Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
84 
 
Ona görə görüş, bəxşiş olmazdı, 
Hələlik bu məna bir duyulmazdı. 
 
– Bəlkə elə döndü çarxın gərdişi, 
Tərsinə döndərdi bütün hər işi. 
 
Bu ümid, gümanla hələlik duraq, 
Əli şərəfinə bir məclis quraq. 
 
Kolxoz sədri gəlib o, Subatana,
1
 
Məğrur baxışlarla baxır dörd yana. 
 
Əli ünvanına böhtan atanlar, 
Anonim yazanlar, ara qatanlar. 
 
Ancaq deyimləri düşüb təsirdən, 
Əlləri üzülüb bütün hər yerdən. 
 
Daha Niftalıdan yaza bilmirlər, 
O mətləb üstünə əsla gəlmirlər. 
 
Yazırlar kolxozdan, ferma işindən, 
Rəhbər işçilərin get-gəlişindən. 
 
İşə cəlb edirlər qadınları da, 
Bəd yola çəkirlər bax onları da. 
 
                                                 
1
 Subatan – Basarkeçər rayonunda kənd. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
85 
Subatanda “Seyid” eylədi bunu, 
Böhtanı doldurdu özcə qoynunu. 
 
Vəzifə güdənlər bunu edirdi, 
Zəhmətkeş olanlar duyub, bilirdi. 
 
Nə qədər inkişaf gedir kolxozda, 
Hər tapşırıq başa yetir kolxozda. 
 
Yerinə yetmirdi əvvəl planlar
Həmişə kəsirdə qalırdı onlar. 
 
Aradan qalxıbdı bu geriliklər, 
Yerində görülüb hər tədarüklər. 
 
Əmək haqqqının da artıb dəyəri, 
Əli bu kolxoza gələndən bəri. 
 
Birə-beş yüksəlmiş hər bir güzəran, 
Keçirir hər günü millət firavan. 
 
Cavanlar təhsilin dalınca gedir, 
Qocalar dövləti birə-beş edir. 
 
Bax bu çalışqanlıq, zəhmətsevərlik, 
Bax bu qayğıkeşlik, uzaqgörənlik. 
 
Əlini gətirdi doğma kəndinə, 
İndi sədr etdi öz Daşkəndinə. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
86 
Əvvəl təmizlətdi aralıqları, 
Əkinə gətirdi boş torpaqlıqları. 
 
Bulaq sularını yığdı bir yerə, 
Ordan su payladı bütün evlərə. 
 
Artdı fermalarda birə-beş sürət, 
Ət, süd planları doldu nəhayət. 
 
Bir deputat kimi Ali Sovetə
Müslüm elçi oldu bu əyalətə. 
 
Bax bu da Əlinin qələbəsiydi, 
Qələbinin yüksək təntənəsiydi. 
 
– Bax budur, meydana toplaşıb hamı, 
Burda keçirilir “Məhsul bayramı”. 
 
Tədarük olunub taxıl, ot, saman, 
Ət, süd tapşırığı bütün hər plan. 
 
Kolxoza verilib keçici bayraq, 
Gəlibdi hər yandan məclisə qonaq. 
 
Dağlardan qayıdır zurnanın səsi, 
Elin oynamağa gəlir həvəsi. 
 
Alıbdı döşünə Hacı sazını, 
Dinləyək sözünü, xoş avazını. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
87 
Günəşdən yoğrulub torpağın daşı, 
Bizim bu dağlara çən gələ bilməz. 
Qəhrəman doğulub bizim bu ellər
Heç kim bu meydana tən gələ bilməz. 
 
Baxın igidlərin zəhmət tacına, 
Hünərdə bənzərdi tərlan, laçına. 
Yüz yaşlı babanın şəvə saçına, 
Bu hava, bu suda dən gələ bilməz. 
 
Hamı mənim kimi xoş xəyaldadı, 
Ülvi əməldədi, pak amaldadı. 
Əlləri zəhmətdə ağzı baldadı, 
Daha bundan gözəl gün gələ bilməz. 
 
Hər yandan alqışlar gəlir aşığa, 
Tanrı əhsən deyir bu yaraşığa. 
 
Donqar bellər elə bil ki düzəlib, 
Hamsı oynamağa meydana gəlib. 
 
Babama bax “Məşdibadı” oynayır, 
Nənəm ağız büzür, onu qınayır. 
 
Bax bu da cavanlar, “Qaytağı” gedir,
1
 
Kosa bu tərəfdə gör nələr edir. 
 
Oxucum, qoy qalsın hər kəs işində, 
Özgə bir söhbətə başlayım mən də. 
                                                 
1
 Azərbaycanın milli kişi rəqsi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
88 
XII 
NİFTALININ VƏFATI 
 
qədər can deyib, əzizləsə də, 
Nə mənli dünyadı, nə sənli dünya. 
Nazlı gözəl kimi əl eyləsə də, 
Nə mənli dünyadı, nə sənli dünya... 
Son payı beş arşın kəfənli dünya. 
 
Meylini meylinə salsan da belə, 
Qoynunda min zəfər çalsan da belə. 
Mən nökər, sən ağa olsan da belə, 
Nə mənli dünyadı, nə sənli dünya... 
Son payı beş arşın kəfənli dünya. 
 
Gözəlliyə güvənməyin gözəllər, 
Yuyucular sizi təzdən bəzərlər. 
Torpaqda çürüyər o göz, o əllər, 
Nə mənli dünyadı, nə sənli dünya... 
Son payı beş arşın kəfənli dünya. 
 
Elə yaranışdan həməndi, həmən, 
Olmayıb sonacan tamından əmən. 
Nə mən arxalanım, nə də sən güvən, 
Nə mənli dünyadı, nə sənli dünya... 
Son payı beş arşın kəfənli dünya. 
 
Bəli, yaranmışdan elə həməndi, 
Pozulmaz qərarı, bərəsi-bəndi. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə