Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

tərcüməçi  və  s.)  olm am ası,  elmi,  texniki  istilahları  düzəltməkdə 

olan problem lər k ıtab  nəşri işindəki çətinliklərdən idi [128,  65-66\.

K ıtab   nəşrində  m övcud  olan  b u   çətinliklərin  hər  biri  bu  və  ya 

digər  dərəcədə  soraq-m əlum at  k ita b la n n ın   tərtibi  və  nəşri  ilə  də 

əlaqədar  idi.  Təsadüfi  deyildir  ki,  A zərbaycanda  kitab  nəşrmdə 

olan  bu çətinliklərin a ra d a n  qaldırılm asında Azərbaycan hökuməti 

və elmi ictim aiyyəti sovet hakim iyyətinin ilk  illərindən ciddi  müba- 

rizəyə başlam ışdı.

Ölkəm izdə  sovet  dövründə  elm  və  texnikanın,  iqtisadiyyatm  və 

m ədəniyyətin  m üxtəlif  sahələri  üzrə  term inologiya  yaradılmaqla 

bərabər,  term inologiyanm   nəzəri  və  praktiki  məsələlərinin  öyrə- 

nilm əsinə də xüsusi diqqət yetirilm işdir.

H ələ  1920-ci  illərdə  «K om m unist»  qəzetində,  «M aarif  və  mə- 

dəniyyət»,  « M a a rif  işçisi»  ju rn a lla rm d a   A zərbaycan  dilində  ter- 

m inlər  yaradılm ası  m ənbələri  və  üsullarm m ,  başqa  dillərdən  ter- 

m inlərin  alınıb  işlənməsi prinsiplərinin  müəyyənləşdırilməsi  ilə  əla- 

qəd ar bir sıra m əqalələr dərc o lu n m u şd u r [251, 5].

T erm in  yaradıcılığı,  üm um iyyətlə  term inologiyanın  inkişaf et- 

dirilm əsini  soraq-m əlum at  nəşrlərinin,  m üxtəlif lüğətlərin,  xüsusilə 

sahəvi  xarakterli  term inologiya  lüğətlərinin  yaradılm ası  və  nəşr 

edilib yayılm asını da çox ciddi şəkildə tələb edirdi.

Elmi  istilahlar,  o  cüm lədən  m əktəb  istilahları  düzəltmək  məq- 

sədilə  hələ  1922-ci  ildə A zərbaycan  SSR  X alq  K om issarları  Soveti 

nəzdində  Elm i-istilah  K om issiyası  təşkil  olunm uşdu.  Bu  Komis- 

siya  so n ralar  öz  fəaliyyətim  X alq  M a a rif  Kom issarlığı  nəzdində 

davam   edirdi.  1922-ci  ildən  1927-ci  ilə  kimi  həm in  Komissiyanm 

tərkibində  biologiya,  fizika-riyaziyyat  və  h u m anitar  fənlər  üzrə  3 

m ütəxəssislər  q ru p u   çalışaraq  bir  sıra  elmlər  üzrə  istilahlar  lüğəti 

düzəltm iş və  1926-cı ildən çap etm əyə başlam ışdır.

H azırlanm ış  bu  istilah  lüğətləri  m əktəbdə  keçilən  bütün  fənləri 

əhatə etm əsə də,  bir çox nöqsanlara  m alik  olsa da dərs kitablarınm  

dilini  xeyli  yaxşılaşdırm aqla  bərabər,  ölkədə  sahə  terminləri  lüğət- 

lərinin  yaradılm ası  və  nəşrində  də  müəyyən  əhəmiyyət  kəsb  etdi. 

1922-ci  ildən  1929-cu  ilə  qədər  bir  neçə  lüğət  nəşr  edilmişdir: 

R .Q afu ru n   «Təfsirli xalq  Iüğəti»  (1921),  Ə.Şıxlinskinin  «Ruscadan 

türkcəyə  qısa  döyüş  sözlüyü»  (1926),  «H üquq  lüğəti»  (1926),  «Nə- 

b a ta t istilahlan» (1926),  «K im ya istilahları» (1927) və s.  [192, 5].

G öründüyü  kimi,  a rtıq   1920-ci  illərdə  ölkəmizdə  sahəvi  məz- 

m unlu,  mövzulu  term inləri  özündə əks  edən soraq-m əlum at nəşrlə-

ri  meydana  gəlmişdir.  Bunların  ilk  tərtibçiləri  A zərbaycanın  gör- 

kəmli  m aarifçiləri,  pedaqoqları,  ziyalıları  olmuşlar.  S.Qənizadə, 

R.Qafur,  S.K am al  və Ə.Şıxlinskinin  fəaliyyəti  təqdir olunm ağa  la- 

yiqdir.  Sami  K am alın  tərtib  etdiyi  «Sayı  bil  sözləri»  (1922)  adlı 

nəşrdə  hesab  term inlərinin  rusca-azərbaycanca-ərəbcə  lüğəti  veril- 

mişdir.  R əşad  Q afur  M irzəzadənin  tərtib  etdiyi  «Təfsirli  xalq lüğə- 

ti»  kitabında  qeyd  edilirdi  ki,  m əcm uə,  qəzet  mütaliəsində  lazım 

olan  sözlər üçün havidir [30, 519].

Sahə  soraq-m əlum at  nəşrlərinin  inkişafına  güclü  təsir  göstərən 

əsas  amil  sahələrin  in k işaf etməsidir.  Təsadüfi  deyildir  ki,  inkişaf 

etmiş  elm,  bilik,  texnika,  kənd  təsərrüfatı  və  s.  sahələr  üzrə  daha 

çox  soraq-m əlum at  nəşrləri  yaradılm ış  və  çapdan  buraxılm ışdır. 

Buna görə də soraq-m əlum at nəşrlərinin  təsnifatında sahəvi  xarak- 

terli m əlumat kitabları xüsusi yer tutur.

M aterialm   verilmə  form asına  və  m əzm un  müxtəlifliyinə  görə 

soraq-m əlum at  əsərləri  və  vasitələri  iki  q ru p a   ayrılır:  1)  ayrı-ayrı 

bilik  sahələri  üzrə  soraq-m əlum at  kitabları;  2)  bütün  bilik  sahələrı 

və  praktiki  fəaliyyət  sahələri  üzrə  universal  soraq  nəşrləri,  habelə 

kompleks problem ləri, yaxud problem lər sikllərini  işıqlandıran nəşr- 

lər.  Soraq-m əlum at  ədəbiyyatının  m üxtəlif növləri  həcmino  görə  də 

fərqlonir,  məsələn,  kiçik  həcmli  yaddaşlardan  çoxcildli  ensiklope- 

diyalara qədər.  Böyük  ensiklopediyaların  illikləri,  statistik  və siyasi- 

iqtisadi  illiklər,  ali  təhsil  müəssisələrinə  daxil  olanlar  üçün  soraq- 

məlumat nəşrləri və s.  ikinci qrup m əlum at kitab lan n a aiddir.

Ümumiyyətlə,  soraq-m əlum at  nəşrlərinin  növləri  aşağıdakılar-

dır:

a)  ümumi  (yaxud  universal);  sahə  (yaxud  xüsusi)  ensiklopediya- 



lar, habelə ensiklopedik lüğətlər;

b) linqvistik və term inoloji lüğətlər;

c)  ümumi  soraq  kitabları  (siyasi,  iqtisadi,  coğrafi,  statistik 

və  i.a.);

ç)  müxtəlif xarakterli  soraq-inforınasiya  ədəbiyyatı:  ədəbiyyat 

göstəriciləri,  izahlı  biblioqrafık  toplular,  m üxtəlif sahələr  üzrə  so- 

raq  kitablan və s.  [2 9 8 ,127-128].

Soraq-m əlum at  nəşrlərinin  təsnifatı  haqqında  bu  qısa  icmalı 

verməkdə  m əqsədim iz  b u d u r  ki,  bu  fəsildə  əsasən  ölkəmizdə  nəşr 

edilən,  müəyyən  inkişafa  malik  olan  sahə  xarakterli  soraq-m əlu- 

m at  nəşrlərinin  inkişafı  xüsusiyyətlərini  aydınlaşdıraq,  m övzu  ba- 

xımından təhlil edək.




2.1. 

Lüğətlərin  nəşrə  hazırlanması,  quruluşu və  tərtibatı  məsələ- 

ləri.  Soraq-m əlum at  nəşrlərinin  çapa  hazırlanm ası  kitabçılıq  işinin 

ən  vacib  elmi  və  p rak tik i  problem lərindən  hesab  edilir.  Soraq- 

m əlum at  nəşrləri  sistem ində  özünə  xüsusi  yer  tu ta n   hər  bir  növün 

nəşrə  hazırlanm asınm   özünəməxsus  spesifik  xüsusiyyətləri  vardır. 

Bu  nəşrlər  sistem ində  əsas  yer  tu ta n   lüğətlər  və  ensiklopediyalar 

(üm um i  və  sahəvi),  onların  nəşr  xüsusiyyətləri,  nəşrə  hazırlanm ası 

d ah a  m ürəkkəb  və  çoxcəhətli  spesifik  xüsusiyyətlərə  malikdir.  Bu 

cür  soraq-m əlum at  nəşrlərinin  hazırlanm ası  və  tərtibinin  iki  cəhəti 

vardır:  elmi-nəzəri və əməli.

Özünəməxsus spesiflkası olan lüğətlər tərtibçidən ilk növbədə hər 

iki  dili  mükəmməl  bilməyi,  bir-biri  ilə  qarşılaşan  dillərin  qrammatik 

quruluşlarını  lüğətdə  əks  etdirməyi  bacarmağı,  tərcümə  olunacaq 

sözlərin  qarşılığını  aııa  dilində  tapm ağı  və  bu  işdə  orijinala  əsaslan- 

m aqla kifayətlənməyi tələb edirsə,  izahlı lüğət  qarşısmda bir sıra çox 

spesifık və m ürəkkəb nəzəri və əməli məsələlər d u rur [225,15].

Lüğətlərin  tərtibində  əsas  prinsiplər:  lüğət  vahidlərinin  təsviri, 

ənənəvilik,  stan d artlıq   (sözlərin  eyni  form ada  leksikoqrafık  təsvi- 

ri),  təsvirin  qısalılığı,  sadəlik  (aydm lıq,  kütləvilik)  təsvirin  tamlığı 

və effektliliyi  diqqət m ərkəzində olm alıdır.  Lüğətçiliyin əsas vəzifə- 

si  bu  və  ya  digər  bir  dilin  söz və  ifadələrini  yığıb  sitstemə  salmaq- 

dan,  sözlərin  xüsusiyyətlərinə,  leksik-qram m atik  m ənalarını  izah 

etm əkdən  ibarətdir.  Milli  ədəbi  dilin  form alaşm ası  və inkişafı,  elm 

və  texnikanın  inkişafı  və  s.  ilə  əlaqədar  olaraq  şəraitin,  dövrün  ya- 

ratdığı  m ədəni,  elmi, m ənəvi  tələbatı  ödəmək  üçün müxtəlif tipli lü- 

ğətlərin  yaradılm ası  və  nəşri  lazım dır.  Lüğətlər  vasitəsilə dilin,  ha- 

beta  dillərin  zənginliyini,  tarixini,  m ədəniyyətini  öyrənmək  müm- 

kündür.  Bu  am il  də  lüğətlərin  yaradılm asım ,  nəşrini  və  inkişafını 

şərtləndirir.

H ə r  bir  lüğətin  yaradılm ası  milli  dildə  böyük  mədəni  hadisə 

kimi  qiym ətləndirilir.  Çünki  lüğət  xalqm   m ədəniyyətinin  əvəzsiz 

xəzinəsidir.  M illi  şüurun inkişafı,  m illət,  xalqın təşəkkülü,  ədəbi di- 

lin  və  onun  no rm aların ın   m öhkəm ləndirilm əsində  mühüm  rol  oy- 

nayır.  B urada  deyilənlər  təsdiq  edir  ki,  lüğət  tərtibi,  nəşri  çox  mü- 

rəkkəb, m əsuliyyətli və şərəflidir.  O, böyük zəhmətin,  elmi fəaliyyə- 

tin,  elmi  axtarışların  m əhsuludur.  Bu,  tərtibçidən,  müəllif kollekti- 

vindən  işə  ciddi  yanaşm aq,  fədakarlıq  tələb  edir.  Lüğətin  başa 

gəlməsi  uzun  prosesdir.  M əsələn,  «A zərbaycan  dilinin  izahlı  lüğə- 

ti»ni  tərtib  etm ək  üçün  hazırlıq  işinə  1945-1946-cı  illərdə  başlan- 

74

mışdır.  Lüğətin  ilk  layihəsi  də  bu  illərdə  hazırlanm ışdır.  Həmin 



layihə  o  zam an  A zərbaycan  SSR  Llmlər  Akadem yiasının  keçmiş 

Dil  İnstitutunun  Elm i  Şurasımn,  həm çinin  Akadem iyanın  İctimai 

Elmlər  Bölməsinin  geniş  iclaslarında  m üzakirə  edilmişdir.  Amma 

lüğətin birinci cildi  1964-cü ildə çapdan buraxılm ışdır [23].

Lüğətçilikdə  əsas  məsələ,  başqa  sözlə,  lüğətlərin  nəşrə  hazır- 

lanması  üçün  aşağıdakılar  nəzərə  alınm alı  və  əsas  götürülməlidir: 

hazırlanan  lüğətlərin  tipinın  dəqiqbşdirilm əsi,  lüğətlər  üçün  sözlə- 

rin  seçilməsi  və  onların  yerləşdirilməsi,  lüğətlərin  əsas  mətni  hesab 

edilən  lüğət  m əqalələrinin  hazırlanm ası  və  sözlüyün  müəyyənləşdi- 

rilməsı.


Lüğət  üçün  sözlük  daha  əsasdır.  L üğətin  m əzm unu  sözlüklə 

bağlıdır,  yəni  lüğətlərin həcmi  sözlük  əsasında  müəyyənləşir.  Sözlü- 

yün  tərkibi  və həcmi  lüğətlərin m əqsədinə və  növünə  görə  müəyyən 

edılir.  Sözlük  term ini  dilçılikdə ıki  m ənada  işlədilir:  1.  Lüğət  istila- 

hınm sinonimi,  sözlərin  əlifba  sırası  ilə  düzülərək  izah  edilməsi;

2.  Lüğəto daxil edilən  söz  vo ifadələrin  siyahısı.

Sözlük  üçün  norm a,  ədəbi  dil  əsas  əlam ətlərdir.  Lüğət  üçün 

müasir  ədəbi  dil  əsas  ölçüdür.  Sözlərin  m üəyyən  edilməsi,  sözlərin 

seçilməsi,  n orm a,  lüğətin  həcmi,  m əqsədi,  vəzifəsi  vo  başqa  amil- 

lərlə bağlıdır [130,  /60].

Sözlük  dcdikdə  hər  hansı  bir  lüğətə  daxil  olan  söz  və  iladələrin 

siyahısı  nəzərdə  tutulur.  Yalnız  izahlı  lüğətə  deyil,  hər  cür  lüğətə 

hansı sözlərin  daxil edilib,  hansılarınm   daxil  edilməməsi  məsəlsi  lü- 

ğətçilik  işində həmişə qızğın m übahisələrə səbəb olur [225, J /].

Sözlər  lüğətləıdə  sadəcə  olaraq  sadalanm ır.  O nların  monakırı 

izah  olunmalı,  m əzm unları  açılmalı,  m araqlı  cəhətlər  qeyd  olun- 

malıdır.  Lüğətlər  hazırlanarkən  sözün  m ənası,  işlənməsi,  qram m a- 

tik və fonetik  səciyyəsi  ilə yanaşı,  onların  tərtib  texnikası  və sairəni 

də  bilmək  vacibdir.

Lüğətiıı  tərtibində  m aterialın  təşkili  və  yerləşdirilməsi  əsas  mo- 

sələdir.  M aterialın  interpretasiyasına  izah,  defınisiya,  qloslar,  tər- 

cümə ekvivalentləri  daxildir.  İşarələr  nəzəriyyəsi  baxım ından  lüğət- 

lərdə  m aterialın  yerləşdirilməsi  əsasən  iki  yolla  m ümkündür:  1.  Se- 

masioloji  (əlifba,  sözyaratm a);  2.  O nom osoloji  (əşyavi-semantik) 

quruluş.  Birinci  dil  işarəlorınin  çoxmənalılıq  sistemi  ilə,  ıkinci  isə 

onların  m ənalarının  bir-birinə  yaxınlıq  dərəcəsınə  görə  əks  olun- 

ması  ilə əlaqədardır.  Sem antika qram m atika  nəzəriyyəsi  və lüğətlə- 

rin quruluşu  üçün əsasdır.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə