Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

Lüğətlərin  tərtibinə  qədər  m üəyyən  hazırlıq  işləri  həyata  keçi- 

rilməlidir:  1) həcm; 2) m ənbə;  3) linqvistik baxış.  Deməli, lüğətlərin 

hazırlanm asının iki tərəfı var.  Belə  ki,  onun  bir tərəfı dil m aterialı- 

nm   seçilməsı,  digər  tərəfi  maliyyələşdirilməsi.  Lüğətlərin  tərtibinin 

texniki  tərəfi  də  var.  İşin  texniki  həllinə  aşağıdakılar  daxildir:

1.  M üəllif kollektivinin  vəzifə  bölgüsü;  2.  Nəşriyyatla  danışıq;  3.  Ma- 

liyyələşdirmə;  4.  M aterialm   yazılması;  5.  Tənqidə  reaksiya  vermə;

6.  Y enidən nəşrə hazırlayarkən verilən düzəliş,  əlavə və dərinləşdir- 

mə [1 3 0 ,144].

Lüğətin tərtib i sözlüyə əsaslanır.  Lüğətin tərtibində seçilmə,  tər- 

kib və stru k tu r kim i cəhətlər əsas götürülməlidir.

H ər  bir  lüğət  tərtib  ediləndə  m üəyyən  bir  mənbəyə  əsaslamr. 

Ə lbəttə,  m ənbələr  müxtəlifdir:  1.  M övcud  lüğətlər;  2.  Yazılı  mən- 

bələr;  3.  M üəyyən bilik sahəsi;  4.  M üəlliflərin n itq  üzrə xüsusi fərdi 

m üşahidəsi və təcrübəsi;  5.  Şifahi xalq yaradıcılığı;  6.  K artoteka.

Yeni  tərtib  edilən  hər  bir  lüğət  üçün  A zərbaycan  dilinə  və  baş- 

qa dillərə  aid  o lan  m övcud lüğətlər əsas götürülür.  O nların iş  təcrü- 

bəsinə,  sözlərin  izah  üsuluna,  səciyyəvi  xüsusiyyətlərinə,  hazırlan- 

m a qaydalarına və s.  cəhətlərinə diqqət yetirilir [130,  148].

M isallar  lüğətin  m əzm ununu  d a h a   da  canlandırır  və  ona  rən- 

garənglik  gətirir.  Lüğətlərin  bir  qism ində  əyani m isallardan,  mate- 

riallardan çox,  bəzilərində  az,  bir  qism ində isə heç  istifadə edilmir. 

M əsələn,  tərcüm ə  lüğətlərində  az,  izahlı  lüğətlərdə  çox  işlədilir. 

İzahlı  lüğətlərdə  məqsəd  sözün  bütün  m ənalarım   açm aqdır.  Ona 

görə  də  m isallara çox  yer verilir.  Bu  fikri  aşağıdakı  nüm unələr təs- 

diq  edir.

Ə srarəngiz,  sit.  [ər.əsrar  və  fars....əngiz].  Sirli,  əsrarlı,  sirr  ilə 

dolu;  anlaşılm az.  Bu  qızın  fitnəli  və  əsrarəngiz  gözləri  var  idi. 

M .S.O rdubadi.  Həyətə  girdikdə  əsrarəngiz və  heyrətam iz  sükut in- 

sanı vahim əyə salırdı.  M .İbrahim ov.

Ə srarəngizlik,  is.,  sirlilik,  sirlə  dolu  olma,  anlaşılm azlıq.  Qəh- 

rəm an təbiətin bu əsrarəngizliyi içində düşünür.  S.Rəhimov.

Ə srarlı,  sif.,  sirli,  sehrli,  əsrarlı  bu  həyat  nədir?  Həm   gülünc, 

həm  qorxunc  bir  əfsanədir.  A.Şaiq.  Ə srarlı  və  boğucu  sükut  yenə 

məhbəsi bürüm üşdü.  M .İbrahim ov.  [Əhməd]  Cəmilin  öz iş  otağına 

çəkildiyini  görüb  ayağa  d u rd u ,  hərləndi,  yavaşca  yenə  həmin  əs- 

rarlı künc otağa keçdi.  S.R əhim ov  [24, 297].

Lüğətin quruluşu,  başaq  sözlə tərtibatı işində m üxtəlif sistemlər 

tətbiq  olunur.  Bunların arasm d a  ən  çox  əlifba sırası  və lüğətçilikdə

«yuva»  üsulu  deyilən  quruluş  sistemləri  yayılmışdır.  Bu  üsulda  tər- 

tib  olunan  lüğətlərdə  ümumi  kökdən  olan,  düzələn  sözlər  «yu- 

va»larda  (fəqərələrdə)  qruplaşdırılır  və  hər  bir  lüğət  m addəsinin 

başlığı bu və ya digər  kök sözdən ibarət olur.  Lüğətdə sözlər bu  cür 

yerləşdirildikdə,  onların bir-birilə əlaqəsi və yaxmlığı daha çox  hiss 

olunur.  L akin  «yuva»  üsulunun  ən  böyük  nöqsanlarından  biri 

odur ki,  bu üsulda tərtib  olunmuş  lüğətdən istifadə işi xeyli çətinlə- 

şir,  bəzən lazım  olan  söz lüğət m addəsinin içərilərində elə  itib-batır 

ki,  hətta  yaxşı  fıloloji  hazırlığı  olan  adam   belə  onu  tap m aq d a  çə- 

tinlik çəkir [225,  109].

«Yuva»  üsulunun  bu  çətinliyinə,  nöqsanına  görədir  ki,  respub- 

likam ızda  tərtib  edilmiş  lüğətlərin  əksəriyyətində  əlifba  prinsipin- 

dən (üsulundan) istifadə olunm uşdur.

Sözlər  lüğətlərdə  müəyyən  qayda  üzrə  əlifba  sırası  ilə  düzülüb 

izah  edilməsə,  yazılışı  və  tələffüz  form ası  göstərilməsə,  qarm aqarı- 

şjqlıq  yaranar,  sistem  pozular,  ardıcıllıq  prinsipı  gözlənilməz. 

Ümumiyyətlə,  lüğətçilikdə  əsasən  üç  üsuldan  istifadə  edılmişdir: 

söz yaratm a  və ya etimoloji, yuva və əlifba.

Lüğətçilik tarixindən məlum olur  ki,  lüğət tərtibində tem atik və 

qafıyə üsulundan da istifadə edilmişdir.

M üasir  dövrdə  lüğətlər  əsasən  əlifba  sırası  üsulu  ilə  tərtib  olu- 

nur.  Əlifba  sırası  üsulu  lüğətlərin  tərtibi  üçün  ən  sərfəli  üsuldur. 

Lüğətlərdə  sözlərin  hamısı  əlifba  sırası  ilə  düzülür.  Bu  qayda  ilə 

sözlərin  lüğətdo  ycrləşdirilməsi  lüğət  m əqalələrinin  bir  tipli,  aydm, 

tam   və bütün  suallara  bitkin m əlumat  verən  tərzdə  qurulm asını  tə- 

ləb  edir.  B aşqa  sözlə,  bu  üsulla  tərtib  olunan  lüğətlərdə  lüğət  mə- 

qaləsi bir form ada qurulur.  Əlifba  sırası  ilə düzülmüş sözlərin  əvvəl 

lcksik  m ənaları  izah  cdilir,  sonra  o  sözlərin  qram m atik  xüsusiyyot- 

ləri haqqında m əlum at,  daha sonra  üslubi əhəmiyyəti  verilir.  Sözün 

leksik  mənası  m isallarla  əyaniləşdirilir.  Lüğət  məqaləsinin  sonun- 

d a,  əsas  sözlərin  m ənaları  sabit  birləşmələr  içərisində  izah  edilir. 

Lüğətdə  izah  edilən  sözlər  əlifba  sırası  ilə  düzülərkən  onların  baş 

hərllərinə  fıkir  verilir.  Eyni  formalı,  cyni  hərflə  başlayan  sözlərin 

əvvəlcə  birinci,  sonra  ikinci,  üçüncü  və  s.  hərflərinə diqqət  yetirilir. 

Məsələn,  A dam satan,  is.  Xain,  xəbərçi,  Adamsevməz,  sif.  Və  is. 

A dam ları  sevməyən,  adam lardan  xoşu  gəlməyən,  adam lardan  qa- 

çan,  m ərdüm giriz,  Adam sevm əzlık,  is.  Adamsevməz  adam ın  xa- 

siyyəti,  A dam sit,  xüs.  is.  (kim.).  Burun  və  boğazın  selikli  qişasına 

təsir edən zəhərləyici m addə [130,193].




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə