Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
102 
Eşq ilə dolu könül çıraqlı bir xanımandı, 
Eşqsiz bir ürəyə susuz dəyirman – dedilər. 
 
Eşqli bir ürəyin od, atəşı sönməz olar, 
Bəxş edib o atəşi sevdiyi canan – dedilər. 
 
Vətən eşqi də gərək hər eşqdən olsun uca
Vətəni sevməyən kəs olacaq peşman – dedilər. 
 
Yer-yerdən uşaqlar alqış söylədi, 
Əli dedi: Gör bu zalım neylədi? 
 
– Bayaq tutulmuşdu qaşı-qabağı, 
Əlyar dedi: – Gözləyirmiş bu çağı. 
 
Gör necə göstərdi böyüklüyünü, 
Açdı ürəyində olan düyünü. 
 
Qızlar pıçıldaşıb baxdı İlhama, 
Xəlvəti dedilər yetişsin kama. 
 
Belə öyrəndilər əruz vəznini, 
İndi də hər biri anır o günü. 
 
Bu xəbər çatmışdı hər bir tərəfə, 
Əli kişi yol tapmadı hədəfə. 
 
Şişqayadan o gözaltı seçmişdi, 
Ordan gəlin gətirəcəm demişdi. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
103 
Eşitdi İlhamın bu istəyini, 
Alqışladı onun saf diləyini. 
 
Oturdu üz-üzə oğulla ata, 
Əli kişi dedi: – Bu toy-büsata, 
 
Bu gündən hazıram ancaq, ay oğul, 
Eşqinin gücünə olma belə qul. 
 
Əvvəlcə çalışıb ali təhsil al, 
Aldığın sənətdə olgunan fəal. 
 
Sonra da eyləyək sənin toyunu, 
Səni alqışlayaq, sevək boyunu. 
 
– Oxucum, məqsədə kəsə gedirəm, 
Nə var olmuşları bəyan edirəm. 
 
Ali təhsil alıb İlham qayıtdı, 
İndi subaylığın daşını atdı. 
 
Ötdü “Qara zurna”, dindi telli saz, 
Hər birisi könül açan xoş avaz. 
 
Zamaxan Bərdədə, Səyyaf Göyçədə, 
Qara zurna ilə dindi bu vədə. 
 
Yığdı el-obanı zurnanın səsi, 
Ağsaqqal, ağbirçək bütün hər kəsi. 


Sərraf Şiruyə             
                           
                          
 
 
104 
 
Oyuna çağırdı bu xoş havalar, 
“Yallı” da getdilər qoca babalar. 
 
“Vağzalı”ynan çıxardılar gəlini, 
Verdi bəy əlinə gəlin əlini. 
 
Yeridi bu anda şair qabağa
O nələr söylədi görək bu çağa. 
 
Dünən yad olanlar bu gün doğmadı. 
Sədaqətin gücünə bax, gücünə. 
Ürəklərdə güllər açıb arzular 
Məhəbbətin gücünə bax, gücünə. 
 
Qulağından qız sırğalar asıbdı, 
Bəy gülünü sinəsinə sıxıbdı. 
Hər ikisi el önündə susubdu, 
Ləyaqətin gücünə bax, gücünə. 
 
Bax bu alqışlarla, bu təmtəraqla, 
Bu təmiz istəklə, bu xoş maraqla. 
 
Lena gəlin gəldi bax bu ocağa
İndi diqqət verək bir özgə çağa. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
105 
XV 
YENİDƏNQURMA VƏ QAÇQINLIQ 
  
Ölkədə “Yenidənqurma” gedirdi, 
Əslində bir-birin vurma gedirdi. 
 
vaxtdan Qorbaçov hakimiyyəti
Ortaya atmışdı bu siyasəti. 
 
Siyasət dövlətə xəyanət idi, 
Yenidənqurma da mahiyyət idi. 
 
Qorbaçov, Reyqan danışıqları, 
Təsdiqə salmışdı bu oyunları. 
 
Dənizin altında gedən bu söhbət, 
Təsdiqə minmişdi axır nəhayət. 
 
İcraçı Qorbaçov, hakim Reyqan, 
Çökdürdü Soveti o zaman-zaman. 
 
Alman divarları söküldü əvvəl, 
Başlanğıc anıydı hələ bu əməl. 
 
Sovet təsirində olan dövlətlər, 
Hansı ki qalmışdı illərlə mələr. 
 
Hansı bu təsirdən çıxdı kənara, 
Qorbaçov əl atdı indi gör hara? 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
106 
Daxildə yaratdı böyük çaxnaşma, 
Təzədən düşünmə, təzdən oyanma. 
 
Latviya, Litviya, həm Estoniya, 
Alqışlar söyləndi bu oyanmaya. 
 
Sovet təsirindən onlar da çıxdı, 
Qorbaçov dövləti bax belə yıxdı. 
 
Onsuz da sarsılmış Sovet dövləti, 
Qəbul etdi özgə bir siyasəti. 
 
Millətlərarası düşdü davalar, 
Talandı yurd yeri, köçdü obalar. 
 
Faciə baş verdi Özbəkistanda, 
Faciə baş verdi həm Gürcüstanda. 
 
Azərbaycan ağır siyasətdəydi, 
Ona atılan tor tamam fitnəydi. 
 
Çoxdan hazırlanmış bir plan idi, 
Qorbaçov bu xalqa bir ilan idi. 
 
Çalmaq istəyirdi hər bir yanından, 
Qorxmurdu tökülən insan qanından. 
 
Əvvəl ordu qırdı Azərbaycanı, 
Sonra qızışdırdı Ermənistanı. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
107 
Qorbaçov savaşı saldı ortaya, 
Dünya lənət deyir indi bu vaya. 
 
Xocalı yox oldu bircə gecədə, 
Sakit durdu rəhbərlər necə də. 
 
Bu oldu dünyanın faciə kəşfi, 
Müsəlmanı qırmaq idi hədəfi. 
 
Qovuldu müsəlman Ermənistandan, 
Dədə, baba yurdu o xoş məkandan. 
 
Göyçənin üçüncü qaçqınlığıydı, 
Ermənilər çəkən sinə dağıydı. 
 
Belə təsvir edir şair o halı, 
Belə ağlar qalmış Göyçə mahalı. 
 
Ulu Göyçə, ulu vətən, ulu yer, 
Var-dövlətlə, naz-nemətlə dolu yer, 
Ustadların ay beşiyi, yolu yer, 
Qurban olum torpağına, daşına. 
Bu nə qaldı gəldi yenə başına? 
 
Ay beşiyim, imək yerim, bəy evim, 
Pir bildiyim torpaq evim, göy evim. 
Sizdən ayrı ay ocağım, ay evim, 
Mən olmuşam qaçqın, köçkün, didərgin, 
Heç olarmı bundan artıq betər gün?! 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə