Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

cümlədən  soraq-m əlum at  nəşrinin  genişləndirilməsini  və  yayılm a- 

sını  tələb edirdi.

K itab   nəşrinin  ümumi inkışafı, sahəvi  kitab nəşri, kitabın tiplər 

üzrə  inkişafm ın  təhlili  göstərir  ki,  1960-ci  illərin  ortalarına  qədər 

kitabçılıq  işində  irəliləyiş  olmuşdur.  Ə lbəttə,  kitabçıhq  işinin  bəzi 

problem lərində  çox  (ümumi  kitab  nəşri,  bədii  kitabm   nəşri,  kitab 

tipləri,  o  cümlədən  soraq-m əlum at  nəşrləri  və s.),  bəzilərində  isə  az 

(ayrı-ayrı  sahələr  üzrə  kitab  nəşri,  seriyalarla  ədəbiyyat  buraxılışı 

və s.) inkişaf öziinü göstərmişdir [128,  172-188J.

Elm i-texniki  tərəqqi,  adam ların  m ədəniyyətlərinin  yüksəlməsi, 

əhalinın  savadlılıq  səviyyəsinin  artm ası  və  s.  soraq-m əlum at  nəşr- 

lərinin inkişafını və istifadəsini genişləndirmişdir.

M üxtəlif  sahələrin,  ümumiyyətlə  bütün  oxucu  qruplarm ın  so- 

raq-m əlum at  ədəbiyyatına  tələbatı  da  artm ışdır.  M üxtəlif  oxucu 

qruplarm ın  soraq-m əlum at  nəşrlərinə  a rta n   tələbatları  respublika- 

nm  «Elm»,  Azərneftnəşr,  Azərnəşr,  M aarif,  Gənclik  nəşriyyatlan- 

nın çapdan  buraxdıqları ümumi,  sahəvi,  mövzu-təqvim  və s.  soraq- 

m əlum at  nəşrləri  vasitəsılə  miiəyyən  qədər  ödənilirdi.  M əsələn, 

yalmz  1969-cu  ildə  respublikam ızda  94  adda  391,4  nüsxə  üm um i 

tirajla m əlum at ədəbiyyatı buraxılm ışdır [82,  230-238].

1961-1970-ci  illərdə adam ların  m ədəni  tələbatlarınm  ödənilmə- 

sində m ühüm  əhəmiyyət kəsb edən lüğətlərin nəşri də artm ışdır.

XX 

əsrin  70-ci  illərində elmi-texniki  təroqqı  sürətlənir,  m üxtəlif 



elm  və  bilik  sahələrinin  əksəriyyəti  gur  inkişaf edir,  yeni-yeni  elm 

sahələri  yaram r,  elm  sahələrində,  texnikada  inteqrasiya və diferen- 

siasiya  güclənir,  inform asiyaların  həcmi  artır,  insanların  bu  infor- 

ınasıyaların  hamısmı  mənimsəməyə,  öyrənməyə,  tapm ağa  və  istifa- 

də etməyə  im kanları  çatmır.  Bununla  bərabər insan  mühüm  və  va- 

cıb  inlorm asiyalar  haqqında  m əlumat  alm aq  istəyir.  O,  öz  istəyinə 

ancaq  soraq-m əlum at  nəşrləri,  o  cümlədən  lüğətlər  vasitəsilə  nail 

ola  bilər.  O na  görə  də  yeni  inform asiyanı  alm aq,  öyrənm ək,  qav- 

ram aq  üçün  soraq-m olum at  ədəbiyyatına,  lüğətlərə  böyük  ehtiyac 

əmələ  gəlir  və  inkişaf  edir.  Belə  bir  şəraitdə  soraq-m əlum at  ədə- 

biyyatı,  o  cümlədən  lüğətsiz  keçinmək  və  fəaliyyət  göstərmək 

m üm kün  olmaz.  Çünki  soraq-m əlum at  kitablarında  insan  biliyi- 

nin,  geniş  m ənada  bəşəriyyətin  ümumiləşmiş  fikri  toplanm ış,  mil- 

lətlərin  m addi  və  mənəvi  fəaliyyətlərinin  nailiyyətləri,  ictinıai  qu- 

ruluşlar,  elm,  mədəniyyət  və  incəsənət,  millətin  mənşəyi,  adət- 

ənənəsi,  dünyagörüşü,  mistik-dini  baxışları  və  s.  öz  əksini  tapır.

Soraq-m əlum at  nəşrlərinin  bu  spesıfık  xüsusiyyəti  bütün  dünyada, 

o  cümlədən  ölkəmizdə  onun  inkişafına  güclü  təkan  vermişdir. 

1970-1980-ci illərdə bu proses daha da genişlənmişdir.

Bu  dövrdə  iki,  üçdilli  lüğətlərin  nəşri  genişlənmişdir.  Bu  cür  lü- 

ğətlər m üxtəlif dillərin öyrənilməsinə xidm ət  edir.

Tədqic]  etdiyimiz  illərdə  daha  çox  filoloji  lüğətlər  buraxılmış- 

dır.  Sözləriıı  lüğəti mənasmı verən izahlı  lüğətlər,  etimoloji  lüğətlər, 

frazeoloji  lüğətlər,  xarici  dillər  üzrə  sözlərin  lüğəti  və  başqa  çap 

edilmiş  lüğətlər  fıloloji  lüğətlərin  əsas  hissəsini  təşkil  etmişdir.  Mə- 

lu m  olduğu kimi,  tərcümə lüğətlərinin  ən çox yayılmış növü ikidilli, 

n a d ir hallard a bir neçə dilli lüğətlərdir.

Bu dövrdə çap edilmiş ikidilli lüğətlərdən  «A zərbaycanca-rusca 

lüğət»ın  düzəldilmiş  və  təkmilləşdirilmiş  2-ci  nəşrini  qeyd  edə  bilə- 

rik.  Ə .H .O rucovun  redaktorluğu  ilə A zərbaycan  Elmlər  Akadem i- 

yasm ın nəşriyyatında  1962-ci ildə çap edilmiş  lüğət orta  m əktəb şa- 

girdləri üçün  tərtib edılmişdir [182,  184,  185].  M .Q asım ovun «Nöq- 

sanlı  liiğət»  (1963),  A .Ə ləkbərovun  «A zərbaycanca-rusca  lüğət»in 

tərtibi  prinsipləri  hac]qında  bəzi  qeydlər»  (1963),  M .Əhm ədovıın 

«Bir daha  «A zərbaycanca-rusca  lüğət»  haqqında»  (1963)  və  s.  mə- 

qalələr diqqəti cəlb edir və maraq  doğurur.

X .Ə zizbəyovun  tərtib  etdiyi  «A zərbaycanca-rusca  liiğət»

(1965)  də  təqdirəlayiq  nəşrlərdən  biridir.  B.T.Abdullayev  və 

Z .R .T ağıyevanın  redaktorluğu  ilə  A zərnəşrin  çap  etdiyi  bu  lüğət 

418  səhil'ə  həcm indədir.  Lüğət  40.000  nüsxə  ilə  buraxılm ışdır.  Xu- 

dadadbəy Ə sədulla oğlu Əzizbəyov bu lüğət  üzərində uzun  m üddət 

işləmişdir.  Lüğətdə 23.000-ə yaxm söz vardır.  Bu  lüğət  tərcüməçilə- 

rə,  şagirdlərə,  tələbələrə,  nəşriyyat  işçilərinə,  o rta   çətinlikdə  olan 

azərbaycanca  m ətnləri  ruscaya  tərcümə  cdərkən  kömək  cdən  bir 

vəsait  kimi  nəşr edilmişdir.  Tərtibçi  A zərbaycan  dilinin  aktiv  lüğət 

tərkibinə daxil  olan  sözlərlo yanaşı,  dam şıq  dilində və  dialektlərdə 

işlodilən  bəzi  sözləri  də  lüğətə daxil  etm işdir  ki,  bu  da  lüğətin  xüsu- 

siyyətlərindən  biridır.  Azərbaycan  ədəbiyyatı  klassiklərinin  əsərlə- 

rində və  ümumiyyətlə,  Böyük O ktyabr  inqilabından əvvəlki  dövrdə 

işlənmiş  bəzi  dini sözlər  və arxaizm lər də lüğətə daxil  edilm işdir ki, 

bu  d a  keçmiş  ədəbi,  elmi  irsimizi  ruscaya  tərcümə edənlərə  kömok 

göstərmək  məqsədi  güdür.  Çox  m araqlıdır  ki,  bu  lüğət  mütəxəssis 

lüğətçilər  tərəfindən  deyil,  bütün  öm rünü  tərcüməçiliyə  sərf  etmiş 

bir  lüğət  həvəskarı  tərəfindən  tərtib  edilmişdir.  Nəşrdə  lüğətin  qu- 

ruluşu  haqqında m əlum at  da verilmişdir.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə