Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
72 
 
Yaxın qohum idi Sumaya, Əli, 
Onları calamış taleyin əli. 
 
Sumaya Siminin nəvəsi idi
Elbəyi bu qızın dədəsi idi. 
 
Oxucum, gəlmişik mətləb üstünə, 
Kağız aç, qələmi götür dəstinə. 
 
Danışaq Əlinin kök nəsilindən, 
Bilirəm, bunları umursan məndən. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
73 
IX 
RZA QOCA, RZALLI 
 
Ulu kök törənib Rza Qocadan, 
Bu gün də səslənir adı ucadan. 
 
Adı çəkiləndə rəhmət deyilir, 
Hörmət kimi baş sinəyə əyilir. 
 
Rza Alı o Qocadan törənib, 
Sulduzdan Sədərək elinə gəlib. 
 
Çox səfalət olub o vaxt İranda, 
Xəstəlik yayılıb bütün hər yanda. 
 
Ona görə qaçıb ordan çoxları, 
Bura gətiribdir gərdiş bunları. 
 
Burdan da Göyçəyə gəlib çıxıblar, 
Əvvəl Toğlucada məskən salıblar. 
 
Sonradan Daşkənddə məskunlaşıblar, 
Kök atıb bu eldə aşıb-daşıblar. 
 
Qalıb İmişlidə nəslin bir qolu, 
Onlar da gedibdi biz gedən yolu. 
 
“Hacı Söydümallar” adıyla onlar, 
Qədim Mil düzündə yuva salıblar. 


Sərraf Şiruyə             
                           
                          
 
 
74 
 
“Rzallı” adıynan bunlar anılıb, 
Neçə tirə ilə eldə tanınıb. 
 
Xəlil kişi Məşədi Orucun oğluydu, 
Onun qol-budağı yaman çoxluydu. 
 
“Hacı Məhəmmədlər”, “Dünyamalılar”, 
Həm “Qocamanlılar”, “İsmayıllılar”. 
 
Qoç Alıdan bəri “Sarı Əlilər” 
Bir kökün qoluydu “Babakişilər”. 
 
Hələ sanamıram qudalıqları, 
Bax “Rzallı” birləşdirir bunları. 
 
Əli ocağıdı indi bu mərkəz, 
Təsif saxlamaqda yox ona əvəz. 
 
Həmişə birliyə gələn tayfadı, 
Əmin-amanlığı sevən tayfadı. 
 
Sülhə çağırandı eli, obanı, 
Alimi, həkimi hər bir çobanı. 
 
İnsanlıq elmindən dərs alıbdılar, 
Halal zəhmət ilə ucalıbdılar. 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
75 
Əli nümunədi deyilənlərə, 
Deyərdi hamıya bəlkə yüz kərə: 
 
Əvvəl qiymət verin öz-özünüzə
Özgələr pis gözlə baxmasın sizə. 
 
Hər nə işiniz var özünüz görün, 
Özgəyə söz deyib nə zəhmət verin. 
 
Qalmasın boynunda özgə minnəti, 
Tökməyin ortaya yersiz söhbəti. 
 
Yoxdursa kimsənin təəssübkeşliyi, 
Çoxdur qafasında onun səyliyi. 
 
Özün saxlamasan öz təsivini, 
Sabah bürüyəcək tənə evini. 
 
Sən öz qardaşına durmasan arxa, 
Özün yıxılacan bir dərin arxa. 
 
Sən hörmət etməsən öz adamına, 
Hörmət bəslənilməz sənin adına. 
 
Qulluğunda dursun cavan qocanın, 
Varsa bir xəstəsi kəsdirsin yanın. 
 
Bu idi Əlinin verdiyi təlim, 
Hamıya məsləhət gördüyü təlim. 


Sərraf Şiruyə             
                           
                          
 
 
76 
 
Bu amal, əməlnən yaşamışdı o, 
Dost, qohum yükünü daşımışdı o. 
 
Eldən aralansa təklənər, itər, 
İgid arxalansa elə, güclənər. 
Ümman parçalansa ada deyərlər
Sızqa qarışarsa selə, güclənər. 
 
Təkliyin hünəri xəyaldı, qardaş, 
El-mahal birliyi vüsaldı qardaş. 
“Tək əldən səs çıxmaz” misaldı, qardaş, 
Əl kömək durarsa ələ, güclənər. 
 
Əzizim, qalmayıb dünya heç kəsə, 
Yaradıb, qurmağa insan tələsə. 
Sözünü sözə qoş, səsini səsə, 
Dil kömək durarsa dilə, güclənər. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
77 

NİFTALIDAN ÇAĞIRIŞ GƏLİR 
 
Bir səyyaham, yuvasından, yurdundan, 
Perik düşən ellərimi gəzirəm. 
Könlümü oxşayan, qəlbimi alan, 
Şirin-şəkər dillərimi gəzirəm. 
 
Bir əl ordan, bir əl burdan gəl deyir
Bir el ordan, bir el burdan gəl deyir. 
Bir çöl ordan, bir çöl burdan gəl deyir, 
Mən nərgizli çöllərimi gəzirəm. 
 
Qayaları xınalanan, gül açan, 
Gözəlləri xınasına əl açan. 
Zirvələrdən dərələrə yol açan, 
Daşqınımı, sellərimi gəzirəm. 
 
Nə zamandı ah-aman, ün tapmışam, 
Açılmayan bağlı düyün tapmışam. 
Ağ-qaralı hər cürə gün tapmışam, 
Mən Göyçəli günlərimi gəzirəm. 
 
Ay mənim həmdəmim, əziz oxucum, 
Gəl səni oxşayım, gəl səni qucum. 
 
Darda da, gendə də sən mənimləsən, 
Ən ağır gündə də sən mənimləsən, 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə