 
  
 


Sərraf Şiruyə             
                           
                          
 
 
116 
XVII 
“DAŞ QÜRBƏTƏ DÜŞƏR YÜK ƏYİLƏNDƏ”  
VƏ YA  
“BİRCƏ DAŞ, BİR OVUC TORPAQ VƏTƏNDİ” 
(İlhamın Göyçədən gətirdiyi daş) 
 
Göyçə dedim, – gözlərimdən, 
Yenə qan gəldi, qan gəldi. 
Bu ayrılıq həsrət, hicran 
Mənə dan gəldi, dan gəldi. 
 
Səbr kasam aşdı, daşdı, 
Xəyal yüz yerə dolaşdı. 
Vüsal bizdən uzaq qaçdı, 
Yaman an gəldi, an gəldi. 
 
Gördü dünyanın oynunu, 
Qaçqınlar bükdü boynunu. 
Ana torpaq, aç qoynunu, 
Sənə can gəldi, can gəldi. 
 
Oxucum, bilirəm sən də mənimtək, 
Dərin fikirlərə olmusan yedək. 
 
Yazılan başlığı oxuyan zaman, 
Gəlir xatirinə İbrahim, Aslan. 
 
Ata qəzəbinə gələn oğlanlar, 
Doğma yurdlarından qovuldu onlar. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
117 
Qəzəbli Zülal şah höküm vermişdi, 
Ancaq son güzəşti belə demişdi. 
 
Xəzinəyə ancaq cəllad ötürsün
Hər biri qiymətli bir daş götürsün. 
 
Şəhərdən kənara atılsın onlar, 
Belə başa yetsin bu bəd oyunlar. 
 
İki qardaş qovulmuşdu bax belə, 
Oxucum, məqsədə tələsmə hələ. 
 
Dastandan bir deyim gətirək yada, 
İbrahim Aslandan düşəndə cida. 
 
Gözlərindən qanlı yaşlar ələyir, 
Ərz edib halını belə söyləyir. 
 
– “Zülal şah oğluyduq biz iki qardaş, 
Hərəmiz götürdük bir qiymətli daş. 
 
Aslan İbrahimsiz tökər qanlı yaş, 
Məzarsanlıq İbrahimi neylədin?” 
 
Yerində deyibdi aqil bir dədə, 
“Daş qürbətə düşər yük əyiləndə”. 
 
İndi yük əyilib daş qürbətdədi, 
Məqsədimiz bax bu hekayətdədi. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
118 
Qəza gəldi, yurd yuvalar dağıldı, 
Faciəli bu bir böyük nağıldı. 
 
Əli kişi ayrılanda evindən, 
Ah-nalələr qopdu onun dilindən. 
 
Məhlə torpağından boxça bağladı, 
Böyük töhfə kimi onu saxladı. 
 
İlhamı bürüdü onda göz yaşı, 
İki kubik boyda yekə bir daşı. 
 
Götürüb yüklənən maşına qoydu, 
Bu nisgil, bu həsrət qəlbini oydu. 
 
Bakının Xırdalan yolunda o daş, 
Böyük nişangaha dönübdü qardaş. 
 
Yazılıb üstünə “Göyçənin daşı”, 
Həmən sözlər ilə bir də yanaşı. 
 
İlham Xəlilovun yazılıb adı, 
O daş çoxlarının olub imdadı. 
 
Göyçə yanğısını söndürən daşdı, 
Sınıq könülləri dindirən daşdı. 
 
Bu daş təmsil edir burda Göyçəni, 
O daş haraylayır məni həm səni. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə