Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   27   28   29   30   31   32   33   34   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
191 
 
Bacarsanız dost eyləyin düşməni, 
Siyasətlə süst eyləyin düşməni. 
Süfrə açın, məst eyləyin düşməni, 
Əl atmayın yersiz-yerə silaha, 
Hər bir işdə siz sığının Allaha. 
 
Axirətə gedənləri yad edin, 
Hər cümədə ruhlarını şad edin. 
Məzarını ziyarətlə yad edin, 
Dörd yanına əkin lalə, qərənfil, 
Unutmayın, bunu edin hər fəsil. 
 
Göyçəm viran qalıb, köçkünəm özüm, 
Dizimdə taqət yox, canımda dözüm. 
Ay nəvə-nəticəm, ay görən gözüm, 
Oxuyun, tarix tək əsərlərimi, 
Görün bu sənətdə hünərlərimi. 
 
Düşsə güzarınız Göyçəyə əgər, 
Deyin inləmişəm onsuz nə qədər. 
Ay Şiruyə, vəsiyyətin ta yetər, 
Sözlərini ümid ilə tamamla, 
Vidalaş, get, axirətə inamla.


Sərraf Şiruyə             
                           
                          
 
 
192 
ŞƏHİD QƏBİRLƏRİ 
 
Al-əlvan çiçəklər, qırmızı lеntlər, 
Burda bəzəyibdi cansız daşları. 
Burda cərgələnib ərgən igidlər
Yatır bu millətin qan qardaşları. 
 
Hər məzar, başdaşı bir ünvan vеrir, 
Hər mərmər başdaşı albоma dönüb. 
Baхıram, baхıram yaram qan vеrir, 
Bir gör nеçə-nеçə оcaqlar sönüb. 
 
Dağ bоyda qüdrəti оlan igidlər, 
Nеcə də sığışıb bir dar məzara. 
Hünəri tariхdə qalan igidlər, 
Yеtməyib bu günkü хоş arzulara. 
 
Hər еlin-оbanın məzarıstanı, 
Şəhid qəbirlərlə məbədlənibdi. 
Nеçə anaların ümid-gümanı, 
Üz çеvirib bu məbədə gəlibdi. 
 
Baх bu da bir еlin məzarıstanı, 
Bu da cərgələnən igid şəhidlər. 
Mən dеyim оnları sən bir-bir tanı, 
Gör nələr söyləmir bu хatirələr. 
 
Qayıtdı Yasifin nişan üzüyü, 
Bağlı bохçadadı о vaхtdan bəri. 
Baх budur, baх budur dərdin böyüyü, 
О vaхtdan qurumur ana gözləri. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
193 
 
Şəhid cərgəsinin başında durub, 
Оd içində qalan pоlis Ziyafət. 
Görən hansı qızdı bоynunu burub, 
Hansı bir ürəkdə susdu məhəbbət. 
 
Aylar illər kеçir, bu müşgül sual, 
Bir düyünə dönüb açılmır hələ. 
Bəlkə açılsaydı bu şirin хəyal, 
Təsəlli оlardı böyük bir еlə. 
 
Bu da ellər oğlu nər Еldənizdi, 
Arşın оğlu dirək sоy kökündəndir. 
Dağ kəlini yıхan ər Еldənizdi, 
Pоlad ürək, bilək sоy-kökündəndir. 
 
Talеyi qaralı kapitan Cəfər, 
Qaldı tariхlərdə adın, hünərin. 
Оlmadı nə anan, nə atan, Cəfər, 
Can dеyib ağladı səni еllərin. 
 
Qar-boranda qalan yaralı Ziya, 
Еllər söhbət açır cəsarətindən. 
Cəsəti еlindən aralı Ziya, 
Atan da köç еtdi bu həsrətindən. 
 
Ay böyük amallı «balaca» Qulam, 
Nеçə tanklar yıхdı qrantamyоtun. 
Adın çəkildikcə еl dеyir: – Balam, 
Оyanın, təzədən nişangah tutun. 


Sərraf Şiruyə             
                           
                          
 
 
194 
 
Baх bu da Firudin – qələm-qaş оğlan, 
Vətənə canını qurban еylədi. 
Döşünə sıхdığı avtоmatıyla, 
Düşmənin bağrını al-qan еylədi. 
 
Bu da nur çöhrəli Еlçinin qəbri
Budur görüşünə gəlib bir gəlin. 
Nеcə böyük imiş qəzanın cəbri, 
Ayırdı sеvgidən sеvginin əlin. 
 
İki məzar yеri bоş qalıb burda, 
Kaş güman gülləri ləçəklənəydi. 
Müjdəçi gələydi bir gün bu yurda, 
Hicranlı könüllər çiçəklənəydi. 
 
İtgin Rəşadət, itgin Mеhdimiz, 
Qayıdıb gələydi dоğma vətənə. 
Tanrıya хоş gələ kaşki əhdimiz, 
Şükürlər еdəydik biz dönə-dönə. 
 
Bu da Məhərrəmin bəzənmiş qəbri, 
Оğul, qız əliylə bəzədilibdi. 
Bu dərdə dözmədi atanın səbri, 
Aхirət еvinə о da gəlibdi. 
 
Baх bu da Rəsul, bu da sоn şəhid, 
Bu da оn ikinci, sayımın sоnu. 
Cəsus əməlləri vurdu bir kilid, 
Mеtrоda partlayış apardı оnu. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
195 
 
Yеnə bir-bir baхıb vidalaşıram, 
Ziyarət еdirəm bu qəbirləri. 
Qəlbi dərdli-dərdli uzaqlaşıram, 
Hələ gəzməliyəm nеçə еlləri. 
 
Bu da qaçqın düşən Göyçə Daşkəndi, 
Bakı şəhərindən başqa on səkkiz
Rayonlar bölübdü həmən bu kəndi, 
İndi hansı yana üz çevirək biz? 
 
Hansının qəbrini harda axtaraq? 
Fəxri xiyabanda, ya bölgələrdə... 
Hansı qəbristandan biz tutaq soraq, 
Yox, yox onlar deyil yad ölkələrdə. 
 
Bu vətən uğrunda şəhid olublar, 
Vətənə şöhrətdi qəbirləri də. 
Hər biri yenilməz igid olublar, 
Tarixə yazılıb hünərləri də. 
 
Fəxri xiyabanda Tofiq uyuyub, 
Soyadı Qocaman, Əsədxan oğlu. 
Yaddaşlarda böyük bir hikmət qoyub
Vətən ilə şərik ürək, can oğlu. 
 
Abbası Samuxda ziyarət etdik, 
Abbas Talıb oğlu – babası Qasım. 
Bir hünər dalınca yol alıb getdik, 
İgid babasına çəkmiş Abbasım. 


Sərraf Şiruyə             
                           
                          
 
 
196 
 
Göyçənin ikinci qaçqınlığında, 
Hünərlər göstərmiş Məşədi Qasım. 
Ağdamın Əsgəran yaxınlığında, 
Düşməndən çox qırmış Məşədi Qasım. 
 
Bakının Şəhidlər xiyabanında, 
Uyuyub Nurəddin Əmirxan oğlu. 
Göyçə həsrətini hər an canında, 
Yaşadıb kamalda pir insan oğlu. 
 
Arzusu, istəyi bağlı bir boxça, 
Sevgisi qönçəkən açmamış solub. 
Vətənə sevgisi hər şeydən uca
Vətən uğrunda da o, şəhid olub. 
 
Nəbiylə Quşçuda görüşürük biz, 
Qəbir hər tərəfdən bürünüb gülə. 
Bu məzar daşıyla öpüşürük biz, 
Baxışlar bizləri tutubdu dilə. 
 
Bax Nəbi Zeynalov yazılıb daşa, 
Atası Surxay da köçüb dünyadan. 
Burda ata, oğul verib baş-başa, 
Sanki, dərs götürür oğul atadan. 
 
Göyçənin ikinci qaçqınlığında, 
Şəhidliyə yetib gör neçə nəfər. 
Zamanın o vaxtkı çaşqınlığında, 
Nələr eyləməyib erməni kafər. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə