Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
108 
 
Balayanlar, bolyaniklər dirildi, 
Dövrün hökmü keşişlərə verildi. 
Baş bilənlər yenə sürgün sürüldü, 
Nəcəfə də, yaman hiylə qurdular
Onun kimi bizə də od vurdular. 
 
Göyçə qaçqın düşür üçüncü dəfə, 
Elə qoyulub ki, bu son hədəfə. 
 
Gedən köçlər bir də geri qayıtmaz, 
Bu fitnədən dünya bizi ayırmaz. 
 
Bir həftə içində Göyçə boşaldı, 
Doğma yurd-yuvalar yağıya qaldı. 
 
Payızın son ayı hava qar-çovğun, 
Fikirlər qarışıq, karvanlar yorğun. 
 
Haraya baxırsan qaçqın köçləri, 
Əlinin nə yaman dolub gözləri. 
 
Baxır gözaltı, baxır hər yana, 
Sumaya təsəlli versə də ona. 
 
Qalxmaq istəməyir daşın üstündən, 
Yanıqlı bir nalə qopur dilindən: 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
109 
Qoy sürtüm gözümə torpaq-daşını, 
Düşdük qucağından biz cida, Göyçə! 
Ölsəm ruhum gəzər zirvələrini, 
Sənə deyəmmərəm əlvida, Göyçə! 
 
Gedirik, qoynunda çathaçat qalır, 
Yığdığımız nə var qatbaqat qalır. 
Atam, anam səndə amanat qalır, 
Saxla, torpağına mən fəda, Göyçə! 
 
Yol tutun, ay oğul, mən də gəlirəm, 
Bu son ayrılıqdı, çoxdan bilirəm. 
Hicranına çətin dözəm, ölürəm, 
Barı eylə mənə son nida, Göyçə! 
 
Yanaşı tikmişdi üç qardaş evi, 
Hər birinin tikdirdiyi daş evi. 
 
Ağlağan gözlərə getmə deyirdi, 
Mənim nəzərimdən itmə deyirdi. 
 
Üç qardaş – Köçəri, Məsim və Əli, 
Doğma yurddan qaçqın düşdülər, bəli. 
 
Köçəri köçünü çəkdi Gəncəyə, 
Oğlu İkram kömək eyləsin deyə. 
 
Bakıya üz tutdu Əli, həm Məsim, 
Bir azdan Bakıdan gələcək səsim... 


Sərraf Şiruyə             
                           
                          
 
 
110 
XVI 
ƏLİ KİŞİ BAKIDA YAŞAYIR 
 
Əli yurd salmışdı indi Bakıda, 
Qaçaqaçda evi dəyişib o, da. 
 
Erməniyi göndərmişdi Göyçəyə, 
Özü də Bakıda yerləşsin deyə. 
 
Mahir də onunla birgə qalırdı, 
Hər qərarı atasından alırdı. 
 
O da evlənmişdi, ailəliydi, 
Şöhrəti saf amal, xoş əməliydi. 
 
O da müəllim idi, ali təhsilli, 
Həm xoş xasiyyətli, həm şirin dilli. 
 
O yaxşı bilirdi ixtisasını, 
Elmə bağlayırdı hər əsasını. 
 
Nurəli qalmışdı Özbəkistanda, 
Təhsili almışdı həmən məkanda. 
 
Özbək qızı ilə evlənmişdi o, 
Onun ülfətinə isinmişdi o. 
 
Ayrı ev almışdı Bakıda İlham, 
Atasına baş çəkirdi o, müdam. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
111 
Hörməti, izzəti iş yeri vardı, 
Qohum-qardaş qeydinə də qalardı. 
 
Belə rahatlıq tapmışdı Əli, 
Möhkəm yapışmışdı Tanrıdan əli. 
 
Özü məşğul idi arıçılıqla, 
Yaz, yay fəsilləri o alaçıqla. 
 
Arını aparıb dağa çıxardı, 
Arı bal, özü də çiçək yığardı. 
 
Yadına salardı ulu Göyçəni, 
Zümzümə edərdi könlü deyəni. 
 
Kaşki, olmayaydı əbədi yadlıq, 
Ümidə, gümana dönəydi Göyçə. 
Üz tuta biləydik bəzən üstünə, 
Təbrizə, Tehrana dönəydi Göyçə. 
 
Barı qonaq kimi gəzib gələydik, 
Qönçə güllərindən üzüb gələydik
Doğma ocaqları süzüb, gələydik, 
Dosta, mehribana dönəydi Göyçə 
 
İlahi, kaş belə fərman olaydı, 
Göyçə bizə İran-Turan olaydı. 
Bir anlıq vüsalı dərman olaydı, 
Təbibə, loğmana dönəydi Göyçə. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
112 
Payız, qışda arı kənddə qalardı, 
Arıya qudası Əziz baxardı. 
 
Qonaq tək gələrdi Əli, Sumaya, 
Qayıdışı çəkərdi bəzən bir aya. 
 
Burda yaşayırdı Rzallı
1
 tamam, 
Söhbətlər edərdi Əli də müdam. 
 
Hacı Dünyamalı, Hacı Məhəmməd, 
Belə başlanardı əvvəlcə söhbət. 
 
Sonra söz keçərdi Qocamanlıya, 
Ordan Namazlıya, İsmayıllıya. 
 
Sarəllər, Babalar
2
 yaddan çıxmazdı, 
Heç kəsi, heç kəsi o unutmazdı. 
 
Hətta qızlara da baş çəkərdi o
Evi olmayana ev tikərdi o. 
 
Bunların hamısı Rzallı idi, 
Bu tayfa çox köklü, çox qollu idi. 
 
Gəncədə İkrama xəbər çatanda, 
Yetirərdi o özünü bir anda. 
 
                                                 
1
 Rzallı – Rza Alılı tayfa birliyinin qısadılmış adı 
2
 Babakişilər nəzərdə tutulur. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə