Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

bav.  «A vraat»m   ərəbləşmiş  form asıdır.  M ənası  xalqların  atasj  de- 

m əkdir.  Bibliyada  İbrahim in iki  adı  qeyd  olunur:  A vram   və  Avra- 

ham .  Bibliyada  belə  bir  m ətn  var  ki,  nə  üçün  A vram   ikinci  Avra- 

ham  adını almışdır? O ra d a  deyilir:  Sən artıq A vram  yox,  A vraham  

adlanacaqsan,  çünki  m ən  səni  əksər  xalqlarm   atası  edəcəyəm.

4.  A dlarm  mənşəyi və m ənaları verilir:

A natollu (yun.) -  Şərq,  günəşin çıxması.

A rif (ə.)  -   1.  Bilən,  bilici,  bilik  sahibi;  2.  H ər şeyi  incəliyinə qə- 

dər başa düşən.

Vitali (lat.) -   1.  H əyat;  2.  Vacib, zəruri;  3.  Qalib.

5.  O m onim   və  çoxm ənalı  kimi  işlənən  adların  m ənaları  ərəb 

rəqəm i ilə sadalanır:

A riz (ə.) -   1.  Ərizəçi,  şikayətçi;  2.  S onradan əmələ gələn;  3.  Üz, 

yanaq.


6.  Bəzən m üxtəlif m ənşəli adlar ayrıca  baş söz kimi verilir:

A bi (t.) -  U lu nənə.

A bi (f.) -   1.  Suya aid  olan; 2.  Sulu;  3.  Su  rəngində,  göy rəngin- 

də» [1 3 1 ,10}.

G ətirdiyim iz  nüm unələr  peşəkar  və  qeyri-peşəkarların  prob- 

lemlərin yaranm asında və yaranm am asm da  necə  rol  oynadıqlarm ı 

müəyyənləşdirməyə im kan verir.

Deməli,  soraq-m əlum at  nəşrlərinin  m üasir  dövrdəki  çapm da, 

inkişafm da  m üxtəlif  am illər  iştirak  edir.  A m illərin  obyektiv  və 

subyektiv istiqam ətləri m övcuddur.

Ensiklopedik  nəşrlərin  çapı  və  inkişafı  ilə  əlaqədar  əsas  prob- 

lem lərdən  biri  bu  cür  nəşrlərin  sözlüksüz  buraxılm asıdır.  A raşdır- 

m alar  göstərir  ki,  son  onillik  ərzində  buraxılan  ensiklopediyalarm  

heç birinin  sözlüyü çap olunm am ışdır.  Buraxılmış  ensiklopediyala- 

rın və ensiklopedik lüğətlərin oxucu  tələbatım  ödəməm əsini,  habelə 

dünya  standartlarına  cavab  verməməsini  də  b u n u n la  əlaqələndir- 

mək  düzgün  olar.  Sözlüksüz  heç  bir  üm umi  və  sahəvi  ensiklopedi- 

yanı,  h ətta ensiklopedik lüğəti çap etm ək  olmaz.  Çünki sözlük  özü- 

nəməxsus  nəşrin  prospektidir.  B urada  nəşr  olunacaq  ensiklopedi- 

yanm   həcmi,  quruluşu,  profili,  tərtibi  xüsusiyyəti  və  s.  öz  əksini 

tapır.  Sözlükdə  eyni  zam anda  bütün  m əqalələrin  (nəşr  olunacaq 

ensiklopediyadakı),  term inlərin,  sözlərin  həcmi  və  s.  əhatə  edilir. 

Sözlük  üzərində  işləyərkən  əlaqədar  redaksiyalarda  ilk  növbədə 

sözlüyə daxil  ediləcək  anlayışların,  m övzuların,  hadisələrin,  habelə 

elmi  fənlərin  və m əqalələrin  m üəyyənləşdirilməsidir.  Sözlüyün  key- 

144


fıyyət  səviyyəsi  elm  təsnifatı  haqqm da m üasir təsəw ürü  nə  dərəcə- 

də  dəqiq  əks  etdirm əsi  və  necə  təsə w ü r  yaratm ası  ilə  xarakterizə 

olunur.

M üasir  ensiklopediyalarm   sözlüyü  elm in  hərtərəfli  inkişafım , 



sahə  elm lərinin  qarşılıqlı  əlaqələrini  və  bir-birini  zənginləşdirməsi 

prosesini,  yeni  elmi  istiqam ətləri  və m üstəqil  elm sahələrini  özündə 

əks etdirm əlidir.

Sözlük  bütün  nəşr  boyunca m aterialın  sistemli,  ardıcıl  çatdırıl- 

m asm a xidm ət edir.

Ü m um i  əlifba  sözlüyünün  yaradılm ası  universal  ensiklopediya- 

lard a  m ühüm   m ərhələlərdən  biri  hesab  edilir.  Üm um i  əlifba  sözlü- 

yünün  tərtibində  sözlük  redaksiyası  və  bütün  sahə  elmi  redaksiya- 

la n  iştirak edirlər.

Sözlüyün  yaradılm ası  prosesinin  aşağıdakı  m ərhələləri  vardır: 

a)  m üasir  (mövcud)  universal  ensiklopediyalarm   sözlüklərinin  təh- 

lili;  b)  ayrı-ayrı  elmi  fənlər  və  böyük  sikllər  arasm da  nisbətlərinin 

təyini;  c) sahə redaksiyalarm da m övzu sözlüklərinin  tərtibi;  ç)  sahə 

redaksiyalarm da əlifba sözlüyünün tərtibi.  Bütün nəşr üçün  üm um i 

əlifba sözlüyü [288,  236-240}.

M üasir  universal  ensiklopediyalarm   sözlüklərinin  təhlili  xüsusi 

əhəmiyyətə m alikdir.  Belə  ki,  m üqayisəli  təhlil  yeni  nəşr  m əqalələ- 

rinin  m iqdarınm   və  həcminin  m üəyyənləşdirilməsinə  im kan  verir. 

E nsiklopediyalarm   quruluşu,  on u n   üm um i  həcmi  ilə  sıx  əlaqədə- 

dir.  Bu  d a  b ir  obyektiv  reallıqdır  ki,  bilik  və  m əlum atlarm   həcmi- 

nin  artm ası  ensiklopediyalann  həcm inin  böyüməsinə  və  genişlən- 

məsinə  əsas  olur.  D igər  tərəfdən,  universal  ensiklopediyalardan 

başqa,  yəni  digər  soraq-m əlum at  nəşrlərinin  yaradılm ası  və  nəşri 

universal  ensiklopediyaların  həcm inin,  b a şq a   sözlə,  h ə tta   m əqalə- 

lərin  m iqdarım n  azalm asına m ənfi  təsir göstərir.  M əsələn,  ensiklo- 

pediyaların nəşrinin dünya təcrübəsi aydın göstərir.

Sahə  ensiklopediyalarm ın  və  term inologiyaları  lüğətlərinin  ya- 

radılm ası  və  nəşrinin  artm ası,  nəticədə  universal  ensiklopediyala- 

rm  sözlüyündə dar ixtisaslar və izahlı term inlərin əks  olunm am ası- 

nı şərtləndirir.

M üxtəlif ensiklopediyalann  sözlüklərinin  müqayisəli  təhlili  zə- 

ruridir.  Çünki  bu  cür  müqayisəli  təhlilin  (sözlüklərin)  əsasm da  tə- 

bii-elmi  və  texniki  fənlər  üzrə  m əqalələrlə  ictim ai  elm lər  üzrə  mə- 

qalələr a rasm d a optim al nisbət müəyyənləşdirm ək m üm kün olur.




Digər  tərəfdən,  m üxtəlif universal  və  sahə  ensiklopediyalarım n 

müqayisəli təhlili əsasında bütün yeni  ensiklopedik  nəşrin miqyası- 

m  müəyyən etm ək m üm kündür.

Ayrı-ayrı  elm  sahələri  və  iri  sikllər  arasında  nisbətin  müəyyən 

edilməsi universal ensiklopediyalarda ən vacib problem lərdən  biri- 

dir.  Bu,  eyni  zam anda  universal  ensiklopediyalarda  m əqalə  prob- 

lemlərinin  düzgün  həll  olunm asm da  və  sistemləşdirilməsində  də  ən 

m ühüm  şərtlərdən və prinsiplərdən biridir.

Elmi  fənlər  arasm da  nisbət  müəyyən  edildikdən  so n ra  Baş  re- 

daksiya  hər  b ir  elmi  fənn  üçün  nüm unəvi  plam   müəyyən  edir.  Bu 

qarşıya  qoyulan  plan,  yəni  həyata  keçiriləcək  iş  sahə  redaksiyala- 

rm ın  red a k to rla n   tərəfındən  nəzərdən  keçirildikdən  so n ra  Baş  re- 

daksiya p lan d a  müəyyən  düzəlişlər  edir  (əgər  vacibdirsə)  və  ensik- 

lopediyada  təqdim   olunacaq  bütün  sahə  biliklərinin  xüsusi  çəkisi 

haqqm da (məqalələrin m iqdarı və həcmi üzrə) qərar qəbul edir.

D ünya  universal  ensiklopediyalarınm   hazırlanm ası  təcrübəsi 

göstərir  ki,  elm  sahələri  üzrə  m əqalələrin  və  işarələrin  bölünməsi, 

başqa sözlə,  müəyyən edilməsi,  nəşr ediləcək ensiklopediya üçün ən 

vacib m etodlardan biridir.

Sahə  redaksiyalarm da  mövzu  sözlükləri  üm um idən  xüsusiyə 

prinsipi  üzrə  yaradılır.  M övzu  sözlüyünün  ictim ai  m üzakirəsindən 

sonra  üzə  çıxarılan  qeyd  və  təkliflər  redaksiyalar  tərəfindən  uçota 

alınır  və  təhlil  edildikdən  sonra  Baş  redaksiya  tərəfindən  təsdiq 

olunur.


Elmin m üasir vəziyyəti  tələb edir  ki,  universal  ensiklopediyala- 

rın  ümumi  sözlüklərinin  işlənməsi  prosesində  ayrı-ayrı  sözlüklərin 

yaradılm ası  d a  m əqsədəuyğundur.  Məsələn,  m üxtəlif  elmlərin  qo- 

vuşuğunu və əlaqələrini təm in edən iri sahələrarası  sikllər (məsələn, 

«İnform asiya»,  «K ibernetika»  və  s.);  elm,  texnika və m ədəniyyətin 

hər  hansı  b ir  sahəsini  əlaqələndirən  sahələrdaxili  sikl  m aterialları 

(«A qrar məsələsi», «A vtom obil tsikli» və s.).

Elmin  müasir inkişaf səviyyəsi  ensiklopediyalan,  xüsusilə  univer- 

sal  ensiklopediyalan  kompleks  informasiya  mənbəyinə  çevirmişdir. 

Elmi  dərketmənin müxtəlif proseslərinin  işıqlandırılmasmın  daha  zə- 

ruri olması ensiklopediyanm rolunu hədsiz dərəcədə artırmışdır.

Belə  ensiklopediyalann  tərtib  edilməsini  qarşısına  m əqsəd  qo- 

yan  -   anlayış,  hadisə,  əşya  və  s.  haqqında  m əlum atları  kom pleks 

və sistemli  şəkildə,  dəqiq,  obyektiv,  elmi  form ada əhatə  etməyə səy 

göstərm əlidir.  Bununla  əlaqədar  olaraq  m aterialların  verilməsi  və

redaktə edilməsi zam anı ayrı-ayn d ar problem ləri, m övzuları deyil, 

diqqət  yetirilməsi  zəruri  olan  m əsələnin  bütövlükdə  əhatə  edilməsi 

vacib  ensiklopedik  şərtdir.  N əşrə  daxil  edilən  hər  b ir  m əqalə  dörd 

əsas  tələbə:  elmiliyə,  aktuallığa,  yığcam lığa  və  əlverişli  çatdınlm a- 

ğa cavab verm əlidir.

Cəm iyyətin  inform asiyalaşdınlm ası  prosesində  soraq-m əlum at 

nəşrlərinin  yerinin  müəyyənləşdirilməsi  y u xanda  göstərdiyimiz  nə- 

zəriyyə  və  təcrübə  ilə  bağlı  olan  problem lərin  soraq-m əlum at  ki- 

tab la rm ın   nəşrində  nəzərə  alınm ası,  əldə  rəhbər  tutulm ası  kitabçı- 

lıq işi baxım ından çox vacibdir.

M ü asir  dövrün  dünya  təcrübəsi  göstərir  ki,  soraq-m əlum at 

nəşrlərinin  tərkibinə  elektron  nəşrlər  sürətlə  daxil  olm aqdadır.  İn- 

diki  şəraitdə  kitab   m əhsulunun  dünyada  30%-ə  qədərini  elektron 

nəşrlər təşkil  edir.  Bu elektron nəşrlərinin  əsas hissəsini sahə,  möv- 

zu ensiklopediyalan və lüğətlər  təşkil  edir.  Elektron  nəşrlərin,  kom- 

p akt  disklərin  im kanlan,  istifadəsi  artır.  Elektron  kitabxanalar, 

elektron  şəbəkələr  m eydana  gəlir  və  fəaliyyət  göstərir.  A zəıbaycan- 

da d a son  illərdə elektron nəşrlərin,  kom pakt  disklərin buraxılması- 

na  diqqət  yetirilir.  Dövrün  bu  tələbini  nəzərə  alan  Azərbaycan  nəş- 

riyyatlarm ın  bəziləri  bu  sahədə  fəaliyyət  göstərməkdədir.  Məsələn, 

Bakı  «W estPrint  Digital  Design  Center»  nəşriyyatı  «Azərbaycan», 

«Bakı» və s.  adlı elektron nəşrləri çapdan buraxm ışdır.

D igər  tərəfdən,  müasir  dövrdə  soraq-m əlum at  nəşrlərinin  ha- 

zırlanm ası,  tərtibi  və  nəşri  ilə  m övcud  olan  çətinliklərin,  problem - 

lərin  a ra d a n  qaldınlm asm ın  optim allaşdırılm ası üçün  ko n k ret  təd- 

birlərin həyata  keçirilməsini zəruri edir.

Ə gər  biz  milli  dövlətçiliyimizi  inkişaf etdirm ək,  m üstəqil  yaşa- 

m aq  istəyiriksə,  varlanm aqla  yanaşı,  d ah a  çox  m aariflənm əliyik, 

m ədəni  və ziyalı  olmalıyıq.  B undan ötrü  ilk növbədə biz kitab   nəş- 

rini,  o  cüm lədən  soraq-m əlum at  kitablarm m   çapını  dünya  stan- 

d a rtları səviyyəsində təşkil və inkişaf etdirməliyik.

S oraq-m əlum at  kitabının  keçmişini,  müasir  vəziyyətini  öyrən- 

m əklə  inkişaf  perspektivlərini  müəyyənləşdirmək  bazar  iqtisa- 

diyyatı şəraitində xüsusi əhəmiyyətə m alikdir.

İn diki  şəraitdə  və  perspektivdə  soraq-m əlum at  kitabları  nəşri- 

nin  təşkili  problem i  olduqca  geniş  və  m ürəkkəbdir.  Çünki  Azər- 

baycanda  soraq-m əlum at  kitabları  nəşrinin  düzgün  və  perspektivli 

təşkili  bütövlükdə kitabçılıq işinin bir çox aktual problem lərinin də 

həll edilməsinə im kan yarada bilər.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə