Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

38 

Cənnət  müəllim

__________________________________________



İslamda idman

ÜZGÜÇÜLÜK

Qədim  Yunanıstanda  oxumağı  və  üzməyi  bacarmayan 

adamları  həyata  ən  az  uyğunlaşmış  şəxslər  hesab  edir­

mişlər.  Bu sözlərin mənası öz əhəmiyətini dövrümüzdə  də 

itirməyib. Lazım gəldikdə özünün və ya yoldaşının həyatını 

xilas etmək,  dənizdə, çayda və göldə üzə bilmək  üçün  oxu­

maq kimi, üzməyi də hamı bacarmalıdır.

Suda müntəzəm surətdə məşğul  olmaq  bütün əsas əzələ 

quruplarını inkişaf etdirir, ürək və ciyərləri məşq etdirir, in­

sanın  əsəb  sistemini  möhkəmləndirir.  Təsadüfü  deyil  ki, 

fiziki  tərbiyə  sistemində  üzgüçülük  əsas  yerlərdən  birini 

tutur.


Üzgüçülük uzun vaxt idmanla bağlı olmamışdır. O hətta 

qədim  Yunan  Olimpiya  Oyunalırı  proqramına  da  daxil 

olmamışdır.  Yalnız  XIX  əsrin  ortalarında  Qərbi  Avropa­

nın  bir  sıra  ölkələrində  üzgüçülük  üzrə  yarışlar  keçirməyə 

başlamışlar.  Birinci  qış  üzgüçülük  hovuzu  1842-ci  ildə 

Vyanada  açılmışdır.  Olimpiya  oyunlarını  dirçəliş  tap­

dıqdan  sonra  onların  proqramına  1896-cı  ildən  üzgüçülük 

yarışları  da  daxil  edilir.  1912-ci  ildən  isə  qadınların  da  bu 

idman növündə iştirak etməsinə icazə verilmişdir.

OX ATMA

Yəqin  ki,  hər  kəs  Vilhelm  Tell və  Robin  Qud  haqqında 

rəvayətləri  eşidib.  Bütün  bunlar  ingilislərin  oxatma  üzrə 

mütəxəsis  olmasını  izah edir.  Keçən  əsrin  sonunda  oxat­

ma  artıq  idman  növünə  çevrildi.  Kamandan  oxatma  isə 

özünün  qədim tarixi olmasına  baxmyaraq, Olipiya oyunla­

rının  proqramına  1972-ci  ildə  daxil  edilib.  Burada  kişilər 

30,  50,  70 və 90 metr, qadınlar isə 30,  50,  60 və 70 metr mə­

safələrdə yarışırlar.

İdman oxatması  üzrə 45  ölkənin idmançıları  Beynəlxalq 

Federasiyad  (FİTA)  birləşir,  bu  federasiya  1931-ci  ildən

İslamda idman

 

39

Ruhi  Seyfullayev

dünya  çempionatları  keçirir.  Təmrindən  aslı  olmayaraq 

oxatan hədəfə 30-dan 288 -ə qədər ox atır.



QILINC OYNATMA

İnsanlar  hələ  dəmir  dövürdündən  təkbətək  döyüşlərdə 

qılıncdan istifadə etmişlər.  Buna görə də müxtəlif millətlər 

tədricən  qılıncla  vuruşmağı  öyrənir  və  onu  müharibələrdə 

tətbiq edirdilər.  Tarixi mənbələrə görə yumruq davası  uzrə 

Olimpiya çempionu olan  Pifaqor  da Yunanıstanın  Kroton 

şəhərində riyazziyat  təmayüllü  məktəb  açıb,  orada  şagird­

lərə  bu  elmlə  yanaşı,  boks  və qılıqcoynatmanı  da öyrədər­

miş.  Lakin  sonralar  qılıncdan  idman  adı  ilə  istifadə  edil­

məsi  14-cü  əsrdə  Avropada  almanların  vasitəsiylə  rəsmi- 

ləşdi  və  iki  əsr  sonra  bu  qitənin  bir  çox  ölkələrinə  yayıl­

mağa  başladı.  1540-ci  ildə  İngiltərə  kralı  VIII  Henrinin 

göstərişi ilə qılıncoynatma idman məktəbələri açılır.  Lakin 

idman yarışlarında  bir çox xoşagəlməzliklər yarandığı üçün 

Viktorya  kraliçası  dövründə  qılıncoynatma  yarışlarında 

xüsusi  hazırlanmış  maskalardan  istifadə  ediliməyə  baş­

lanılıb.  Beynəlxalq federasiyası  1913-cii ildə yaranan qılın- 

coynatma ük Olimpiya Oyunlarına daxil edilib.

Azərbaycanın  tarixində  ən  adlı-sanlı  qılıncoynadan- 

ikiqat  Olipiya  çempionu  İlqar  Məmmədovdur.  Həmyer­

limiz rapira proqramında  1988-ci və  1996-cı illərdə SSRİ və 

Rusiya  komandalarının  heyətində  qızıl  meydan  qazan­

mışdır.  Qyed edək  ki,  1988-ci il Olipiya  oyunlarında  birin­

ci  yeri  tutan  komandada  daha  bir  Azərbaycan  nümayən­

dəsi  -  Boris  Koretski  də  çıxış  edirdi.  Hər  iki  idmançının 

respublikanın  əməkdar  məşqçisi  Yaşar  Məmmədov  hazır­

lamışdır.  Qadınlar  arasında  ən  uğurlu  çıxış  edən  Yelena 

Yemayevadır.  O,  1999-cu ildə Avropa və dünya çempionu, 

Dünya  kubokunun  sahibi  olub.  Bir il  sonra  Yelena son  iki 

nəticəni təkrarlayıb.




40  Cənnət  müəllim

İslamda idman

ATÇILIQ  İDMANI

Təbiətdə  ən  vəfalı  və  ağıllı  heyanlardan  biri  sayılan  at 

insan  həyatının  müxtəlif  sahələrində  ona  yoldaşlıq  etdiyi 

kimi, idmanda da özünə yer tapmışdır.  İlk  atçılıq  yarışları 

miladinin  210-cu  ilində  Yurkşiridə  olmuşdur.  Amma  ha­

kim  qanunlarıyla  keçirilən  rəsmi  yarış  1174-cü  ildə  İngil­

tərə kralı II Henrinin (1133-1189)  dövründə London  şəhə­

rindən  kənar  bir  meydandançada  keçirilmişdir.  1512-ci 

ildən  İngiltərədə  atçılıq  yarışlarında  qalibə  mükafatlar  ve- 

rilidi.  1900-cü  ildən  isə  Olipiya  proqramına  daxil  edilən 

atçılıq  idmanı  bu  yarışlarda  kifayət  qədər  hörmət  qazan­

mışdır.


Beynəlxalq  Atçılıq  Federasiyası  (FEİ)  Olipiyadalarda 

altı  növdə yarışlar  keçirir.  Burada  idmançılar komanda və 

şəxsi  hesabda  üçnövçülük,  çıxışetmə  və  sədlərin  dəf edil­

məsi üzrə çıxış edirlər.

Atların  köməkliyi  ilə  oynalılan  polo  bir  neçə  ölkədə 

məşhurdu.  Burada ata minmiş oyunçularəllərində kluyuşka 

ilə  topu  qovurlar.  Polo  bir  növ  bizim  Milli  çovkana  ox­

şayır.


COVOAN

Çovqan  oyunu  dünyanın  ən  qədim  idman  növlə- 

rindəndir.  Komanda oyun  növü olan çovqan (çövkən) ya­

rışları  eranın  birinci  minilliyinin  ortalarında  formalaşmış, 

yüzillər ərzində Azərbaycanda, Orta Asiyada,  İranda, Tür­

kiyədə, İraqda məşhur olmuşdur.

Mənbələr  XII  əsrdə  islam  dünyasının  mədəni  mərkə­

zindən  bağdadda  Orta  Şərq  ölkələrinin  atçaparları  ara­

sında  tarixdə  ilk  beynəlxalq  çovqan  yarışlarının  keçirildiyi 

göstərilir.  Çovqan yarışlarının azərbaycanda çox qədimdən 

məşhur  olduğu  faktlarla  təsdiqlənir.  Örənqalada  aparılmış

Ruhi  Seyfullayev

İslamda idman

 

41

arxeloji qazıntılar zamanı tapılan şirli qab üzərində çovqan 

oyunun  təsvir  edildiyi  rəsm bu  oyunun  XI  əsrdə  Beyləqan 

şəhərində yayıldığını  əyani sübut  edir.  Nizaminin  «Xosrov 

və şirin»əsərindənvə «Kitabi-Dədə Qrqud»  boylarından isə 

məlum olur ki,  Azərbaycanda çovqanın tarixi hətta VI-VII 

əsrlərə və bəlkə ondan da qabaqlara gedib çıxır.

Sonralar  bu  oyun  ingilislərin  təşəbbüsü  ilə  «polo»  adı 

altında  ilk  dəfə  1890-cı  ildə  Parisdə  keçirilən  II  Olimpiya 

oyunlarının  proqramına  daxil  edilmiş  və  beləliklə,  Qərb 

sivilzasiyasında bu ad təsbit edilmişdir.

Sonradan  daha  bir  neçə  dəfə  Olipiya  oyunları  proq­

ramına daxil edilən  çövkən-polo  son dəfə  1936-cı ildə  Ber­

lin Olimpiyadasmda oynanılmışıdr.

Azərbaycanda  oynanılan  çovkan  oyunu,  ümumiyyətlə, 

dünyada  polo  adı  ilə  tanınan  oyundan  bir  qədər 

fərqli qaydalar əsasında keçirilir.  Oyunda iki komanda işti­

rak  edir.  Hər  komandada ya  beş,  ya  da  altı  oyunçu və  bir 

ehtiyat  oyunçu  olur.  Beş  nəfərdən  ibarət  komanda  2  mü­

dafiəçi  və  3  hücumçu,  altınəfərlik  komandada  isə  2  mü­

dafiəçi və  1  yarımmüdafiəçi və  3  hücumçu çıxış edir.  Oyun 

uzunluğu  90-150  metr,  eni  60-120  metr  olan  meydançada 

keçirilir.  Meydançanın  hər  iki  başında  eni  3  metr, 

hündürlüyü 3,25 metr olan qapılar qoyulur.  Başqa variant­

da sütunun hündürlüyü 2,5 metr olur. Qapının qarşısında 6 

metr  radiuslu  qövs  çəkilir.  Heç  kimin  bu  qapı  xəttini  tam 

keçməsinə  icazə  verilmir.  Hücum  edən  komanda  atlarının 

qabaq ayaqları,  müdafiəçilərin atlarının isə dal ayaqlan  bu 

xətti  keçə  bilər.  Qapı  xəttinin öz hissəsi  cərimə meydançası 

kimi  xətlənir  və  bu  meydança  daxilində  qaydaların  pozul­

ması  15  metrlik  cərimə  zərbsinin  təyin  edilməsi  ilə  nəticə­

lənir.  Bu  isə  oyunda  ən  ağır  cəza  hesab  edilir.  Rəqib  mey­

dançanın  tən  ortasında  qırıq  xətlərlə  hücum  zonası  qeyd 

edilir.  Hücum  edən  komandann  müdafiəçilərinin  (və  ya 

yarımmüdafiəçilərinin),  müdafiə  olunan  komandanın  isə



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə