Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   27   28   29   30   31   32   33   34   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
181 
 
Bol süfrəli, səxa əlli Tavariş, 
Özün gördün nələr etdi bu gərdiş. 
Növbə Avdılxana, Mehmana yetmiş, 
Hümbətin, Binnətin izi bəs hanı? 
 
Saray idi Məhəmmədin zağası, 
Xəyal oldu qarazurna havası. 
Uşaqların “Papaq getdi” davası, 
Cavanların qumarbazı bəs hanı? 
 
Sultanın evində qanı dayandı, 
Sabirin, Qoşqarın canı dayandı. 
İsmixanın dəyirmanı dayandı, 
Eldən gələn çörək, ruzu bəs hanı? 
 
Əzimov, Kərimov Bəxtiyarlar yox, 
Nəbi kimi sözə xiridarlar yox, 
Yoxdu Balabəy tək sənətkarlar yox, 
Asifin, Əlxanın izi bəs hanı? 
 
Tanrıverdi, Tapdıq elə sərkərdə, 
Bir mahala həm pənahdar, həm dədə. 
Misir, Ramazan da getdi beyvədə, 
Həsənin fəlsəfi sözü bəs hanı? 
 
Abbasəli, Mehdi, həm Dünyamalı, 
Qaldı övladlara cahı-cəlalı. 


Sərraf Şiruyə             
                           
                          
 
 
182 
Qəhrəmanın nağarası havalı, 
Məhəmmədəlinin izi bəs hanı?
1
 
 
Müqəddəs pir idi Qəzənfər, Əli, 
Haqqın ətəyindən tutmuşdu əli. 
Nohəxan Qəşəmin təmiz əməli, 
O, Qəmgin Fəzinin sazı bəs hanı? 
 
Hanı Müxtər, hanı Bəylər, Məzahim, 
Mirzə kişi oğlu Yaqub, daha kim? 
Naxçıvanlı Əsəd, həm Müslüm müəllim, 
Yamiddin, Fəxrəddin özü bəs hanı? 
 
Bayram, üç oğulu – Möhsüm, Rəşid, 
Namaz müəllim, İslam, Qiyas, həm Xalid. 
Tahar oğlu Qurban elə bir kilid
O sərt üzü, ötgün sözü bəs hanı? 
 
Tat İsmayıl, Xasay, Əlif, Qələndər, 
Əlidən, Əyyubdan tutgunan ətər. 
Çox oynağan idi Məcnunla Müxtər, 
Saydıqları qoyun, quzu bəs hanı? 
 
Ələkbərov Bəylər, həm də Ələsgər, 
Fərman, Salman, Sahib – kökdən üç nəfər. 
Şiraslan, həm Kamran, balaca Bəndər, 
Bahəddinin cavan üzü bəs hanı? 
 
                                                 
1
 Məhəmmədəli – Hacı Məhəmmədlilərdən olub. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
183 
Getdi Dəmir, Qurban, Sabir, Məhərrəm, 
Siyavuşa rəhmət deyin min kərəm. 
Mömün idi Esabalı deyərəm, 
Nazim, Nizaminin özü bəs hanı? 
 
Səs saldı hər yana Molla Əmirxan
Xeyriyyəçi Lətif yaddadı hər an. 
Söz demir Alqayıt, dinmir Arzuman, 
O, Aşıq Bayramın sazı bəs hanı? 
 
Bayramov, Əsədov İbrahim müəllim, 
Siz yoxsuz deməyə gəlməyir dilim. 
Gülalı, İsmayıl, Mətiş nə bilim – 
Zeynalov Adilin izi bəs hanı? 
 
Abdullalar gedib, Əkbərlər gedib, 
Gör neçə Əlilər, Əsgərlər gedib. 
Bayramlar, Vəlilər, Əzizlər gedib, 
Qanıbəyin gülər üzü bəs hanı? 
 
Əliş, Paşa, Heydər bir kök, bir qoldu, 
Ay Ayaz, Baxşəli varaqlar doldu. 
Qəşəm İsmeyilə köməkçi oldu, 
Kömürü, körüyü, pazı bəs hanı? 
 
Baməzə Zülfalı, Qırış görünmür, 
İsbahat etdiyi yarış görünmür. 
Möhübbət vurduğu naxış görünmür, 
Ağac üstdə bər-bəzəyi bəs hanı? 


Sərraf Şiruyə             
                           
                          
 
 
184 
 
Qara Tofiq, İmran, Zakir, Müstəcəb, 
Rüstəm, Elbəyi, İsmayıl, Nəcəf. 
Tat Salman söhbətə başlayıb əcəb, 
Məclisin ozanı, sazı bəs hanı? 
 
Nakam getdi Fəxri, Murad, Rəhman, 
Bolu oğlu Aqşin, Emintək cavan. 
Şeir söyləyərdi Seyfəddin yaman
Küsgün getdi, sərvinazı bəs hanı? 
 
Zahid, Dəli Yaqub, iki Qənimət, 
Bir kənddən gedibdi səkkiz Məhəmməd. 
Dünyada qalandı çəkilən zəhmət, 
Arifin, Nəcəfin izi bəs hanı?
1
 
 
Seyid ocağından Məhəmmədəli, 
Seyid Mirağanın təmiz əməli. 
Məsimin xoş idi ilki, əzəli – 
İki oğlu, cüt şahbazı bəs hanı? 
 
Xasay Zeynalovtək şairlər gedib, 
İsrafil kişitək nəsillər gedib. 
Fəxrəddin, həm Fazil, Fərmanlar gedib,
2
 
Osman kimi beymurazı bəs hanı? 
 
 
                                                 
1
 Arif Böyükkişi oğlu və Nəcəf Ziyad oğlu 
2
 Alıyev Fərman və Yunus oğlu Fərman 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
185 
Vəzir, Xallı Nəbi, həm İmaməli, 
Talıb Sayad oğlu, həm Abbasəli. 
Şikarı apardı qəzanın əli, 
Zamanın qürbətdə izi bəs hanı? 
 
Usta Yaqub, Mirzə, Sarı Zülfüqar, 
Həşimov Əmirxan tez tapdı azar. 
Ay Saday, dünyaya gəlməyə nə var
Dünyadan gedənin izi bəs hanı? 
 
Mən burda seçmədim yaxşı, yamanı, 
Allah özü verir hər bir fərmanı. 
Mən burda yazmadım şəhid olanı, 
Onlardan haqq yazıb, özü bəs hanı? 
 
Bir kökdən yox oldu – Dilqəm, Müzəffər, 
Şuxu, Abıd, Zabıd gör neçə nəfər. 
Əkbərin də ömrü oldu beyhədər, 
Suliddinin şirin sözü bəs hanı? 
 
Bayramov Abdulla, Papır, Məhəmməd, 
İkram, Köçəriyə, Əliyə rəhmət! 
Əyyub, Əfsəl, Möhsüm, Kərəm, Əbülfət,
1
 
Musa kimi şeirbazı bəs hanı?
2
 
 
Qoca, – Musa oğlu, Mikayıl hanı? 
Gəzirəm Ədili, həm Ramazanı. 
                                                 
1
 Əhmədov Kərəm 
2
 Musa Möhsüm oğlu 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə