Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
89 
 
Bir kəslə etibar bağlayan deyil, 
Əbədi bir ülfət saxlayan deyil. 
 
Gec-tez yola salmalıdı gələni, 
Almalıdı topladığı şələni. 
 
Yığdığı var-dövlət, nə var sərvətdən, 
Qızıldan daş-qaşdan, bəzək, ziynətdən. 
 
Əcəl əllərini qoparacaqdı, 
Qismət olsa kəfən, aparacaqdı. 
 
Mənəm-mənəm deyib baş aparanlar, 
Axıradək baş apara bilməyib. 
Xəzinə toplayıb, zər axtaranlar, 
O dünyaya daş apara bilməyib. 
 
Dünya oyuncaqdı naşı gözündə, 
Olur ağılsızın başı gözündə. 
Şahların quruyub yaşı gözündə, 
Gözlərində yaş apara bilməyib. 
 
Ay Şiruyə xanimanlar yıxanlar, 
Ürəklər sındırıb, könül yaxanlar. 
Torbasına altun, sərvət yığanlar, 
Torbasını boş apara bilməyib. 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
90 
Bir dön geriyə bax hanı Süleyman? 
Hanı Firon, Nəmrud, Salsal bey İman? 
 
Cəmşidin taxtından hanı nişana? 
Hanı Teymurləngə süd verən ana? 
 
Torpaqdan yarandı, torpağa döndü, 
Nə var yanan şamlar axırda söndü. 
 
– Söndü Niftalının ömür şamı da, 
Puç oldu arzusu, təb, ilhamı da. 
 
Ümid gümanları düşdü kilidə, 
Göz önünə Göyçə gəldi yenə də. 
 
Ankara Göyçədi nəzərlərində, 
Onun səmasının hər bir yerində. 
 
Görürdü Göyçənin uca dağını, 
Görürdü öz doğma od-ocağını. 
 
Reyhan qızını ana bilirdi, 
Ayhana hey Sübə, Sənəm deyirdi. 
 
Ata, qardaş idi İrfan surəti, 
Əcəl tamamladı bu hekayəti. 
 
Tapşırdı canını altmış dörd yaşda, 
Cavanlıq havası olsa da başda. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
91 
 
Əsirlikdə qazdan zəhərlənmişdi, 
O vaxtdan ciyərlər zədələnmişdi. 
 
İndi şiddətləndi həmən xəstəlik, 
Ömrü dayandırdı o birdəfəlik. 


Sərraf Şiruyə             
                           
                          
 
 
92 
XIII 
İLHAMIN YENİ DAŞKƏNDƏ GƏLİŞİ 
 
Çoxdan bir fikrə gəliblər evdə
İlham təhsil alsın Yeni Daşkənddə. 
 
Orada qurtarsın orta məktəbi, 
Çox ciddidi o məktəbin tələbi. 
 
Kim əməl edərsə həmən tələbə, 
Asan qəbul olur ali məktəbə. 
 
Orda çox tələbkar müəllimlər vardı, 
O ciddi tələbi verən onlardı. 
 
Tanrıverdı səs salıbdır Qafqaza, 
Söz olammaz Tapdıq, Mehdi, Namaza. 
 
Orda tələbkardır bütün müəllimlər, 
Təhsilə bağlıdır hər bir əməllər. 
 
Yarışlar, yazılar, olimpiada, 
Yüksək keçirilir burda hər ayda. 
 
Qəbula gedirsə savadlı uşaq, 
Özcə savadıyla qəbul olacaq. 
 
Bu fikirdə ikən Əli, Sumaya, 
Bərdədən bir maşın gəldi buraya. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
93 
Yük gətirib “Sarı yer”də fermaya, 
Ordan da yolunu salmış buraya 
 
Sabah qayıdacaq Azərbaycana, 
Dedilər İlhamı mindirək ona. 
 
Əzizə tapşıraq nəzarət etsin, 
Bibisi Səhnənin evinə getsin. 
 
Orda qalsın, ordan getsin məktəbə, 
Hazırlıqlı olsun hər bir tələbə. 
 
Əli məktub yazdı Namaz müəllimə, 
Yazdı: Salam olsun oba-elimə. 
 
Ora göndərirəm oğlum İlhamı, 
Nəzarət eyləsin müəllimlər hamı. 
 
Orda təhsilini davam etdirsin
Oradan da ali məktəbə getsin. 
 
Tanrıverdi müəllim nəzarət etsin, 
Onun sayəsində məqsədə yetsin. 
 
Bir an buraxmasın nəzarətindən, 
Uzaq eyləməsin mərhəmətindən. 
 
Əli məktubu da verdi Əzizə, 
Dedi – məktubumu çatdır üz-üzə. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
94 
Bütün müəllimlərə çatdır salamı, 
Çox yüksək bilirəm mən bu inamı. 
 
Əziz Əli ilə xoş ülfətdəydi
Hər ikisi oxşar xasiyyətdəydi. 
 
Baxmayaraq Əziz sürücü idi, 
O da insanlıqdan bilici idi. 
 
Əvvəldən səmimi dost idi onlar, 
Bir-birin evinə gediş-gəliş var. 
 
Evlərin xanımı – Sumaya, Gülşad, 
Bu dostluq ülfətdən olmuşdular şad. 
 
Bəli, ay oxucum, İlham ki, gəldi, 
Qaldı Əlyargildə, orda dincəldi. 
 
Sabah tezdən gəldi bibisigilə, 
Ancaq ki bu evə çatmamış hələ. 
 
Bir neçə qız gördü yol ayrıcında, 
Hansısa bir maraq oyandı canda. 
 
Üzünü çevirdi Əlyara sarı: 
Dedi – mənə tanıt sən o qızları. 
 
Qırmızı koftalı bax o qız kimdir? 
Ətrafda nur saçan o ulduz kimdir? 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
95 
Əliyar dedi dünən səni gətirən
Bizim el-obaya ay dost, yetirən. 
 
Əzizin qızıdır, adı Lenadır, 
O da anasına oxşar sonadır. 
 
İlham utansa da bu tez sorğudan, 
Qeyri bir hiss tapdı ürək ağrıdan. 
 
Bu ilk sevgi idi, məhəbbət idi, 
İlk eşqin ətəşi müsibət idi. 
 
Şair də bu haqda yaxşı deyibdi, 
O da bu əzabda çox göynəyibdi. 
 
İlk eşqin həsrəti, ilk eşqin dağı, 
Sevən ürəklərdə xal kimi qalır. 
Dönür xatirəyə ilk görüş günü, 
İlk öpüş dodaqda bal kimi qalır. 
 
Bəlkə də bu eşqi duymur hər könül, 
Tez incisə, tez barışar kür könül. 
Eşqin gücünə bax, dolu bir könül, 
İstək qarşısında lal kimi qalır. 
 
Ay keçir, il keçir ovunmur ürək, 
Könüldə yaşayır sevdiyin mələk. 
Əzizim, həqiqi məhəbbət, istək, 
Dönür dastanlara, ləl kimi qalır. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə