Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

42  Cənnət  müəllim

İslamda idman

hücumlarının  bu  xətti  keçməsinə  icazə  verilimir:  hücum 

zonası  yalnızrəqib  komandanınhücumları  və  müdafiə  olu­

nan  komandanın  müdafiəçiləri  daxil  ola  bilər.  Həmçinin 

meydançanın  tam  mərkəzində  diametri  10  metr olan dairə 

çəkilir  və  düzxətt  meydançanı  iki  hissəyə  bölür.  Mərkəz 

xətdən  10  metr məsafədə  10  metr  uzunluğunda  xətt çəkilir 

və komandalar oyun başlamazdan qabaq və yarış bitəndən 

sonra  bu  xətt  üzərində  qarşı-qarşıya  dayanıb  bir-birini 

salamlayırlar.

Çovqan  hər  biri  15  dəqiqə  davam  edən  iki  hissədə 

keçirilir.  Yarış  heç-heçə  bitərsə,  10  dəqiqə  əlavə  vaxt  təyin 

edilir.  Rəqiblər  eyni  formalı  çomaqlardan  istifadə  edirlər: 

atın  hündürlüyünə  görəçomağın  uzunluğu  120-130  sm 

olur.  Çomağın başı  müxtəlif formalarda  qatlanmış olur ki, 

bu da meydançada topu idarə etmək üçündür.

Oyunda 41  sm diametri  olan rezin və ya taxta topardan 

istifadə  edilir.  Oyun  belə  başlanır:  top  mərkəz  dairənin 

içinə  qoyulur  və  hakimin  fiti  ilə  oyunu  başlayan  koman­

danın  oyunçusu  topa  ilk  zərbə  vurur.  Zərbə  rəqib  koman­

danın  qapısına  doğru  vurulmalıdır.  İlk  zərbə  vaxtı  rəqib 

opdan  10  metr  məsafədə  durmalıdır.  Top  mərkəz  dairə­

sindən  çıxan  andan  yarış  başlayır.  İlk  zərbəni  vurmuş 

oyunçu  başqalarından  əvvəl  topa  ikinci  zərbəni  vura 

bilməz.  Top qapıdan keçəndən sonra oyun mərkəzdən baş­

lanır.  Topu  qapı  xəttinin  istənilən  yerindən  oyuna  daxil 

etmə olar.

Fasilədən  sonra  komandalar  yerlərini  dəyişirlər.  İkinci 

hissə  başlananda  ona  ilk  zərbəni  birinci  hissəni  udmuş 

komandanın oyunçusu vurur.

Əgər top bir neçə oyunçunun çomağı altında ilişib qalır­

sa  hakimoyunu  saxlayır  və  mübarizəni  həll  ktmək  üçün 

topu  iki  oyunçu  arasında  yuxarı  atır.  Topa  havada  zərbə 

vurulmalıdır.  Zərbə almarsa,  hakim topu təkrar oyuna da­

xil edir.

Ruhi  Seyfullayev

İslamda idman

Oyunçular çoıııaq vasitəsiylə topu meydançada qovur və 

rəqib  komandanın  qapısından  keçirməyə  çalışır.  Oyunçu 

çomağı  həmişə  sağ  əlində  tutmalıdır.  Burada  müxtəlifliyə 

yol  verilmir.  Rəqibi  çomaqla  vurduqda  və  ya  buna  cəhd 

etdidə, rəqibin atını çamaqla vurduqda və ya hürkütdükdə, 

rəqibi  əl  kobudçasına  itələdikdə,  rəqibi  qarşısını  qəsdən 

atla  kəsdikdə,  rəqibin  çomağından  və  ya  paltarından 

tutduqda,  rəqibin özünü və ya atını ayaqla vurduqda,  topu 

qəsdən ayaqla vurduqda, rəqibin çomağını tutub saxlaıqda 

qayda pozulmuş sayılır.  Və günahkar dərhal meydançadan 

çıxarılır.  Oyun  bitəndən  və  kapitanlar  hakimə  əl  verib 

görüşəndən  sonra  meydanı  birinci  məğlub  komanda  tərk 

edir.  Qaliblər  isə  zurna  sədaları  altında  meydanda  dövrə 

vururlar.

DAMA

Təqribən  50  əsrlik  tarixi  olan  dama  oyunu  qədim 

zamanlarda  Misirdə  yaranmışdır.  Vaxt  keçdikcə  bu  oyu­

nun  pirinsipləri  də  dəyişmişdir.  Hazırda  damada  bir  çox 

sistemlər mövcuddur:  rus,  ingilis,  amerikan,  italyan,  kana- 

da və sairə.

1725-ci ildə yüzxanalı taxta lövhələrdə (hər oyunçuda 20 

daş  olmaqla)  beynəlxalq  damanın  oyun  qaydaları  yara­

dıldı. Bu qaydalara əsasən indii  beynəlxalq turnirlər, dünya 

çepionatları  keçirilir.  Beynəlxalq  dama  rus  damasından 

daşların  vurulma  (götürülmə)  qaydalarına  görə  fərqlənir. 

Ən  yüksək  nəticəni  rus  damasında  dünya  çempionu  Üzeyr 

Abdullayev göstərib.

ŞAHMAT

Qədim  tarixçilər  şahmatı  məqsədi  rəqib  şahını  udmaq 

olan  oyun  adlandırmışlar.  Əgər  belədirsə,  onda  şahmatın



44  Cənnət  müəllim

İslamda idman

tarixi  kökləri  çox  qədimlərə  gedib  çıxır.  Şahmat  haqqında 

ilk məlumat VI əsrə (Hindistan) aiddir.  Bəzi müəlliflər şah­

matın yaradıcısını İran şahı I Xosrovun  vəziri olan Böhtak 

Büzürgmehr (nərd oyununu da o icad edib) hesab edir.

Müasir  şahmatın  ən  yaxın  «əcdad»ı  şətrənc  olmuşdur. 

Həm oyun çox ləng gedirdi, fiqurlar az sürətlə hərəkət edir­

dilər.  Qərbi  Avropaya  şahmat  Pireney  yarımadasından  (o, 

VII  əsrdə  ərəblər  tərəfindən  işğal  olan  zaman)  keçmişdir. 

Rusiyaya  isə  şahmat,  yəqin  ki,  İrandan,  Orta  Asiyaya  isə 

Hindistandan keçmişdir.

Zaman  keçdikcə,  şahmatçıların  sayı  artıqca  insanlar 

əmin  olurlar  ki,  şətrənc  kifayət  qədər  çətin  deyil.  İntibah 

dövründə  şahmat  xeyli  təkmilləşdirilir  və  fiqurlar  daha 

sürətlə hərəkət etdirilir.  Lakin 400 ildən artıqdır ki,  şahmat 

necə varsa, eləcə də qalıb dəyişdirilməyib.

Müasir  şahmat  yarışlarının  tarixi  yaxşı  məlumdur. 

Birinci  Beynəlxalq  turnir  1851-ci  ildə  Londonda  keçiril­

mişdir.  Dünya  şahmat  meydanında  əsl  mübarizə  də  o 

vaxtdan  başlanmışdır.  Lakin  ən  güclü  şahmatçılar-alman 

A.Anderson  (1819-1879)  və amerikalı P.Morfi (1837-1884) 

dünya  çempionu  elan  edilməmişdilər.  Bu  şərəfə  birinci 

olaraq  1886-cı  ildə  praqalı  V.Steynits  (1836-1900)  layiq 

görülmüşdür.  1894-cii  ildəki  dünya  çempionatında  o, 

Almaniya  nümayəndəsi  Em.Laskerə  (1868-1941)  məğlub 

olur.  Növbəti  dünya  çempionu  1921-ci  ildə  kubalı 

Kapablatıka  (1888-1942)  elan  edilir.  1927-ci  ildə  birincilik 

rus şahmatçısı A.Alyoxinin (1892-1946) əlinə keçir.  1935-ci 

ildə  hollandiyalı  M.  Eyye  Alyoxinə  qalib  gəlir,  lakin  iki  il­

dən  sonra  matçrevanşda  ona  məğlub  olur.  Alyoxinin 

ölümündən  sonra  sovet  şahmatçısı  M.  Botvinik  dünya 

çempionu adını  alır və uzun illər ərzində (1948,  1961,  1954, 

1958  və  1961-ci illərdə)  bu  ada  layiq dahi  şahmatçı  olduğu 

sübut  edir.  Başqa  sovet  şahmatçıları  V.Smislov  1957, 

M.Tal  1960,  T.Petrosyan  1963,  B.Spasski,  R.Fişer  1972,

Ruhi  Seyfullayev

İslamda idman

 

45

A.Karpov  1975,  1978,  1981,  1984-cü illər də bu yüksək adı 

qazanmışlar...  Şahmat  üzrə  son  dünya  çempionu  (1985-ci 

ildə) 


Azəribaycan 

şahmat 


məktəbinin 

yetişdirməsi 

H.Kasparovdur.

Son  dövürlərdə  qadınlar  arasında  da  populyar  olmuş­

dur.  Birinci  qadın  dünya  çempionu  1927-ci  ildən  ta  faşist 

bombasından  faciəli  şəkildə  həlak  olana  qədər  çex 

V.Mençik  (1906-1944)  olmuşdur.  Sonrakı  qadın  dünya 

çempionları  bunlardır:  L.Rudenko  1950,  Y.Bıkova  1953, 

1958  və  1960,  O.Rubtsova  1956,  N.Qaprindaşvili  1962-78, 

M.Çiburdanidze  1978-91,  Se  Tszyun  1991-96,  1998,  Juja 

Polqar  1996.  Qadınlar  arasında  sonuncu  dünya  çempionu 

Se Tszyundur.

Azəribaycanın yeniyetmə şahmatçıları arasında ən peris- 

pektivlər  Teymur  Rəcəbov,  Vüqar  Həşimov  və  Nicat 

Məmmədovdur.  Qadınlara  gəldikdə  isə  Aynur  Sofiyeva, 

Firuzə  Vəlixanlı  və  İlahə  Qədimova  kimi  beynəlxalq  qros­

smeysterlər Respublikamızın şərəfini qorumuşlar.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə