Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

S.D .M əlikovun  redaktəsi  altm da  932  səhifədə  1959-cu  ildə  Azər- 

baycan SSR EA  nəşriyyatında nəşr edilmişdir.

R usca-azərbaycanca lüğətlər  1928-1929-cu,  1940-1946-cı  1941- 

1955-ci,  1956-1959-cu,  1970-1980-ci,  1982-1984-cü  illərdə  nəşr 

olunm uşdur.

M .Ş.Şırəliyev  və  Ə .H .O rucovun  redaktorluğu  ilə  o rta  m əktəb 

şagirdləri  üçün  «R usca-azərbaycanca  lüğət»  1951-ci  ildə  çap  olun- 

m uşdur.  Bu lüğətin ikinci yenidən işlənmiş və təkmilləşdirilmiş nəş- 

ri Ə .H .O rucovun redaktorluğu ilə 471  səhifədə Azərnəşrdə çapdan 

buraxılıb.

R usca-azərbaycanca  lüğətlərin  buraxılm ası  sonrakı  illərdə  də 

həyata  keçirilmişdir.  Bu  lüğətlərin  zənginləşdirilməsinə,  yenidən 

təkm illəşdirilm əsinə xüsusi diqqət yetirilmişdir.

«A zərbaycan  dilinin  izahlı  lüğəü»nin  ilk  layihəsi  1949-cu  ildə 

Ə.EI.O rucov  tərəfindən  tərtib edilmiş  və Azərbaycan SSR  EA  Dil- 

çilik  İnstitutunun  əsərlərinin  ikinci  cildində  (səh. 17-55)  dərc  edil- 

m işdir.  Bu layihənin davam ı A zərbaycan SSR EA Dil İnstitutunun 

əsərləıinin üçüncü cildində  (səh.53-86)  1950-ci  ildə (Ə.H.O rucovun 

tərtibi  ilə)  çap  olunub.  N əhayət,  «A zərbaycan  dilinin  izahlı  lüğə- 

ti»nin  birinci  cildi  (A  -   Q  hərfləri)  Ə .H .O rucovun  tərtibi,  Əkrəm  

C  əfərin  redaktəsi  ilə  1964-cü  ildə  596  səhifə  həcmində Azərbaycan 

SSR  EA  nəşriyyatında  çap  edilib.  Cildin  redaksiya  heyətinə  o 

dövrün  görkəm li ədəbiyyatşünas və dilçi alimləri:  Azərbaycan  SSR 

EA  akadem ikləri  M .A .D adaşzadə,  M.Ş.Şirəliyev,  fılologiya  elmlə- 

ri  d o k to ru   Ə .Ə .O rucov,  filologiya elmləri nam izədi R.Ə .Rüstəm ov 

daxil  edildilər.  Birinci  cildin  re d a k to ru   filologiya  elmləri  namizədi 

Ə krəm   Cəfər  olm uşdur.  Cildin  «R edaksiya  heyətindən»  adlı  ilk 

yazısm da izahlı  lüğətin nəşrinin əhəmiyyəti şərh edilmişdir.

Əlbəttə,  A zərbaycan dilinin  ilk  liloloji  izahlı  lüğətini  yaratm aq 

dilçiliyimiz  qarşısında  d u ran   ən  m ühüm   vəzifələrdən  biri  idi.  Res- 

publikam ızda  iqtisadiyyatın,  elm  və  mədəniyyətin  inkişafi  nəticə- 

sində  dilimiz  həm   kəmiyyət,  həm  də  keyfiyyətcə  xeyli  dəyişmiş, 

onun  əvvəlki  lüğət  tərkibinə  külli  m iqdarda  yeni  söz  daxil  olmuş. 

dildə olan sözlərin bir çoxunda yeni m ənalar və m əna inciləri əmolə 

gəlmiş,  bir  sıra  sözlər  isə  dildən  ya  tam am ilə  çıxmış,  ya  da  onun 

passiv fonduna keçmişdir.

«A zərbaycan  dilinin  izahlı  lüğəti»nin  bir  vəzifəsi  də  ədəbi  dili- 

mizin  lüğət  tərkibində  əmələ  gəlmiş  bu  irəliləyişi  özündə  əks  etdir- 

m əkdən ib arətdir [23, 5].

R espublikam ızda  həyata  keçirilən  üm um i  təhsil,  ali  və  orta 

məktəblərimizdə  dərslərin  ana  dilində  keçilməsi  və  bununla  əlaqə- 

dar  olaraq  A zərbaycan  dilində  m üxtəlif  fənlərə  dair  dərsliklər, 

terminologiya,  tədris vəsaiti yaradılm ası,  m üxtəlif sahələr üzrə yük- 

sək  ixtisaslı  mütəxəssislər  hazırlanm ası,  tərcüm ə  işlərinin  geniş- 

lənməsi,  radio-televızıya verilişlərinə,  ak ty o r və diktor nitqinə olan 

tələbin artm ası və sairə ana dilini yaxşı bilməyi,  öz fikrini dürüst və 

aydın ifadə etm ək bacarığm a malik olmağı  tələb edir.

Bu lüğət xalqım ızın ən qiymətli  və ən böyük sərvəti olan  söz eh- 

tiyatınm   ilk  dəfə  toplanılıb  sistemə  salınm ası  və  həmişəlik  olaraq 

təsbit  edilməsi  sahəsində  ilk  təşəbbüsdür.  N əhayət,  bu  lüğət  gə- 

ləcəkdə  dilimizin  d a h a   mükəmməl,  d aha  böyük  akadem ik  lüğətini 

yaratm aq üçün m ühüın  bir özül təşkil edəcəkdir [23, 5].

«Azərbaycan  dilinin  izahlı  lüğəti»nin  quruluşuna,  təıtib atın a 

xüsusi diqqətlə yanaşılm ışdır.  Lüğətin  birinci cildində giriş  məqalə- 

sindən  (səh.8-11)  əlavə  I.  Sözlüyün  tərkibi  (sözlərin  seçilməsi);  II. 

Lüğətin  quruluşu;  III.  Sözlərin  m ənaca  xarakteristikası;  IV.  Sözlə- 

rin qram m atik  xarakteristikası;  V.  Sözlərin  üslubi  xarakteristikası;

VI.  Frazeologiya  (səh.8-19)  başlıqlı  yazılardan  sonra  əsas  mənbə- 

lər,  əsərlərdən  sitat  gətirilmiş  başlıqların  siyahısı,  lüğətdə  gedən 

ixtisarlar,  şərti işarələr verilmişdir.

Zəngin  söz  ehtiyatını  özündə  əks  edən  «A zərbaycan  dilinin 

izahlı  lüğəti»nin  2-ci  cildi  1980-ci  ildə,  üçüncü  cildi  1983,  dördüncü 

cildi isə  1987-ci ildə çap edilmişdir.

1960-1970-ci  illərdə  Azərbaycan  dilinin  orfoqrafıya,  dialekto- 

loji  lüğətləri,  A zərbaycan  ədəbi  dilində  işlənən  ərəb  və  fars  sözləri- 

nin  lüğətləri,  azərbaycanca-ingiliscə  və  ingiliscə-azərbaycanca  lü- 

ğətlərin  nəşri  do  artm ışdır.  Ə .A bbasov  və  Ə .Ə fəndizadə  «M əktəb- 

linin  orfoqrafiya  lüğəti»  (1964;  2-ci  nəşr  -   1966),  «Azərbaycan  di- 

linin  orfoqrafiya  lüğəti»  (1960),  «A zərbaycan  dilinin  orfoqraiiya 

lüğəti» (1975.  -  3-cü nəşri), «Azərbaycan  dilinin dialektoloji  lüğəti»

(1964),  «Ərəb  və  fars  sözləri  lüğəti»  (1966,  1967,  1985)  və  s.  mü- 

hüm   nəşrlər  kimi  diqqətəlayiqdir.  Lakin  mütəxəssislər  tərəfindən 

lüğətlərin  dövrün  tələblərinə cavab verməməsi  də diqqətə  çatdırılır. 

M əsələn,  prof.  H .H əsənov  yazır:  «H al-hazırda  tədris  o caq lannda, 

xüsusən  m əktəblərdə,  əsasən,  üç  orfoqrafiya  lüğətindən  istifadə  edi- 

lir.  Bunlar aşağıdakılardır:  «Azərbaycan dilinin orfoqrafiya lüğəti» 

(B.,  1975);  «O rfoqrafiya-orfoepiya-qram m atika  lüğəti»  (B.,  1983);



«O rfoqrafiya  lüğəti  (I-III  siniflər  üçün)»  (B.,  1981).  B unlardan  heç 

biri bugünün tələbləri səviyyəsində deyildir [130, 248).

M üasır  dövrdə ikidillilik  problem inə üstünlük  verilir.  İkidillilik 

ictimai-siyasi,  elmi-texniki,  ədəbi-mədəni  əməkdaşlıq,  istehsal  pro- 

seslərində  birgə  fəaliyyət və s.  ikidilli  lüğətçiliyin inkişafına  və  nəşr 

edilib yayılmasm a güclü təkan verir.

Olkəmizdə  indi  rusca-azərbaycanca,  azərbaycanca-rusca,  azər- 

baycanca-ingiliscə,  fransızca-azərbaycanca  və  s.  lüğətlər  nəşr  edil- 

mişdir.

«Azərbaycanca-ingiliscə  lüğət»  1956-cı  ildə  nəşr  edilmişdir. 



Lüğət  İ.R əhim ovun  redaktəsi  altm da  buraxılmışdır.  Lüğətdə  4500 

söz  öz  əksini  tapm ışdır.  Burada  əsasən  tədrislə  əlaqədar  sözlər  ve- 

rilmişdir.  B urada  dam şıq  dılində  işlənən  ifadə  və  cümlələrin  də 

tərcüməsi  müəyyən  qədər  əhatə  edilmişdir.  Lüğət  ingilis  dilinı  öy- 

rənm ayə köm ək məqsədini güdür.

1965-ci  ildə  nəşr  edilmiş  «Fransızca-azərbaycanca  lüğət»də 

təxm inən  2500  söz  və  ifadə  verilmişdir.  Lüğətdə  fransız  sözlərinin 

A zərbaycanca  müvafıq  qarşılığı,  qarşılığı  olm ayanda  isə  izahlı 

tərcüməsi  verilmişdir.  Lüğətin  sonunda  coğrafı  adlar,  təsrif  edil- 

məyən  fellərin  cədvəli  və  siyahısı  dərc  edilmişdir.  Lüğət  496  səhifə 

həcm ində  «M aarif»  nəşriyyatm da  çap  edilmişdir.  Lüğətin  tərtibçi- 

ləri:  X.A ğayeva,  F.Ağayeva,  S.A ğam oğlanova,  L.Adıgözəlova, 

R .A vanesova,  M .A xundov,  X.Əzizzadə,  R.H üseynova,  M .M ah- 

m udova,  X .M ütəllim ova  və S.Seyidzadə  olm uşdur.  Lüğətin  redak- 

toru  M .Quliyevdir.

«A lm anca-azərbaycanca  lüğət»  1971-ci  ildə  çapdan  buraxılıb. 

Lüğətin  red aktoru  C .M .C əfərovdur.  Lüğətdə  30000-ə  yaxın  söz  və 

itadə öz əksini  tapm ışdır.  B urada  m üxtəlif elm sahələrinə aid  sözlər 

əhatə  edilmişdir.  Xeyli  m iqdarda  azərbaycanca-rusca,  rusca-azər- 

baycanca,  farsca-azərbaycanca,  azərbaycanca-farsca,  azərbaycan- 

ca-ərəbcə,  ərəbcə-azorbaycanca,  azərbaycaııca-ingiliscə,  ingiliscə- 

azərbaycanca,  azərbaycanca-türkcə  və  s.  danışıq  kitabçaları  bura- 

xılmışdır.

Terminlərin  yaranm ası  term inoloji  lüğətlərin  yaranm asm a  əsas 

olm uşdur.  Term inologiya  m əfhum u.  ümumiyyətlə  çox  genişdir. 

Term inologiya  dedikdə,  yalnız  elm  vo  texnikanın  m üxtəlif sahələ- 

rində işlənən spesifik  sözlər deyil,  ümumiyyətlə,  insanların  zehni  və 

fiziki  fəaliyyəti,  əməyi  ilə  bağlı  olan  term in  mahiyyətli  sözlərin 

m əcm usu nəzərdə tutulur.

Bu  da  bir  həqiqətdir  ki,  term inologiya  hər  bir  inkişaf  etmiş 

milli  dilin  lüğət  tərkibinin  mühüm  bir  hissəsini  təşkil  edərək  onun 

inkişafı  ilə  bilavasitə  bağlı  olan,  o nu  zənginləşdirən  mənbələrdən 

biridir.  Dil  quruculuğunun  ən  m ühüm   sahələrindən  biri  olan  ter- 

minologiya  ölkəm izin  ümumi  yüksəlişi,  elmi  fikrin  inkişafı  ilə  ya- 

naşı inkişaf edir.  D ilin  həm keyfiyyət,  həm  də  kəmiyyətcə dəyişmə- 

si  və  zənginləşməsi  prosesi  ən  çox  term inoloji  leksika  sahəsində 

özünü  göstərir.  Dilin  lüğət  tərkibi  onun  öz  ehtiyatları  və  vasitələri 

köməyi  ilə  y aranan  yeni  term inlər  hesabm a  gündən-günə  zəngin- 

ləşməkdədir.

Son  illərdə  A zərbaycan  dilində  elm  və  texnikanın  m üxtəlif sa- 

hələrinə,  məsələn,  kim ya,  geologiya,  fızika,  kənd  təsərrüfatı,  tibb, 

astronom iya,  riyaziyyat,  incəsənət,  ictim ai  elmlər  və  sairəyə  dair 

çoxlu m iqdarda orijinal  əsərlərin yazılması  ilə əlaqədar olaraq  say- 

sız-hesabsız  term inlər  yaradılmışdır.  D ilim izdə  işlənən  term inlərin 

bir  qismi  xalqların  çoxunun  dilində  işlənən  beynəlmiləl,  digər  qis- 

mi  isə  öz  dilimizin  söz  ehtiyatı  hesabına,  on u n   öz  qram m atik  qay- 

da və qanunlarına uyğun  olaraq yaradılm ış  term inlərdir.

Ayrı-ayrı  elın  və  texnika  sahələri  üzrə  tərtib   edilən  vo  çapdan 

buraxılan  term iııoloji  lüğətlərin  ildən-ilə  artm ası  ölkəmizdə  soraq- 

m əlumat  nəşrlərinin  inkişafını  göstərməklə  bərabər,  onun  mövzu- 

sunun,  əhatə  dairəsinin  genişlənməsini  də  təsdiq  edir.  1983-cü  ildə 

«Elm»  nəşriyyatında  çap  edilmiş  «Term inologiyaya  aid  ədəbiyya- 

tın  və  term inoloji  lüğətlərin  biblioqrafiyası»  (tortib  edənlər: 

Ş.M .Qasımov, 

S.M .Quliyeva, 

X .V .Quliyeva, 

N.C.Quliyeva, 

X .M əm m ədova)  adlı  nəşrdə  -   fızika-riyaziyyat  və  texnika  üzrə  23 

adda.  astronom iyaya  aid  3,  kiınyaya  5,  neft  sənayesinə  5,  geologi- 

yaya 5, coğrafiyaya  8,  biologiyaya  7,  zoologiyaya  3,  heyvandarlığa

3,  kənd  təsərrüfatı  texnikasına  3,  tibbə  21,  torpaqşünaslıq  və  aqro- 

kimyaya  3,  ədobiyyatşünaslığa  6,  iqtisadiyyata  2,  incəsənət,  me- 

m arlıq  və  inşaata  5,  pedaqogika  və  psixologiyaya  5,  ictimai-siyasi 

və fəlsəfəyə aid  5,  tarixə 2,  hərbi  işə 3,  hüquqşünaslığa 3,  bodon  tər- 

biyəsi və idm ana 4,  meşəçiliyə 2,  nəqliyyat vo rabitəyə 6,kitabxana- 

biblioqrafiyaya  1,  m üxtəlif sahələr üzrə  15 adda;  bütün elm və  tex- 

nika  sahələrinə dair  cəmi  147  adda  ikidilli,  çoxdilli  və  izahlı  termi- 

nologiya  lüğətləri  buraxılm ışdır  [25İJ.  Bu  biblioqrafik  göstəricidə 

term inologiyaya  aid  Azərbaycan  və  rus  dillərində  201  a d d a  kitab, 

kitabça,  ju rn a l  və  qozet  məqaləsi  haqqında  biblioqrafik  m əlum at 

da öz əksini tapm ışdır [251,  7-24}.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə