Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   27   28   29   30   31   32   33   34   35

Sərraf Şiruyə             
                           
                          
 
 
186 
Rəsilin, Əsgərin tamam dördyanı, 
Biçənəkdə göy toppuzu bəs hanı? 
 
Tamam, Gülsüm, Maral, Səkinə, Sədət, 
Seyid Bayram ağa bizlərə həsrət. 
Duyub düşündükcə dəhşətdi, dəhşət, 
Seyidlərin göy günbəzi bəs hanı? 
 
Dillər laldı Azadxandan ötəri, 
İlyas, Bakir şux cavandan ötəri.
1
 
Nəbi kimi gövhərkandan ötəri, 
Soldurmuşam ay bənizi bəs hanı? 
 
Balış oğlu Cəmil, Xasay, həm Qara, 
Nurəli, Viləddin, – çatdım gör hara.
2
 
Xıdır, Kərəm, Əsəd o qardaşlara, 
Gəncəli həm o, Şahbazı bəs hanı? 
 
Xıdır oğlu Mamed, İsmeyil, Qurban, 
İsmayıl, Təvəkkül, İslamdı bir can. 
Seyid Əli qərib köçdü dünyadan, 
Oda atıb könlümüzü bəs hanı? 
 
İmansız dünyamı bürüyübdü hiss, 
Hər sözü-söhbəti əzizdən əziz. 
Yaqub Hacıyevtək – alim, mühəndis, 
Hacı Rəhimtək molla, qazı bəs hanı? 
                                                 
1
 İlyas Rəhim oğlu və Bakir İsmeyil oğlu. 
2
 Nurəli Əli oğlu və Viləddin Xanputa oğlu. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
187 
 
Zamaxan, Qardaşxan, Əmirxan, Məcid, 
Dünyamalı vurub sənətə kilid. 
Məhəmməd, – ustad var, dizini bərkit,
1
 
Cəmi ozanların sazı bəs hanı? 
 
Molla Şaban, Mehdi, Abuzər getdi, 
Molla Canbaxışda xoş nəzər getdi. 
O Molla Abbasda çox kəsər getdi, 
Həsən Xəyallıdan yazı bəs hanı? 
 
Uzaq mənzil keçib, gəldim yaxına, 
Nəbi Qurban oğlu düşdü axına. 
İsaq, Qismət yetdi qəza oxuna, 
Xansuvarın odu, közü bəs hanı? 
 
Xıdır oğlu Oruc elə bir ürək, 
Belə yazılıbmış tale nə demək. 
Pəri ana kimi yaralı, kövrək, 
Pir, müqəddəs oğlu, qızı bəs hanı? 
 
Dastanlara düşə bilməz hər kişi
Cabbarlıda Hünbət kimi pir kişi. 
Şiruyələr necə gördü gərdişi,
2
 
Əkbər elin beymurazı bəs hanı?
3
 
 
                                                 
1
 Qaraş oğlu Məhəmməd. 
2
 İmanov Şiruyə və Zeynalov Şiruyə 
3
 Əkbər Müzəffər oğlu 


Sərraf Şiruyə             
                           
                          
 
 
188 
Qarasöyünlüdən baba Məhərrəm, 
Abdulla anılır bəlkə min kərəm. 
Teztəb idi İmaməli deyərəm, 
Həmdəmin ustalıq izi bəs hanı? 
 
Nəbi Hüseyn oğlu, Dımış İbrahim, 
İsmeyil, Orucəli, Misir, daha kim? 
Bayraməli olub baytar bir həkim
Bəslədiyi qoyun-quzu bəs hanı? 
 
Dəli İsbi, Usta İsbi, üç İsbi, 
Əcəl gəldi, dedi: eylə köç, İsbi. 
Əməlini bu dünyada aç, İsbi, 
Haqq deyəcək çoxu, azı bəs hanı? 
 
Kəkoy Məmməd, bir də kəkoy Süleyman, 
Mirzəni apardı Hitler beyiman. 
Dəllək Oruc, Alı, o Manaş – Fərman  
Çöpük Söyün, – izi-tozu bəs hanı? 
 
O Çöpük Söyünün oğlu Xıdır da, 
Viləddin, Sürəddin, nakam Sərdar da.
1
 
İsmayıl axirət bir ixtiyarda, 
Onlardan nişanə yazı bəs hanı? 
 
Başkəndli Qarayla, Alçalı Bilal, 
Həmən bu Daşkənddə qurub cah-cəlal. 
Xalıqverdini də tez tapdı zaval, 
El də bilmir oğlu, qızı bəs hanı? 
                                                 
1
 Viləddin Xanputa oğlu, Sürəddin Qurban oğlu və Sərdar Murtuz oğlu 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
189 
İsrafil – oğulu – Zahid və Sədi, 
Nemət müəllim getdi, yer-göy göynədi. 
Rəhim
1
 məclislərdə şeir söylədi
Topladığı, dastan, yazı bəs hanı? 
 
İslam Söyün oğlu yurdu dəyişdi, 
Doğma obasından aralı düşdü. 
Hacı qocalıqla çətin ötüşdü, 
İsoy, – elin şeirbazı bəs hanı? 
 
Yaddan çıxmaz Camal oğlu Albaba, 
Həlim, xoşniyyətli olan bir baba. 
Şıltaq Namazəli çatdı hesaba, 
Çingizin de əyri, düzü bəs hanı? 
 
Yetim Maarif zillət çəkdi nə qədər, 
Eldarın da ömrü tez getdi hədər. 
Saydım kişiləri axır bu qədər
Elin neçə sərvinazı bəs hanı? 
 
Fikri dayaz mətləbimi az anlar, 
Eh, nə çoxdu sözü tərsə yozanlar. 
Uzun, gödək Abbasəli – ozanlar, 
Şairlinin o, Novruzu bəs hanı? 
 
Uçmuş könül evim yapa bilmirəm, 
Həsrətim sal qaya – çapa bilmirəm. 
Ürəyim istəyir tapa bilmirəm, 
Şoşan, qımı, ya qoşquzu bəs hanı? 
                                                 
1
 İsmayılov Rəhim nəzərdə tutulur. 


Sərraf Şiruyə             
                           
                          
 
 
190 
 
Bəlkə yaddaşımdan çıxanlar oldu, 
Könüllər yandırıb, yaxanlar oldu. 
Mənə tərsə-tərsə baxanlar oldu
Giley-güzar, söhbət-sözü bəs hanı? 
 
Hasоy əmim yaхşı batdı savaba, 
О dеdi mən yazdım, budur kitaba. 
Bir gün də dеyəcək bu еl, bu оba: 
Şiruyədən qalan yazı bəs hanı? 
 
*** 
İndi söz sizindir, əziz cavanlar, 
Bizdən sonra bu dünyada qalanlar. 
Qoymayın ortaya düşə yamanlar, 
Övladısız bir torpağın, bir suyun, 
Yadlar girə ortalığa qoymuyun. 
 
Əl-qol atın, darda, gendə bir olun, 
Hər əməldə, hər amalda pir olun. 
Özgələrə açılmayan sirr olun, 
Birləşin ki, yadlar sizi əyməsin
Qəlbinizə bir kimsənə dəyməsin. 
 
Unutmayın babaları siz Allah, 
Ataları, anaları siz Allah, 
Eyləməyin xataları siz Allah, 
Bir bəd kəlmə adınıza gəlməsin, 
Dərdinizi bir özgəsi bilməsin. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə